Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3536/2024 27.11.2024 ALİ MƏHKƏMƏ QƏRARDAD Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2868/2024 nömrəli 3 may 2024-cü il tarixli qətnaməsindən cavabdehin hüquqi varisi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mənəvi zərərə görə 20.000 manat, dövlət rüsumuna görə 150 manat olmaqla, ümumilikdə 20.150 manat pul vəsa itinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-249/2024 nömrəli 25 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakim Orxan Məmmədli) iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2868/2024 nömrəli 3 may 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Namiq Cəfərov - sədrlik edən və məruzəçi, İkram Şirinov və Elşən Kazımov) birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2692/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə (hakimlər Mehparə Əhmədova – məruzəçi, Əhməd Əhmədov, Vüqar Həsənov) cavabdeh tərəfindən verilmiş kassas iya şikayəti qeyrimümkün hesab edilərək, qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Qərardad belə əsaslandırmışdır ki, kassasiya şikayəti cavabdehin adından hüququ olmayan şəxs tərəfindən elektron qaydada imzalandığından, eləcə də cavabdeh təşkilatın sədri tərəfindən elektron qaydada imzalanmadığından şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2868/2024 nömrəli 9 sentyabr 2024-cü il tarixli qərardadı ilə cavabdehin hüquqi varisi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixdə verdiyi kassasiya şikayəti geri qaytarılmışdır. Cavabdehin hüquqi varisi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi yenidən Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2868/2024 nömrəli 3 may 2024-cü il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti mülki işlə birgə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmiş və məhkəmənin 24 sentyabr 2024-cü il tarixli 2(102)-3536/2024 nömrəli qərardadı ilə icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayətinin icraata qəbul olunması barədə qərardad ləğv edilməklə mülki iş kassasiya baxışından çıxarılmalıdır. Belə ki, Mülki-Prosessual Məcəllənin 405.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətind ə kassasiya şikayəti verilə bilər. İş materiallarından görünür ki, cavabdeh təşkilat apelyasiya məhkəməsinin qətnaməsini xx.xx.2024-cü ildə rəsmi qaydada almışlar. Cavabdehin hüquqi varisi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinin ilk dəfə - xx.xx.2024-cü il tarixdə verdiyi kassasiya şikayəti lazımi qaydada imzalanmadığına görə geri qaytarılmışdır. Göstərilən nöqsan aradan qaldırıldıqdan sonra hazırkı kassasiya şikayəti xx.xx.2024-cü il tarixdə verilmişdir. Göründüyü kimi, kassasiya şikayəti qanunla müəyyən edilmiş qaydada verildiyi tarixdə iki ayılıq müddət ötürülmüş, lakin müddətin bərpasına dair ərizə verilməmişdir. Buna baxmayaraq apelyasiya məhkəməsi qeyd edilən halı nəzərə almadan kassasiya şikayətini baxılması üçün Ali Məhkəməyə göndərmişdir. Məhkəmə kol legiyası hesab edir ki, cavabdehin şikayəti üzrə prosessual müddətin bərpası məsələsi həll edilmədiyindən kassasiya şikayətinin icraata qəbul olunması barədə qərardad ləğv edilməklə mülki iş kassasiya baxışından çıxarılmalı və geri qaytarılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Mülki-Prosessual Məcəllənin 130.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 408.1.4-cü maddəsinə görə, kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. MPM-in 4 17.1.7-ci maddəsinə əsasən, kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apelyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apelyasiya instansiyası məhkəməsinə qaytara bilər. Göstərilənlərə əsasən, MPM-in 402 və 417.1.7-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2868/2024 nömrəli, 3 may 2024-cü il tarixli qətnaməsindən cavabdehin verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 sentyabr 2024-cü il tarixli qərardadı ləğv edilsin və mülki iş kassas iya baxışından çıxarılaraq Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3536/2024
Ali Məhkəmə Qərar — İş №2(102)-3536/2024
27.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver