Məhkəmə qərarları › İş №2(102)-3537/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3537/2020

04.08.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3537/2020 04.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi) Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, cavabdehin vəkili Məmmədov Azər Məhəbbət oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh LPO “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən hakim S.Cəfərov) iddia tələbi təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Z.Əliyev (sədrlik edən, məruzəçi), F.Talışinski və R.Eyvazov, 2(103)-1320/2020 saylı mülki iş) hazırkı iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5652/2019 saylı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin olunmuş, İddiaçı ləğv prosesində olan “xxxx” ASC qarşısında borc öhdəliyinin olmaması təsbit edilmiş, iddia qalan hissədə təmin edilməmiş, iddianın qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi ləğv prosesində olan “xxxx” ASC-dən tutularaq İddiaçı ödənilməsi, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun ləğv prosesində olan “xxxx” ASC-yə aid edilməsi qət edilmişdir. İşin halları: İddiaçı xx.xx.2012-ci il tarixdə «xxxx» ASC ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklər tərəfindən tam icra edildiyi üçün həmin müqavilənin ləğv edilərək, öhdəliklərə xitam verilməsi barədə qətnamə çıxarılmasını və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehə aid edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Apellyasiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, Ləğv prosesində olan “xxxx” ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu İddiaçı məlumat verərək, xx.xx.2012-ci il tarixli müqavilə üzrə borcunun olmasını bildirmişdir. İddiaçı Ləğv prosesində olan “xxxx” ASC -nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət edərək, Banka borcunun olmamasını bildirmiş və borc məbləğinin məlumat bazasında silinməsini xahiş etmişdir. Ləğv prosesində olan “xxxx” ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu İddiaçı cavab məktubu göndərərək, xx.xx.2019-cu il tarixə bank əməliyyat sistemində 12.887 manat 70 qəpik əsas və 39.272 manat 41 qəpik olmaqla, ümumilikdə 163.160 manat 11 qəpik borcunun mövcud olduğu bildirilmiş və həmin borcun ödənilməsinin təmin edilməsi tövsiyə edilmişdir. Lakin məhkəmə qətnamə qəbul edərkən İddiaçı kredit müqaviləsi üzrə 163.160 manat 11 qəpik məbləğində borcunun qalmasını nəzərə almamışdır. Prosessual məsələlər və tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili Məmmədov Azər Məhəbbət oğlu kassa siya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməmiş, vəkilin iştirakı olmadan məhkəmə iclasına gəlmişlər. Ona görə məhkəmə kollegiyası onun izahatını dinləməmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. L akin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.1. maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.2. maddəsinə əsasən bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Mübahisə ilə bağlı məhkəmənin mövqeyi: LPO «xxxx» ASC-nin ləğve dicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən xx.xx.2019-cu il tarixli məktubla İddiaçı bildirilmişdir ki, onun xx.xx.2019-cu il tarixə bank əməliyyat sistemində 123.887,70 manat əsas və 39.272,41 manat faiz borcu olmaqla, ümumilikdə 163.160,11 manat borcu mövcuddur. «xxxx» ASC-nin X2 Z.B.Quliyeva tərəfindən imzalanmış və bankın möhürü ilə təsdiqlənmiş xx.xx.2015-ci il tarixli arayışdan isə görünür ki, İddiaçı «xxxx» ASC-dən xx.xx.2012-ci il tarixdə **********6030000AZN saylı hesab üzrə götürdüyü 126.650 manat məbləğində kreditin öhdəliklərini tam yerinə yetirmişdir və onun banka heç bir borcu yoxdur. Tərəflər aralarında xx.xx.2012-ci il tarixli kredit müqaviləsinin bağlandığını və həmin müqavilədən irəli gələn borc öhdəliyinin mövcudluğunu (iddiaçı həmin öhdəliyin icra səbəbilə xətm olunduğunu, cavabdeh isə sistemdə borcun qaldığını) bildirirlər. AR Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarında öhdəliyin (o cümlədən borc pul öhdəliyinin) yaranması əsasları konkret şəkildə müəyyən edilmiş və buraya müqavilədən, zərər vurmadan, əsassız varlanmadan və Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslardan irəli gələn öhdəliklərin daxil olduğu göstərilmişdir. Kollegiya vurğulayır ki, müqavilə dedikdə, iki və ya daha artıq şəxsin hüquqi nəticə əmələ gətirmək üçün ifadə etdikləri və bir-birinə uyğun olan iradə bəyanları başa düşülür. Müqavilənin bağlanmış sayılması üçün tərəflərin əmələ gətirmək istədikləri hüquqi nəticəyə dair mühüm şərtləri özündə əks etdirən iradə bəyanları mövcud olmalıdır. Məhz belə iradə ifadələri ilə müqavilə bağlanmış sayılır, tərəflər üçün tələb hüququ və öhdəlik yaradır. Əks təqdirdə isə mülki hüquqi baxımdan müqavilənin bağlanmasından söhbət gedə bilməz. Təsadüfi deyil ki, Mülki Məcəllənin 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Göründüyü kimi, müqavilənin mühüm şərtləri barədə lazımi formada razılaşma olmadıqda müqavilə bağlanmamış hesab edilir. Bu hal, yoxluq səbəbilə əqdin etibarsızlığına dəlalət edir. Mülki Məcəllənin 337.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Baxılan işdə tərəflər, aralarında xx.xx.2012-ci il tarixli kredit müqaviləsinin bağlandığına istinad edirlər. Mülki Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə işti rakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Normanın məzmunundan göründüyü kimi, kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş məbləğdə, müddətdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin q aytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Başqa sözlə, bu hallar kredit müqaviləsinin mühüm şərtlərini təşkil edir. Tərəflər arasında kredit münasibətlərinin mövcud olması üçün əvvəlcə onların etibarlı əqd - kredit müqaviləsi bağlamaları müəyyən edilməlidir. Buna baxmayaraq, İddiaçı ərizəsində göstərdiyi, LPO «xxxx» ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu isə xx.xx.2019-cu il tarixli məktubunda istinad etdiyi xx.xx.2012-ci il tarixli kredit müqaviləsini məhkəməyə təqdim etməmişlər. Dolayısı ilə, tərəflər belə bir müqavilənin bağlandığını və mövcudluğunu sübuta yetirə bilməmişlər. Halbuki, Mülki Prosessual Məcəllənin 14.2-ci və 77.1-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hə r bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apelyasiya məhkəməsi belə qənaətə gəlmişdir ki, «xxxx» ASC ilə İddiaçı arasında xx.xx.2012-ci il tarixli kredit müqaviləsi bağlanmamış sayılır. Başqa sözlə, tərəflər belə bir əqdin bağlanıldığını şifahi şəkildə, məktub və arayışda ifadə etsələr də, mühüm şərtləri özündə əks etdirən kredit müqaviləsi olmadığı üçün iddia olunan razılaşma yoxluq səbəbilə əhəmiyyətsizlik halıdır. Mülki Məcəllənin 337.1-ci, 337.3-cü və 337.4-cü maddələrinə görə, etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Beləliklə, «xxxx» ASC ilə İddiaçı arasında xx.xx.2012-ci il tarixli kredit müqaviləsi bağlanmamış sayıldığı üçün hər hansı müqavilə mövcud olmamışdır. Apelyasiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi isə bu hallara diqqət yetirmədən mövcud olmayan müqavilə üzrə iddiaçının bank qarşısında öhdəliyinin tam icra edilməsi, həmin kredit müqaviləsinin ləğv edilməsi və iddiaçının bank qarşısındakı öhdəliklərinə xitam verilməsi haqqında yalnış qətnamə çıxarmış, ona görə də, rayon məhkəməsinin qətnaməsi ləğv edilməklə, iddia tələbləri üzrə yeni qətnamə qəbul olunmalıdır. Kollegiya onu da nəzərə almışdır ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə hüquqi müstəvidə etibarlı bir müqavilənin olmas ına, lakin həmin əqd üzrə öhdəliklərin yerinə yetirilməsi səbəbilə xətm edilməsinə dəlalət edir. Halbuki, məhkəməyə təqdim edilmədiyi halda, «xxxx» ASC-nin kredit öhdəliklərinin (**********6030000AZN saylı hesab üzrə) tam yerinə yetirilməsi haqqında xx.xx.2015-ci il tarixli arayışda, habelə ləğv prosesində olan həmin bankın xx.xx.2019-cu il tarixli məktubunda İddiaçıla bağlanmış xx.xx.2012-ci il tarixli müqaviləyə istinad edilməsinin hansı hallarla bağlı olduğu tam aydın deyil. Ona görə də həmin xüsusatların cinayət mühakimə icraatı qaydasında yoxlanılması və onlara hüquqi qiymət verilməsi üçün iş üzrə xüsusi qərardad çıxarılaraq Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir. Kollegiya iddianın həlli ilə bağlı bildirmişdir ki, mövcud olmayan müqavilə hər hansı öhdəlik yarada, habelə məhkəmə tərəfindən ləğv edilə bilməz. Ona görə də «xxxx» ASC ilə İddiaçı arasında xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməsi səbəbilə həmin müqavilənin ləğvi tələbi rədd edilməlidir. Bununla belə, məhkəmə kollegiyası nəzərə almışdır ki, İddiaçı hazırkı tələbləri irəli sürməkdə məqsədi, yəni təmin etmək istədiyi mənafe LPO «xxxx» ASC qarşısında borc öhdəliyinin olmamasının təsbit edilməsidir. İddiaçı, bunu apellyasiya baxışında da açıqca ifadə etmişdir. İddiaçı “öhdəliklərə xitam verilməsi barədə qərar qəbul edilsin” tələbi də əslində bu mənafeyi təmin etməyə yönəlmiş təsbitetmə iddiasıdır. Ona görə də, apelyasiya məhkəməsi iddiaçının tələbini və haqlı mənafeyini, habelə bağlanmamış bir müqavilənin tərəflər üçün öhdəlik yarada bilməyəcəyi barədə yuxa rıdakı mövqeyini nəzərə alaraq hesab etmişdir ki, iddia həmin hissədə təmin edilməklə, İddiaçı LPO «xxxx» ASC qarşısında borc öhdəliyinin olmaması təsbit edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh LPO “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkə məsinin MK-nın hazırkı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar