Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3553/2019 27.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Cavabdeh Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.12.2018-ci il tarixli, 2(103)13012/2018 nömrəli qətnaməsindən İddiaçı və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin (hakim E.Mehdiyev) 19.03.201 8-ci il tarixli, 2(006)-2252/2018 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna qarşı “əmanət müqaviləsi üzrə ödənilməli olan kompensasiyanın tutulması” tələbinə dair iddiası qismən təmin edilərək, İddiaçı ilə “xxxx” ASC arasında bağlanmış 17.02.2015-ci il tarixli depozit müqaviləsi üzrə 6320 ABŞ dolları əmanət məbləğinin cavabdeh Azərbaycan Əmanətlərin Sığortalanması Fondundan tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər F.Talışinski, R.Eyvazov, Z.Əliyev) 17.12.2018-ci il tarixli, 2(103)-13012/2018 nömrəli qətnaməsi ilə cavabdeh Azərbaycan Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 19.03.2018-ci il tar ixli, 2(006)-2252/2018 nömrəli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsi, iddianın təmin edilməməsi qət edilmişdir. İddiaçı və vəkili Vəkil iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.12.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna qarşı “əmanət müqaviləsi üzrə ödənilməli olan kompensasiyanın tutulması” tələbinə dair iddia ərizəsi ilə 29.03.2017-ci il tarixdə məhkəməyə müraciət edərək, onunla “xxxx” ASC arasında bağlanmış 17.02.2015-ci il tarixli depozit müqaviləsi üzrə 6320 ABŞ dolları əmanət məbləğinin və müqavilə şərtlərinə uyğun olaraq hesablanmış faiz məbləği üzrə kompensasiyanın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, Əmanətlərin Sığortalanması Fondu tərəfindən qanunsuz olaraq sığorta ödənişinin verilməsindən yayınmaya yol verilmişdir. Belə ki, iddiaçıya məxsus depozit hesabı girov qoyulmaqla 25280 ABŞ dolları məbləğində kredit götürülmüş, yəni fondun cavab məkyubunda qeyd edildiyi kimi pul vəsaiti kreditin təminatı olaraq qoyulmamış, depozit müqaviləsi bağlandıqdan 6 ay sonra yaranmış zərurətlə əlaqədar qeyd edilən depozit hesabındakı məbləğ girov qoyulmaqla yuxarıda göstərilən kredit müqaviləsi bağlanmışdır. Lakin istinad edilən 25.08.2015-ci il tarixli istehlak krediti müqaviləsi 5 aylıq müddətə ba ğlanmış və belə olduğu təqdirdə müqavilənin bitmə müddəti 25.01.2016-cı il tarixinə təsadüf edirdi ki, qeyd edilən müddətdən sonra artıq iddiaçının bank qarşısında hər hansı öhdəliyi qalmamış, əksinə əmanət hesabına müvafiq qalıq məbləğ həddində Bankın əmanətçi qarşısında öhdəliyi qalmışdır. Belə olduğu təqdirdə qalıq məbləğ həddində əmanət “Əmanətlərin Sığortalanması Haqqında” Qanunun tələblərinə uyğun olaraq sığortalanmış hesab edilməklə, müvafiq həddə kompensasiya Fond tərəfindən qeyd-şərtsiz ödənilməlidir. Eyni zamanda nəzərə alınmalıdır ki, 19.01.2016-cı il tarixli, ******** nömrəli Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən “Əmanətlərin Sığortalanması Haqqında” Qanunun müvafiq 2.1.2.9 və 2.1.2.10-cu maddələri qanunvericilikdən xaric edilmişdir. Bu isə o deməkdir ki, qüvv ədən düşmüş normanın tətbiq edilməsi yolverilməzdir. Fondun istinad etdiyi Qanunun 2.1.2.10-cu maddəsi qanunvericilikdən xaric edildiyindən iddiaçıya qarşı həmin məhdudiyyətin tətbiq edilməsi tam olaraq əsassızdır. 19.01.2016-cı il tarixli, ******** nömrəli Azərbaycan Respublikasının Qanunu 03.03.2016-cı il tarixdə dərc olunmasına baxmayaraq, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İİİ hissəsinin tələblərinə əsasən tam əsaslı hesab edilməlidir. Ona görə də iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.12.2018-ci il tarixli, 2(103)-13012/2018 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlə r. Lakin, İddiaçı və vəkili Vəkil məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 415.3-cü maddəsinə əsasən, məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən cavabdeh Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil kassasiya şikayətinə etiraz edərək, məhkəmədən şikayətin əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, İddiaçı ilə "xx xx" ASC-nin "Badamdar" filialı arasında bağlanmış 17 fevral 2015-ci il tarixli, "Tam sərbəst" depozit üzrə depozit müqaviləsinə əsasən İddiaçı tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətində onun adına depozit hesabına illik 12 faiz dərəcəsi olmaqla, bir il müddətinə 18 fevral 2016-cı il tarixədək 31600 ABŞ dolları məbləğində əmanət yerləşdirilmiş, müqavilənin 5.7-ci bəndində qeyd edilmişdir ki, cəlb edildiyi günə 9% yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş və bank qarşısında öhdəliklərin təminatı olan əmanətlər qorunan əmanətlərə aid edilmir. İddiaçı ilə "xxxx" Açıq Cəmiyyətinin "Biznes" filialı arasında bağlanmış 25 avqust 2015-ci il tarixli, İKM 014 istehlak krediti müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən X1 illik 17 faiz hesablanmaqla 5 ay müddətinə 25280 ABŞ dolları məbləğində kre dit verilmişdir. ****** saylı, 25.08.2015-ci il tarixli gorv müqaviləsinə əsasən 25 avqust 2015-ci il tarixli, İKM ****saylı kredit müqaviləsinə ayrılan 25280 ABŞ dolları məbləğində krediti və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi bu müqavilə ilə müəyyən edilmiş İddiaçı məxsus Bizness filialnda **********900000037 saylı depozit hesabında olan vəsaitin girov qoyulması barədə razılığa gəlinmişdir. Azərbaycan Əmanətlərin Siğortalanması Fondunun İddiaçı ünvanladığı 01 noyabr 2016-cı il tarixli, 06/689 saylı məktubuna əsasən (səh. 7) 28 yanvar 2016-cı il tarixli reyestr məlumatına görə İddiaçı qeyd olunan depozit hesabı "xxxx" Açıq Səhmdar Cəmiyyətində olan kreditin təminatıdır və "Əmanətlərin srğortalanması haqqında” Qanunun həmin vaxt qüvvədə olan 2.1.2.10-cu maddəsinə əsasə n kreditin təminatı qismində qoyulmuş əmanətlər qorunan əmanət hesab olunmur və həmin əmanətlərə görə Fond tərəfindən kompensasiya ödənilmir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, depozit müqaviləsi bağlanan zaman iddiaçının depozit hesabı kreditin təminatı qismində 25.08.2015-ci il tarixli girov müqaviləsi ilə bank qarşısında kredit öhdəliyinin təminatı olmuş, əmanət 12%lə depozitə qoyulmuş, müqavilə bağlanan zaman bu müddəalar iddiaçıya bəlli olmuş və iddiaçı müqaviləni (və ya onun müddəalarını) mübahisələndirməmişdir. Belə ki, depozit müqaviləsinin 5.7-ci bəndində qeyd edilmişdir ki, cəlb edildiyi günə 9% yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş və bank qarşısında öhdəliklərin təminatı olan əmanətlər qorunan əmanətlərə aid edilmir. Beləliklə, iddiaçının əmanəti sığort alanmamış və ona münasibətdə sığorta hadisəsi baş verməmişdir. Bundan əlavə diqqətə çatdırılmalıdır ki, iddiaçının 34871.79 ABŞ dolları məbləğində pul vəsaiti kreditor tələb kimi bankın ləğvedicisi tərəfindən qeydə alınmışdır və Banklar Haqqında Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən müvafiq depozit məbləğinin və ya onun qalığının alınması istisma edilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 7.2, 324, 385.1, 389, 421.1, 425 və 950-ci, Qüvvədən düşmüş “Əmanətlərin Sığortalanması Haqqında” Azərbaycan Respublikası Qanununun 2, 4.1.4, 2.1.2.10 və 22.1.2-ci, Azərbaycan Respulikası MPM-nin 14.2, 76.1, 77.1, 80, 82.1, 106.2, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə istinad edərək apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkə məsinin qəbul etdiyi qətnamənin ləğv edilməsi, yeni qətnamə qəbul edərək iddia tələbinin təmin edilməməsi qənaətinə gəlmişdir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinə münasibətdə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya baxışı zamanı apelyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamədə maddi və prosessual hüquq normalarının pozulması faktı müəyyən edilməmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı və vəkili Vəkil kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.12.2018-ci il tarixli, 2(103)-13012/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edil
Məhkəmə qərarları › İş №2(102)-3553/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3553/2019
27.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Bank hesabatı müqavilələrinin ləğv edilməsi, xitam verilməsi və ya dəyişdirilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver