Məhkəmə qərarları › İş №2(102)-3523/2021

Ali Məhkəmə Qərardad — İş №2(102)-3523/2021

16.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3523/2021 16.05.2021 ALİ MƏHKƏMƏ QƏRARDAD işin icraata qəbulundan imtina edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Xəlilov İsmayıl Kamil oğlu, Bak Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1929/2021 nömrəli iş üzrə 12 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək Müəyyən etdim: İddiaçı Cavabdeh2 qarşı alimentin azaldılması və borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 aliment ödəməkdən azad edilməsi, bu mümkün olmadıqda isə cavabdeh ilə birgə nikahdan doğulmuş 25 sentyabr 2014-cü il təvəllüdlü X1 üçün tutulmalı olan 154 manat sabit pul məbləğində aliment miqdarının dəyişdir ilərək, onun ikinci qrup əlilliyə görə təyin edilmiş aylıq 233,2 manat pensiyasının ¼ hissəsi məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim S.Mustafayeva) 12 oktyabr 2020ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh2 qarşı alimentin azaldılması tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər N.Cəfərov - sədrlik edən və məruzəçi, E.Nağıyeva, X.Sarıyev) 12 fevral 2021-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli, 2(006)-1927/2020 saylı qətnaməsi ləğv edilərək, iddia qismən təmin edilmişdir. Bakı şəhəri Nizami Rayon Məkəməsinin 03.03.2016 və 19.03.2018-ci il tarixli qətnamələrinə əsasən sabit pul məbləğində tutulan alimen tin tutulma forması dəyişdirilib, 25.09.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hazırki qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay X3 qazancının və başqa gələrlərinin ¼ miqdarında aliment tutularaq cavabdehə verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(006)-1927/2020 nömrəli iş üzrə 12 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 kassasiya şikayəti vermişdir. Kassasiya şikayəti Azərbaycan Respublikası MPM-nin 404-1-ci maddəsinin tələblərinə cavab vermədiyindən, şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan az olan əmlak xarakterli iddiala r üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Hazırki işdə cavabdeh İddiaçı alimentin azaldılması tələbi ilə bağlı hissədən şikayət vermişdir. İddiaçı üçün hər ay 154 manat aliment tutulması barədə məhkəmə qətnaməsi mövcud idi və hazırda o, həmin alimentin 58 manata azaldılmasını tələb edir. Deməli iddiaçının hazırkı tələbinin məbləği 96 manat (154-58=96) təşkil edir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Hazırkı işdə iddianın qiyməti 1152 manat təşkil edir (96x12=1152). Azərbaycan Respublikası MPM-in 404-1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair i şlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Azərbaycan Respublikası MPM-nin 417.1.7-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması müəyyən edərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Ona görə də cavabdehin kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməli və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 404-1, 408.1.5 və 408.2-ci maddələrini rəhbər tutaraq Q ə r a r a a l d ı m: Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1929/2021 nömrəli iş üzrə 12 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilsin və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar