Məhkəmə qərarları › İş №2(102)-3533/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3533/2024

05.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3533/2024 05.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı X2 Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: cehiz əşyalarının qaytarılması tələbi, sübut etmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, iddiaçı X1 Cavabdeh qarşı “cehiz və hədiyyə verilmiş əşyaların geri qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 iyun 2024-cü il tarixli 2(103)-3734/2024 nömrəli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 05 noyabr 2024-cü il tarixdə Ali Məhkə mənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. X1 (bundan sonra “iddiaçı”) Cavabdeh (bundan sonra “cavabdeh”) ilə nikahı 23 avqust 2016-cı il tarixdə bağlanıb, 14 oktyabr 2019-cu ildə məhkəmə qətnaməsi ilə pozulub

2. İddiaçının əşyaları cavabdehin anasına məxsus olan, ünvan 1də yerləşən 29 №li mənzildə qalıb. Mənzil xx.xx.2019-cu ildə satılıb, amma əşyalar iddiaçıya qaytarılmamışdır. 3. “Soliton LTD” tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qaiməyə əsasən 1 ədəd ML.15.1300.BA01 GOREME BUFE AYNASİ (210,00), 1 ədəd ML.15.1300.BF01 GOREME BUFE (645,00), 2 ədəd ML.15.1300. BR01 GOREME BERJER 14-374 (450,00), 1 ədəd ML.15.1300. GD01 GOREME GARDEROB (1.520,00), 2 ədəd ML.15.1300. GM01 GOREME GUMUSLUK (435,00), 1 ədəd ML.15.1300.K301 GOREME 3-LU KOLTUK 14-374 (1.200,00), 2 ədəd ML.15.1300. KM01 GOREME KOMODİN (170,00), 1 ədəd ML.15.1300. KR01 GOREME KARYOLA 160 (670,00), 1 ədəd ML.15.1300. MS01 GOREME ACİLİR MASA (550,00), 1 ədəd ML.15.1300.SA01 GOREME SİFONYER AYNASİ (110,00), 1 ədəd ML.15.1300.SF01 GOREME SİFONYER (310,00), 1 ədəd ML.15.1300.TV01 GOREME PLAZMA TV UNİTESİ (455,00), 1 ədəd ML.15.1300.TV02 GOREME PLAZMA TV MODULU (565,00), 1 ədəd ML.14.1067. MT04 LİLY MATRAS 160X200 (250,00), 6 ədəd ML.14.1125.SN01 VENETSİYA SANDALYE 28 DUZ (100,00) X tərəfindən alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi (iddianın dəyişdirilməsi barədə ərizə) ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, 63 adda əşyanın, o cümlədən 1 dəst gümüş sırğa, bilərzik, üzük, boyunb ağı və kulon, 1 ədəd qızıl nişan üzüyü, 1 cüt qızıl pandora sırğa və 15 adda mebel əşyasının cavabdehdən alınaraq iddiaçıya qaytarılması, əşyaların qaytarılması mümkün olmadıqda onların dəyərinin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi belə əsaslandırılıb ki, hələ nikah dövründə hamiləliyin ciddi patologiya ilə müşayiət olunan pozulması nəticəsində iddiaçının sağlamlığına bərpa olunmayan zərər dəymiş, böyrəkləri tam yararsız hala düşmüşdür. İddiaçı uzun müddət davam edən ağır müalicələr alaraq həyatı üçün mübarizə aparmışdır. Uzun müddət xəstə olduğuna görə iddiaçı vaxtında əşyalarını nə götürə bilmiş, nə də ki, onların arxasınca gedə bilmişdir. Bir az sabitləşən durumu ona indi imkan verir ki, bu işlə məşğul olsun. Valideynləri çətinliklə ona cehiz əşyaları əldə ediblər. Onların hamısı hazırda cavabdehin evində qalmışdır. Bir iki dəfə məlumat göndəriblər ki, əşyalarını verəcəkdirlər. Lakin onlar qeydiyyatda olduqları evdən köçdüklərinə görə, qonşuların onlara deməklərinə görə həmin əşyalarını satmışlar.

6. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 225-ci və Ailə Məcəlləsinin 34-cü maddələrinə istinad etmişdir.

7. Cavabdeh iddiya etiraz vermişdir. Etirazın dəlilləri ondan ibarə olmuşdur ki, iddiaçı ilə ailə qurduqları zaman iddiaçı tərəfindən hər hansı cehiz əmlak gətirilməmiş və ya ona hədiyyə şəklində verilməmişdır. Nikahlarının pozulmasından 4 il keçməsinə baxmayaraq, iddiaçı cavabdehə və ailəsinə olan dərin nifrəti zəminində belə bir tələb irəli sürmüş və bunu sübut edəcək hər hansı dəlil göstərməmişdir. İddiaçı əvvəllər də Yas amal rayon Məhkəməsinə eyni məzmunlu iddia ərizəsi ilə müraciət etmiş, lakin sonradan hakimin təklifi ilə məhkəmənin hazırlıq iclasında iddia ərizəsini geri götürmüşdür. Buna səbəb isə iddia ərizəsinin əsaslandırıcı hissəsinin iddia tələbinə uyğun olmaması olmuşdur.

8. Məhkəmə baxışında cavabdeh iddiaya etirazında əlavə olaraq onu da bildirmişdir ki, anasının mülkiyyətində olan ev Şahid3 satılan zaman, yalnız alıcının xahişi ilə 1-2 əşya qalmışdı, evdə mebellər və cehiz əyşalar yox idi. Mebellər anasının köhnə mebelləri idi və qonşuya satılmışdır. İddiaçıya aid əşyalar evdə yox idi. İddiaçı ilə 2019-cu ildə ayrılmışlar, iddiaçı 2021-ci ildən, yəni cavabdeh yenidən ailə həyatı qurduqdan sonra ona düşmən münasibət bəsləmiş, hər gün tezdən ona zəng vurub təhqirlər və təhdidlər etmişdir.

9. Birinci instansiya məhkəməsində Şahid1 bildirmişdir ki, iddiaçının 25 illik qonşusudur. Cavabdehi də tanıyır. Heç bir ədavəti, düşmənçiliyi yoxdur. Cehizlərin alınmasında, yığılmasında, daşınmasında birbaşa iştirak etmişdir. Onlarda adət vardır ki, cehiz üstünə hədiyyə apararlar. O da tort dəsti hədiyyə etmişdir. Cehizlərin lentlərini də o bağlamışdır. İddiaçının gəlin olduğu evdə o, olmamışdır. Ancaq qızı olmuşdur. İddiaçı 3 il evli qalmış, sonra xəstələnmiş və ayrılmışlar. Ayrıldıqdan sonra iddiaçı heç bir cehiz əmlakını anasıgilə gətirməmişdir.

10. Birinci instansiya məhkəməsində şahid X5 bildirmişdir ki, iddiaçı ilə ədavət və düşməçiliyi yoxdur. İddiaçı 2016-cı ildən 2019-cu ilin yay aylarına kimi onlarla yaşamış, daha sonra isə öz razılığı ilə atası evinə getmişdir. Nikahın pozulmasın a dair ərizəni oğlu (cavabdeh) vermişdi. İddiaçı atası evinə ayrılmaq məqsədi ilə getmişdi, məlumatlı idi. İddiaçı özü ilə birlikdə əl ilə daşınar əşyalarını aparmışdı. İddiaçı xəstəxanaya düşəndə onun xərclərini çəkmişdilər. Ona görə də borcları yaranmışdı. Evini satıb borclarını ödəmişdir. Evini 2019-cu ilin yay aylarında satmışdı. Ev boş idi. İddiaçının mebelləri iddiaçı onlarda olanda satılmışdı. İddiaçı özü də məlumatlı idi. Evi XXX adlı şəxsə satmışdı. Evdə qalan əşyalar yararsız əşyalar idi. Uşaqların köhnə ayaqqabıları və s. Mebellər öz mebelləri idi. Onu da qonşuya satmışdı. İddiaçıya qızıl almamışdır. Aldığı gümüş komplekti idi. İddiaçı mebel gətirməmişdi. Yalnız əl ilə daşınar əşyalar gətirmişdi. Əşyalarını satıb iddiaçının xəstəxana xərclərini çəkmişdilər. Qəbzləri də təqdim ed ə bilər. İddiaçının valideynləri ilə razılaşdılar ki, o, xxə qızıl almasın, 5000 manat pul versin. 2016-cı ildə Bankdan cavabdehin adına 5000 manat pul götürmüş və iddiaçıya vermişdi. İddiaçı iddia ərizəsində olan heç bir əşyanı onlara gətirməyibdir.

11. Birinci instansiya məhkəməsində Şahid3 bildirmişdir ki, cavabdehi tanıyır. 2019cu ilin avqust ayında ipoteka ilə cavabdehdən ev almışdır. İddiaçını tanımır. Evə baxmağa gedəndə, arvadı, əmlakçı və cavabdeh olmuşdur. Evi boş almışdır. Əşyaları almamışdır, otaqda əşyalar olmuşdur. Yataq otağında taxt, şkaf və termo olmuşdur. Qonaq otağında da ağ rəngli mebel, stol-stul olmuşdur. Televizor olmamışdır. Mətbəxdə balaca divan və qaz sobası olmuşdur. Girişdə isə rus istehsalı köhnə mebel olmuşdur. Evə baxmağa gedəndə iyul ayı olardı. Evi təhvil a landa girişdəki köhnə mebel və yerdə qab-qacaq, servis olmuşdur. Sonra zəng ediblər bildirəndə XXXgil gəlib aparmışdılar. Evi alanda ona mebelləri də təklif etmişdilər. Ancaq onlar istəməmişdilər. XXXin anası onun arvadına demişdir ki, əşyalar gəlinindir. Mebellər gəlinin əşyaları olduğundan arvadı ilə o, həmin əşlayarı istifadə etmək istəməmişdirlər. Qonşulardan kiminsə həmin mebelləri aldığını da eşitmişdir. Evdə cehiz əşyaları (qabqacaq və servis) olmuşdur. Əşyaları da qaraja yığıb satdıqlarını eşitmişdir. Mebellər açıq rənglərdə idi. Şəkillərdə olan mebellər evdə olan mebellərlə eynilik təşkil edir.

12. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(103)-3396/2023 nömrəli 22 dekabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin olunmuş, cavabdehdən İtaliya istehsalı Mondohome fir ması.92 parça 12 nəfərlik servis dəsti, Türkiyə istehsalı üzəri bənövşəyi bəzəkli, 5 parçadan ibarət 1dəst ağır metaldan qazan dəsti, Türkiyə istehsalı 2 ədəd ağır metaldan qazan, Türkiyə istehsalı 1 ədəd tünd qırmızı rəngli 2 tərəfli ağır qranit tefal tava, Türkiyə istehsalı 12 ədəd ağ sadə kiçik ölçülü salat boşqabları, Türkiyə istehsalı 12 ədəd ayaqlı sadə şüşə bakallar, Türkiyə istehsalı 6 nəfərlik gül bəzəkli 2 parçadan ibarət olan şiriniyyat dəsti, Türkiyə istehsalı 6 nəfərlik gül bəzəkli sadə çay dəsti, İtaliya istehsalı 6 nəfərlik Mondahome firmasının olan 38 parçalı mavi rəngli nahar çay dəsti, Türkiyə istehsalı 6 nəfərlik mavi rəngli Luminarco firmasının 2 parça, Azərbaycan istehsalı 2 ədəd parlaq metal rəngli aksesuar qabları, 1 ədəd qranit metalından olan mavi rəngli tava, Türk iyə istehsalı 1 ədəd qalın yun materiallı tünd bənövşəyi rəngli taxt pakrıvalı, Türkiyə istehsalı 1 ədəd açıq bənövşəyi rəngli taxt pakrivalı, Türkiyə istehsalı 6 ədəd 140x70 ölçüdə hamam dəsmalları, Türkiyə istehsalı 2 ədəd 150x100 ölçüdə hamam dəsmalları, Türkiyə istehsalı 15 ədəd 70x40 ölçüdə çay dəsmalları, Türkiyə istehsalı 1 ədəd tək nəfərlik Özdilek firmasından olan yataq dəsti, Türkiyə istehsalı 1 ədəd Özdilek firmasından olan pambıq parçadan pastel dəsti, Türkiyə istehsalı 1 ədəd Özdilek firmasının atlasdan olan narıncı rəngli 2 nəfərlik pastel dəsti, Türkiyə istehsalı Özdilek firmasından olan pambıq parçadan ağ rəngli 2 nəfərlik pastel dəsti, Türkiyə istehsalı 1 ədəd Sarev firmasının yaşıl rəngli 2 nəfərlik pastel dəsti, Türkiyə istehsalı 1 ədəd 2x1.40 ölçüdə ağ rəngli xalça, T ürkiyə istehsalı 1 ədəd 2x3 m ölçüdə tünd bənövşəyi rəngli xalça, Rusiya istehsalı 1 ədəd köz samovar, 2 ədəd əl işi bıçaqlar, 1 ədəd ərsin əl işi bıçağı, 1 ədəd xəkəndaz, 6 ədəd kabab şişləri, Türkiyə istehsalı 8 şamdamlı qonaq otağı üçün şüşə xrustaldan olan 1 ədəd çılçıraq, Türkiyə istehsalı 1 ədəd 2 lampalı çılçıraq, 1 ədəd Türkiyə istehsalı pərdə, ağ rəngli günlük atlas parçadan krem rəngli tül işləmələri, 1 ədəd Türkiyə istehsalı yataq otağı üçün pərdə, ağ rəngli günlük iki tərəfli dekor, 1 ədəd Türkiyə istehsalı ağ bənövşəyi rəngli Fakir firmasından olan ütü, Türkiyə istehsalı 1 ədəd üzəri qırmızı rəngli parçadan olan ütü stolu, 1 ədəd Türkiyə istehsalı Fakir firmasından olan tünd boz rəngli tozsoran, 1 ədəd Türkiyə istehsalı krem rəngligüpur bəzəkli süfrə, 1 ədəd Türkiyə istehsalı açıq qəhvəyi rəngli güpur bəzəkləri ilə işlənmiş süfrə, Türkiyə istehsalı 1 dəst üzəri bənövşəyi rəngli ağır metaldan çaydan dəsti, Türkiyə istehsalı 1 ədəd tefal firmasından olan qırmızı rəngli şirəçəkən Kombayn, Türkiyyə istehsalı 1 ədəd Tefal firmasından olan ağ rəngli içərisində əlavə ehtiyyat hissələri olan ət çəkən kombayn, Türkiyə istehsalı 1 ədəd Fakir firmasının olan ağ rəngli 3lü blender mikser və soğan doğrayıcı dəsti, Türkiyyə istehsalı 6 nəfərlik tünd qəhvəyi rəngli 8 parçadan ibarət olan 1 çemodanda 2 mərtəbəli bıçaq dəsti, Türkiyə istehsalı 2 ədəd bənövşəyi rəngli tək nəfərlik silikon yorğan, Türkiyə istehsalı 4 ədəd 50x70 ölçüdə ağ rəngli selekon yastıq, Yerli istehsalı 2 ədəd tək nəfərlik yun yorğan, Yerli istehsalı 1 ədəd 2 nəfərlik yun yorğan, Yerli istehsalı 2 ədəd təkn əfərlik yun döşək, Yerli istehsalı 1 ədəd 2 nəfərlik yun döşək, Türkiyə istehsalı 2 ədəd 70x70 ölçüdə açıq bənövşəyi rəngli böyük tük yastıq, Türkiyyə istehsalı 12 nəfərlik ayaqlı qızılı bəzəkli bakal dəsti 2 parça, Rusiya istehsalı 1 ədəd sadə ayaqlı ağ şüşə meyvə qabı, Rusiya istehsalı 2 ədəd ayaqlı ağ rəngli şüşə çərəz qabları, Rusiya istehsalı 2 ədəd Neman firmasının ayaqlı xurustal mürəbbə qabları, 6 predmetli yaşıl rəngli mətbəxt bıçağı dəsti, Türkiyə istehsalı 12 nəfərlik Nehir firmasının 48 ədədli qaşıq dəsti, Türkiyyə istehsalı 6 nəfərlik 3 parmadan ibarət mavi və ağ xallı qaşıq dəsti, Türkiyyə istehsalı 1 ədəd sadə şüşə piroq qabı, Türkiyyə istehsalı 2 ədəd şüşə şiriniyyat qabı, Türkiyyə istehsalı 12 ədəd tünd göy rəngli boşqablar, Türkiyə istehsalı 1 ədəd metaldan hazırlanmış bö yük aşsüzən, Türkiyyə istehsalı 1 ədəd qutuda 5 predmetli böyük qaşıq dəsti, 1 ədəd metaldan hazırlanmış böyük ölçülü tyorka, Türkiyə istehsalı 2 ədəd sadə ağ şüşədən olan qənd qabılardan ibarət məişət əşyaları (həmin əşyaların cavabdeh tərəfindən qaytarılması mümkün olmadığı halda həmin əşyalarının dəyəri olan 10294 manat pul); 1 ədəd Türkiyə istehsalı, "Kilim” firması, Göreme model güzgülü komod (bufe aynası), 1 ədəd Türkiyə istehsalı, "Kilim" firması, Göreme model komod (bufe), 2 ədəd Türkiyə istehsalı, "Kilim" firması, Göreme model kreslo (berjer 14-374), 1 ədəd Türkiyə istehsalı, "Kilim" firması, Göreme model dolab (garderob), 2 ədəd Türkiyə istehsalı, "Kilim" firması, Göreme model qorka (Gumusluk), 1 ədəd Türkiyə istehsalı, "Kilim" firması, Göreme model divan (3-lu koltuk 14374), 2 ə dəd Türkiyə istehsalı, "Kilim" firması, Göreme model tumba (komodin), 1 ədəd Türkiyə istehsalı, "Kilim" firması, Göreme model çarpayı (karyola 160), 1 ədəd Türkiyə istehsalı, "Kilim" firması, Göreme model açılan masa (açılır masa), 1 ədəd Türkiyə istehsalı, "Kilim" firması, Göreme model Trümo aynası, 1 ədəd Türkiyə istehsalı, "Kilim" firması, Göreme model Trümo (şifonyer), 1 ədəd Türkiyə istehsalı, "Kilim" firması, Göreme model Televizor altlığı (plazma tv unitesi), 1 ədəd Türkiyə istehsalı, "Kilim" firması, Göreme model Televizor şkaf (plazma tv modulu), 1 ədəd Türkiyə istehsalı, "Kilim" firması, matras (LİLY Matras 160x200), 6 ədəd Türkiyə istehsalı, "Kilim" firması, stul (Venetsiya sandalye 28 duz)dan ibarət mebellər (olmadığı təqdirdə dəyəri olan 9195 manat pul) və sırğa, bilərzik, üzü k, boyunbağı və kulondan ibarət 1 dəst gümüş əşyaların alınaraq iddiaçıya verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsini qət etmişdir. (hakim Ayşən Sultanova-Məmmədova)

13. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2016-cı il tarixdə nikah bağlanmışdır. Nikah rəsmiləşdikdən sonra iddiaçı cavabdehin anasına məxsus evə gəlin köçmüş və cehiz əşyalarını cavabdehin evinə gətirmişdir. Sonradan tərəflər arasında ailə münasibətləri pozulmuş və iddiaçı evdən çıxıb getmişdir. Lakin evdən gedərkən onun cehiz əşyaları həmin evdə qalmışdır. Bu, iş materiallarındakı sənədlərlə, məhkəmə iclasında dindirilən şahid ifadələri ilə öz təsdiqini tapmışdır. Cavabdeh hal-hazırda da həmin əmlakları qaytarmaqdan imtina edir.

14. Birinci instansiya məhkəməs i hesab etmişdir ki, cehiz əşyalarının cavabdehdən alınaraq geri qaytarılması, qeyd olunan daşınar əmlaklar olmadıqda həmin əmlakların ümumi dəyərinin iddiaçıya verilməsinə dair hissədə iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır.

15. Qızıl-zinyət əşyalarının geri qaytarılması hissəsi ilə bağlı birinci instansiya məhkəməsi qeyd etmişdir ki, şahid X5 ifadəsində toy dəstinin - sırğa, bilərzik, üzük, boyunbağı və kulondan ibarət 1 dəst gümüş əşyanın onda olduğunu və həmin əşyaları qaytarmağa hazır olduğunu bildirmişdir. İddiaçı da sədrlik edənin sualına cavab olaraq toyda ona verilən dəstin gümüş olduğunu bildirmişdir.

16. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi bu hissədə də əsaslı olduğundan təmin edilməli, sırğa, bilərzik, üzük, boyunbağı və kulondan ibarət 1 dəst gümüş əşya cavabdehdən alınaraq iddiaçıya verilməlidir. İddia tələbi qızıl-zinyət əşyaları ilə bağlı qalan hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı iddia ərizəsində göstərilən və ona məxsus olduğu qeyd olunan nişan üzüyü və pandora sırğadan ibarət qızıl-zinət əşyalarının cavabdehin qanunsuz sahibliyində olduğunu təsdiq edən mötəbər sübutları təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.

17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 157.2, 157.5-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

18. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.

19. Apellyas iya şikayətinin dəlillərinə görə məhkəmə tərəfindən ilkin araşdırmalı olan məsələ mübahisəli əmlakların mövcud olub-olmaması idi. Lakin məhkəmənin şahid ifadələrinə və özünün sərbəst daxili inamına əsasən belə nəticəyə gəlməsi əsassızdır. Belə ki, şahid ifadələrinin bir-birinə zidd olması, həmçinin ifadələrin iddia ərizəsinə belə zidd olması açıq-aşkar göründüyü halda, məhkəmə həmin ifadələri sübut kimi qiymətləndirmişdir. Bundan əlavə, Yasamal rayon məhkəməsinin icraatında olan əvvəlki iddia ərizəsi ilə hazırkı mülki işdə olan iddia ərizəsini müqayisə edən zaman məbləğlər arasındakı artımın iki qat qaldırıldığı tam aydın görünür. Həmçinin cavabdedhin iddia ərizəsinə etirazı baxışda verilmişdirsə, bu, o demək deyil ki, iddiaçı həcmin artırılması ilə bağlı ərizə verə bilər.

20. Bakı Apellya siya Məhkəməsinin Mülki kollegiyasının 28 iyun 2024-cü il tarixli 2(103)-3734/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Namiq Cəfərov (sədrlik edən və məruzəçi), İkram Şirinov,Elşən Kazımov)

21. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər keçmiş ər-arvaddır. Onların nikahı xx.xx.2016-cı il tarixdə bağlanıb, xx.xx.2019- cu il tarixli qətnamə ilə pozulub. Qətnamə ilə qaytarılması qət olunmuş əşyalar iddiaçıya məxsus olub. Tərəflərin münasibəti pozulduqdan sonra həmin əşyalar cavabdehin anasına məxsus olan, cavabdehin də yaşadığı ünvan 1də yerləşən 29 №-li mənzildə qalıb. Mənzil xx.xx.2019-cu ildə satılıb, lakin əşyalar iddiaçıya qaytarılmayıb. İşin bu halları birinci instansi ya məhkəməsi tərəfindən düzgün müəyyən edilib və qətnamədə lazımi qaydada əsaslandırılıb. Mülki Məcəllənin 157.2-ci maddəsinin göstərişi baxımından birinci instansiya məhkəməsi həmin əşyaların cavabdehdən alınaraq iddiaçıya qaytarılmasını qət etməklə düzgün nəticəyə gəlib.

22. Apellyasiya instansiyası məhkəməsi onu da vurğulayıb ki, əşyaların olduğu mənzil cavabdehin anası tərəfindən satılıb. Cavabdeh əşyaların olduğu yeri göstərmədiyinə görə əşyaların dəyərinin müəyyən edilməsi üçün əmtəəşünaslıq ekspertizasının keçirilməsi mümkün deyil. Əşyaların dəyəri kimi iddiaçının göstərdiyi qiymətə birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh etirazını bildirməyib və bu barədə sübut təqdim etməyib. Ümumiyyətlə, cavabdeh əşyaların dəyərinin müəyyən edilməsinə mane olmaq üçün bildirmişdir ki, iddiaçı tərəfindən hər hansı cehiz əmlak gətirilməyib və ya ona hədiyyə şəklində əmlak verilməyib. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

23. Cavabdeh (vəkil X3) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddianın rədd edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

24. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. İddiaçının vəkili və nümayəndəsi kassasiya şikayətinə etiraz vermiş, etirazda şikayətin əsassız olmasını göstərərək, ounu təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlak a (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Maddə 34.2. Zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ərarvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Madd ə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddi ndə baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya inst ansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

26. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

27. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələnd irdiyi üçün kollegiya qətnaməni tam yoxlayır.

28. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. Apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni nəticəyə gəlmiş, cavabdehin kassasiya şikayətinin dəlilləri ilə eyni olan apellyasiya şikayətinin dəlillərinə qiymət vermişdir.

31. İddia tələbi əmlakın qanunsuz sahiblikdən geri istənilməsi barədədir. İddianın hüquqi əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin normanın tələbinə görə bu iddianın təmin edilməsinin əsas şərti iddiaçının mülkiyyətində olan əşyaların cavabdehin qanunsuz sahibliyində olması faktının sübut edilməsindən asılıdır.

32. Apellyasiya məhkəməsinin müəyyən etdiyi işin hallarından da görünür ki, iddiaçı istinad etdiyi halları, yəni cavabdehin apellyasiya şikayətində mübahisələndirdiyi əşyaların mövcudluğunu, onların cavabdehin qanunsuz sahibliyində olmasını qismən sübut edə bilmiş, apellyasiya instansiyası məhkəməsi də məhz buna görə iddianı qismən təmin edən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamılşdır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun olmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir.

33. Buna görə də məhkəmə kollegiyası iddia tələbi və apellyasiya şikayəti üzrə apellyasiya instansiyası məhkəməsinin hüquqi dəyərləndirməsi ilə razılaşır.

34. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi səlahiyyətləri çərçivəsində iddia tələbi üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını işdəki sübutlarla müəyyənləşdirərək düzgün hüq uqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, nəticədə qanuni və əsaslı qətnamə qəbul edilmişdir.

35. Məhkəmə kollegiyası izah edir ki, məhkəmə işin düzgün həlli üçün əhəmiyyətli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Mülki Prosessual Məcəllənin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır.

36. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, eyni dəlillər apellyasiya şikayətində də irəli sürülmüş və bu dəlillər işin hallarının sübut edilməməsi ilə bağlıdır. Əvvəla, işin hallarının sübut edilməməsinə kassasiya şikayətində istinad edilməsinə yol verilmir. Üstəlik, apellyasiya instansiyası məhkəməsi həmin dəlillərə qiymət vermişdir.

37. Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşdığı üçün kassasiya şikayətinin dəlillərinə əlavə qiymət verməyə zərurət görmür. Həmçinin cavabdehin dəlilləri əşyaların yerləşdiyi mənzili almış şəxsin şahid ifadəsi ilə də təkzib edimişdir.

38. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

39. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3734/2024 nömrəli, 28 iyun 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar