Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3529/2021 01.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı QSC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3529/21 (Açar sözlər: kredit borcu, borcun ipoteka predmetinə yönəldilməsi) Bakı şəhəri, 01 iyun 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı QSC-nin vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1471/2021 nömrəli iş üzrə 03 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı QSC tərəfindən veril miş kasasiya şikayəti üzrə işə 01 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı "İddiaçı” QSC Cavabdeh qarşı "əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 27 may 2010-cu il tarixli, 4765 nömrəli kredit müqaviləsiyə əsasən əsas borcu 5999,38 manat, faiz borcu üzrə 3685,24 manat, cəmi 9684,62 manat məbləğində kredit borcu və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi və kredit borcunun Cavabdeh mülkiyyətində olan ** HU *** dövlət qeydiyyat nişanlı, “Kia Cerato” minik markalı (buraxılış ili 2010, ban - KNAFW411BA5226947, mühərrik - G4FCAH381892, rəngi - ağ) avtomo bilə yönəldərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin İddiaçı QSC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsait borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılmasına, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləğinin cavabdehdən tutulub İddiaçı QSC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə ünvanlayaraq, iddia müddəti buraxıldığından iddia müddətinin tətbiq edilməsini və buna uyğun olaraq iddia tələblərinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin dö vlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq “xxxx” ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair 11.08.2015-ci il tarixli Müqaviləyə görə “xxxx” ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir.İddiaçı QSC ilə “X2 Edilməsi Agentliyi” MMC arasında 16.09.2016-cı il tarixdə bağlanmış Xidməti müqaviləyə əsasən İddiaçı QSC-yə keçmiş, “xxxx” ASC-nin problemli aktivləri üzrə tələb hüququnun idarə edilməsini “X2 Edilməsi Agentliyi” MMC həyata keçirir.Yuxarıda qeyd olunan Xidməti Müqaviləyə əsasən və Azərbaycan Respublikasını n Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar “xxxx” ASC iləİddiaçı QSC arasında S-AVK2030 saylı, 25.01.2018-ci il tarixli sənədlərin təhviltəsliminə dair akt tərtib edilmiş, daha sonra isə İddiaçı QSC tərəfindən borclu şəxs Cavabdeh dair sənədlər təhvil-təslim aktına əsasən “X2 Edilməsi Agentliyi” MMC-yə verilmişdir. “xxxx” ASC-nin “Mərkəzi” filialı ilə Cavabdeh arasında 27 may 2010-cu il tarixli, 4765 nömrəli kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 18% tətbiq edilməklə, 60 ay müddətinə 14720 manat məbləğində nömrəli ssuda hesabı açılmışdır.Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan **-HU-*** dövlət qeydiyyat nişanlı, “Kia Cerato” minik markalı (buraxılış ili 2010, ban-KNAFW411BA5226947, müh ərrik-G4FCAH381892, rəngi - ağ) ipoteka müqaviləsi ilə yüklü edilmişdir. X1 Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən qeydiyyata alınaraq, cavabdehə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmış və 27 may 2010-cu il tarixli, AG seriyalı, 207630 №-li «İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən çıxarış verilmişdir.Kredit Müqaviləsinin 2.2-ci bəndinə əsasən Borcverən avtomobil alınması məqsədi ilə istifadə etmək üçün Borc alana 14720 Azərbaycan manatı məbləğində kredit verməyi öhdəsinə götürmüşdür. (2.3. bənd) Borcalan bu Müqaviləyə əsasən krediti qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Borcverənə qaytamağı öhdəsinə götürür. Həmin Müqavilənin 5.1-ci bəndinə əsasən Kredit vəsaitinin hərəkəti Borcverən tərəfindən Borcalan üçün açılan ssuda hesabı ilə təmin edir. (5.2 bəndi) Bu Müqavilə imzalandığı andan üç bank günü ərzində kredit vəsaiti Borcverən tərəfindən Borcalanm ssuda hesabına köçürülür və bu barədə Borclana məlumat verilir. (5.3 bəndi) Kredit vəsaitindən istifadə tarixi Borcalanm ssuda hesabına kredit vəsaitinin köçürüldüyü tarix hesab olunur. (5.4 bəndi) Borcalana verilən kredit vəsaitindən istifadə müddəti 60 (altmış) aydır. (5.5 bəndi) Bu Müqavilə üzrə son ödəmə müddəti 27 may 2015-ci il tarixdə bitir. Bu müddətin uzadılması barədə Tərəflər razılığa gəldikdə, belə razılıq bu Müqavilənin 17-ci bəndində nəzərdə tutulmuş qaydada rəsmiləşdirilir və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə həyata keçirilir. Qeyd olunan kredit müqaviləsinin 6.1-ci bəndinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayma görə kredit verənə illik 18 %-lə hesablanır.Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin banka hazırda olan əsas borcu 5999,38 manat, faiz borcu üzrə 3685,24 manat, cəmi 9684,62 manat məbləğində kredit borcu təşkil edir.Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında m əlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 16 dekabr 2019-cu il tarixli 2(006)-6893/2019 nömrəli qərardadı ilə (hakim Solmaz Mustafayeva) iş üzrə məhkəmə-mühasibatlıq və əmlakın qiymətləndirilməsi ekspertizaları təyin edilmiş, ekspertizanın aparılması birinci sual üzrə Məhkəmə Ekspertizası Mərkəzinə, ikinci sual üzrə “xxxx” MMC-yə həvalə edilmişdir. “xxxx” MMC-nin 02.03.2020-ci il tarixli rəyinə əsasən Cavabdeh mülkiyyətində olan “Kia Cerato” minik markalı (buraxılış ili 2010, ban-KNAFW411BA5226947, mühərrik-G4FCAH381892, rəngi - ağ) **-HU-*** dövlət qeydiyyat nişanlı avtomobilin bazar dəyəri 02.03. 2020-ci il tarixinə 11700 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 aprel 2020ci il tarixli, 9/479 saylı ekspert rəyinə əsasən, Cavabdeh 01.06.2015-ci il tarixinə (müqavilə müddətinin bitdiyi tarixə) banka olan borcu ümumilikdə 7581.38 manat müəyyən edilir, o cümlədən əsas borc üzrə 6958.59 manat, faiz borcu üzrə 622.79 manat. Birinci instansiya məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli 2(006)-968/2020 nömrəli qətnaməsi ilə (hakim Solmaz Mustafayeva) iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 27 may 2010-cu il tarixli, 4765 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 60 ay müddətinə illik 18% dərəcəsi il ə 14720 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti 27 may 2015-ci il tarixdə bitmişdir. Belə olan halda həmin müqavilə üzrə iddia müddəti 27 may 2018-ci il tarixdə bitmişdir. İddiaçı isə həmin müqavilədən irəli gələn öhdəliklərin icrası ilə bağlı iddia tələbi ilə 01.11.2019-cu iltarixdə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi iddia müddəti buraxılmaqla verilmiş, cavabdeh isə məhkəməyə ərizə ilə müraciət edərək iddia müddətinin tətbiq edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ona görə də məhkəmə hesab edir ki, hazırki mübahisəyə iddia müddəti tətbiq edilməklə iddia rədd edilməlidir. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Resp ublikası Mülki Məcəlləsinin 372.1, 372.2, 373.2, 373.3, 375.1, 375.2, 377.1, 377.2, 427.3, 442, 739-cu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 217.4-cü maddələri ilə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03.06.2013-cü il tarixli və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08.05.2008-ci il tarixli Qərarı (L.İ.Binnətovanın şikayəti üzrə) və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27.12.2001-ci il tarixli Qərarı ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan İddiaçı QSC BOKT apelyasiya şikayəti verərək, qətnamənin ləğv e dilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Akif İsgəndərov - sədrlik edən və məruzəçi, İlham Kərimli, Elşən Kazımov) 2(103)-1471/2021 saylı, 03 fevral 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14.09.2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, apelyatorun mövqeyinə görə iddia müddəti üzrlü səbəbdən buraxılmışdır. Belə ki, ilk dəfə hazırkı iddia ərizəsi ilə 10 oktyabr 2018-ci il tarixdə müraciət edilmiş, lakin həmin iddia apellyasiya instansiyası məhkəməsi tərəfindən ba xılmamış saxlanıldığından nöqsan aradan qaldırılmış və 25 oktyabr 2019-cu il tarixdə yenidən səlahiyyətli şəxs tərəfindən iddia qaldırılmışdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 5.5-ci bəndinə görə müqavilə üzrə son ödəmə müddəti 27 may 2015-ci il tarixdə bitir. Bu müddətin uzadılması barədə işdə heç bir mötəbər sübut yoxdur. Hazırkı iş üzrə iddia müddətinin axımı müqavilə müddətinin bitdiyi günün ertəsindən, yəni 28 may 2015-ci ildən başlanmış və üç il davam edərək 28 may 2018-ci ildə bitmişdir. Göstərilən müddət ərzində Bank tərəfindən iddia qaldırılmamışdır. İddia ərizəsi qanunla müəyyən edilmiş iddia müddəti keçdikdən sonra 25.10.2019-cu il tarixdə tərtib olunmuş və 01.11.2019-cu ildə məhkəməyə daxil olmuşdur. Yuxarıda qeyd olunduğu kimi, 10.10.2018-ci il tarixli iddia ərizəsi səlahiyyəti olmayan şəxs tərəfindən verildiyinə görə baxılmamış saxlanılmışdır. Həmin iddia səlahiyyətli şəxs tərəfindən verilmiş olsaydı belə, yenə də iddia müddəti buraxılmaqla verilmişdir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, göstərilən hal (ərizənin baxılmamış saxlanması və s.) iddia müddətinin üzrlü səbəbdən buraxılması kimi qiymətləndirilə bilməz. Digər tərəfdən, Mülki Məcəllənin 381.1-ci maddəsinin tələbinə görə əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməlidir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin d əlilləri İddiaçı QSC BOKT (vəkili Vəkil) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında olan sənədlərdən göründüyü kimi Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə əsas borc 5999,38 manat, faiz borcu üzrə 3685,24 (manat, cəmi 9684,62 manat məbləğində kredit borcu tam şəkildə ödənilməmiş, kredit öhdəliyi yerinə yetirilməmişdir. Buradan da göründüyü kimi bankla cavabdeh arasında müqavilənin qüvvədən düşməsinin konkret vaxtı müəyyən edilməmişdir. İstər birinci instansiya məhkəməsi, istərsə də apellyasiya instansiyası məhkəməsi tərəfindən bütün bu hallar nəzərə alınmamış dır. Birinci instansiya məhkəməsi cavabdehin iddia müddətinin tətbiqi barədə verdiyi ərizəyə əsasən iddia müddəti tətbiq edərək iddianı rədd etmişdir. Həmçinin apelyasiya instansiyası məhkəməsi də həmin qətnaməni dəyişdirmədən qüvvəsində saxlamışdır. Halbuki, öhdəliyin icra müddəti ilə bağlı şərtlər cavabdehlə bağlanmış kredit müqaviləsində nəzərdə tutulmuşdur. Həmçinin cavabdeh ilə bağlanmış kredit müqaviləsində müqavilənin qüvvədə olma müddəti və xitamı öz əksini tapmışdır. Orada göstərilir: Bu müqavilə aşağıdakı hallarda xitam olunur: Bu müqavilə üzrə Borcalanın öz üzərinə götürdüyü öhdəliklər Borcalan və ya üçüncü şəxs tərəfindən vaxtında və tam həcmdə yerinə yetirildikdə. Bundan başqa apelyasiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 430.1-ci maddəs inin qaydalarını nəzərə almamışdır. Həmin maddədə deyilir ki, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və ya onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Yuxanda qeyd edilən əsaslardan göründüyü kimi cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verməklə öhdəliyin icrasından birtərəfli qaydada imtina etmişdir ki, işə baxmış məhkəmələr də bunu qəbul etməklə, həmin maddənin tələblərinin cavabdeh tərəfindən pozulmasına rəvac vermişlər. b) Kssasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gə lməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı QSC BOKT-un vəkili Vəkil kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə
372. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Madd ə 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etd iyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəmə si işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya şikayətinin dəlilləri üzrə qeyd edilməlidir ki, kasasiya şikayəti formal olaraq əsaslandırılmağa çalışılmışdır. Belə ki, iddiaçı kasasiya şikayətində cavabdehin öhdəliklərinə xitam verilməsinin əsaslarının tərəflər arasında bağlanmış müqavilə ilə tənzimləndiyini, cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizə verməklə öhdəliklərinin icrasından birtərəfli qaydada imtina etdiyini, bunun isə yolverilməz olduğunu dəlil kimi göstərmiş olsa da, bildirilir ki, mülki qanunvericilikdə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək üçün müqavilə öhdəlikləri üzrə 3 illik iddia müddəti müəyyən edilmişdir ki, həmin müddətin də tətbiq edilməsi üçün tələb olunan müddət keçməli və bununla bağlı cavabdehin ərizəsi təqdim edilməlidir ki, hər iki hal da iş üzrə mövcuddur. İddiaçının göstərdiyi xüsusatlar isə iddia müddətinin tətbiq edilməsinin əsassızlığı kimi qiymətləndirilə bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdı r. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı QSC BOKT tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1471/2021 nömrəli iş üzrə 03 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.