Məhkəmə qərarları › İş №2(102)-3532/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3532/2020

04.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3532/2020 04.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi) Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh “xxxx” ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən hakim C.Tağıyev) ödənilməli olan 9.224 manat sığorta ödənişi və ödənilmiş 3 0 manat dövlət rüsumunun «xxxx» ASC-dən alınaraq İddiaçı xeyrinə tutulması, 50 manat ekspertiza xərcinin «xxxx» ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Z.Əliyev (sədrlik edən, məruzəçi), F.Talışinski və R.Eyvazov, 2(103)-15031/2019 saylı mülki iş) hazırkı iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-674/2019 saylı iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı cavabdeh “xxxx” ASC-dən evinin yanması ilə əlaqədar sığortalanan 15.000 manat məbləğdən verilməyən 12.273 manatı n ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Apellyasiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, qətnamədə 9 224.00 (doqquz min iki yüz iyirmi dörd) manat sığorta ödənişinin və 30 (otuz) manat dövlət rüsumunun, cəmi 9 254,00 (doqquz min iki yüz əlli dörd) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulmasının əsaslı olduğu qeyd edilmişdir. Hadisə ilə bağlı qəbul edilmiş xx.xx.2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda İddiaçı xx.xx.2018-ci il tarixli ərizə ilə müraciət edərək ona məxsus evdə baş vermiş yanğın nəticəsində 5 000.00 (beş min) manat məbləğində maddi ziyan dəydiyi və hadisə ilə əlaqəda r şikayətçi olmadığı qeyd edilmişdir. İddiaçı xx.xx.2018-ci il tarixli, 4327/18/PR-014/18 saylı sığorta aktı ilə müəyyən edilmiş sığorta ödənişinin sığorta hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi üçün qəti olduğunu öz imzası ilə təsdiq etmişdir. Bununla bağlı sığorta aktının, hesablama aktının və ödəniş tapşırığının surətləri iş materiallarına əlavə edilmişdir. AR MM-nin 927.1 -ci maddəsinə əsasən əmlakın sığortasında və əmlaka vurulan zərərə görə mülki məsuliyyətin sığortasında sığorta ödənişi sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalıya və ya sığorta olunana, habelə zərərçəkən üçüncü şəxsə dəyən real zərərin miqdarından çox ola bilməz. Qeyd olunanlara əsasən xx.xx.2018-ci il tarixdə baş vermiş hadisə ilə bağlı "xxxx” ASC öz üzərinə düşən öhdəlikləri tam icra et mişdir.Məhkəmə qətnamə qəbul edərkən AR MM-nin 927.1-ci maddəsinin tələbini nəzərə almamışdır ki, bu da maddi hüquq normalarının pozulması kimi qiymətləndirilməlidir. Prosessual məsələlər və tərəflərin izahatları: İddiaçı Gülbala qızı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməmiş, vəkilin iştirakı olmadan məhkəmə iclasına gəlmişlər. Ona görə məhkəmə kollegiyası onun izahatını dinləməmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.1. maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.2. maddəsinə əsasən bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Mübahisə ilə bağlı məhkəmənin mövqeyi: Apelyasiya instansiyası məhkəməsi aşağıda qeyd olunanlara əsasən hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Məcəllənin 883.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 901.1-ci maddəsinə görə, sığorta şəhadətnaməsi sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəddir. MM-in 922.1-ci maddəsinə görə sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə v ə ya yaranan haldır. MM-in 927.1-ci maddəsinə əsasən, əmlakın sığortasında və əmlaka vurulan zərərə görə mülki məsuliyyətin sığortasında sığorta ödənişi sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalıya və ya sığorta olunana, habelə zərərçəkən üçüncü şəxsə dəyən real zərərin miqdarından çox ola bilməz. İşin mübahisə olunmayan faktiki hallarından görünür ki, İddiaçı ilə “xxxx” ASC arasında xx.xx.2018-ci il tarixdə bağlanmış sığorta müqaviləsinə əsasən, Lerik rayonu Akinaheran kəndində yerləşən fərdi yaşayış evi sığorta olunaraq, daşınmaz əmlakın icbari sığortası növü üzrə sığorta təminatı almışdır. xx.xx.2018-ci il tarixdə yanğın nəticəsində həmin fərdi yaşayış evi yanmışdır. «xxxx» ASC-nin mütəxəssisləri tərəfindən evə texniki baxış keçirilərək dəymiş ziyanın məbləği 2.877 manat məbl əğində müəyyən edilmiş, 150 manat azadolma məbləği çıxılmaqla, İddiaçı 2.727 manat məbləğində sığorta ödənişi verilmişdir. Qeyd olunanlar iddia ərizəsi, tərəflərin izahatları, Seriya BA, 633725 №-li Daşınmaz əmlakın icbari sığorta şəhadətnaməsi, xx.xx.2018-ci il tarixli aktlar, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi DYMX Lerik rayon X1 Hissəsi tərəfindən verilmiş 012 №-li, xx.xx.2018-ci il tarixli arayış, xx.xx.2018-ci il tarixli hesablama aktı, xx.xx.2018-ci il tarixli, № BO000010889 ödəniş tapşırığı və işdə olan digər sənədlərlə təsdiq olunur. İşin mübahisəli halı isə ondan ibarətdir ki, iddiaçı evinin yanması ilə əlaqədar dəymiş ziyanın ona ödənilmiş məbləğdən artıq olduğunu bildirərək verilməyən 12.273 manatın ödənilməsini tələb edir. Cavabdeh isə iddiaya etiraz edərək bild irir ki, iddiaçı, sığorta aktı ilə müəyyən edilmiş sığorta ödənişinin dəymiş zərərin ödənilməsi üçün qəti olduğunu öz imzası ilə təsdiqləmişdir. Birinci instansiya məhkəməsi sığorta hadisəsi nəticəsində iddiaçının evinə dəymiş zərərin həcminin müəyyənləşdirilməsi üçün tikinti-texniki ekspertizası keçirmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 13280 saylı, xx xxxxxx 2019-cu il tarixli rəyi ilə müəyyən edilmişdir ki, Lerik rayonu Babaküçə kəndində yerləşən, İddiaçı məxsus fərdi yaşayış evinin yanğından sonra yararlı vəziyyətə gətirilməsi üçün yerinə yetirilməli əsaslı yenidənqurma işlərinin ümumi dəyəri 12.101 manat məbləğində müəyyən olunur, bu da «xxxx» ASC tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixli hesablama aktında göstərilən məbləğdən 9.224 manat artıq təşkil edir. Kollegiya, sözü gedən halın xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alıb, ekspert rəyi ilə razılaşaraq bu qənaətə gəlir ki, iddiaçıya dəymiş ziyanın həcmi müəyyən edilərkən rəydə göstərilən məbləğ əsas götürülməlidir. Bu qənaətə gələrkən məhkəmə, onu da nəzərə alır ki, ekspertiza rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Odur ki, birinci instansiya məhkəməsinin ekspert rəyini əsas götürməklə cavabdeh tərəfindən ödənilməli olan sığorta ödənişini 9.224 manat müəyyən etməsi əsaslıdır. Cavabdeh, kassasiya şikayətində iddiaçının sığorta aktı ilə müəyyən edilmiş ödəniş məbləğinin qəti olduğunu öz imzası ilə təsdiqlədiyini bildirsə də, Kollegiya bu dəlili əsaslı saymır. Ona görə ki, “xxxx” ASC, İddiaçı evinə dəymiş ziyanın 2.727 manat sığorta ödənişindən artıq olan hissəsindən imtina etməsinə dair iradə bəyanının əks olunduğu sığorta aktını və ya digər mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 14.2-ci və 77.1-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunma sı üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh “xxxx” ASC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar