Məhkəmə qərarları › İş №2(102)-352/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-352/2021

10.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-352/2021 10.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı oğlunun Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: alimentin bir qisminin uşağın adına açılmış bank hesabına köçürülməsi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, Cavabdeh X5 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5913/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıd akı qərarı qəbul etdi. İşin halları

1. Tərəflər xx.xx.2012-ci il tarixdə nikaha girmişlər. Bu nikahdan xx.xx.2013-cü ildə, xx.xx.2015-ci ildə və xx.xx.2017-ci ildə adlı uşaqları doğulmuşdur.

2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4415/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə tərəflər aralasında bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından olan uşaqların cavabdehin yanında saxlanılması, uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay iddiaçının qazancının və gəlirlərinin yarısı miqdarında alimentin Cavabdeh xeyrinə tutulması qət edilmişdir.

3. İddiaçı“X9 UK LTD” Şirkətində işləyir və onun aylıq əmək haqqı 6100 ABŞ dolları təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddia çı lu ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2013-cü il təvəllüdlü X2, xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)4415/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin 50%-ni cavabdehə, digər 50%-ni isə üç bərabər hissəyə bölünərək uşaqların 18 yaşlarına çatanadək adına açılmış bank hesabına ödəniməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, alimentə görə ödənilən pul vəsaitini cavabdeh şəxsi ehtiyacları üçün istifadə edəcək ki, bu da uşaqların hüquqlarının pozulması ilə nəticələnəcəkdir. Ona görə də, alimentin yarı hissəsinin cavabdehə verilməsi, yarı hissəsinı n isə uşaqlar arasında üç hissəyə bölünərək onların adına açılmış bank hesabına ödənilməsi daha səmərəli və uşaqların əmlak mənafeləri üçün daha məqsədə uyğundur. Uşaqların adına bankda yığılan pul vəsaiti onlar 18 yaşına çatdıqda yalnız özləri tərəfindən götürülə bilər. Bununla, həm uşaqların saxlanması icra olunacaq, həm də onların gələcəyi üçün əmlak mənafeləri qorunmuş olacaq.

6. Cavabdeh birinci instansiya məhkəməsində iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, məhkəmə qətnaməsi ilə iddiaçının 50 faiz qazancının cavabdehin xeyrinə tutulması qət edilmişdir. Həmin iş üzrə məhkəmə prosesləri zamanı iddiaçı səhv məlumatlar verərək, qazancını gizlədərək və müxtəlif bəhanələr gətirərək alimentdən boyun qaçırmağa çalışmışdır. Hazırki iddia ərizəsi isə alimentin ödənil məsindən yayınmaq üçün verilmişdir.

7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim P.Zamanlı) xx xxxx 2020-ci il tarixli, 2(011)-1129/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4415/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə xx.xx.2013-cü il təvəllüdlü X2, xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşma çatanadək saxlanması üçün hər ay İddiaçı oğlunun qazancının və gəlirlərinin yarısı miqdarında Cavabdeh xeyrinə tutulan alimentin 45 faizi, hər bir uşaq üçün 15 faiz olmaqla, uşaqların adına açılmış bank (depozit) hesabına köçürülməsi qət edilmişdir.

8. Məhkəmə Ailə Məcəlləsinin 55.3-cü maddəsinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, uşaqlar üçün alimentin tutulmasında əsas məqsəd onların maddi ehtiyaclarının təmin edilməsini mümkün qədər maksimal səviyyədə saxlamaqla bərabər həm də, uşağın normal şəraitdə hərtərəfli fiziki, əqli və mənəvi cəhətdən inkişaf etməsindən ibarətdir. Aliment məbləğinin bəzi hallarda yüksək həddə (uşaqların normal gündəlik ehtiyaclarından artıq) müəyyən edilərkən bir hissəsinin bank hesabına köçürülməsi də, həmin məqsədə xidmət etmiş olur. Belə ki, həmin pul vəsaitinin toplanması uşaqların gələcəkdə daha önəmli (təhsil, mənzil-məişət şəraitinin yaxşılaşdırılması və s.) maddi tələbatlarının ödənilməsinə sərf edilmiş olur. Göründüyü kimi, iddiaçıdan tutulan alimentin məbləği nəinki ölkə üzrə uşaqlar üçün yaşayış minimumundan, həmçinin uşağın zəruri ehtiyaclarının təmin edilməsindən dəfələrlə çox bir məbləğdədir. b) Apellyasiya instansiyası m əhkəməsindəki icraat

9. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-A.İmanov (sədrlik edən və məruzəçi), Q.Əsgərov və V.Sadıqov) xx xxxx 2020-ci il tarixli, 2(103)-5913/20 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

11. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməməsini xahiş etmişdir.

12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının qazancının alimentin təyin edil diyi vaxtlar bugünkü vəziyyəti arasında heç bir fərq, dəyişiklik olmamışdır. xx xxxxx 2018-ci il tarixdə də, bu gündə məvacibi 6100 ABŞ dollarıdır. Bu baxımdan məhkəmə iddianı təmin etməkdə haqlı olmamışdır. Cavabdehin apellyasiya şikayətində göstərdiyi “nəhayət iddiaçının və onun tərəfini saxlayan məhkəmənin məntiqindən belə çıxır ki, iddiaçı ömür boyu yüksək məvacib alacaq. Ancaq az maaş alarsa və ya işsiz olarsa belə vəziyyətdə hansı pulun 50 faizinin cavabdehə verilməsi yasaq olacaq? Yaxşı olardı ki, iddiaçı və məhkəmə bu məsləyə aydınlıq gətirəydiki 16-17 iddiaçının gəliri sabit olaraq 6100 ABŞ dollardan aşağı olmayacağına hansı zəmanətləri var və olacaqsa məsələ necə həll edilməlidir?” kimi fikirlərindədə nə qədər haqlı olduğunu bir daha təsdiq olunur. b) Kassasiya şikayətinə qarşı e tirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi.

15. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxs məhkəmə iclasına gəlmədiyi və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyi üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

16. Maddə 55.3.Məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açı lmış bank hesabına köçürmək barədə qərar çıxara bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

19. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

20. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yox lamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişdir.

23. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4415/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddiaçı ilə aralarında bağlanmış nikahın edilməsi, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından olan uşaqların cavabdehin yanında saxlanılması, uşaqların yetkinlik yaşma çatanadək saxlanması üçün hər ay iddiaçının qazancının və gəlirlərinin yarısı miqdarında alimentin Cavabdeh xeyrinə tutulması qət edilmişdir.

24. İddiaçı Sədiyyə Ərəbistanı Krallığının “X9 UK LTD” Şirkətində işləyir və onun aylıq əmək haqqı 6100 ABŞ dolları məbləğindədir. Məhkəmə qətnaməsi ilə uşaqların yetkinlik yaşlarına çatanadək tutulan alimentin məbləği isə 3050 ABŞ dolları məbləğindədir. 25. “Azərbaycan Re spublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” xx xxxxxx 2019-cu il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir.

26. Apellyasiya məhkəməsi vurğulamışdır ki, məhkəmə qətnaməsi üzrə iddiaçının aldığı əmək haqqının yarısı olan 3050 ABŞ dollarının (1 ABŞ dollarının 1,7 manata məzənnəsi əsas götürülməklə) Azərbaycan manatına olan dəyəri 5185 manata bərabərdir. İddiaçıdan tutulan alimentin məbləği nəinki ölkə üzrə uşaqlar üçün yaşayış minimumundan, həmçinin uşağın zəruri ehtiyaclarının təmin edilməsindən dəfələrlə çoxdur. Ona görə də iddiaçının mövcud tələbi əsaslıdır.

27. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin uşaqların gündəlik maddi və s. ehtiyaclarını nəzərə alaraq birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, cavabdehdən tutulan alimentin, 45 faizinin, yəni hər bir uşaq üçün 15 faizinin uşaqların adına açılmış bank (depozit) hesabına köçürülməsi daha münasibdir.

28. Uşaqlar üçün alimentin tutulmasında əsas məqsəd onların maddi ehtiyaclarının təmin edilməsini mümkün qədər maksimal səviyyədə saxlamaqla bərabər həm də, uşağın normal şəraitdə hərtərəfli fiziki, əqli və mənəvi cəhətdən inkişaf etməsindən ibarətdir. Aliment məbləğinin bəzi hallarda yüksək həddə (uşaqların normal gündəlik ehtiyaclarından artıq) müəyyən edilərkən bir hissəsinin bank he sabına köçürülməsi də, həmin məqsədə xidmət etmiş olur. Belə ki, həmin pul vəsaitinin toplanması uşaqların gəlcəkdə daha önəmli (təhsil, mənzil-məişət şəraitinin yaxşılaşdırılması və s.) maddi tələbatlarının ödənilməsinə sərf edilmiş olur.

29. Kollegiya, apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iddianın göstərilən qaydada təmin edilməsi yuxarıda göstərilən maddi və prosessual hüquq normalarına uyğundur.

30. Kassasiya şikayətinin dəlilləri bağlı məhkəmə kollegiyası bildirir ki, aliment münasibətləri davam edən və dəyişə bilən xarakterdə olduğundan, gələcəkdə cavabdehin əmlak vəziyyətdə dəyişiklik olduqda alimentin sabit və ya qazancın müvafiq hissəsinə uyğun qaydada tutulması barədə yeni iddia qaldırıla bilər.

31. Beləliklə, kassasiya şikayətinin dəlilləri qətna mənin ləğv edilməsi üçün əsas təşkil etmir. Ona görə də, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

32. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5913/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar