Məhkəmə qərarları › İş №2(102)-3549/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3549/2022

29.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3549/2022 29.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh10, Cavabdeh5, X1, X3, X2 və Cavabdeh9 qarşı iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, mülkiyyət hüququnun tanınması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh10, Cavabdeh5, X1, X3, X2 və Cavabdeh9 qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilərək torpaq sahəsi üzərində mülkiy yət hüququnun tanınması tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1043/2021 nömrəli, 02 iyun 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 29 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Saatlı rayon Aqrar İslahat Komissiyasının 27 iyul 1999-cu il tarixli, 03 saylı qərarı ilə Saatlı rayonu Qolovino (indiki Heydərabad) kəndinin ərazisində Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh10, Cavabdeh5, X1, X3, X2 və Cavabdeh9 mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 8,74 ha torpaq sahəsi ayrılmış və bununla bağlı JN-105 seriyalı 90803028 saylı dövlət aktı tərtib edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktl arı Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı (bundan sonra – iddiaçı) iddia ərizəsi ilə müraciət edərək, onunla cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh10, Cavabdeh5, X1, X3, X2 və Cavabdeh9 arasında olan alqı-satqı müqaviləsinin bağlanmış hesab edilərək, torpağa mülkiyyət hüququna dair JN-105, KOD 90803028 saylı dövlət aktının 105M sahəsində yerləşən 4,42 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması xahiş etmişdir.

3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 20 ildən artıqdır ki, Saatlı rayonunda əkinçilik sahəsində təsərrüfat işləri ilə məşğul olur. Qohumu olan cavabdehlərin mülkiyyətində olan torpağın bir hissəsini satın almışdır.

4. Saatlı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(055)-1595/2017 saylı, 24 iyul 2 017-ci il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilmiş, sonradan cavabdehlərin ərizəsi ilə ziyqbi qətnamə ləğv edilmişdir.

5. Cavabdehlər məhkəmə islasında iddianı qəbul etməyərək, torpağı idiaçıya satmadıqlarını, ona icarəyə verdiklərini bildirmişlər.

6. Birinci instansiya məhkəməsinin 16 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim İ.Ə.Abuşov) iddia təmin edilməmişdir.

7. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı tələbin əsası kimi torpağa mülkiyyət hüququna dair JN-105,KOD 90803028 saylı dövlət aktı əsasında ümumilikdə 4,42 ha torpaq sahəsini 2000-ci ildə cavabdehlərdən nağd pul verməklə birdəfəlik aldığını göstərmiş, lakin həmin torpaq sahəsinin notariat qaydada alqısatqısını təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir.

8. Məhkəmə öz mövqeyini A zərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 139.1, 141.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və yeni qərar qəbul edilməsini xahiş etmişdir.

10. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(106)-1043/2021 saylı mülki iş üzrə 22 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Q.Əsədov (sədrlik edən və məruzəçi), İ.S.Mayılov və N.F.Mirzəyev) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

11. Apell yasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəflər arasında alqı-satqı müqaviləsinin (tərəflər, müqavilənin şərtləri, ödənilən məbləğ və s.) mövcudluğu barədə konkret sübut təqdim edilməmişdir. Hazırkı mübahisə üzrə isə tərəflər arasında yazılı formada alqı-satqısı müqaviləsi mövcud olmadığından, həmçinin notarial qaydada rəsmiləşdirilmə aparılmadığından məhkəmə düzgün olaraq hesab etmişdir ki, alqı-satqı müqaviləsi bağlanmış hesab edilə bilməz.

12. Apellyasiya instansiyası məhkəməsi, həmçinin qeyd etmişdir ki, hazırkı halda tərəflər arasında şifahi olaraq alqı-satqı barədə razılaşma olmaqla, pulun ödənildiyi müəyyən edildiyi halda, baş tutmamış əqddən söhbət gedə bilər. Belə halda ya tərəflər, aralarında bağladıqları müqaviləni müəyyən edilmiş qaydada notarial qaydada təsd iq etdirməli, ya da ödənilmiş pul məbləği geri qaytarılmaqla tərəflər əvvəlki vəziyyətə qaytarılmalıdır.

13. Məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə doğru nəticəyə gəlmişdir. Hazırkı iddianın təmin edilməməsi, iddiaçının baş tutmamış alqı-satqı nəticəsində, əsassız varlanmaya görə cavabdehlərdən ödədiyi pul məbləğini tələb etmək imkanını istisna etmir.

14. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 336.1, 567, 647.1 və MPM-in 80, 81-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

15. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

16. Şik ayət iddianın dəlillərinə uyğun əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, 200-ci ildən torpaq sahəsini öz mülkiyyəti kimi istifadə etmişdir. xx.xx.2017-ci il tarixdə həmin torpaq sahəsinin onun xüsusi mülkiyyəti olması barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Məhkəmə işə baxarkən gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

18. Maddə 336.1. Əgər tərəflərdən biri əqddən əmələ gələn hüququn dövlət qeydiyyatına alınmasından boyun qaçırırsa, onda qeydiyyat digər tərəfin ərizəsi ilə məhkəmənin qərarı əsasında həyata keçirilir.

19. Maddə

567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülk iyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

20. Maddə. 647.1. Daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə

80. İşin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

24. Maddə

81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasit ələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

25. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

26. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

27. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

28. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

29. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

30. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edi lərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

31. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. Kassasiya şikayətinin dəlilləri iddianın əsasları ilə eynidir və Məhkəmə kollegiyası maddi və prosessual hüquq normalarının tətbiqinə dair apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır.

34. Nəzərə alınmalıdır ki, iddiaçının hazırkı iş üzrə artıq ləğv edilmiş qiyabi qətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alması iddianın təmin olunması üçün əsas ola bilməz.

35. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

36. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Mə hkəməsi Mülki kollegiyasının 2(106)-1043/2021 nömrəli mülki iş üzrə 02 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar