Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3502/2019 03.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X8 oğlunun katibliyi, Cavabdehlər Cavabdeh4 və Cavabdeh3 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 fevral 2019-cu il tarixli 2(107)2283/2018 nömrəli qərardadından cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3, X5 və onların vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin onun barəsində yaymış olduqları, şərəf və ləyaqətin, nüfuzun ləkələnməsi barədə məlumatların həqiqətə uyğun olmayan, yalan məlumatlar hesab edilməklə həmin məlumatların məhkəmə qaydasında təkzib edilməsi, üzr istənilməsi və cavabdehlərin hər birindən 10.000 (on min) manat - cəmi 40.000 (qırx min) manat mənəvi zərər məbləğinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Oğuz Rayon Məhkəməsinin (hakim Kamran Süleymanov) 21 iyun 2018-ci il tarixli 2(054)-363/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və X2 İddiaçı barəsində 2018-ci ilin 01 mart, 02 mart, 05 mart, 06 mart və 07 mart tarixlərində televiziyanın “ATV” kanalında yayımlanan “Bizimləsən ” verilişində İddiaçı barəsində, onun mərhum X3 ölümündə təqsirkar olması barədə qeyd etdikləri, şərəf və ləyaqətin alçaldılması, nüfuza zərər vurulması ilə nəticələnən məlumatlar həqiqətə uyğun olmayan, yalan məlumatlar hesab edilməklə həmin məlumatlar məhkəmə qaydasında təkzib edilməsi, hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən sonra 1 (bir) ay müddətində cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və X2 həmin məlumatlara Oğuz rayon İcra və Probasiya Şöbəsində (yazılı formada üzr istəməklə) təkzib vermələri, cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və X2 hər birindən 500 (beş yüz) manat miqdarında - cəmi 2.000 (iki min) manat miqdarında mənəvi zərər məbləği tutularaq İddiaçı ödənilməsi, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu məbləği nin 6 (altı) manatdan ibarət hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və X1 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi, dövlət rüsumu məbləğinin 24 (iyirmi dörd) manatdan ibarət hissəsinin iddiaçının özünə aid edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin (hakimlər İmanverdi Şükürov - sədrlik edən və məruzəçi, Mirbahəddin Hüseynov, Rəfail Əliyev) 17 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə cavabdehlərin apellyasiya şikayəti təmin edilməyərək, iş üzrə Oğuz Rayon Məhkəməsinin 21 iyun 2018-ci il tarixli 2(054)-363/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdehlər həmin qətnamədən kassasiya şikayəti və buraxılmış müddətin bərpa edilməsi barədə vəsatət vermişlər, Şəki Apellyasiya Məhkəməsinin (hakimlər İmanverdi Şükürov - sədrlik edən və məruzəçi, Akif E yvazov, Rəfail Əliyev) 14 fevral 2019-cu il tarixli qərardadı ilə kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə vəsatət təmin edilməyərək kassasiya şikayəti geri qaytarılmışdır. Cavabdehlər kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 fevral 2019-cu il tarixli 2(107)-2283/2018 nömrəli qərardadının ləğv edilərək işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayətini onunla əsaslandırılmışdır ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)- 2283/2018 saylı mülki iş üzrə 17 sentyabr 2018-ci il tarixli qətnaməsinin sürəti poçt vasitəsi ilə 25 sentyabr 2018-ci il tarixdə proses iştirakçılarına göndərilmişdir. Cavabdeh isə qətnaməni aldıqdan 8 gün sonra, yəni 11 dekabr 2018-ci il tarixdə kassasiya şikayəti vermişdir. Məhkəmə cavabdehlərin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə kassasiya şikayəti vermələrini nəzərə almamış, əsassız olaraq müddətin ötürülməsi qənaətinə gələrək ədalətsiz qətnamədən verilmiş kassasiya şikayətinə baxılmasına süni maneələr yaratmışdır. Qətnamədən şikayət verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddət cavabdehlərin təqsiri ucbatından buraxılmamışdır. PROSESSUAL MƏSƏLƏLƏR Cavabdehlər Cavabdeh4 və Cavabdeh3 məhkəmə iclasında vəkilsiz iştirak etdiklərinə görə Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə əsasən onların izahatı dinlənilməmişdir. Digər proses iştirakçılarına işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məl umat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, Şəki Apellyasiya Məhkəməsi 14.02.2019-cu il tarixli qərardadla cavabdehlərin kassasiya şikayətini geri qaytarmaqda haqlı olmuş, prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: - 403.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. - 405.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin 17 sentyabr 2018-ci il tarixli, 2(107)-2283/2018 nömrəli qətnaməsinin surəti poçt vasitəsi ilə 25 sentyabr 2018-ci il tarixdə proses iştirakçılarına göndərilmişdir. Cavabdeh1 göndərilmiş məktub ünvan 1 ünvanında poçt göndərişinin verilməs i haqqındakı xəbərnaməyə imza edilməklə 28 sentyabr 2018-ci il tarixdə, Cavabdeh3 göndərilmiş məktub Şəmkir rayonu, Çənlibel kəndində poçt göndərişinin verilməsi haqqındakı xəbərnaməyə imza edilməklə 30 sentyabr 2018-ci il tarixdə, cavabdeh X4 göndərilmiş məktub Göygöl rayonu, Göyçəkənd kəndində poçt göndərişinin verilməsi haqqındakı xəbərnaməyə imza edilməklə 02 oktyabr 2018-ci il tarixdə, Cavabdeh4 göndərilmiş məktub Oğuz rayonu, Calud kəndində poçt göndərişinin verilməsi haqqındakı xəbərnaməyə imza edilməklə 03 oktyabr 2018-ci il tarixdə, alınmış və xəbərnamə məhkəməyə geri qaytarılmışdır. Cavabdehlər müddətin bərpası haqqında verdikləri ərizədə qətnamənin onlara 11 oktyabr 2018-ci ildə poçtun əməkdaşı tərəfindən verildiyini və bu barədə sübutlarının olduğunu, kassasiya şikayətini 11. 12.2018-ci il tarixdə poçta verdiklərindən isə müddəti buraxmadıqlarını qeyd edərək, müddətin bərpa edilməsini xahiş etmişdirlər. Apellyasiya instansiya məhkəməsi müddətin bərpasına dair ərizə ilə bağlı müəyyən etmişdir ki, cavabdehlər məlum məhkəmə qətnaməsinin onlara 11 oktyabr 2018-ci ildə poçtun əməkdaşı tərəfindən verildiyini və bunun təsdiqi ilə bağlı Cavabdeh3 adına olan poçt göndərişini əlavə etmişlər. Hansı ki, həmin poçt göndərişində Cavabdeh3 ünvanı ünvan 2i göstərilmişdir. Lakin, həm birinci instansiya məhkəməsi, həm də Şəki Apellyasiya Məhkəməsi tərəfindən Cavabdeh3 ünvanlanmış bütün məktublarda və bildirişlərdə sonuncunun ünvanı ünvan 2i deyil, ünvan 4ş, eləcədə Şəki Apellyasiya Məhkəməsi tərəfindən guya sonuncunun yaşadığı ünvan 5 ünvana hər hansı bir məktub göndərilməmişdir. Həmçinin poçt göndərişlərinin üzərindəki ştrix kodlarıda tamamilə fərqlidir. Göründüyü kimi, cavabdehlərin təqdim etdikləri sənədlər kserosurət olmaqla, reallığı əks etdirmir. Cavabdehlər isə 8 gün buraxılmış müddətin üzrlü səbəblərdə buraxılmasına dair heç bir sübut təqdim etməmişdirlər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Cavabdehlər Şəki Apellyasiya Məhkəməsinin mübahisələndirilən qətnaməsindən kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürmədiklərini qeyd etsələr də, bu hal iş materialları ilə təkzib edilir. Eyni zamanda, cavabdehlər kassasiya şikayəti verilməsi müddətinin buraxılmasının üzrlü səbəbdən baş verməsi barədə kassasiya şikayətinə heç bir sübut əlavə etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, kassasiya şikayəti geri qaytarılır. Məhkəmə kollegiyası, kassasiya şikayətinin dəlillərini müzakirə edərək, onları əsassız sayır və qeyd edir ki, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün əsas vermir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən saxlanı lmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehlərin kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14.02.2019-cu il tarixli 2(107)-2283/2018 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3502/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3502/2019
03.06.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver