Məhkəmə qərarları › İş №2(102)-3556/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3556/2024

21.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3556/2024 21.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı ilk iddiası, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: alimentin tutulması, uşaqların ananın himayəsinə verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair ilk iddiası, Cavabdeh İddiaçı qarşı “uşaqların ananın himayəsinə verilməsi” tələbinə dair qarşılıqlı iddiası mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3379/2024 nömrəli, 25 iyun 2024-cü il tarixli qətnaməsindən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı (Vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinə 21 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı ilə Cavabdeh xx.xx.2014-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Onların birgə nikahlarından xx.xx.2015-ci il təvəllüdlü Aysel və xx.xx.2018-ci il təvəllüdlü Atilla adlı uşaqları anadan olmuşdur.

2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasındakı nikah pozulmuş, Cavabdeh razılıq ərizəsi ilə iki uşaq ataları İddiaçı yanında saxlanılmışdır. Həmin işdə aliment tələbi olmamışdır.

3. Cavabdeh xx.xx.2022-ci il tarixdə n "xxxx" MMC-də fəhlə operator vəzifəsində işləyir və 500 manat əmək haqqı alır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsininə müraciət edərək, Cavabdeh birgə nikahdan olan uşaqları xx.xx.2015-ci il təvəllüdlü Aysel və xx.xx.2018-ci il təvəllüdlü Atillanın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 193 manat sabit pul məbləğində alimentin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. İddia tələbi işin yuxarıda qeyd olunan hallarına uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, hal-hazırda uşaqlar onun himayəsindədirlər. Cavabdeh övladları ilə maraqlanmır, onların heç bir tələbatını ödəmir. Buna görə də cavabdehd ən aliment alınaraq ona ödənilməlidir.

6. Məhkəmə iclasında Cavabdeh (bundan sonra cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı)) İddiaçı (bundan sonra iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh)) qarşı qarşılıqlı iddia verərək, uşaqların İddiaçı alınaraq onun himayəsinə verilməsi və ilkin iddia tələbinə ehtiyac qalmadığından həmin iddianın rədd edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, nikahları pozulandan indiyə kimi o, övladları ilə görüşməkdən məhrum edilmişdir. Nikahın pozulması zamanı səhhəti ilə əlaqədar məhkəmə proseslərində iştirak etməmişdir. İddiaçı nikahın pozulmasına dair məhkəməyə müraciət edən zaman heç bir işlə məşğul olmamışdır. İddiaçı təkidi nəticəsində övladlarının onun himayəsinə verilməsinə razı olmuş, İd diaçı və onun ailəsinə bildirmişdir ki, özünə iş tapandan sonra uşaqlarını geri alacaq. Hal-hazırda işləyir, valideynləri ilə yaşayır və anası övladlarına baxmağa ən böyük köməkçidir.

8. Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 5-18/2-2787 №-li xx.xx.2023-cü il tarixli rəyinə əsasən tərəflərin birgə nikahlarından olan uşaqları xx.xx.2015-ci il təvəllüdlü Aysel və xx.xx.2018ci il təvəllüdlü Atillanın ataları İddiaçı yanında qalmaları məqsədəuyğun hesab edilmişdir.

9. Məhkəmə tərəfindən iş üzrə məhkəmə-psixoloji ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli 11/629 №-li ekspert rəyinə əsasən X3 psixi inkişafın a, yaş və fərdi- psixoloji xüsusiyyətlərinə görə ailədaxili qarşılıqlı münasibətlərlə bağlı fikirlərini müstəqil olaraq formalaşdırmaq və sərbəst qərar qəbul etmək qabiliyyətinə malik olmamaqla, onun anası Cavabdeh ilə bağlı fikirlərinə və ünsiyyətdə olmaq istəyinə kənar psixoloji təsir əlamətləri müəyyən olunur. Ayselin halhazırda atası İddiaçı bağlılığı (qarşılıqlı əlaqə zamanı müsbət emosiyalar keçirmək, vasitəsiz münasibət qurmaq arzusu, müntəzəm ünsiyyətə can atmaq, əlaqələrin azalması ilə əlaqədar narahat olmaq) üzə çıxmaqla, anası Cavabdeh bağlılığı müəyyən olunmur. Valideynləri və yaxın qohumları arasındakı qarşılıqlı münasibətlərdə mövcud olan gərginlik Ayselin emosional-iradi sferasına və anası Cavabdeh olan münasibətinə neqativ təsir göstərmişdir. Cavabdeh və İddiaçı hal-hazır da fərdi-psixoloji xüsusiyyətlərində azyaşlı uşaqların emosional-iradi sferalarına neqativ təsir göstərə biləcək və uşaqları ilə ünsiyyətinə mane ola biləcək aqressivlik əlamətləri müəyyən olunmur. X1 5 yaşı tamam olmadığından onunla məhkəmə-psixoloji ekspertizasının keçirilməsi mümkün olmamışdır.

10. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil1 qarşılıqlı iddianın məzmununa uyğun izahat verərək ilk iddianın rədd, qarşılıqlı iddianın təmin olunmasını xahiş etmişlər və eyni zamanda qeyd etmişlər ki, hazırda vəziyyət dəyişib, Cavabdeh işləyir, uşaqlarına baxa bilir, bu əsasdan belə iddianın verilməsinə zərurət yaranmışdır.

11. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(008)-490/2023 nömrəli, 05 aprel 2023-cü il tarixli qətnaməsi ilə (X9) ilkin iddia qismən təmin olunmuş, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 100 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq İddiaçı ödənilməsi, ilk iddianın qalan hissədə və qarşılıqlı iddianın bütünlüklə rədd olunması qət edilmişdir.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, tərəflərin nikahı pozulan zaman Cavabdeh könüllü olaraq uşaqların atalarının yanında qalmalarına razılıq vermişdir. Cavabdeh atasının təkidi nəticəsində övladlarının atasının himayəsinə verilməsinə razı olduğunu, iş tapandan sonra uşaqlarını geri alacağı barədə atasına və cavabdehin ailəsinə bildirdiyini qeyd etsə də, məhkəmə qətnaməsindən bu halların mövcudluğu görünmür. Hə min zaman kiçik uşaq Atillanın üç yaşı olmuşdur, hazırda onun bir aydan sonra beş yaşı tamam olacaq, o, təxmini iki ildir ki, anası ilə görüşmür. Məhkəmə hesab etmişdir ki, hazırki vəziyyətdə Atillanın atasından alınıb anasına verilməsi ona böyük psixoloji gərginlik yaşadar.

13. Məhkəmə daha sonra qeyd etmişdir ki, Aysel adlı uşağın qardaşından ayırıb anasına verilməsi hər iki uşağın psixoloji vəziyyətinə mənfi təsir göstərəcək, həm də hazırki vəziyyətdə Aysel hələ anası ilə qalmağa psixoloji baxımdan hazır deyil. Cavabdeh əvvəlcə uşaqları ilə ünsiyyətə nail olmalı, onlarla mütəmadi olaraq görüşməli, onlara qayğısını, sevgisini göstərməli, uşaqlarda ona qarşı bağlılıq yaranmalıdır.

14. İlkin iddianı qismən təmin edən məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh işləyir və 500 manat əmək haqqı alır. Lakin Cavabdeh tək qadın olduğunu, özünü də dolandırmalı olduğunu nəzərə alaraq ondan hər ay hər uşaq üçün 100 manat aliment tutulmalıdır. Cavabdeh hər ay hər uşağı üçün aliment ödəyərək də uşaqlarına olan qayğısını nümayiş edəcək və bu hal da onunla uşaqları arasında olan gərginliyin aradan qaldırılmasına səbəb olacaq.

15. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.2, 49.3, 50.2, 75.1, 78.1, 100.2-ci maddələri, Uşaq Hüquqları Bəyannaməsi və “Uşaq Hüquqları haqqında” BMT-nin Kovensiyasının 18-ci maddəsinin 1ci bəndi, 9-cu maddəsinin 3-cü bəndi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, № 8-2/2016 Qərarında ifadə edilmiş hüquqi mövqeyə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə sinin 14.2, 77.1, 101-1.2, 217.4 və 234.2.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat:

16. Qətnamədən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və qarşılıqlı iddianın təmin olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddianın təmini tədbiri olaraq uşaqlarla ananın ünsiyyəti haqqında ərizə təmin edilsə də, uşaqlarla ananın ünsiyyət saxlaması düzgün icra olunmur. İddiaçı uşaqları müxtəlif bəhanələrlə görüşə gətirmir, gətirdiyi zaman isə ananın uşaqlarla sərbəst ünsiyyət saxlamasına mane olur və Aysellə ananın görüşü zamanı cavabdeh baxışı, əl hərəkətləri ilə uşağa təsir edə bilir. İlk dəfə Aysel anası ilə çox mehriban görüşməsinə baxmayaraq, ikinci dəfə onunla görüşməyə çəkinmişdir və mənim Arzu adında anam var demişdir. Ata qızı Aysellə ananın ünsiyyətinə demək olar ki, heç cür imkan vermir. Belə olan halda uşaqla ana necə ünsiyyət yarada bilər. Ananın uşaqlarla görüşü zamanı İddiaçı onlarla eyni otaqda olmaqla istədiyi kimi uşaqlara təsir edə bilir. İcraçı da ona şərait yardır. Ana uşaqlardan ayrılandan sonra dəfələrlə İddiaçı və onun ailəsinə müraciət edib, amma onlar ananın balaları ilə görüşməsinə imkan verməyiblər. Onu şantaj edərək, fikrindən yayındırmağa çalışıblar. Uşaqlara anası haqqında müxtəlif yalanlar uyduraraq onun yaxşı ana olmadığı fikrini aşılayıblar. Hazırda Zaur faktiki olaraq ailə qurub və uşaqlara öz doğma anası ola-ola ögey ana baxır.

18. Məhkəmə kollegiyası tərəfindən iş üzrə əlavə məhkəmə-psixoloji ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli 11/408 №-li ekspert rəyinə görə, xx.xx.2015-ci il təvəllüdlü X3 psixi inkişafına, yaş və fərdi-psixoloji xüsusiyyətlərinə görə hal-hazırda ailədaxili qarşılıqlı münasibətlərlə bağlı iradəsinə uyğun ifadə etmək qabiliyyətinə malik olmaqla, onun psixikasında və davranışında hansı valideynin himayəsində yaşamağı seçməsi ilə bağlı kənar psixoloji təsir əlamətləri müəyyən olunmur. Lakin valideynləri və yaxın qohumları arasındakı qarşılıqlı münasibətlərdə mövcud olan gərginlik azyaşlı X2 anası Cavabdeh olan münasibətinə, o nunla bağlı fikirlərinə və ünsiyyətdə olmaq istəyinə neqativ təsir göstərmişdir.

19. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(103)-4041/2023 nömrəli, 04 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (X4 (sədrlik edən və məruzəçi), Vahid Sadıqov və Məhəmməd Rüstəmli) apellyasiya şikayəti təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddianın təmin edilən və qarşılıqlı iddianın rədd olunan hissələrində ləğv edilmiş və ləğv olunan hissədə yeni qətnamə çıxarılmış, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı aliment tələbinə dair iddiasının təmin edilməməsi, qarşılıqlı iddianın təmin olunması, xx.xx.2015-ci il təvəllüdlü Aysel və xx.xx.2018-ci il təvəllüdlü Atilla at aları İddiaçı himayəsindən alınıb anaları Cavabdeh himayəsinə verilmələri qət edilmişdir.

20. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin Ayselin qardaşından ayrılıb anasının himayəsinə verilməsinin hər iki uşağın psixoloji vəziyyətinə mənfi təsir göstərəcəyi və hazırkı vəziyyətdə Ayselin anası ilə qalmağa hələ hazır olmadığı, bununla bağlı mütəmadi görüşlərin keçirilməli olduğu, anaqız arasında bağlılıq yaranmalı olduğu barədə gəlinən nəticə əsassız olmuşdur. Belə ki, Cavabdeh qarşılıqlı iddia verməkdə məqsədi uşaqları bir-birindən ayırmaq deyil, onların hər ikisini öz himayəsinə almaqdan ibarətdir.

21. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, həm birinci instansiya məhkəməsində, həm də apellyasiya baxışı zamanı uşaqların ananın himayəsinə ve rilməsini məhdudlaşdıran və bununla bağlı uşaqların mənafeyinə zidd olan hər hansı hal müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsinin özünün də qətnamədə qeyd etdiyi kimi, xx.xx.2015-ci il təvəllüdlü Ayselin anası Cavabdeh ilə bağlı fikirlərinə və ünsiyyətdə olmaq istəyinə kənar psixoloji təsir əlamətləri vardır. Bu fakt istər birinci instansiya məhkəməsində, istərsə də apellyasiya baxışı zamanı (əlavə) keçirilmiş məhkəmə psixoloji ekspertizaların rəyləri ilə tam təsdiq olunmuşdur. Apellyasiya baxışı zamanı Aysel dinlənilərkən onun anası ilə bağlı söylədikləri sözlərin də onun öz sözləri olmadığı açıq şəkildə görünür. Uşaq və Gənclər üçün Sosial Reabilitasiya Mərkəzinin xx.xx.2023-cü il tarixli məktubunda da Ayselin ata tərəfindən təsirlərə məruz qaldığı qeyd olunmuşdur. Odur ki, tə rəflər arasında onların toqquşan maraqlarından azyaşlı uşaqların zərər görməməsi üçün onlar bir-birindən ayrılmamalı və hər ikisi ananın yanında saxlanılmalıdır.

22. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Ailə Məcəlləsinin 49.2, 49.3, 50.2. 75.1, 78.1, 99, 100.2-ci maddələrinə, xx.xx.2021-ci il tarixdə qəbul edilmiş və xx.xx.2022-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4, 384.0.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat:

23. Qətnamədən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, onun a liment tələbinə dair ilkin iddia tələbinin təmin edilməsi, Cavabdeh uşaq tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyləri ilə xx.xx.2015-ci il təvəllüdlü Aysel Niftəliyevanın atasına bağlı olmasını, anasına bağlılıq isə müəyyən olunmamışdır. Lakin məhkəmə pozuntu edərək, ekspert rəyini nəzərə almamışdır. Belə ki, Qəyyumluq və Himayəçilik Komissiyasında, Ekspertiza mərkəzində, həmçinin məhkəmə iclasında atasının yanında qalmaq istədiyini qəti olaraq bildirmişdir. Lakin apellyasiya məhkəməsi uşaqların fikrini nəzərə almamışdır. Həmin uşaqlar da atasının yanında qalmaq istədiyini bildirirlər. Məhkəmə Ailə Məcəlləsinin 52-ci maddəsinin tələbini kobud surətdə pozmuşdur.

25. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)860/2024 nömrəli, 13 mart 2024-cü il tarixli qərarı ilə (X5 (məruzəçi), Elşanə Vəliyeva və Elşad Şamayev) kassasiya şikayətinin qismən təmin edilməsi, apellyasiya instansiya məhkəməsinin 04 noyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi qərara alınmışdır.

26. Kassasiya instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, tərəflər arasındakı nikah pozularkən uşaqların atanın yanında qalmasına dair ana razılıq ərizəsi yazmışdır. Apellyasiya instansiyası məhkəməsi hazırki iş üzrə uşaqların atadan alınaraq ananın himayəsinə verilməsini zəruri edən hansı dəyişikliklərin baş ve rdiyini ətraflı araşdırıb hüquqi qiymət verməmişdir. Atanın yenidən evlənməsi əvvəlki nikahdan olan uşaqlarının ondan alınmasını zəruri edən hal kimi qiymətləndirilə bilməz. Eləcə də apellyasiya instansiyası məhkəməsinin hansı sübutlar əsasında ananın razılıq ərizəsini böyük basqı, təzyiq altında verdiyini müəyyən etməsi aydın deyil. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə qarşılıqlı iddianın təmin edilməsinə dair hissədə sübutları qiymətləndirməsi Azərbaycan Respublikasının MPM-in 88-ci maddəsinin tələblərinə cavab vermir. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat:

27. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3379/2024 nömrəli, 25 iyun 2024-cü il tarixli qətnaməsi ilə (X8 (sədrlik edən və məruzəçi), Namiq Cəfərov və Elşən Kazımov) birinci instansiya məhk əməsinin qətnaməsi ilk iddianın təmin edilən və qarşılıqlı iddianın rədd olunan hissələrində ləğv edilərək həmin hissədə yeni qətnamə çıxarılmış, İddiaçı Cavabdeh qarşı baxılan hissədə aliment tələbinə dair iddiasının təmin edilməməsi, qarşılıqlı iddianın təmin olunması, xx.xx.2015-ci il tarixdə doğulmuş X3 və xx.xx.2018-ci il tarixdə doğulmuş X1 ataları İddiaçı himayəsindən alınıb anaları Cavabdeh himayəsinə verilməsi, apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumunun cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh özünə aid edilməsi qət edilmşdir.

28. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı tərəflər arasında nikah daha öncə məhkəmə qaydasında pozulmuş və həmin məhkəmə aktına əsasən uşaqların atanın yanında qalması qərara alınmışdır. Lakin bu hal hazırkı işdə ananın istəyinə söykənən fərqli qənaətə gəlinməsinə mane ola bilməz. Əvvəla, qeyd olunmalıdır ki, həmin vaxtdan, yəni uşaqların atanın himayəsində qalmasına dair qərardan müəyyən müddət keçmişdir, başlıcası isə, bu mübahisə davam edən münasibətlərə aid olmaqla, qüvvədə olan məhkəmə aktının olması valideynlərin azyaşlı uşaqlarına münasibətdə əvvəlki mövqeyindən fərqli tələbdə olmasına mane deyildir.

29. Məhkəmə cavabdeh anaya münasibətdə qeyd etmişdir ki, nikahın pozulması zamanı qeydə alınan mövqeyindən fərqli olaraq (həmin vaxt uşaqlardan imtinaya dair verilən ərizənin onun həqiqi iradəsi olub-olmamasından asılı olmayaraq) ana hazırda, həm də çox israrlı şəkildə uşaqların onun himayəsinə verilməsini istəyir. Ananın bu istəyinin həqiqiliyi şübhəsizdir. Məhkəmə kollegiyasının qənaətinə görə, təkcə bu faktın özü azyaşlı uşaqların kimin himayəsində qalması məsələsində “zəruri dəyişiklik” hesab edilə bilər.

30. İddiaçı ataya münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, atanın yeni ailə qurması öz-özlüyündə əvvəlki nikahdan olan uşaqların ondan alınması üçün əsas deyildir. Bununla belə, nəzərə almaq lazımdır ki, işin halları fərqli qənaəti istisna etmir. Məsələn, yeni nikahdan sonra atanın uşaqlara münasibətinin dəyişməsi, atanın həyat tərzinin uşaqların sağlamlıq və tərbiyəsinə pis təsir edəcək şəkildə dəyişməsi, atanın yeni arvadının uşaqlarla kommunikasiyasının- onlarla ünsiyyətin alınmaması, birlikdə yaşayan yeni “ana”ın azyaşlıların çox həssas olan hisslərini “görə” bilməməsi, uşaqlara biganə münasibəti, öz körpə uşağının qayğıları baxımından atanın hima yəsinə verilmiş azyaşlılara diqqət ayıra bilməməsi və s. bu kimi hallar, sözsüz ki, azyaşlıların atadan alınmasını diktə edə bilər. Hazırkı işdə isə ata yeni ailə qurmuş və bu müddət ərzində onun yeni arvadından körpə övladı dünyaya gəlmişdir. Heç kəsə sirr deyil ki, müasir dövrdə yeni doğulan uşağa baxılması hansı çətinliklərlə müşahidə olunur, bu zaman nəinki uşağın anası, demək olar ki, bütün hallarda yeni doğulan uşağın həm ata, həm də ana tərəfdən olan nənələri, bibiləri, xalaları, bəzən də uşaq doğan ananın rəfiqələri əlbir olub yeni doğulan uşağın ayaq tutub yeriməsində anaya yardım edirlər. Belə olan halda isə çox ciddi sual yaranır, bəs atanın əvvəlki nikahdan olan, həm də azyaşlı olan uşaqların taleyi necə olacaq. Məhz bu sualın cavabı və bir qədər öncə qeyd edildiyi kimi, azyaşl ıların üstün mənafeyi, hazırkı halda azyaşlıların bundan sonra kimin yanında qalması məsələsinə yenidən baxılmasını qaçılmaz edir.

31. Cavabdehin nikahın pozulması zamanı uşaqlardan imtinanın basqı və təzyiq altında verməsi məsələsinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh və onun vəkili bu halı, yəni həmin imtinanın ananın həqiqi iradəsinə uyğun olmamasını inandırıcı şəkildə izah etmişlər. Məsələ ondan ibarətdir ki, İddiaçı bu faktı təsdiq etmişdir. Bunda əlavə, tərəflərin izahatlarına əsasən müəyyən olunur ki, iddiaçı arvadının telefonunda onun başqa şəxslə yazışmalarını tapdıqdan sonra bu barədə cavabdehin valideynlərinə bildirmiş, bütün qohumlar məlumatlı olmuş və yığışıb ananı “mühakimə” etmişlər, cavabdehin anası da “bu hərəkətdən sonra Zərnişanın uşaqları tərbiyə etməyə haqqı yoxdur” demiş, hamı onu qınamışdır. Belə bir mənəvi və psixoloji vəziyyətdə olan cavabdehin həmin ərizəsindəki istəyinin onun həqiqi iradəsinə uyğunluğunu qəbul etmək inandırıcı və ağlabatan görünmür.

32. Yekun olaraq məhkəmə kollegiyası qeyd etmişdir ki, həmin yaşda olan uşağın ananın deyil, məhz atanın yanında qalmasının müəyyən edilməsi üçün çox ciddi əsasların - məsələn, ananın fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi, ananın uşaqla qəddar, amansız rəftarı, eləcə də xroniki alkoqol və ya narkomaniya xəstəsi olması barədə müvafiq tibbi-həkim rəyinin mövcudluğu və s. bu kimi müstəsna halların olması gərəkdir. Hazırkı mülki iş üzrə isə azyaşlı uşaqların anasına (cavabdehə) münasibətdə qeyd edilən hallardan hər hansı biri mövcud deyildir, müəyyən olunmamış, eyni zamanda d a hazırkı işin yuxarıda qeyd olunan faktiki halları azyaşlıların üstün mənafeyi baxımından onların məhz ananın himayəsinə verilməsini şərtləndirir. Tərəflər arasındakı nikah pozulduqdan sonra uşaqların atanın himayəsində qalması və buna ananın razılıq ərizəsi yazması uşaqların hazırda ananın himayəsinə verilməsinə mane ola bilməz.

33. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49, 50, 75, 78, 99, 100-cü maddələrinə; Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-ci maddələrinə; “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə; BMT Baş Məclisinin xx.xx.1959-cu il tarixli, 1386 nömrəli qətnaməsi ilə qəbul edilmiş “Uşaq hüquqları haqqında” Bəyannamənin 6-cı prinsipinə; Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Qərarına istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

34. Qətnamədən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

35. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni dəlillərə əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, xx.xx.2015-ci il təvəllüdlü Aysel, xx.xx.2018-ci il təvəllüdlü Atilla Qəyyumluq və Himayəçilik Komissiyasında, Ekspertiza mərkəzində, həmçinin məhkəmə iclasında atasının yanında qalmaq istədiyini qəti olaraq bildirmişlər. Lakin apellyasiya məhkəməsi uşaqların fikrini nəzərə almamışdır. Həmin uşaqlar atasının yanında qalmaq istədiyini bildirirlər. Lakin Məhkəmə Ailə Məcəlləsinin 52ci maddəsinin tələbini kobud surətdə pozmuşdur. İş üzrə sübutlar düzgün qiymətləndirilməmiş, işə faktlar əsasında baxılmamış, iş üzrə əhəmiyyətli bütün faktiki hallar araşdırılmamış və nəticədə iddiaçının və birgə nikahdan olan uşaqların hüquqlarını kobud sürətdə pozan əsassız və qanunsuz qətnamə çıxarılmışdır. Məhkəmə qətnaməsindən göründüyü kimi, məhkəmə öz qətnaməsini əsaslandırmamış və yal nız öz fərziyyələri əsasında qətnamə qəbul etmiş, konkret hüquq normalarına istinad etməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası.

36. Maddə 17 (hissə 2). Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.

37. Maddə 34 (bənd 4). Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Konvensiya.

38. Maddə

3. Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi.

39. Maddə 6.2. Ailənin bir üzvü öz hüquqlarını həyata keçirərkən və vəzifələrini yerinə yetirərkən ailənin başqa üzvlərinin və digər vətəndaşların hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdır.

40. Maddə 49.2. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir.

41. Maddə 49.3. Uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir.

42. Maddə 50.2. Valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir.

43. Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər.

44. Maddə 58.1. Valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar.

45. Maddə 58.2. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar.

46. Maddə 60.4. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir.

47. Maddə 63.1. Valideynlər məhkəmənin qərarına və ya qanuna əsaslanma dan uşağı yanında saxlayan hər hansı şəxsdən onu geri qaytarmağı tələb edə bilərlər. Bu halda mübahisə yarandıqda valideynlər məhkəməyə müraciət etmək hüququna malikdirlər.

48. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.

49. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

50. Maddə

99. Ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, aliment məhkəmə qətnaməsinə əsasən tutulur.

51. Maddə 100.2. Aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur.

52. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə məxsus olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. BMT Baş Məclisinin xx.xx.1959-cu il tarixli, 1386 nömrəli qətnaməsi ilə qəbul edilmiş “Uşaq hüquqları haqqın da” Bəyannamə.

53. Prinsip

6. Azyaşlı uşaq, müstəsna şərait mövcud olduğu hallardan başqa, anasından ayrılmamalıdır. Bu prinsipin mənəvi-psixoloj əsaslandırması mövcuddur, əks təqdirdə BMT tərəfindən bütün dünyaya ünvanlanan bəyanat verilməzdi. Belə ki, birinci, uşaq, təbiətinə görə ata ilə müqayisədə anaya daha çox bağlıdır və anaya daha çox ehtiyacı var; ikinci, ana, təbiətinə görə ata ilə müqayisədə uşağa daha çox bağlıdır və uşağa daha çox ehtiyacı var. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu.

54. Maddə

3. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəratində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir.

55. Maddə

5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının tə min olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır.

56. Maddə 6, İ hissə. Bütün uşaqlar bərabər hüquqlara malikdirlər. Uşaqların, onların valideynlərinin və ya onları əvəz edən şəxslərin sosial və əmlak vəziyyətindən, sağlamlığından, irqi və milli mənsubiyyətindən, dilindən, təhsilindən, dinindən, siyasi baxışlarından, yaşayış yerindən asılı olmayaraq uşaqlar ayrı-seçkiliyə mə ruz qala bilməzlər. Uşaqlar valideynlərinin və ya onları əvəz edən digər şəxslərin hərəkətlərinə görə məs uliyyət daşımır və valideynləri ilə bağlı səbəblərə görə onların hüquqlarının məhdudlaşdırılmasına yol verilmir.

57. Maddə 6, İİ hissə. Nikahda və ya nikahdankənar doğulmasından asılı olmayaraq uşaqların valideynləri barəsində eyni hüquqları vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarı.

58. Bənd 7.1. Yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

59. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

60. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

61. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçir məklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

62. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

63. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

64. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

65. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin i şin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

66. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

67. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

68. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

69. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmən in qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri:

70. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

71. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) tərəfindən ilk iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi his səsində tam mübahisələndirildiyindən apellyasiya məhkəmsinin aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

72. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İşə əvvəl baxmış kassasiya instansiya məhkəməsinin göstərişlərinə apellyasiya instansiya məhkəməsi tərəfindən əməl olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

73. Apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səla hiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.

74. Məhkəmə kollegiyası qeyd edir ki, yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən ilk növbədə uşaqların üstün mənafeyi rəhbər tutulmalıdır. 75. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarının 7.1-ci bəndində də qeyd edilmişdir ki, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rə hbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar.

76. Barəsində kassasiya şikayəti verilən qətnamədən də görünür ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək, ilk iddianı rədd edib, qarşılıqlı iddianı təmin edərkən uşaqların birlikdə anası ilə yaşamasını uşaqların əqli, fiziki və psixo loji cəhətdən sağlam inkişafı baxımından onların mənafeyinə uyğun hesab etmişdir.

77. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün kassasiya şikayətində qeyd olunan həmin dəlilləri təkrar araşdırmağa lüzum yoxdur.

78. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.

79. Məhkəmə kollegiyası qeyd edir ki, k assasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

80. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi P lenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

81. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

82. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

83. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3379/2024 nömrəli, 25 iyun 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar