Məhkəmə qərarları › İş №2(102)-3475/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3475/2024

15.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3475/2024 15.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: iş üzrə icraata xitam verilməsi (iş məhkəmədə baxılmalı deyilsə). Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhimdar Cəmiyyətinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4930/2024 nömrəli, 12 avqust 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilm iş kassasiya şikayətinə 15 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İstehlakçı qismində 20 ilə yaxın müddət ərzində cavabdehin xidmətlərindən istifadə etmiş, sonuncu dəfə “Kart hesabının açılması və ödəniş kartından istifadə haqqında" xx.xx.2020-ci il tarixli Müqaviləni, bankın ünvan 1 ünvanda yerləşən Sabunçu filialında, bankın müvafiq surətdə müvəkkil edilmiş nümayəndəsi ilə bağlamışdır.

2. İddiaçı xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının hüdudlarını tərk etmiş, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasına qayıtmışdır. “Qatarairways” şirkətinin təyyarə bletlərinin surətinə əsasən, iddiaçı Melbrun-Doha və Doha-Bakı xəttində sərnişin olmuşdur.

3. Əməliyyatlara dair SMS məlumatına görə, xx.xx.2023-cü il tarixdə saat 14:32:33də aparılmış əməliyyatdan sonra İddiaçı kart hesabında 679,91 ABŞ dolları qalsa da, xx.xx.2023-cü il tarixdə saat 08:08:15-də aparılmış növbəti 298,55 Avstraliya dolları (201,76 ABŞ dolları) məbləğində əməliyyatdan sonra kart hesabında 477,15 qalmalı olsa da, qalan pul vəsaiti 49,24 ABŞ dolları olmaqla, son əməliyyatdan sonra kart hesabında çatışmayan pul vəsaiti 427,91 ABŞ dolları təşkil etmişdir. 4. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli mədaxil qəbzinə görə, İddiaçı notariat haqqı üzrə 17,25 manat ödəniş etmişdir. Hesabdan çıxarışa görə, 427,91 ABŞ dolları xx.xx.2024-cü il tarixdə İddiaçı ******************** saylı hesabına köçürülmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh "xxxx" ASC -yə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən 427,91 ABŞ dollarının ona qaytarılmasının təmin edilməsi, qətnamə icra olunan tarixə ABŞ dollarının manata məzənnəsinə müvafiq olaraq 1574,71 ABŞ dolları miqdarda manatla dəbbə pulunun və 1711,64 ABŞ dollarınında miqdarda manatla mənəvi ziyanın, etibarnamənin alınmasına çəkilən 17,25 manatın cavabdehdən tutulması və İddiaçı ödənilməsinin təmin edilməsi barədə qətnamə, tələb olunan sübutların təqdim edilməməsi səbəbinin üzrsüz hesab edilməsi və cavabdehin 727 manat cərimə olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, cari ilin mart ayının 21-də Avstraliya dövlətinin Sidney şəhərində yerləşən APPLE mağazasından APPLE markalı planşet almış, qeyd olunan müqavilə əsasında cavabdeh tərəfindən iddiaçıya verilmiş dollar olan ödəniş kartı vasitəsilə 3525 avstraliya dolları, yəni 2377,26 ABŞ dolları məbləğində pulun silinməsi müəyyən edilmişdir. Həmin hal, yəni xx.xx.2023-cü il tarixdə ödəniş kartından 2377,26 ABŞ dolları məbləğində pulun silinməsi faktı, bank tərəfindən iddiaçının telefonuna göndərilən hesabatda da öz əksini tapmışdır. Bundan sonra, cari ilin mart ayının 24-də iddiaçının sərəncamı və izacəsi olmadan, eyni zamanda pulun hansı şəxsə və hesaba ödənilməsi göstərilmədən bankın öz təşəbbüsü ilə, həmin kartından məlum olmayan səbəbdən 427,91 ABŞ dolları miqdarında pul silinmiş və kartda 49,24 ABŞ dolları qalmışdır. İddiaçı Sidney şəhərindən xx.xx.2024-cü il tarixdə, ödəniş kartının arxasında q eyd olunan "Azərkart” müştəri xidmətlərinin qaynar xətti hesab edilən telefona zəng etmiş, həm 427,91 ABŞ dollarının silinməsi səbəbini öyrənmək istəmiş, həm də pulun silinməsi onun sərəncamı əsasında olmadığına görə, geri qaytarılmasını xahiş etmiş, eləcə də, Azərbaycana xx.xx.2023-cü il tarixdə, yəni 4 gündən sonra qayıdacağını və 4 gün ərzində xaricdə yaşaması, gəzintisi və istirahəti üçün kartda qalan 49,24 ABŞ dollarının kifayət etməyəcəyini izah etməyə çalışsa da, bankın əməkdaşı bayram günləri olduğu üçün ona heç bir kömək edə bilməyəcəyini bildirmiş və bayramdan sonra müraciət etməsini məsləhət görmüşdür. Cavabdeh bayram günləri ərzində özbaşına və bilə-bilə qanunsuz olaraq həmin pul vəsaitini onun sərəncamı və icazəsi olmadan silmiş, həmin pul vəsaitinin hara və nəyə görə silinməs inə belə aydınlıq gətirmədən, həmin məsələlərin həlli üçün bayramdan sonra müraciət edilməsini bildirmişdir. Bundan sonra, iddiaçı çarəsiz qalaraq, həmin 4 gün ərzində ödənişli olan bütün gəzintilərə, ekskursiyalara və əyləncə yerlərinə gedə bilməmiş, bir sözlə cavabdehin ona qarşı bilə-bilə etdiyi qanunsuz və özbaşına hərəkətlərinə görə normal istirahət etməsindən məhrum olmuş və bununla da ciddi sarsıntılar və istirablar keçirməsinə səbəb olmuşdur. Azərbaycana qayıtdıqdan sonra, iddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehin Sabunçu filialında olmuş, filialın əməkdaşları Mirnahit Abdullazadə və İlham Seyidovdan qeyd olunan məsələlərə aydınlıq gətirilməsini və 427,91 ABŞ dollarının hansı hesaba silinməsi barədə yazılı izahat verilməsini xahiş etmiş, 2 saatdan artıq müddətdə heç bir açıqlam a vermədən müxtəlif bəhanələr gətirməklə, sonda iddiaçıya ərizə ilə deyil, 937 nömrəli qaynar xəttə zəng etməyi bildirmişlər. Bankın əməkdaşları bir-birini təkzib edən tövsiyələri və ona qarşı edilmiş açıqaşkar qərəzli mövqeləri bir daha sübut edir ki, onun 427,91 ABŞ dolları kimlərinsə vəzifə səlahiyyətlərindən sui-istifadə etmələri nəticəsində naməlum hesaba köçürülmüş və bu işə məsul olan əməkdaşlar isə göstərilən qanun pozuntusunun səbəbləri barədə məlumat verilməməsində maraqlı olmuşlar. Cavabdehin bu məsələdə məsul olan əməkdaşları, qeyd olunanlarla bağlı araşdırmanın aparılmamasında və 427,91 ABŞ dollarının ona qaytarılmamasında israrlı olmuşdur. Bankın adından cavab məktubunu göndərən şəxsin və onunla görüşlərdə iştirak edən, o cümlədən telefon danışıqları aparan yuxarıda adları gö srərilən əməkdaşların ona qarşı törədilmiş hərəkətləri (hərəkətsizliyi) vəzifə səlahiyyətlərindən suiistifadə etmə, eləcə də ona təqdim edilən və telefon vasitəsilə göndərilən bəzi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etmə, həmçinin istehlakçı olaraq onu