Məhkəmə qərarları › İş №2(102)-3537/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3537/2024

25.12.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3537/2024 25.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək haqqının ödənilməsi, əmək haqqının verilməsinin gecikdirilməsinə görə ödəncin verilməsi, istifadə edilməmiş məzuniyyətə görə pul əvəzinin verilməsi və mənəvi zərərin əvəzinin ödənilməsi) Kateqoriya: Əmək münasibətlərindən irəli gələn mübahisələr Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “əmək haqqının ödənilməsi, əmək haqqının verilməsinin gecikdirilməsinə görə ödəncin verilməsi, istifadə edilməmiş məzuniyyətə görə pul əvəzinin verilməsi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3711/2024 nömrəli, 28 iyun 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 25 dekabr 2024cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə 24 may 2023-cü il tarixində xitam vermişdir.

2. Hazırda iddiaçı əmək haqqının, hər gecikdirilmiş gün üçün kompensasiya hesablanmaqla faiz borcunun, məzuniyyət haqqının və dəymiş mənəvi zərərin əvəzinin cavabdehdən tutulmasını tələb edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 2023-cü ilin yanvar ayının 4-dən 25 may 2023-cü il tarixinə qədər hesablanmış 7500 manat əmək haqqının, hər gecikdirilmiş gün üçün 1 faiz kompensasiya hesablanmaqla 2250 manat faiz borcunun, 7595 manat məzuniyyət haqqının və dəymiş mənəvi zərər olaraq 3000 manat, 161 manat vəkil xərci, 50 manat mediasiya xərcinin, cəmi 20461 manat pulun Cavabdehndən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 01 dekabr 2015-ci il tarixdən 25 may 2023-cü il tarixə kimi hazırkı Cavabdehndə çalışmışdır. Müəssisədə çalışdığı illər əmək kitabçasına daxil edilməmiş, cavabdeh qanunsuz olaraq qeyri-r əsmi formada onu əmək münasibətlərinə cəlb etmişdir. Bunu hazırkı iddia ərizəsinə əlavə olunan Cavabdeh direktorunun xx.xx.2015-ci il tarixli əmri sübut edir. xx.xx.2017-ci il tarixindən xx.xx.2018-ci ilə qədər Cavabdehndə nəzarət şöbəsində nəzarətçi, xx.xx.2019-cu ildən xx.xx.2023-cü il tarixinə kimi dəstə rəisi vəzifəsində çalışmışdır. Cavabdeh tərəfindən 2023-cü ilin yanvar ayının 4-dən xx.xx.2023-cü il tarixə kimi ona əmək haqqı ödənilməmişdir. Belə ki, ona əmək haqqının verilməməsi səbəbindən işdən çıxmaq məcburiyyətində qalmış və 10 aprel 2023-cü il tarixdə cavabdehə yazılı formada ərizə ilə müraciət etmişdir. Cavabdeh müraciətə heç bir cavab verməmişdir. Cavabdehndə işlədiyi vaxt ərzində heç vaxt ödənişli əsas məzuniyyət hüququndan istifadə etməmişdir. Cavabdeh 24 may 2023-cü il tar ixdə onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Lakin əmək müqaviləsinin xitam edilməsi barədə əmr, əmək kitabçası və son haqq-hesab (əmək haqqı, məzuniyyət və digər ödənclər) ona təqdim olunmamışdır.

5. Cavabdeh tərəfindən verilmiş iddiaya etiraz verilmiş, etiraz onunla əsasandırılmışdır ki, İddiaçı Cavabdeh MMC-də 2015-ci ildən işləməsi tamamilə əsassızdır. Təqdim etdiyi əmr heç bir halda onunla əmək müqaviləsinin bağlanmasını ehtiva etmir. Ona heç bir əmək funksiyasının icrası tapşırılmamışdır. Onunla ilk dəfə əmək müqaviləsi bağlanmaqla xx.xx.2017-ci il tarixdə nəzarətçi vəzifəsinə işə qəbul edilmiş və xx.xx.2018-ci il tarixdə isə dəstə rəisi vəzifəsinə keçirilmişdir. xx.xx.2019-cu il tarixdə onun əmək müqaviləsinə xitam verilib və ikinci dəfə xx.xx.2019-cu il tarixdə yenidən 431,28 manat rəsmi maaşla dəstə rəisi vəzifəsinə qəbul edilmişdir. xx.xx.2022-ci il tarixdən isə rəsmi əmək haqqı artırılaraq 1500 manat müəyyən edilmişdir. xx.xx.2021-ci il il tarixdən xx.xx.2021-ci il tarixədək 30 təqvim günü və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 35 təqvim günü olmaqla 2 dəfə əmək məzuniyyətində olmuşdur. xx.xx.2021-ci ildə yazılı ərizə ilə müraciət edərək şəxsən rəhbərliklə, guya şirkət daxilində ona qarşı hansısa süni əngəl yaradıldığını iddia edərək, rəhbərlik etdiyi iki marşrut xəttindən yalnız bir xəttə rəhbərlik etmək istədiyini bildirmişdir. Lakin görüş zamanı ona qarşı heç bir əngəl olmadığını və xahişinin mümkün olmadığını bildirilmişdir. Bundan sonra iddiaçı bir müddət işinə davam etmişdir. Lakin 2022-ci ilin dekabr ayında yenidən rəhbərlikl ə görüşmüş, əvvəlki illərdə polis orqanında işlədiyi üçün geniş təcrübəyə malik olduğundan, cəmiyyətin daxilində xüsusi X1 yaradılmasını və onun da həmin şöbəyə müdir təyin edilməsini tələb etmişdir. Hətta öz təşəbbüsü ilə şöbənin əsasnaməsini hazırlayıb təqdim etmişdir. Şirkətdə belə bir struktur olmadığı və onun bu təklifinin hazırda mümkünsüz olduğunu bildirdikdə, o struktur təşkil edilənə qədər gözləyəcəyini bildirmişdir. Bu məqsədlə xx.xx.2023-cü il tarixdən etibarən öz hesabına məzuniyyətə çıxdığını bəyan etmişdir. Lakin sonradan məlum olmuşdur ki, öz hesabına məzuniyyətlə bağlı ərizə təqdim etməmişdir. 2023-cü ilin mart ayında o, X1 yaradılmadığını və onun müdir təyin edilmədiyini gördükdə şirkətin şöbə müdirləri ilə görüşərək hər bir şəxs barədə müxtəlif qurumlara şikayət edəcəyini bildirmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət edərək, əmək haqqı tələbləri irəli sürərək əmək müqaviləsinə xitam verilməsini tələb etmişdir. Cəmiyyətin ona heç bir borcu yoxdur, işlədiyi müddət ərzində əmək haqqında əlavə şəxsi ehtiyacları üçün avans məbləğləri ilə bağlı müraciətlər etmiş və hesablanmış əmək haqqından əlavə olaraq ona avanslar ödənilmişdir. Göstərilən iş illəri ərzində ümumlikdə 25991,1 manat ödənilməli olduğu halda, 26288,06 manat, bundan əlavə 1249,92 manat avans ödənilmişdir. Hal-hazırda onun cəmiyyətin xəzinəsinə 1249,92 manat borcu var. xx.xx.2023-cü il tarixdən etibarən isə ümumiyyətlə işə çıxmamış və buna görə də heç bir əmək haqqı hesablanmamışdır.

6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli qərardadı ilə məhkəm ə-mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 8 fevral 2024-cü il tarixli, 9/228 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, işçi İddiaçı xx.xx.2017-ci il tarixindən xx.xx.2019-cu il tarixədək işəgötürən Cavabdeh xx.xx.2019-cu il tarixli, k474 nömrəli əmrinə əsasən işçiyə istifadə etmədiyi 67 gün təşkil etməli olan əmək məzuniyyəti üçün 2019-cu ilin oktyabr ayında 396,64 manat məbləğində kompensasiyanın hesablandığı və ödənildiyi müəyyən edilir. İşçi İddiaçı işəgötürənin xx.xx.2023-cü il tarixli, K-093 nömrəli əmrinə əsasən işçiyə məzuniyyət gününün son haqq-hesabı 1304,8 manat hesablanmalı olduğu halda qeyd edilən məbləğ ödənilməmişdir. İddiaçı məzuniyyətə çıxması barədə xx.xx.2021-ci il tarixli, 05/47 saylı əmri əsası nda istifadə etdiyi 30 gün məzuniyyətə görə 425,7 manat məbləğində və xx.xx.2022-ci il tarixli, 11/11 saylı əmri əsasında istifadə etdiyi 35 gün məzuniyyətə görə 902,3 manat məbləğində məzuniyyət haqqı ödənilmişdir. xx.xx.2017-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək və xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üçün işçi İddiaçı qeyd edilən dövr üzrə işəgötürən tərəfindən məzuniyyət haqları hesablanıb ödənildiyindən ona ödənilməli olan kompensasiya məbləği müəyyən edilmir.

7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-248/2024 nömrəli, 15 mart 2024-ci il tarixli qətnaməsi ilə (hakim İlkin Əliyev) iddia qismən təmin edilərək, Cavabdehndən ödənilməyən əmək haqqının əvəzi olaraq 7500 manat, əmək haqqının gecikdirilməsinə görə 2250 manat, məzuniyyət gününün son haqq-hesabının əvəzi olaraq 1304,8 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

8. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında olan əmək müqaviləsinə işçinin ərizəsinə əsasən xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. İşçiyə əmək münasibətlərində olduğu 5 ay üçün, yəni 2023-cü ilin yanvar ayından işdən azad edildiyi günədək əmək haqqı(aylıq 1500 manat) ödənilməmişdir. Cavabdeh isə həmin müddət üçün əmək haqqı ödəmədiyini qəbul etmiş, lakin bunu işçinin həmin dövrdə işə çıxmadığı, əmək funksiyasını yerinə yetirmədiyi və öz hesabına faktiki məzuniyyətdə olduğu(belə bir əmr və rəsmi müraciət yoxdur) ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsi bu hissədə iddianı əsaslı hesab etmişdir.

9. Məhkəmə hesab etmi şdir ki, əmək müqaviləsinin mövcudluğu tərəflər arasında əmək münasibətlərinin davam etdiyi prezumpsiyasını yaradır. Yəni əgər tərəflər arasında ləğv edilməmiş əmək müqaviləsi varsa, hesab olunur ki, əmək münasibətləri davam edir. İşçinin işə çıxmaması, öz əmək funksiyalarını yerinə yetirməməsi və.s əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır, lakin nə qədər ki, əmək müqaviləsinə xitam verilməmişdir, işəgötürənin əmək haqqı ödəməkdən imtinası əsassızdır.

10. Məhkəmənin qənaətinə görə, işçiyə aylıq əmək haqqı 1500 manat olmaqla 5 aylıq müddət üçün 7500 manat məbləğində vəsait ödənilməlidir.

11. Bundan başqa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı 1 faizi məbləğində ödənc verilməsi hissəsində də məhkəmə iddianı əsaslı hesab etmişdir.

12. Belə ki, işçiyə yanvar, fevral, mart, aprel və may ayının əmək haqqı ödənilmədiyi nəzərə alınsa, iddianın məhkəməyə verildiyi vaxtadək(xx.xx.2023) gecikdirilmiş müddət üçün hər əmək haqqı məbləğinə münasibətdə hər günə 1 faiz məbləğin 2250 manatdan çox olduğu müəyyən edilmiş, bununla belə məhkəmə iddia tələbi ilə bağlı olduğundan cavabdehdən 2250 manat məbləğində pulun tutulması tələbini əsaslı hesab etmişdir.

13. Məhkəmə 7 il üçün ödənilməyən məzuniyyət haqqı tələbi hissəsində isə iddianı qismən əsaslı hesab etmişdir.

14. Belə ki, tədqiq edilmiş sübutlar və ekspert rəyi ilə müəyyən edilmişdir ki, tərəflər arasında rəsmi əmək münasibətlərinin olduğu müddətdə məzuniyyət gününün son haqq-hesabından başqa(1304,8 manat) digər məzuniyyətlərə görə kompensasiya ödənilmişdir və ona ödənilməli olan kompensasiya məbləği yoxdur. İddiaç ının 2015-ci ildən rəsmi əmək müqaviləsi bağlanan tarixədək (xx.xx.2017-ci il) cavabdehlə əmək münasibətlərində olması barədə dəlillərini isə məhkəmə əsassız hesab etmişdir.

15. Məhkəmə qeyd etmişdir ki, işin müəyyən edilmiş hallarından da bəlli olduğu kimi tərəflər arasında göstərilən qaydada əmək müqaviləsi bağlanmamışdır. Bundan əlavə əgər iddiaçı işəgötürənin xx.xx.2015-ci il tarixli əmrinə əsasən tərəflər arasında əmək münasibətlərinin yaranmış olduğunu iddia edirsə belə, həmin əmr 20 günlük müddəti əhatə etmiş və həmin əmr özlüyündə tərəflərin xx.xx.2017-ci il tarixədək əmək münasibətlərində olmasını təsdiq etmir. Bundan əlavə əmək münasibətləri hesab edilən hallarla bağlı 7.2-3-cü maddə 2 aprel 2021-ci il tarixli qanunla Əmək Məcəlləsinə əlavə edilmişdir. Yəni 2015-ci il tarixdə bel ə bir norma olmamışdır.

16. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddi bu hissədə qismən təmin edilməli və cavabdehdən 1304,8 manat məbləğində vəsait tutularaq iddiaçıya ödənilməlidir.

17. Bundan əlavə məhkəmə iddianı mənəvi zərərin tutulması hissəsində əsaslı hesab etməmişdir.

18. Məhkəmə hesab etmişdir ki, iddiaçı tələbini bu hissədə ümumiyyətlə əsaslandırmamış və hansı mənəvi sarsıntı və iztibar keçirməsi barədə dəlillər irəli sürməmişdir.

19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci, 49-cu maddənin 1-ci, 69-cu maddənin 2-ci, 81-ci maddənin 2-ci, 83-cü maddənin 2-ci,110-cu maddənin 1-ci, 131-ci maddənin 1-ci, 135-ci maddənin 2-ci, 143-cü maddənin 2-ci, 144-cü maddənin 2-ci, 172-ci maddənin 1-ci, 172-ci maddənin 5-ci hissəl ərinə, MPM-in 14.2,77.1, 88, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

20. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməsinə aid hissədə ləğv edilib və həmin hissədə iddianın rədd olunmasını xahiş etmişdir.

21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək işə çıxmamış, əmək funksiyalarını icra etməmişdir. İşəgötürən tərəfindən işçiyə faktiki çıxdığı günədək bütün ödənclər verilmişdir. Cavabdeh həmçinin ekspert rəyi ilə də razı olmadığını bildirmiş və hesab etmişdir ki, son haqqhesabın əvəzi olaraq 1304,8 manat əsassız hesablanmışdır.

22. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3711/202 4 nömrəli, 28 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər: Namiq Cəfərov-sədrlik edən və məruzəçi, İkram Şirinov və Elşən Kazımov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

23. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının iddiasına görə xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilə qədər hesablanmış 7500 manat əmək haqqı ona ödənilməmişdir. Cavabdeh əmək haqqının verilmədiyini etiraf etmiş, bunu da onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2023-cü ildən işə gəlməmişdir. Bu səbəbdən ona əmək haqqı hesablanmaışdır. İddiaçı isə qeyd etmişdir ki, həmin dövrdə işə gəlib və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmişdir.

24. Məhkəmə hesab etmişdir ki, işçinin işə gəlmədiyini, əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyini işəgötürən sübut etməlidir, lakin cavabdeh bu barədə sübut təqdim etməmişdir. Birinci instansiya məhkəməsi də 5 aya görə 7500 manat (5 ay x 1500 manat) əmək haqqının tutulması haqlı olaraq qət edilmişdir.

25. Məhkəmə həmçinin iddiaçının yuxarıda göstərilən müddətdə əmək haqqının verilməsinin gecikdirilməsinə görə 2250 manat ödənc tələb etməsi ilə bağlı qeyd etmişdir ki, əmək haqqının verilməsinin gecikdirilməsində təsqiri olmadığını cavabdeh sübut etməlidir, lakin cavabdeh məhkəməyə bu barədə heç bir sübut təqdim etməmişdir.

26. İddiaçının istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi tələb etməsi ilə bağlı qeyd məhkəmə etmişdir ki, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/228 nömrəli ekspert rəyinə görə, istifadə edilməm iş məzuniyyətə görə son haqq-hesab kimi 1304,80 manat hesablanmalıdır. Ona görə də birinci instansiya məhkəməsi düzgün olaraq istifadə edilməmiş məzuniyyətə görə həmin məbləğdə pul əvəzinin ödənilməsi nəticəsinə gəlmişdir.

27. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172-ci maddənin 5-ci, 144-cü maddənin 2-ci hissəsinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

28. Cavabdeh (Vəkil1) kassasiya şikayəti verərək qətnamənin ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

29. Kassasiya şikayəti iddia ərizəsinə etiraz və apellyasiya şikayəti ilə eyni dəlillərlə əsaslandırılmışdır. Əlavə olaraq qeyd e dilmişdir ki, işəgötürən tərəfindən işçiyə işdən faktiki çıxdığı günədək bütün ödənclər verilib. Hal-hazırda cavabdeh – Cavabdeh MMC-nin iddiaçıya işlədiyi günlərə görə ödənilməmiş borcu yoxdur.

30. Məhkəmə tərəfindən iddiaçıya – məzuniyyət gününün son haqq-hesabının əvəzi olaraq 1304,8 manat məbləğində pul vəsaitinin ödənilməsi barədə qərarını ekspert rəyinə əsasən formalaşdırmasına baxmayaraq, həmin ekspert rəyi ilə razı olmadıqları və ekspert rəyində həmin məbləğin əsassız hesablandığını qeyd etmişlər.

31. Kassasiya şikayəti Azərbaycan Respublikası Əmək Məcəlləsinin 143.2-ci, Mülki Prosessual Məcəllənin 217.3-cü maddələrinə istinadla əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

32. İddiaçı kassasiya şikayətinə qarşı etiraz göndərərək, kassasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

33. Maddə 172 (hissə 5). Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı 1 faizi məbləğində ödənc verilməlidir.

34. Maddə 144. (hissə 2).Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

43. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədlə ri

44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

45. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayət inin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

47. Cavabdehin kassasiya şikayətlərinin dəlilləri iddia ərizəsinə etirazda və apellyasiya şikayətində irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi nin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

48. Kassasiya şikayətlərinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut o lunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

49. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibət ini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3711/2024 nömrəli iş üzrə 28 iyun 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar