Məhkəmə qərarları › İş №2(102)-3479/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3479/2021

02.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3479/2021 02.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh İddia tələbi: alimentin ödənilməsi Açar sözlər: sabit pul məbləğində alimentin tutulması, sübutetmə yükü Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, Kassator İddiaçı, vəkili Vəkil Kamal oğlu və cavabdehin vəkili X6 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 yanvar 2021-ci il tarixli qətnaməsindən iddiaçının kassasiya şikayətinə 02 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 mart 2015-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə X5 arasında 29 dekabr 2006-cı ildə bağlanmış nikahın pozulması, 06 oktyabr 2007-ci il təvəllüdlü X1 və 08 noyabr 2012-ci il təvəllüdlü X2 boşanmadan sonra cavabdeh X3 yanında qalmaları, 06 oktyabr 2007-ci il təvəllüdlü X1 və 08 noyabr 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün İddiaçı hər ay aylıq qazancının üçdə bir (1/3) hissəsi və eləcə də, hər ay hər uşağa görə sabit pul məbləğində 72 manat olmaqla, sabit pul məbləğində cəmi 144 manat miqdarında alimentin X3 xeyrinə tutulması, alimentin tutulmasının əvvəlinin 25 noyabr 2014-cü il tarixdən hesablanması qət edilmiş dir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 aprel 2019-cu il tarixli qətnaməsinə əsasən İddiaçı Cavabdeh qarşı “uşağın anadan alınması tələbinə dair” iddiası rədd edilmişdir. Həmin qətnamə Bakı Apelyasiya Məhkəməsinin 26 iyul 2019-cu il tarixli qətnaməsi qismən, 06.10.2007-ci il təvəllüdlü X1 Cavabdeh alınaraq İddiaçı verilməsi barədə tələbin təmin edilməməsi hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, 06.10.2007-ci il təvəllüdlü X1 Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 03 sentyabr 2020-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsində icraat 27 noyabr 2019-cu il tarixdə İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 14.06.2018-ci il tarixdən X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 600 manat olmaqla aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-543/2020 saylı iş üzrə 26 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim T.N.Mahmudova) iddia rədd edilmişdir. Qətnamə onunla əsaslandırılmışdır ki, aliment məsələsi həll edilərkən məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar, həmçinin aliment ödənilən tərəfin az təminatlı valideyn olması halı nəzərə alınmalıdır. İş materiallarından isə görünür ki, aliment ödənilməsi tələb olunan tərəf, yəni Cavabdeh heç bir yerdə işləmir və məhkəmə qətnaməsi ilə himayəsində qalması müəyyən olunmuş 08 noyabr 2012-ci il təvəllüdlü oğlu X4 təlim-tərbiyəsi və dərslərilə məşğul olur. Himayəsində azyaşlı uşaq olduğu halda cavabdehin (ananın) işləməsi və yüksək əmək haqqısı olan iddiaçıya (ataya) aliment ödəməsi onun maddi durumunu daha da pisləşdirəcəkdir. Apellyasiya instansiyası məhkəməsində icraat Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən maddi-hüquq normaları düzgün tətbiq edilməmiş, işin faktiki hallarına düzgün qiymət verməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamış, nəticədə qanunsu z və əsassız qətnamə qəbul edilmişdir. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Uşağı saxlamaq hər iki valideynin borcudur. Necə iddiaçı bir uşağı saxlayıb digər uşağa görə cavabdehə aliment ödəyirsə, eləcə də cavabdeh aliment ödəyib digər uşağın saxlanmasında iştirak etməlidir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1683/2021 nömrəli iş üzrə 26 yanvar 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Q.A.Əsgərov, A.N.İmanov, V.N.Sadıqov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi iş materiallarını araşdıraraq və işin faktiki hallarını və uşaqın mənafeyini, tərəflərin maddi vəz iyyətini, uşağı saxlamaqda valideynlərin bərabər öhdəlik daşımalarını və uşağın saxlanılması üçün minimum yaşayış xərclərini rəhbər tutaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi qanuni və əsaslı nəticəyə gəlmişdir. Onun yanında saxlanılan uşağın mənafeyi baxımından İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlı olsa da, iddiaçı cavabdehin əmək qabiliyyətli olması, aliment ödəmək üçün maddi vəsaitinin olmasını sübuta yetirə bilməmişdir. Apellyasiya məhkəməsi apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarına riayət edibetməməsini yoxlayaraq hesab etmişdir ki, məhkəmə tərəfindən işin faktiki hallarını ehtiva edən sübutlar üzrə düzgün, tam hərtərəfli araşdırma və dəyərlənd irmə aparılmış, müəyyən edilmiş işin faktiki halları üzrə maddi hüquq normaları düzgün tətbiq və təfsir edilmişdir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında kassator və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin vəkili kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçının kassasiya şikayəti əsasında tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideyinlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.3-cü maddəsinə əsasən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutu lan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlillərlə məzmunca eynilik təşkil edir ki, həmin dəlillərə apellyasiya məhkəməsi tərəfindən araşdırılmaqla hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 yanvar 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar