Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-350/2022 03.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər X və X qarşı iş üzrə QƏRARİ Açar sözlər: iş üçün əhəmiyyətli olan bütün halların müəyyən edilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7750/2021 nömrəli iş üzrə 04 avqust 2021-ci il tarixli qətnaməsindən cavabdeh X tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 03 mart 2022-ci il tarixdə Ali Məhkəmənin binası nda açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdehlər ləğv prosesində olan Cavabdeh1 ASC-yə və X qarşı iddia ərizəsi və iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı məxsus xxxx nömrəli mənzillərə dair ipoteka saxlayan ləğv prosesində olan Cavabdeh1 ASC ilə ipoteka qoyan İddiaçı X və borclu X arasında bağlanmış 05 may 2010-cu il tarixli ipoteka müqaviləsinə xitam verilməsi, mənzillərin ipoteka yüklülüyündən azad edilməsi, əmlakların üzərində ipoteka yüklülüyünün dövlət qeydiyyatının ləğv edilməsinin cavabdeh X həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İş materiallarından görünür ki, Cavabdeh1 ASC ilə X arasında 27 may 2009-cu il tarixli 34 saylı, 05 may 2010-cu il tarixli 28 saylı və 06 ap rel 2011-ci il tarixli 34 saylı kredit müqavilələri bağlanmış və X ümumilikdə 1.550.000 manat kredit verilmişdir.
3. Cavabdeh1 ASC ilə X arasında bağlanmış 05 may 2010-cu il tarixli 28 saylı kredit müqaviləsinin təminatı olaraq İddiaçı məxsus xxx nömrəli mənzillər ipoteka ilə yüklü edilmişdir.
4. Qaradağ Rayon Məhkəməsinin 14 avqust 2013-cü il tarixli 2(002)-10/2013 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 27 may 2009-cu il tarixli 34 saylı və 05 may 2010-cu il tarixli 28 saylı kredit müqavilələrinə xitam verilməsi, X1 27 may 2009-cu il tarixli kredit müqaviləsinə əsasən 1.000.000 manat əsas borc, 119.758,30 manat faiz borcu 16 200 (on altı min iki yüz) manat dəbbə pulu, cəmi 1 135 958 manat borcun, 05 may 2010cu il tarixli 28 saylı kredit müqaviləsinə əsasən 250.000 manat əsas borc, 43.479,16 manat faiz borcunun, 11.434,50 manat dəbbə pulunun, cəmi 304.913,66 manat mbləğində borcun və 06 aprel 2011-ci il tarixli 34 saylı kredit müqaviləsinə əsasən 285 000 manat əsas borcun, 19 815,49 manat faiz borcunun, 5 557,50 manat vaxtı keçmiş faiz borcunun, 86 640 manat dəbbə pulunun, cəmi 397.012,99 manat məbləğində borcun və 20 manat ödənilmiş dövlət rüsumu məbləğinin Cavabdeh1 ASC-nin xeyrinə tutulması, tutmanın Bxxx hissəsində 1 ha torpaq sahəsində yerləşən bütün mülıəndis-texniki kommunikasiya ilə təchiz olunmuş sənave-istchsalat sahəsinə və X2 X" nizamnamə kapitalındakı payına və həmin hüquqi şəxsin əmlakla bağlı hüquqlarına yönəldilməsi və əldə edilmiş vəsaitdən 1 135 958 (bir milyon bir yüz otuz beş min doqquz yüz əlli səkkiz) manat 30 qəpik məbləğində borcun Cava bdeh1 ASC-nin xeyrinə tutulması, tutmanın İddiaçı qızma məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 21.70 kv.m olan 01 otaqlı kommunal şəraitli, yüksək təmirli yaşayış mənzilinə və İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 37.80 lcv.m olan 1 (bir) otaqlı kommunal şəraitli, yüksək təmirli yaşayış mənzilinə yönəldilməsi, qeyd olunmuş mənzillərin ixtisaslaşmış açıq hərracdan satılması və əldə olunmuş vəsaitdən 304.913,66 (üç yüz dörd min doqquz yüz on üç) manat 66 (altmış altı) qəpik məbləğində borcun Cavabdeh1 ASC-nin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
5. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 14 avqust 2013-cü il tarixli 2(002)10/2013 saylı icra sənədi üzrə 04 fevral 2020-ci il tarixdə Bakı şəhəri Yasamal rayon İcra şöbəsi tərəf indən icraata başlamaq haqqında qərar qəbul edilmiş, qərarın surəti və tələbin könüllü icrası haqqında bildiriş borclu İddiaçı göndərilmişdir. X 05 may 2010-cu il tarixli kredit müqaviləsi üzrə tələbkara olan borcunu tam ödəmiş, 24 sentyabr 2020-ci il tarixdə ərizə ilə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə müraciət edərək mənzillərlə bağlı icra hərəkətlərinin dayandırılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon İcra şöbəsi 29 sentyabr 2020-ci il tarixdə hərrac mərkəzinə müraciət edərək, əmlakların satılmasını sifariş etmiş, "xxxx" X tərəfindən 29 oktyabr 2020-ci il tarixə evlərin satılması ilə bağlı hərrac təyin edilmişdir. Ləğv prosesində olan Cavabdeh1 ASC 12 noyabr 2020-ci il tarixdə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə ərizə ilə müraciət edərək, Bakı şəhəri Qaradağ Rayon Məh kəməsinin 14 avqust 2013-cü il tarixli 2(002)-10/2013 saylı icra vərəqəsinə əsasən borclu X3 tərəfindən 05 may 2010-cu il tarixli kredit müqaviləsi üzrə 22 sentyabr 2020-ci il tarixdə 54.914 manat ödənişin həyata keçirildiyini bildirmişdir. Bakı şəhəri Yasamal rayon İcra şöbəsi tərəfindən 24 fevral 2021-ci il tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 14 avqust 2013-cü il tarixli 2(002)-10/2013 saylı icra sənədi üzrə icraata borclu İddiaçı aid hissədə xitam verilməsi barədə qərar qəbul edilmişdir
6. İddiaçı bildirir ki, ona məxsus xxx nömrəli mənzillər X ilə Cavabdeh1 ASC arasında bağlanmış 05 may 2010-cu il tarixli 28 saylı kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Daha sonra həmin kredit X tərəfindən ödənilmədiyi səbəbindən Qaradağ Ray on Məhkəməsinin 2(002)-10/2013 saylı 14 avqust 2013-cü il tarixli icra sənədinə əsasən kredit üzrə 304.913,63 manat qalıq borc ona məxsus ipoteka predmeti olan əmlaka yönəldilmişdir. 22 sentyabr 2020-ci il tarixdə Xi 05 may 2010-cu il tarixli 28 saylı kredi müqaviləsi üzrə tələbkara olan bütün borcunu tam olaraq ödəmişdir. İpotekaya səbəb olan kredit borcu kredit götürən tərəfindən tam olaraq ödənildikdən sonra ərizə ilə cavabdehə müraciət edərək ona məxsus xxx nömrəli mənzillərin girovdan azad edilməsini və bu barədə X ipotekadan azad edilmə haqqında məlumatın göndərilməsini xahiş etmişdir. Lakin cavabdeh bununla bağlı indiyə qədər hər hansı münasibət bildirməmişdir..
7. Cavabdeh ləğv prosesində olan X bildirir ki, borcalan "xxxx" MMC-nin hazırda banka borcu olduğundan iddia tələbi əsassı zdır.
8. Cavabdeh X işə məhkəmə baxışlarında iştirak etməmiş və işin halları barədə izahat verməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim A.Həsənova) 2(011)-886/2021 saylı, 15 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, İddiaçı məxsus xxx nömrəli mənzillərə dair ipoteka saxlayan ləğv prosesində olan Cavabdeh1 ASC ilə ipoteka verən İddiaçı və borcalan X arasında bağlanmış 05 may 2010-cu il tarixli ipoteka müqaviləsinə xitam verilməsi, xxx nömrəli mənzillərin ipoteka yüklülüyündən azad edilməsi, əmlakların üzərində ipoteka yüklülüyünün dövlət qeydiyyatının ləğv edilməsinin cavabdeh X həvalə edilməsi, ödənilmiş 10 (on) manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edi lmişdir.
10. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə 1X ləğv prosesində olan Cavabdeh1 ASC ilə aralarında bağlanmış 05 may 2010-cu il tarixli kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri tam şəkildə icra etmiş, öz borcunu ödəmişdir. Onun bank qarşısında hər hansı borc öhdəliyi qalmamışdır. Kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmiş mübahisəli əmlaka dair ipotekaya xitam verilməsi və ipoteka yüklülüyünün dövlət qeydiyyatının ləğv edilməsi ilə bağlı əmlakların mülkiyyətçisi olan İddiaçı X tərəfindən X məktub göndərilmişdir. Lakin həmin məktub cavabdeh təşkilat tərəfindən icra edilməmişdir.
11. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab etmişdir ki, hazırkı iş üzrə X bank qarşısında öz öhdəliyini tam şəkild ə icra etmiş, İddiaçı məxsus əmlakların ipoteka yüklülüyündə qalmasının zəruriliyi aradan qalxmışdır. İddiaçıya məxsus olan əmlakların ipoteka yüklülüyündən azad edilməsinə cavabdehlər tərəfindən törədilmiş maneələr onun mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneəçilik törətmiş və onun konstitusion hüquqlarının kobud şəkildə pozulmasına səbəb olmuşdur.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 158.3, 178.1-ci, İpoteka haqqında Qanunun 10.4, 11.1, 15.1, 48.1.2-ci, Mülki Prosessual Məcəllənin 88, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh ləğv prosesində olan Cavabdeh1 X apelyasiya şikayəti vermişdir.
14. Bakı Apellyasiya Məhkəməsini n Mülki kollegiyasının (hakimlər F.Babayev (sədrlik edən və məruzəçi), X.Mərdanova, E.Həsənov) 2(103)-7750/2021 nömrəli iş üzrə 04 avqust 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-886/2021 saylı, 15 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
16. Cavabdeh X kassasiy a şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır c) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
20. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
21. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
22. Qanunun tələbinə görə kassasiya instansi yası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
23. Hazırkı kassasiya şikayətində cavabdeh X apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə
24. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (maddə 14.2)
25. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
26. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (maddə 217.1)
27. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. (maddə 217.3)
28. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. (maddə 218.1)
29. Hakim işdə iştirak edən şəxslər in verdiyi tələblər üzrə qətnamə çıxarır. (maddə 218.3)
30. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. (maddə 417.1.3)
31. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. (maddə 418.3) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası izahatları dinləyib, kasasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üç ün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
33. Belə ki, apelyasiya insansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. (26-27)
34. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
35. Birinci instansiya məhkəməsi isə qəbul etdiyi qətnaməni X ləğv prosesində olan Cavabdeh1 ASC ilə aralarında bağlanmış 05 may 2010-cu il tarixli kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri tam şəkildə icra etməsi, onun bank qarşıs ında hər hansı borc öhdəliyinin qalmaması ilə əsaslandırmışdır.
36. Bununla bağlı kassatorun dəlili ondan ibarətdir ki, 05 may 2010-cu il tarixli kredit müqaviləsi üzrə borc tam ödənilməmiş və X ilə ləğv prosesində olan Cavabdeh1 ASC arasında daha iki müqavilə 27.05.2009-cu il və 06.04.2011-ci il tarixli kredit müqavilələri bağlanmışdır.
37. Qeyd edilən müqavilələr üzrə X banka 1.532.970,99 manat borcu vardır.
38. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə mübahisənin düzgün həll edilməsi üçün yuxarıda qeyd edilən hallara MPM-in 88-ci maddəsinin tələblərinə riayət etməklə hüquqi qiymət verilməli olduğu halda apelyasiya instansiyası məhkəməsi həmin hallara hüquqi qiymət verməmişdir.
39. Halbuki, MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam b axdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
40. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
41. Konstitusiya Məhkəməsinin Plenumunun 12 iyul 2016-ci il tarixli qərarında qeyd edilmişdir ki, işə baxan məhkəmə iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq edən, işin həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır.
42. Konstitusiya Məhk əməsi Plenumunun hüquqi mövqeyinə görə, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutu, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini aydın göstərməlidir (S.Əliyevanın şikayəti ilə əlaqədar 31 may 2006-cı il tarixli Qərar).
43. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya instansiyası məhkəməsi işdə olan sübutlara MPM-in 88-ci maddəsinin tələblərinə riayət etməklə hüquqi qiymət verməmiş, nəticədə a pelyasiya məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır və bu düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
44. Azərbaycan Respublikası MPM-nin 418.3-cü maddəsinin məzmununa görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
45. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh X kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7750/2021 nömrəli iş üzrə 04 avqust 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.