xeyli miqdarda aldatma əməllərinin olunmasına əsaslı şübhələr yaratmışdır. Konstitusiya Məhkəməsində formalaşmış hüquqi mövqeyə görə də, cavabdehin iddiaçıya qarşı etdiyi hərəkətlərində hüquqdan sui-istifadə halları açıq-aşkar nümayiş etdirilmiş, eləcə də cavabdehin bəzi vəzifəli şəxsləri bir qrup halında əlbir olaraq sosial ədalətə və vicdanlılığa sığmayan əməlləri ilə, iddiaçıya məxsus pul vəsaiti üzərində onun hüquqlarının həyata keçirilməsinə mane olmuşlar. Bundan başqa, o, mənəvi zərərin ödənilməsini də tələb etməkdə haqlı olmuş dur. Belə ki, o xoş məqsədlərə görə və bayram günlərini xarici dövlətə səyahət etməklə, orada gəzintilərə, ekskursiyalara və əyləncə yerlərinə getməklə istirahət etməsini bir neçə ay əvvəlcədən planlaşdırmış və bunun üçün də ödəniş kartına 4000 ABŞ dolları pul yerləşdirmişdir. Lakin cavabdeh göstərilən hərəkəti (hərəkətsizliyi) ilə şəxsin öz arzusuna çatmaması nəticəsində, yəni 4 gün ərzində ödənişli olan bütün gəzintilərə, ekskursiyalara və əyləncə yerlərinə gedə bilməməsi, bir sözlə cavabdehin ona qarşı bilə-bilə etdiyi qanunsuz və özbaşına hərəkətlərinə görə normal istirahət etməsindən məhrum olması onun hansı mənəvi iztirablar çəkməsinin sübuta ehiyacı olmayan hal olmuşdur. Digər tərəfdən, cavabdehin qanunsuz və özbaşına hərəkətlərinə görə o, çarəsiz qalaraq 4 gün ərzində ödənişli olan bütün gəzintilərə, ekskursiyalara və əyləncə yerlərinə gedə bilməməsi bə buna görə də normal istirahətindən məhrum olması sevindirici hal kimi qəbul edilən olmamışdır. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini yerinə yetrilməməklə qanunsuz hərəkətlər etmişdir. Qeyd edilənlər və təqdim olunan sübutlar üzrə dəyərləndirmə aparılmaqla müəyyən olunmuşdur ki, onun mənəvi sarsıntı və iztirablara məruz qalması, məhz cavabdehin təqsiri nəticəsində baş vermişdir. Cavabdehin bu işə məsul olan vəzifəli şəxsləri bir qrup halında birləşməklə, ona qarşı törədilmiş hərəkətlərində cinayət əməlinin olmasına əsaslı və inandırıcı şübhələr yaranmışdır. Bu işdə maraqlı və cavabdeh olan şəxslər arasında vahid cinayətkar niyyətin mövcud olmasının istisnası şübhə doğurduğundan və həmin vəzifəli şəxsləri nin hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci və 200-cü maddələrində nəzərdə tutulmuş cinayətin əlamətlərinin olmasına əsaslı və inandırıcı şübhələr yaranmışdır. Cavabdeh icraçı olaraq, beynəlxalq bank kartları assosiasiyalarının başçılıq etdiyi iri plastik kartlar sistemlərinin kartlarından biri olan «Viza» kartını iddiaçıya təqdim etməklə, həmin sistemin tərəfdaşı (nümayəndəsi) qismində çıxış edərək onun kartını emissiya etmişdir. Artıq şərhə ehtiyac qalmır ki, bu halda bankın müştərisi istehlakçı olaraq, «Viza» kart sistemindən istifadə etmək üçün, məhz bank vasitəsilə göstərilən xidmətə dair müqavilə bağlamışdır. Həmin müraciət, xx.xx.2023-cü il tarixdə, cavabdehin "Elektron ünvan " elektron poçt vasitəsilə cavablandırılmış və həmin cavabda "Siz ABBdən hər ha nsı şəxsi məqsədlər məqsədi ilə debet kart əldə etdikdə, istehlakçı müəyyən edilirsiniz, lakin vergi ödəyicisi olaraq müəyyən edilmirsiniz." qeyd olunmuşdur.

7. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 iddianı etiraf etməyərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. O, bildirmişdir ki, Azərbaycan Respublikasının Bank sistemində olan problemlə əlaqədar olaraq şəxslər ayrı ölkədə ödəniş etdikdə onlardan ƏDV tutulur və Beynəlxalq Bank tərəfindən iddiaçıdan tutulan məbləğ də ƏDV kimi tutulmuşdur. Problemin səbəbi aşkar olunduğuna görə həmin pul iddiaçıya artıq qaytarılmışdır.

8. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 bildirmişdir ki, müştəri müraciəti əsasında sorğu yaradılmış və müştəriyə bildirilmişdir ki, təsdiqedici sənəd varsa, təqdim olunsun, amma hər hansı bir sənəd təqdim olunmamışdır.

9. X3 göstərmişdir ki, müştəridən təsdiqedici sənəd istənilmiş, lakin təqdim etməmişdir.

10. X1 göstərmişdir ki, müraciətlər daxil olur və onlar qeydə alınaraq müvafiq olaraq yönləndirilmişdir.

11. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-238/2024 nömrəli, xx.xx.2024- cü il tarixli qətnaməsi ilə (hakim Adilə Paşayeva) iddia qismən təmin edilmiş, cavabdeh "xxxx" ASC-dən 1574,71 ABŞ dolları miqdarında dəbbə pulu qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə və etibarnamənin alınmasına çəkilən 17,25 manat xərc tutularaq, İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

12. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-238/2024 nömrəli, xx.xx.2024- cü il tarixli qərardadına əsasən İddiaçı cavabde h "xxxx" ASC-yə qarşı “pul” tələbinə dair iddiaya "cavabdeh tərəfindən 427,91 ABŞ dollarının tutulması" hissəsində iş üzrə icraata xitam verilmişdir.

13. Məhkəmə qeyd etmişdir ki, məhkəmə gedişatında, yəni xx.xx.2024-cü il tarixdə cavabdeh tərəfindən 427,91 ABŞ dolları iddiaçıya ödənildiyindən, yəni tələb bu hissədə faktiki olaraq icra edildiyindən həmin hissədə iş üzrə icraata xitam verilməlidir.

14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0 və 261.0.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi və növbəti prossesual hərəkətlərin yerinə yetirilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsasland ırılmışdır ki, məhkəmə qərardadı özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmış və qüvvədə olan maddi və posessual hüququn imperativ normasınin aşağıda göstərilən bəzi tələblərini pozmuşdur. “Cavabdeh tərəfindən 427,91 ABŞ dollarının tutulması” barədə ümumiyyətlə iddia tələbi irəli sürülməmişdir. İddia tələbinin 427,91 ABŞ dolları ilə bağlı hissəsinə diqqət yetirilsə, həmin hissədə iddia tələbinin “Cavabdeh tərəfindən 427,91 ABŞ dollarının İddiaçı qaytarılmasının təmin edilməsi” olduğu müəyyən edilir. İddiaçının sərəncamı və göstərişi olmadan, onun mülkiyyəti hesab olunan 427,91 ABŞ dolları, cavabdehin bilə-bilə qanunsuz hərəkətləri nəticəsində xx.xx.2023-cü il tarixdə silinmiş və cavabdehin bilə-bilə qanunsuz hərəkətsizliyi nəticəsində isə xx.xx.2023-cü il tari xdən xx.xx.2024-cü il tarixdək heç bir əsas olmadan saxlanılmaqla istifadə edilmişdir. Məhz bu səbəbdən də, iddiaçı pulun tutulmasını deyil, pulun qaytarılmasını tələb etmişdir. Bundan başqa, pulun qaytarılması ilə bağlı mübahisə təxminən 1 il 2 ay müddətində davam etsə də, məhkəmə qətnaməsinin çıxarılmasına 5 gün qalmış, yəni xx.xx.2024-cü il tarixdə 427,91 ABŞ dollarının iddiaçının hesabına köçürülməsi, heç də iddia tələbinin “pulun qaytarılması” hissəsi üzrə, “iş məhkəmədə baxılmalı deyilsə” əsası ilə icraata xitam verilməsi qəbul edilən deyildir. Belə ki, əgər həmin tələb üzrə iş məhkəmədə baxılmalı deyildirsə, onda həmin tələb üzrə məhkəmənin 4 hazırlıq və 2 baxış iclasının keçirilməsinə ehtiyac da olmamalı idi. Halbuki, prosessual hüquq normasına görə, “iş məhkəmədə baxılmalı deyil” əsası ilə iş üzrə icraata xitam verilməsi, işin məhkəmə baxışına hazırlanması zamanı həyata keçirilməlidir. Məhkəmə bu halda da prosessual pozuntuya yol verməklə, hazırkı qərardadı qanunsuz olaraq qəbul etmişdir.

17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4930/2024 nömrəli iş üzrə 12 avqust 2024-ci il tarixli qərardadı ilə (hakimlər – Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Elnur Həsənov və Məmməd Məmmədov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya məhkəməsi hesab etmişddir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, 427,91 ABŞ dollarının qaytarılmasının təmin edilməsi iddia predmeti o lsa da, birinci instansiya məhkəməsi baxışı zamanı xx.xx.2024-cü il tarixdə cavabdeh tərəfindən 427,91 ABŞ dolları iddiaçıya ödənilmişdir, yəni tələb konkret bu hissədə faktiki olaraq icra edilmiş, digər məbləğlə bağlı tələbin hissələrinə mahiyyəti üzrə baxılaraq qətnamə qəbul edilmişdir. Həmçinin, iddiaçı cavabdeh tərəfindən 427,91 ABŞ dollarının ona qaytarılmasının təmin edilməsini xahiş etsə də, artıq qeyd olunan vəsait cavabdeh tərəfindən iddiaçıya ödənildiyindən tələbdə “pulun tutulması” və ya “qaytarılmasının təmin edilməsi” ifadələrinə qiymət verilməsi öz əhəmiyyətini itirmişdir.

19. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, işə mahiyyəti üzrə baxılaraq yekun nəticəyə gəlinərək qətnamə qəbul edilmiş və qətnamədə cavabdeh tərəfindən 427,91 ABŞ dollarının iddi açıya qaytarılması qət edilməmişdir. Bu halda şikayətin dəlillərinə əsasən mübahisələndirilən qərardadın ləğv edilməsi mübahisənin həlli baxımından konkret hüquqi nəticə yaratmayacaqdır. Belə ki, tələbin qeyd olunan hissəsində artıq iddiaçının tələbi ödənilmiş və tərəflər arasında bu barədə, yəni cavabdeh tərəfindən 427,91 ABŞ dollarının qaytarılması hissəsində artıq mübahisə mövcud deyil. Belə olan halda iddianın konkret olaraq cavabdeh tərəfindən 427,91 ABŞ dollarının qaytarılması hissəsinə məhkəmədə baxılması qeyri-mümkündür. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi və işin yenidən apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

21. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllə

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

26. Maddə 261.0.2. Eyni tərəflər arasında, eyni predmet barəsin də və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir.

27. Maddə 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir.

28. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

29. Maddə 416.1. Kassasiya instansiyası mə hkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

30. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

31. Hazırkı kassasiya şikay ətində qərardad iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə düzgün qərardad qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. İddiaçının kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu dəlillər apellyasiya şikayətində irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillərə sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiya sı məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

34. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-4930/2024 nömrəli iş üzrə 12 avqust 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar