Məhkəmə qərarları › İş №2(102)-3496/2023

Ali Məhkəmə Qərardad — İş №2(102)-3496/2023

04.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3496/2023 04.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qızına qarşı iş üzrə QƏRARDADI (Açar sözlər: məzmun tələblərinə cavab verməməsi əsası ilə kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi) Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri X1 (məruzəçi hakim), Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı iş üzrə Cavabdeh tərəfindən verilmiş və apellyasiya instansiyası məhkəməsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 17 iyul 2023-cü il tarixli qərardadından verilmiş kassasiya şikayəti kimi mülki işlə birlikdə baxılması üçün Ali Məhkəməyə göndərilmiş kas sasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, aşağıdakı qərardadı qəbul etdi. İşin halları: 1.. İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə və maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanında yerləşən 25 saylı mənzilə köçürülməsi, Cavabdeh tərəfindən mənzilə köçürülməyi ilə bağlı maneələrin yaradılmasının qadağan edilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5409/2022 saylı, 10 noyabr 2022-ci il tarixli qətnaməsi (hakim Kərim Xudayev) ilə iddia təmin edilmişdir.

3. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv e dilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

4. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Elşən Kazımov- sədrlik edən və məruzəçi, Namiq Cəfərov və İkram Şirinov) 14 fevral 2023-cü il tarixli, 2(103)1474/2023 saylı qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş,mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5409/2022 saylı, 11 noyabr 2022ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.(Apellyasiya instansiyası məhkəməsi tərəfindən texniki səhv olaraq birinci instansiya məhkəməsinin qətnaməsinin tarixi “10 noyabr” əvəzinə “11 noyabr” kimi qeyd edilmişdir).

5. Cavabdeh apelyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti və buraxılmış prosessual müddətin bərp a edilməsi barədə ərizə vermişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin 17 iyul 2023-cü il tarixli, 2(103)-1474 nömrəli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1474/2023 saylı, 14 fevral 2023-cü il tarixli qətnaməsindən kassasiya şikayəti vermək üçün ötürülmüş prosessual müddətin bərpası barədə Cavabdeh nümayəndəsi və vəkili Vəkil ərizəsinin təmin edilməməsi və kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

7. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi (sədrlik edən Elşən Kazımov) 2(103)-1474/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən kassasiya şikayətinin verilməsi üçün Cavabdeh tərəfindən buraxılmasının səbəbi üzrlü hesab edilərək buraxılmı ş prosessual müddətin bərpa edilməsini, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-1474/2023 saylı qərardadının ləğv edilməsi və ya ləğv edilmədiyi halda işin mahiyyəti üzrə baxılması üçün Ali Məhkəməyə göndərilməsi barədə qərar qəbul olunmasını, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)1474/2023 saylı qətnaməsinin ləğv edilməsi və işin mahiyyəti üzrə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

8. Apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin kassasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 17 iyul 2023-cü il tarixli qərardadından verilmiş kassasiya şikayəti kimi mülki işlə birlikdə baxılması üçün Ali Məhkəməyə göndərilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.

9. Maddə 407.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətində aşağıdakılar göstərilməlidir: 407.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı;... 407.1.3. şikayət olunan məhkəmə aktını qəbul etmiş məhkəmənin adı, aktın qəbul edildiyi tarix, mübahisənin predmeti; 407.1.4. şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması. 10. 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.1. Kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa.

11. Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır.

12. Maddə

409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində k assasiya instansiyası məhkəməsinə göndərilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

13. Məhkəmə kollegiyası kassasiya şikayətinin mümkünlüyünü araşdıraraq, aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

14. Belə ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti daxil olduqda onu vermiş şəxsin kassasiya şikayəti vermək hüququna malik olmasını, kassasiya şikayətinin qanunla müəyyən olunmuş müddətdə verildiyini, kassasiya şikayətinin qanunla nəzərdə tutulmuş forma və məzmun tələblərinə cavab verdiyini yoxlamalı, həmin qaydalara riayət olunduğu halda kassasiya şikayətini baxılması üçün kassasiya instansiyasına göndərməli, göstərilən tələblərə cavab vermədiyi halda isə, kassasiya şikayətinin geri qaytarılması barədə əsaslandırılmış qərardad çıxarmalıdır.

15. İş materiallarından görünür ki, Cavabdeh tərəfindən kassasiya şikayəti verilərkən kassasiya şikayətinin məzmununa dair tələbə əməl olunmamışdır.Belə ki, MPM-ə əlavə 3lə kassasiya şikayətinin forması müəyyənləşdirilmişdir. Həmin formanın 4-cü hissəsi “Barəsində şikayət verilən məhkəmə qətnaməsi və ya qərardadı haqqında məlumat” adlanır. 4.3-cü hissəsi “Şikayət olunan qətnamə və ya qərardadın alınma tarixi” dir.Kassator kassasiya şikayətində həmin tarixi 06 iyul 2023-cü il kimi göstərib. Formanın 4.2-ci hissəsi ”Qətnamə və ya qərardadın tarixi”dir.Kassator buna dair məlumatları “xx.xx.2023-cü il İş N 2(103)-1474/2023” kimi qeyd edib.Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda göstərilən kassator tər əfindən qeyd edilən məlumatlarda qeyri-müəyyənlik var.Belə ki, 17 iyul 2023-cü il tarixində qəbul edilmiş aktın 06 iyul 2023-cü il tarixində alınması mümkün deyil. MPM-ə əlavə 3-ün “Kassasiya şikayəti verən şəxsin tələbi” başlıqlı 9-cu hissəsində qeyd olunur ki,bu hissədə kassasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə, eləcə də iş üzrə yeni qərar çıxarılmasına və ya işin təkrar apellyasiya baxışına göndərilməsinə dair tələblərini dəqiq bildirməlidir.Lakin kassator verdiyi kassasiya şikayətində tələbini də dəqiq deyil, qeyri-müəyyən göstərmişdir.Belə ki, kassatorun tələblərindən biri-Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-1474/2023 saylı qərardadının ləğv edilməsi və ya ləğv edilmədiyi halda iş in mahiyyəti üzrə baxılması üçün Ali Məhkəməyə göndərilməsi barədə qərar qəbul olunması tələbidir.Buradan anlaşılır ki, kassator əvvəlcə qərardadın ləğvini digər məhkəmədən tələb edir, təmin edilməyəcəyi təqdirdə Ali Məhkəməyə göndərilməsini xahiş edir.Digər tərəfdən xx.xx.2023-cü il tarixli qərardad da iş materiallarında mövcud deyil. Məhkəmə kollegiyası onu da qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin şikayət verilə bilən qərardadın ləğvi həmin məhkəmədən deyil, kassasiya instansiyası məhkəməsindən tələb edilməlidir. Kassatorun digər tələbi Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-1474/2023 saylı qətnaməsinin ləğv edilməsi və işin mahiyyəti üzrə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunması barədədir.Lakin kassasiya şikayətinin məzmunundan kassasiya şikayətinin göstərilən qətnamədən verildiyi tam müəyyən deyil, digər tərfdən də kassatorun Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-1474/2023 saylı qətnaməsindən verdiyi kassasiya şikayəti həmin məhkəmə tərəfindən qaytarılmışdır.Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdehin kassasiya şikayəti məzmun tələblərinə cavab vermir.

16. Göstərilən halda apellyasiya instansiyası məhkəməsi, kassasiya şikayəti verilməsi üçün MPM-nin 407-ci maddəsinə riayət olunmasını araşdırmaqla, kassasiya şikayətini geri qaytarmalı idi.

17. Nəzərə alınmalıdır ki, kassasiya qaydasında işə baxmaq üçün prosessual əsasların olmaması apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətinin geri qaytarılması kimi hüqu qi nəticəyə səbəb olur. Yuxarıda göstərilən halda kassasiya şikayətinin geri qaytarılması apellyasiya instansiyasının səlahiyyəti olduğuna görə, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

18. Beləliklə, Cavabdeh tərəfindən kassasiya şikayəti verilərkən MPM-nin 407-ci maddəsinə riayət olunmadığından kassasiya şikayəti icraata qəbul edilə bilməz.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir.

20. Həmin Məcəllənin 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prose ssual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.

21. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadığına görə cavabdehin kassasiya şikayəti qeyri-mümkün hesab edilməli, geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir.

22. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: Cavabdeh tərəfindən verilmiş və apellyasiya instansiyası məhkəməsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 17 iyul 2023-cü il tarixli qərardadından verilmiş kassasiya şikayəti kimi mülki işlə birlikdə baxılması üçün Ali Məhkəməyə göndərilmiş kassasiya şi kayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərardad qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar