Məhkəmə qərarları › İş №2(102)-3540/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3540/2019

23.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3540/2019 23.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin, cavabdeh ləğv prosesində olan x2-nin vəkili Əzizli Nəvazi Vidadi oğlunun iştirakı ilə, cavabdeh ləğv prosesində olan x2-nin Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 oktyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 2(005)-6868/2017 saylı, 08 noyabr 2017-ci il tarixli qətnaməsi ilə (hаkim R.Quliyev) iddia tələbi qismən təmin edilərək, iddiaçı x1na məxsus olan ünvan 1 ol an 0,13 ha torpaq sahəsində yerləşən 2 otaqlı fərdi yaşayış evinə dair MN seriyalı ******* saylı, **********469-10301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli çıxarışın x2-dən alınaraq iddiaçı x1na qaytarılması və ipoteka predmetinin yüklülükdən azad edilməsinin x2-yə həvalə edilməsi, iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və 500 manat məbləğində nümayəndəyə və vəkilə göstərdiyi hüquqi yardıma görə çəkilən xərcin cavabdeh x2-dən iddiaçı x1nın xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9697/2018 saylı, 31 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: N.Cəfərov, V.Baxışova və V.Həsənov) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08.11.2017-ci il tarixli qətnaməsi ləğv edilərək, iddi anın qismən təmin olunması, x1na məxsus olan, ünvan 1, 0,13 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, yaşayış sahəsi 31,6 kv.m, köməkçi sahəsi 30,6 kv.m təşkil edən fərdi yaşayış evi üzərində ipotekaya xitam verildiyi müəyyən olunması, həmin evə aid MN seriyalı, ******* nömrəli reyestr çıxarışının x2-dən alınaraq x1na qaytarılması, iddianın qalan hissəsi rədd olunması, qətnamənin dövlət reyestrindəki ipoteka qeydinin ləğv edilməsi üçün əsas olması qət edilmişdir. Cavabdeh ləğv prosesində olan x2 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9697/2018 saylı, 31 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini, x2-nin apelyasiya şikayətinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı x1 cavab deh x2-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, özünə məxsus olan ünvan 1 olan 0,13 ha torpaq sahəsində yerləşən 2 otaqlı fərdi yaşayış evinin MN seriyalı ******* saylı, **********469-10301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli çıxarışın x2 tərəfindən ona qaytarılması və Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Yevlax Ərazi İdarəsindən ipoteka predmetinin yüklülüyündən azad edilməsi, 3.600 manat zərərin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, x2-nin «Yevlax» filialı ilə onun arasında bağlanmış 12.04.2007-ci il tarixli 137 saylı kredit müqaviləsinə əsasən kredit alana kənd təsərrüfatı məqsədləri üçün 18 ay müddətinə, illik 25 % ödəməklə 10.000 manat məbləğində kredit verilmiş, kreditin təminatı qismin də ona məxsus ünvan 1 olan 0,13 ha torpaq sahəsində yerləşən 2 otaqlı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Borc vaxtında qaytarılmadığından x2 cavabdeh x1na qarşı həmin kredit müqaviləsi üzrə 12.157 ABŞ dolları qaytarılması tələbinə dair Yevlax rayon Məhkəməsində iddia qaldırmışdır. Yevlax rayon Məhkəməsinin 03.12.2015-ci il tarixli qətnaməsi ilə iddia müddətinin buraxılması əsası ilə iddia rədd edilmiş və qətnamədən verilmiş apellyasiya şikayəti də Şəki Apellyasiya Məhkəməsinin 27.05.2016-cı il tarixli 2(107)-623/2016 saylı qətnaməsi ilə rədd edilmişdir. Hal-hazırda məhkəmə qətnaməsi hüquqi qüvvəsini almışdır. x1na məxsus ünvan 1 olan 0,13 ha torpaq sahəsində yerləşən 2 otaqlı fərdi yaşayış evinin MN seriyalı ******* saylı, **********469-10301 reyestr nömrəli, ********* qeydiyy at nömrəli çıxarışın kserosurəti Yevlax rayonu Dövlət Notariat Kontorunda saxlanılır, əsli isə bankdadır. Məhkəmə qətnamələrinə əsasən borclu ilə bank arasındakı kredit münasibətlərinə, eləcə də, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən ipoteka predmeti bank tərəfindən alınmadığına görə ipoteka müqaviləsinə xitam verildiyindən, MN seriyalı ******* saylı, **********469-10301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli çıxarışın əslinin x1na qaytarılması və Azərbaycan Respublikası ƏMDKnın yanında DƏDRX-nin Yevlax Ərazi İdarəsindən ipoteka predmetinin yüklülüyündən azad edilməsi xahiş edilmişdir. Sonuncu dəfə eyni məzmunlu ərizə ilə banka 22.12.2016-cı il tarixdə müraciət edilmiş və cavab alınmamışdır. Bu hal, x2-nin çıxarışın əslinin x1na rəsmən qaytarıl masından imtina edilməsi kimi qiymətləndirilməlidir. Bu, bankın hərəkətsizliyindən məhkəmədə iddia qaldırmaq üçün hüquqi əsas verir. x2 tərəfindən çıxarışın əslinin x1na rəsmən qaytarıİmaması iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdırır, əmlakdan istifadə etmək, ona sahiblik etmək və üzərində sərəncam vermək kimi hərəkətlərinə maneçilik törədir. Cavabdeh iddiaçıya məxsus evin çıxarışını verməməklə, iddiaçının əmlak üzərində olan hüquqlarını həyata keçirməkdən məhrum etmiş və nəticədə cavabdeh Mülki Məcəllənin 152-ci maddəsində göstərilmiş hüquqlarını pozmuşdur. Əmlakın sənədini qanunsuz əldə saxlamaqla, cavabdeh iddiaçıya maddi ziyan vurmuşdur. x1 ilə nümayəndəsi x3 arasında hüquqi xidmət göstərilməsi haqda müqavilə bağlanmış, iddiaçı tərəfindən 1.000 manat pul ödənilmiş, tapşırığın yer inə yetirilməsi ilə bağlı nümayəndənin 5 dəfə Bakı şəhərinə ezam edilməsinə, inzibati-iqtisadi məhkəmədə iştirak etməsinə əlavə 600 manat pul xərclənmişdir. O, Şəki Apellyasiya Məhkəməsinin 27.05.2016-cı il tarixli 2(107)-623/2016 saylı qətnaməsinin x2-nin hərəkətsizliyi nəticəsində icra edilmədiyindən 2.000 manat ziyan çəkmişdir və o həmin miqdarda kompensasiya tələb etmək hüququna malikdir. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh ləğv prosesində olan x2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apelly asiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9697/2018 saylı, 31 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini, x2-nin apelyasiya şikayətinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Prosesiştirakçılarının izahatları: Cavabdeh ləğv prosesində olan x2-nin vəkili Əzizli Nəvazi Vidadi oğlu kassasiya şikayətinin dəlillərinə müvafiq izahat verərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, cavabdehin vəkilini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəy işdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, ipotekaya xitam verilməsinə əsas olan hallar “İpoteka haqqında” Qanunun 48-ci maddəsində müəyyən edilib, həmin halların sırasında “iddia müddətinin keçməsi” nəzərdə tutulmayıb. İddia müddəti hüququn müdafiəsi müddətidir, ona görə də iddia müddətinin keçməsinin doğurduğu yeganə hüquqi nəticə ondan ibarətdir ki, hüquq müdafiə olunmur. Hüququn müdafiə olunmaması onun xitamı demək deyil, hüquq (borc verilmiş pulun qaytarılmasını tələb etmək hüququ) müdafiə olunmasa da mövcud olmaqda davam edir. Bundan başqa, iddia müddətinin keçməsinə görə əsas, faiz və cərimə borcunun ödənilməsi barədə tələbin rədd edilməsi o demək deyildir ki, evin ipoteka yüklülüyündə qalmasına zərurət yoxdur. İpoteka ilə yalnız əsas, f aiz və cərimə borcu barədə tələb deyil, həm də zərər barədə tələb təmin edilir. Belə ki, “İpoteka haqqında” Qanunun 4.1.3-cü maddəsində qeyd olunmuşdur ki, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi barədə tələb ipoteka ilə təmin edilir. Bank x1 qarşı zərərin əvəzinin ödənilməsi barədə tələb irəli sürə bilər və həmin tələb üzrə tutmanın ipoteka predmeti olan evə yönəldilməsini tələb edə bilər. Odur ki, “İpoteka haqqında” Qanunun 48-ci maddəsində müəyyən edilmiş, ipotekaya xitam verilməsinə əsas olan hallardan hər hansı biri baş verənə qədər ipotekaya xitam verilə bilməz. “İpoteka haqqında” Qanunun 48.1.2-ci maddəsində ipotekaya xitam verilməsinin əsaslarından biri “əsas öhdəliyə xitam verilməsi” kimi göstərilmişdir. Bank ilə x1 arasındakı olan kredit öhdəliyinə (əsas öhdəliyə) 12.10.2018-ci il tarixində xitam verilmişdir. Belə ki, Mülki Məcəllənin 551.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər 10 il keçdikdən sonra qüvvəsini itirir. Kredit müqaviləsi 12.04.2017-ci il tarixində 18 ay müddətində bağlanmış, 18 ay 12.10.2008-ci il tarixindən tamam olmuş, 12.10.2008-ci il tarixindən 10 ilin axımı başlamış, 12.10.2018-ci il tarixində həmin müddət bitmişdir. Odur ki, ipotekaya 12.10.2018-ci il tarixində “İpoteka haqqında” Qanunun 48.1.2-ci maddəsində göstərilən əsasla xitam verilib. Beləliklə, ipotekaya xitam verildiyi müəyyən olunmalı, dövlət reyestrində ipoteka qeydi ləğv edilməli və bankın saxladığı reyestr çıxarışı geri qaytarılmalıdır. Zərə rin əvəzinin ödənilməsi barədə tələbə aid hissədə, o cümlədən məhkəmə xərclərinin (rüsumun və vəkilə çəkilmiş xərcin əvəzinin) ödənilməsinə aid hissədə apelyasiya məhkəməsi hesab edir ki, həmin tələblər rədd olunmalıdır. Belə ki, ipotekaya xitam verilməsi üçün əsas iş üzrə icraatın gedişi dövründə (12.10.2018-ci ildə) əmələ gəlmişdir. Ona görə də məhkəməyə müraciət edənə qədər x1 bankın qanunsuz davranışından zərər çəkməsi mümkün deyil, zərərin əvəzinin ödənilməsi barədə tələb Mülki Məcəllənin 21-ci maddəsinin göstərişlərinə uyğun gəlmir. Eyni qayda məhkəmə xərclərinə də aiddir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya ş ikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Ləğv prosesində olan x2-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar