Məhkəmə qərarları › İş №2(102)-3510/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3510/2021

04.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3510/2021 04.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti işə cəlb edilməklə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ipotekaya xitam verilməsi və dövlət reyestrində qeydə alınmış yüklülüyün ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Qılıcova Sevda Mübari z qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 oğlunun və Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin vəkili Vəkil2 oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1587/2021 nömrəli iş üzrə 28 yanvar 2021-ci il tarixli qətnaməsindən İddiaçı və vəkili Vəkil1 oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 4 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları və iş üzrə məhkəmə icraatı

1. Xətai Rayon Məhkəməsinin 04 iyul 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış 21.04.2015-ci il tarixli 15010- 0222/284048 saylı kredit müqaviləsi ləğv edilmiş, cavabdeh İddiaçı kredit müqaviləsi üzrə 32609.11 ABŞ dolları əsas, 5593.25 ABŞ dolları faiz, 300 ABŞ dolları cə rimə borcu olmaqla, cəmi 38502.36 ABŞ dolları borcun qətnamənin icra olunduğu günə məzənnə üzrə manatla tutulması, tələbin ipoteka qoyulmuş mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 95000 manat müəyyən edilməklə açıq hərracdan satılması, satış hesabına əldə edilmiş vəsaitdən “Cavabdeh“ ASC olan borcun ödənilməsi, qalan məbləğin cavabdehə qaytarılması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 20 noyabr 2017-ci il tarixli qətnaməsi ilə Xətai rayon Məhkəməsinin 04 iyul 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Ali Məhkəmənin qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin 20 noyabr 2017ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 2. “xxxx” MMC məhkəməyə daxil olmuş 01.09.2020-ci il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilin in icra sənədi icraatlarına daxil olmuş, ölkədə təyin olunan karantin rejimi ilə əlaqədar təyin olunmuş hərraclar keçirilməmişdir. ünvan 1 ünvanında yerləşən mənzilin ilkin hərracının keçirilməsi 28.09.2020-ci il tarixinə təyin edilmişdir. 3. “xxxx” MMC tərəfindən 28.09.2020-ci il tarixdə və 12.10.2020-ci il tarixdə hərrac keçirilməsinə dair bildirişlər göndərilmiş və “X” qəzetində dərc edilmişdir. a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi və “xxxx” MMC işə cəlb edilməklə Cavabdeh ASC-yə qarşı məhkəmədə iddia qaldıraraq, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən mənzilin ipotekasına xitam verilməsi və həmin mənzilin dövlət reyestrində qeydə alınmış yüklülüyün ləğv edi lməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Xətai Rayon Məhkəməsinin 2(011)-327/2017 saylı qətnaməsinin icrası ilə əlaqədar Xətai rayon İcra və Probasiya şöbəsinin 17/74-19/20 saylı 10.01.2020-ci il tarixli icra sənədi üzrə ipoteka qoyulan ünvan 1 ünvanında yerləşən mənzilin satılması ilə əlaqədar birinci hərrac 17 fevral 2020-ci il tarixdə keçirilmiş, hərrac baş tutmamış və ikinci hərracın keçirilməsi 16 mart 2020-ci il tarixə təyin edilmişdir. İkinci hərracın keçirilməsindən sonra hərrac baş tutmamışdır və nəticədə qanunvericiliyin tələbinə uyğun olaraq ipoteka predmeti banka təklif olunmuşdur. Artıq həmin zamandan 4 aydan çox zaman keçməsinə baxmayaraq bank tərəfindən ipoteka predmeti əldə edilməmişdir. Belə olan halda ipotekaya xitam verilməlidir.

6. Bakı şəhəri Səbail Ray on Məhkəməsinin 2(009)-1706/2020 saylı 15 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim Ş.Ə.Süleymanova) İddiaçı Cavabdeh ASC-yə qarşı ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən mənzilin ipotekasına xitam verilməsi və həmin mənzilin dövlət reyestrində qeydə alınmış yüklülüyün ləğv edilməsi tələbinə dair iddiаsı təmin edilməmişdir.

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, ikinci hərrac baş tutmadıqdan sonra 30 gün müddətində ipoteka saxlayan ipoteka predmetini əldə etməsə iddiaçı banka qarşı belə iddia qaldırması əsaslı olardı. Belə ki, ipoteka predmeti olan iddiaçıya məxsus mənzil karantin rejimi ilə bağlı bir dəfə 28 sentyabr 2020-ci il tarixdə keçirilmiş, baş tutmadığından 15% aşağı qiymətə 12.10.2020-ci il saat 11:00-a təyin edilmişdir. Məhkəmə iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə və “Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin Plenumunun “İpoteka haqqında” Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair“28 oktyabr 2014-cü il tarixli Qərarına istinad etmişdir.

8. Qətnamədən narazı qalan İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, hazırki iş üzrə Səbail Rayon Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iş üzrə iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1587/2021 saylı 28 yanvar 2021-ci il tarixli qətnamə si ilə (hakimlər T.S.Səmədov (sədrlik edən və məruzəçi), İ.S.Şirinov və A.V.Tanrıverdiyev) İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hazırki iş üzrə 15 oktyabr 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

10. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası hesab etmişdir ki, hazırki iddia tələblərinin təmin olunması üçün əsaslar olmadığından, iddia ərizəsini təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə və “Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin Plenumunun “İpoteka haqqında” Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair“ 28 oktyabr 2014-cü il tarixli Qərarına istinad etmişdir.

11. İddiaçı və vəkili Vəkil1 oğlu kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1587/2021 saylı 28 yanvar 2021-ci il tarixli qətnaməsinin kassasiya icraatı qaydasında ləğv edilməsinə və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, aşağı instansiya məhkəmələri işin faktiki hallarını düzgün araşdırmamış, səthi araşdırma aparmış, nəticədə düzgün qənaətə gəlməmiş, iddiaçının hüquqlarının pozulması ilə nəticələnən, həmçinin “İp oteka haqqında” Qanunun 43.8-ci maddəsinin və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 oktyabr 2014-cü il tarixli qərarının tələblərini kobud şəkildə pozmaqla düzgün olmayan qənaətə gəlmişdir. Belə ki, məhkəmələr tərəfindən araşdırılmalı olan əsas məsələ 17 fevral 2020-ci il tarixdə və 16 mart 2020-ci il tarixdə ölkədə pandemiyanın olub-olmaması və pandemiya ilə əlaqədar iş yerlərinin bağlanması halının olub-olmaması müəyyən edilməli idi. Araşdırılma aparılsaydı müəyyən edilmiş olardı ki, 17 fevral 2020-ci il tarixdə ümumiyyətlə Azərbaycanda koronovirus xəstəsi olmamış və karantin rejimi tətbiq edilməmişdir. Dəfələrlə birinci instansiya məhkəməsində həmçinin apelly asiya instansiyasında hərracın keçirilib-keçirilməməsini və hansı səbəbdən keçirilməməsini təsdiq edən protokolların məhkəməyə təqdim edilməsi tələb olunsa da məhkəməyə təqdim edilməmişdir. Üçüncü və dördüncü hərracın keçirilməsində məqsəd bank tərəfindən 16 mart 2020-ci il tarixdə keçirilmiş hərracdan sonra qanunvericilikdə ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi üçün nəzərdə tutulmuş 30 günlük müddətin ötürülməsinin qarşısını almaqdır. Belə ki, hadisələrin məntiqi ardıcıllığından görünür ki, məhkəmənin istinad etdiyi hərraclar tərəfimdən Səbail Rayon Məhkəməsində ipotekaya xitam verilməsinə dair iddia qaldırdıqdan sonra təşkil edilmişdir. İpoteka haqqında Qanunun 43.8-ci maddəsinin tələbinə əsasən qanunverici ipoteka saxlayana ipoteka predmetini əldə etmək imkanı verir. Buna baxmayaraq bank qanunvericiliyin verdiyi bu imkandan istifadə etməmiş və ipoteka predmetini əldə etməmişdir. İpoteka haqqında Qanunun 43.8-ci maddəsinin tələbindən görünür ki, ipoteka saxlayanın ipoteka predmetinin əldə edilməsi üçün müəyyən edilmiş 30 günlük müddət təkrar hərracın baş tutmamış elan edilməsindən etibarən hesablanır. Belə olduğu təqdirdə müəyyən olunur ki, bank hətta icra vərəqəsinin geri qaytarılmasına dair icra şöbəsinə müraciət etməsi də qanunvericilikdə ipoteka predmetini əldə etmək üçün müəyyən edilmiş 30 günlük müddətin ötürülməsindən sonraya təsadüf edir.

13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 oğlu iş üzrə Bakı Apellyasiya Məhkəməsini n Mülki kollegiyasının 28 yanvar 2021-ci il tarixli qətnaməsindən verdikləri kassasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh ASC-nin vəkili Vəkil2 oğlu kassasiya şikayətinin dəlilləri ilə razılaşmadıqlarını bildirərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 yanvar 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi.

15. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə üçüncü şəxslər Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin və “xxxx” MMC-nin nümayəndələri məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəb ləri barədə məlumat vermədikləri üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

16. Maddə 269.1 Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu:

17. Maddə 43.8 İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. “ Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

18. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı v ə onlardan istifadə etməlidir.

19. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

21. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

22. Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

23. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

24. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

25. Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və q ərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (§21).

26. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (§22).

27. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır (§21). Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassa siya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

28. İş üzrə İddiaçı və vəkili Vəkil1 oğlu kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyasının iş üzrə gəldiyi nəticələr işin araşdırılmış hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmuş, maddi və prossesual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir.

30. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticədən görünür ki, ipoteka predmeti olan iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən mənzil karantin rejimi ilə bağl ı bir dəfə 28 sentyabr 2020-ci il tarixdə keçirilmiş, baş tutmadığından 15% aşağı qiymətə 12.10.2020-ci il saat 11:00-a təyin edilmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, ikinci hərrac baş tutmadıqdan sonra 30 gün müddətində ipoteka saxlayan ipoteka predmetini əldə etməsə, iddiaçının banka qarşı belə iddia qaldırması əsaslı olardı.

31. Məhkəmə kollegiyası apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyasının iş üzrə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iddiaçının istinad etdiyi “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsi təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilməsini nəzərdə tutur. Hazırki iş üzrə, 17.02.2020-ci il tarixə və 16.03.2020-ci il tarixə təyin edilmiş hərracların keçirilməsi və nəticədə hərracların baş tutmaması iş materialları ilə müəyyən edilmir.

32. Məhkəmə kollegiyası “İpoteka haqqında” Qanunun 48.3-cü maddəsində nəzərdə tutulan 30 təqvim gününün ötürülməsi barədə kassasiya şikayətinin dəlili ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair“28 oktyabr 2014-cü il tarixli qərarında göstərmişdir ki, ipoteka saxlayanın təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməməsi halı “İpoteka haqqında” Qanunun 48-ci maddəsində birbaşa göstərilməsə də, həmin qanunla nəzərdə tutulmuş ipotekaya xitam verilməsinin digər hallarından biri qismind ə çıxış edir. “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində göstərilən əsasla ipotekaya xitam verilməsinin proseduru ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, ikinci hərrac keçirildikdən sonra 30 gün müddətində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyanın iddiası ilə məhkəmə icraatı qaydasında ipotekaya xitam verilə bilər.

33. Məhkəmə kollegiyası hesab edir ki, ipoteka predmeti olan mənzil üzrə hərracların keçirilməsi və hərracların baş tutmaması halı sübuta yetirilmədiyindən, hazırki iddia tələblərinin təmin olunması üçün əsaslar olmadığından, iddia ərizəsini təmin etməməklə aşağı instansiya məhkəmələri düzgün nəticəyə gəlmişlər.

34. İddiaçının kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşd ırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

35. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddiaların rədd edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

36. Kassasiya i nstansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər (§23).

37. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

38. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1587/2021 nömrəli iş üzrə 28 yanvar 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar