Məhkəmə qərarları › İş №2(102)-3528/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3528/2022

14.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3528/2022 14.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin geri qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Qapali Səhmdar Cəmiyyətinə qarşı mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8379/22 saylı, 05 aprel 2022-ci il tarixli qərardadından cavabdeh "xxxx" QSC tərəfindən verilmiş kassasiya şikayətinə 14 iyun 2022-ci il tarixdə A li Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları, iş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı «mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il il tarixli, 2(006)2845/2021 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

3. İdidaçı apellyasiya şikayəti verərək, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-2845/2021saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini apellyasiya instansiyası məhkəməsindən xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər R.Həsənov - sədrlik edən və məruzəçi, V.İbayev və Ş.Məhərrəmova) 2(103)-8379/21 saylı, 14 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-2845/2021 saylı qətnaməsi qismən ləğv edilmiş, iddia tələbi qismən təmin edilmiş, Cavabdehndən vurulmuş mənəvi zərərin əvəzi kimi 2000 (iki min) manatın tutularaq İddiaçı verilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Kassasiya məhkəməsindəki birinci icraat

5. Qətnamədən cavabdeh "xxxx" QSC və onun vəkili Vəkil tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin (hakimlər Ə.Əliyev - sədrlik edən və məruzəçi, M.Əhmədova və İ.Xəlilov) 2(102)-1851/2 022 saylı, 18 fevral 2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti qeyri-mümkün hesab edilərək geri qaytarılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

6. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8379/21 saylı, 03 mart 2022-ci il tarixli qərardadı ilə kassasiya şikayəti yeni qüvvəyə minmiş MPM-nin normalarının tələblərinə cavab vermədiyindən geri qaytarılmışdır.

7. Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətini yenidən tərtib edərək, elektron kabinet vasitəsilə vermiş və şikayətə ərizə əlavə edərək, qanunla müəyyən olunmuş prosessual müddətin buraxılmasının üzrlü hesab edilərək, bərpa edilməsini xahiş etmişdir.

8. Ərizə onunla əsaslandırılmışdır ki, kassasiya şik ayəti yalnız MPM-nin 3 saylı Əlavəsində müəyyən olunmuş forma və məzmuna uyğun olmadığından qeyri-mümkün hesab edilmişdir. Birinci dəfə kassasiya şikayəti qanunla müəyyən olunmuş müddətdə verildiyindən hazırki halda müddət ötürülməmiş hesab olunmalıdır.

9. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8379/21 saylı, 05 aprel 2022-ci il tarixli qərardadı ilə cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Bakı Apellyasiya Məhkəməsinin 14 oktyabr 2021 il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməmiş və kassasiya şikayəti geri qaytarılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehin qətnamədən kassasiya şikayəti vermə müddətinin ötürülməsinin üzrlü səbəbdən baş verməsi müəyyən olunmur.

11. Məhkəmə kollegiyası qeyd etmişdir ki, üzrlü səbəblər müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən elə hallardır ki, onların mövcudluğu tərəfə nəzərdə tutduğu prosessual hərəkəti etməyə imkan vermir və ya əhəmiyyətli dərəcədə çətinləşdirir. Odur ki, elə obyektiv və ya subyektiv halların mövcudluğu üzrlü səbəblər kimi qəbul edilə bilər ki, onların mövcudluğu şəxsə müvafiq prosessual hərəkəti etməyə mane olsun.

12. Apellyasiya instansiyası məhkəməsi qənaətini Azərbaycan Respublikası MPMnin 130.1, 133.1, 408.1.4-cü maddələrinə istinadla əsaslandırılmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

13. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və kassasiya şikayəti vermək üçün bu raxılmış prosessual müddətin bərpasına dair ərizənin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

14. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Apeilyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-8379/2021 saylı qətnaməsi xx.xx.2021-ci il tarixində "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə (bundan sonra ADY) daxil olmuşdur. ADY tərəfindən isə xx.xx.2021-ci il tarixində kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci ii tarixli qərardadı ilə ADY-nin kassasiya şikayəti yalnız MPM- nin “Kassasiya şikayətinin forması” adlı 3 saylı Əlavəsində müəyyən olunmuş forma və məzmun şərtlərinə uyğun olmadığı üçün qeyri-mümkün hesab edilmişdir. Bakı Apeilyasiya Məhkəməsinin 2022-ci il 03 mart tarixii 2(103)-8379/21 saylı qərardadı ilə kassasiya şikayət i yeni qüvvəyə minmiş MPM-in normalarının tələblərinə cavab vermədiyindən geri qaytarılmışdır. Sonradan ADY tərəfindən qərardadda qeyd olunan nöqsanlar aradan qaldırılaraq, kassasiya şikayəti qanunvericiliyin tələbinə uyğun tərtib olunub, yenidən verilir. Göründüyü kimi birinci dəfə kassasiya şikayəti qanunvericilikdə nəzərdə tutulmuş müddətdə verilmişdir. Sadəcə MPMdə nəzərdə tutulmuş formada verilmədiyindən geri qaytarılmışdır.

15. İşə baxan məhkəmə isə bu halı nəzərdən qaçıraraq kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpasına dair ərizəni təmin etməmişdir. Bununla da Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsinin tələbi pozulmuşdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respub likasının Mülki Prosessual Məcəlləsi Maddə

130. Prosessual müddətlərin buraxılmasının nəticələri

17. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

18. Maddə

134. Rəsmi qaydada verilən sənədlər

19. Maddə 134.1. Məhkəmə işdə iştirak edən şəxslərə aşağıdakı məhkəmə sənədlərini rəsmi qaydada verməlidir:

20. Maddə 134.1.5. birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını.

21. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır.

22. Maddə 135.5. Bu Məcəl lənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

23. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

25. Maddə

405. Kassasiya şikayəti vermə müddəti

26. Maddə 405 Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər:

27. Maddə 405.0.1 qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gün dən 2 ay müddətində.

28. Maddə

408. Kassasiya şikayətinin qaytarılması

29. Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır:

30. Maddə 408. 1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa.

31. Maddə Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri

32. Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən:

33. Maddə 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

34. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

35. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

36. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasi ya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qeyd edilən qərardadı əsaslıdır, məhkəmə prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir. Yuxarıda qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi, vaxtında şikayət verilməməsi və prosessual müddətin buraxılması müəyyən hüquqi nəticələr yaradır. Belə ki, şikayətin verilmə müddətinin keçməsi ilə, qətnamə qanuni qüvvəyə minir və icraya yönəldilir, prosessual müddətin bitməsi ilə müvafiq prosessual hərəkətləri etmək hüququ keçmiş olur və prosessual müddətin bərpası üçün müddəti buraxmış şəxs özünün subyektiv mülahizələrini deyil, konkret üzrlü səbəbləri təqdim etməyə borcludur. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli qətnaməsi poçt vasitəsilə 22 noyabr 2021-ci il tarixdə cavabdehə təqdim olunmuşdur. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti yeni qüvvəyə minmiş MPM-nin normalarının tələblərinə cavab vermədiyindən Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1851/2022 saylı, 18 fevral 2022-ci il tarixli qərarı ilə qeyri-mümkün hesab edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8379/21 saylı, 03 mart 2022-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır. Cavabdehin yenidən tərtib edərək Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8379/21 saylı, 14 oktyabr 2021-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti elektron kabinet vasitəsilə 18 mart 2022-ci il tarixində daxil olmuşdur. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi bundan ibarət olmuşdur ki, iş üzrə kassasiya şikayəti yeni qüvvəyə minmiş MPM-nin normalarının tələblərinə cavab vermədiyindən geri qaytarılsa da, nöqsanlar aradan qaldırılmaqla ağlabatan müddətdə təqdim olunmamışdır. Məhkəmə kollegiyası apelyasiya instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşaraq qeyd edir ki, müddətin bərpası barədə ərizədə hər hansı üzürlü səbəb göstərilmədiyindən və bu barədə müvafiq sübutlar əlavə edilmədiyindən müddət bərpa edilməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iş üzrə apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası, kassasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas deyil dir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh "xxxx" QSC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8379/22 saylı, 05 aprel 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar