Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3509/2023 30.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh9 MMC-yə, Cavabdeh2 MMC-yə, Cavabdeh1 MMC-yə, Cavabdeh4 MMC-yə, Cavabdeh5 MMC-yə, Cavabdeh3 MMC-yə, Cavabdeh8 MMC-yə, Cavabdeh7 MMC-yə və Cavabdeh6 MMC-yə qarşı “əmək haqqına əlavələrin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi, apellyasiya şikayətinin səlahiyyətli şəxs tərəfindən imzalanmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 iyul 2023-cü il tarixli, 2(103)4831/2023 nömrəli qərardadından cavabdehlər tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 31 may 2023-ci il tarixli, e-2(009)588/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh9 MMC, Cavabdeh2 MMC, Cavabdeh1 MMC, Cavabdeh4 MMC, Cavabdeh5 MMC, Cavabdeh3 MMC, Cavabdeh8 MMC və Cavabdeh6 MMC-dən müştərək qaydada İddiaçı xeyrinə 47957,34 manat məbləğində pul vəsaitinin ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, mediasiya xərcinin və ekspertiza tədqiqatının dəyərinin tərəflər arasında bölüşdürülməsi qət edilmişdir.
2. Həmin qətnamədən cavabdehlər Cavabdeh3 MMC, Cavabdeh6 MMC, Cavabdeh2 MMC, Cavabdeh9 MMC, Cavabdeh1 MMC, Cavabdeh5 MMC, Cavabdeh4 MMC, Cavabdeh8 MMC birgə apellyasiya şikayəti vermişlər.
3. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 iyul 2023-cü il tarixli, 2(103)-4831/2023 nömrəli qərardadı ilə (hakim F.F.Babayevin sədrliyi və məruzəsi ilə, hakimlər G.T.Axundovadan və C.C.Musayevadan ibarət tərkibdə) Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 31 may 2023-ci il tarixli, e-2(009)-588/2023 nömrəli qətnaməsindən cavabdehlər tərəfindən birgə verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş, apellyasiya şikayətinin geri qaytarılması üçün mülki iş birinci instansiyası məhkəməsinə göndərilmişdir.
4. Apellyasiya şikayətini qeyri-mümkün hesab edən apellyasiya instansiyası məhkəməs i göstərmişdir ki, cavabdehlər tərəfindən 01 fevral 2023-cü il tarixdə Vəkil2 Asimovnaya etibarnamə verilmiş, Vəkil2 da öz növbəsində 21 iyun 2023-cü il tarixdə ona verilmiş hüquq və vəzifələri həyata keçirməyi etibarnamə verməklə vəkil Nümayəndə həvalə etmiş, apellyasiya şikayəti nümayəndə və vəkil kimi Nümayəndə tərəfindən imzalanmışdır. Halbuki, iş materiallarında olan cavabdehlər tərəfindən Vəkil2 Asimovnaya verilmiş 01 fevral 2023-cü il tarixli etibarnamələrdə xüsusilə qeyd edilmişdir ki, etibar edilən etibarnamə ilə ona verilmiş hüquq və səlahiyyətləri digər fiziki və ya hüquqi şəxslərə ötürə bilməz. Cavabdehlər tərəfindən Vəkil2 verilmiş etibarnamədə hüquq və səlahiyyətlərin digər şəxslərə ötürülə bilməməsi bilavasitə qeyd olunmasına baxmayaraq, vəkil Nümayəndə ona verilən etibarnam ə əsasında apellyasiya şikayətini imzalamışdır. Bununla da müəyyən olunur ki, cavabdehlərin apellyasiya şikayəti səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
5. Cavabdehlər Cavabdeh3 MMC, Cavabdeh6 MMC, Cavabdeh2 MMC, Cavabdeh9 MMC, Cavabdeh1 MMC, Cavabdeh5 MMC, Cavabdeh4 MMC, Cavabdeh8 MMC birgə kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 iyul 2023-cü il tarixli, 2(103)-4831/2023 nömrəli qərardadının ləğv edilməsi və apellyasiya şikayətinin icraata qəbul edilməsi (mümkün hesab edilməsi) barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 364.1, 780.1.1-ci, Mülki Prosessual Məcəllənin 357-c i maddələrinin tələbləri pozulmuşdur. Belə ki, vəkil Nümayəndə verilən etibarnamələr Vəkil2 Asimovna tərəfindən 01 fevral 2023-cü il tarixli etibarnamələr əsasında verilməmişdir. Həmin etibarnamələrin özündə birbaşa göstərilib ki, onlar cavabdehlər tərəfindən Vəkil2 Asimovnaya verilmiş 04 aprel 2023-cü il tarixli etibarnamələr əsasında verilmişdir. 04 aprel 2023-cü il tarixli etibarnamələrin Azərbaycan dili versiyasının (ingilis dili versiyası ilə uyğunsuzluq halında Azərbaycan dili versiya üstünlük təşkil edir) axırdan əvvəlki abzasında yazılıb: “Yuxarıda qeyd olunan şəxs bu etibarnamə üzrə ona verilən hüquq və səlahiyyətləri digər fiziki və hüquqi şəxsə ötürə bilər”. Bütün bu etibarnamələr elektron formada apellyasiya şikayətinə qoşulmuşdur.
7. Kassasiya şikayətinə Azərbaycan Respublik ası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
8. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq:
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 361.2-ci maddəsinə əsasən apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. 363.1.1-ci maddəsinə əsasən apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərə findən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
10. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.
11. Belə ki, apellyasiya şikayətini qeyri-mümkün hesab edən apellyasiya məhkəməsi iş materiallarındakı apellyator olan MMC-lərin Vəkil2 Asimovnaya verdikləri 01 fevral 2023-cü il tarixli etibarnamələrə istinad etmişdir. (cild 1, i.v.1 32-155).
12. Həqiqətən, həmin etibarnamələrlə MMC-lər tərəfindən Vəkil2 bütün mülki, kommersiya, əmək mübahisələrə dair və inzibati icraat qaydasında baxılan (inzibati mübahisələr və inzibati xətalar haqqında işlər) işlərdə şirkətlərin maraqlarını və hüquqlarını bütün məhkəmə instansiyalarında müdafiə etmək, o cümlədən qərarlardan şikayətləri imzalamaq və təqdim etmək səlahiyyətləri verilsə də, bu səlahiyyətlərin digər fiziki və / və ya hüquqi şəxslərə ötürülə bilməməsi qeyd olunmuşdur.
13. Həmçinin müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayətini cavabdeh MMC-lərin adından elektron imza ilə vəkil Nümayəndə imzalamışdır.
14. İş materiallarına vəkil Nümayəndə adına verilən vəkil orderləri, habelə Vəkil2 Asimovnanın imzaladığı etibarnamələr əlavə edilmi şdir.
15. Lakin, “Elektron Məhkəmə” İnformasiya Sisteminə baxış keçirdikdə müəyyən olunur ki, apellyasiya şikayətinə həmçinin apellyatorların Vəkil2 Asimovnaya müəyyən, o cümlədən məhkəmə aktlarında şikayət verilməsi səlahiyyətlərini verən yeni məzmunlu, 04 aprel 2023-cü il tarixli etibarnamələr də əlavə olunmuşdur. Həmin etibarnamələr Azərbaycan və İngilis dilində tərtib olunmaqla, Azərbaycan dilli hissəsində qeyd olunmuşdur ki, bu etibarnamələr üzrə verilən hüquq və səlahiyyətlər digər fiziki və / və ya hüquqi şəxslərə ötürülə bilər. Vəkil2 Asimovnanın vəkil Nümayəndə verdiyi etibarnamələrdə isə məhz MMC-lərin 04 aprel 2023-cü il tarixli etibarnamələrinə istinad olunmuşdur.
16. Göründüyü kimi, qeyd olunan etibarnamələr çap edilərək, iş materiallarına əlavə edilməsə də, nümayəndə Vəkil 2 Asimovna ona verilən səlahiyyətləri başqa şəxslərə ötürmək hüququna malik olmuş və beləliklə də, vəkil Nümayəndə apellyatorların adından apellyasiya şikayətlərini imzalamaq səlahiyyəti olmuşdur.
17. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Horronsbi Yunanıstana qarşı” 19 mart 1997ci il tarixli qərarında göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi müəyyən edir ki, hər kəs mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə tərəfindən işinin araşdırılması hüququna malikdir. Razılığa gələn Tərəflərin hüquqi sistemi qəti, məcburi hüquqi qüvvəyə malik olan məhkəmə qərarlarının tərəfin birinə münasibətdə fəaliyyətsiz qalmağa imkan verdiyi halda, bu hüquq xəyali xarakter almış olardı. Konvensiyanin 6-cı maddəsinin yalnız ədalət mühakiməsinə çatmaq hüququnu tənzimləyən kimi tərtib ol unması razılığa gələn Dövlətlərin Konvensiyanı imzalayarkən riayət etmələrini öhdələrinə götürdükləri hüququn aliliyi prinsipi ilə uyğunsuzluğa aparan vəziyyətə gətirib çıxaracaqdır.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumumu “Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin şikayəti üzrə” 23 aprel 2004-cü il tarixli X3 Hüquqları Məhkəməsinin “Delkurun Belçikaya qarşı işi üzrə” qərarına istinadla qeyd etmişdir ki, “ədalətli məhkəmə araşdırması hüququ özündə üç elementin vəhdətini nəzərdə tutur: 1) qanun əsasında yaradılmış, müstəqilliyə və qərəzsizliyə dair bütün tələblərə cavab verən məhkəmənin mövcudluğu; 2) məhkəmənin mübahisəyə və ya ittihama dair bütün məsələləri həll etmək üçün kifayət qədər geniş yurisdiksiyaya malik olması; 3) müvafiq şəxsin məhkəməyə müraciət e tmək hüququnun (və imkanının) olması. Bu elementlərin hər hansı birinin, o cümlədən qanunvericilikdə müəyyən edilən istisnalar nəzərə alınmaqla şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması, ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir”. Konstitusiya Məhkəməsi həmin qərarında həmçinin göstərmişdir ki, şəxsin məhkəməyə müraciət etmək hüququ məhkəmə prosesinin bütün mərhələlərinə aiddir.
19. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh3 MMC, Cavabdeh6 MMC, Cavabdeh2 MMC, Cavabdeh9 MMC, Cavabdeh1 MMC, Cavabdeh5 MMC, Cavabdeh4 MMC, Cavabdeh8 MMC tərəfindən birgə verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 iyul 2 023-cü il tarixli, 2(103)-4831/2023 nömrəli qərardadı ləğv edilsin və iş materialları cavabdehlər Cavabdeh3 MMC, Cavabdeh6 MMC, Cavabdeh2 MMC, Cavabdeh9 MMC, Cavabdeh1 MMC, Cavabdeh5 MMC, Cavabdeh4 MMC, Cavabdeh8 MMC-nin apellyasiyasının mümkünlüyü məsələsinə yenidən hüquqi qiymət verilməsi üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.