Məhkəmə qərarları › İş №2(102)-3542/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3542/2019

20.05.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3542/2019 20.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, İddiaçı və onun vəkili ***nun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26.12.2018-ci il tarixli, 2(103)12765/2018 nömrəli qərardadından üçüncü şəxs Cavabdeh MMC-nin kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 21 iyun 2018-ci il tarixli, 2(007)-1807/2018 saylı qətnaməsi ilə (hakim M.Q.Sadıqov) İddiaçı cavabdeh “xxxx” ASC-dən ona məxsus dəzgah və avadanlıqların qanunsuz sahibliyindən geri alınması və 3 aylıq məhsul satışından əldən çıxan 9000 manat gəlirin tutulması tələbinə dair iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər N.Cəfərov, Ş.Məmmədova və V.Həsənov) 26.12.2018-ci il tarixli, 2(103)-12765/2018 nömrəli qərardadı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 21 iyun 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, işə baxılması üçün aidiyyəti üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. Üçüncü şəxs Cavabdeh MMC və onun vəkili X1 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26.12.2018-ci il tarixli qərardadından kassasiya şik ayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Üçüncü şəxs Cavabdeh MMC və onun vəkili X1 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26.12.2018-ci il tarixli qərardadından kassasiya şikayəti verərək, onun ləğv edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, mübahisə iddiaçının sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranmamışdır. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili *** kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı vəkilinin dediklərinə uyğun izahat vermişdir. Digər tərəflər işə baxılmasının vaxtı və yeri barədə lazı mi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 26.12.2018-ci il tarixli qərardadı ilə iş üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 21 iyun 2018-ci il tarixli qətnaməsini ləğv edib, işi aidiyyəti üzrə baxılması üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməyə göndərməklə haqlı olmuş, prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iş baxılması üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməyə göndərilməlidir. Belə ki, cavabdeh hüquqi şəxsdir, iddiaçı isə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxsdir (VÖEN **********), onların arasındakı mübahisə iqtisadi mübahisədir. Belə ki, tərəflərin arasında icarə müqaviləsi bağlanıb, mübahisə icarəyə verilmiş sahədə dəzgah və qurğulardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1.-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Kassasiya kollegiyası, apel lyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, tətbiqedilməliolanprosessualhüquqnormalarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qərardad qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas deyildir. Belə ki, Mülki Prosessual Məcəllənin 26.1-ci maddəsinə əsasən idarə və digər mənsubiyyətindən və tabeliyindən asılı olmayaraq, hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər arasında iqtisadi mübahisələr üzrə işlər mülki icraat qaydasında inzibati-iqtisadi məhkəməyə aiddir. İstinad edilən prosessual müddəanın tələbləri baxımından kassasiya kollegiy ası hər iki tərəfin sahibkarlıq subyetki olmasını, habelə mübahisənin də onlar arasında olan sahibkarlıq fəaliyyətindən irəli gəldiyini nəzərə alıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin inzibati-iqtisadi məhkəməyə aiddiyyəti ilə bağlı düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxs Cavabdeh MMC-nin kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26.12.2018-ci il tarixli, 2(103)-12765/2018 nö mrəli qərardadı dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar