Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3567/2025 16.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Milli Elmlər Akademiyası) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul və digər əmlaklar ilə əlaqədar, həmçinin ziyan vurmaqla bağlı yaranmış əmək mübahisələrinin həllində iddia müddəti (1 il)) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Baxışova Vüsalə Ələkbər qızı (məruzəçi), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (mübahisə predmeti barədə müstəqil tələb irəli s ürməyən üçüncü şəxs Azərbaycan Milli Elmlər Akademiyası) qarşı əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3256/2025 nömrəli, 5 avqust 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 16 dekabr 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “Azərbaycan Respublikası Prezidentinin 28 iyul 2022-ci il tarixli 1769 nömrəli Fərmanının icrası ilə bağlı bir sıra məsələlər haqqında “AMEA Rəyasət Heyətinin 19 avqust 2022-ci il tarixli 15/1 nömrəli qərarının 6-cı bəndi ilə AMEA-nın nəzdində "xxxx" MMC-nin ləğv edilməsi qərara alınmış, 2022-ci ilin avqust ayından müəssisə fəaliyyət göstərməsə də, ləğvetmə prosesi başa çatmamışdır.
2. İddiaçı xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-də təcrübi-konstruktor işləri sektoruna baş mütəxəssis vəzifəsinə təyin edilmiş, xx.xx.2021-ci il tarixdə Layihələndirmə sektoruna sektor müdiri vəzifəsinə təyin edilmiş, xx.xx.2022-ci il tarixdə əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən xx.xx.2022-ci il tarixdən xitam verilmişdir. xx.xx.2022-ci il tarixdə Layihələndirmə sektoru bölməsinə sektor müdiri vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə da ir ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının "xxxx" MMC-də fəaliyyəti müddətində, yəni xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək ödənilməyən əmək haqqının və digər sosial müavinətlərin ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir.
4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, o, xx.xx.2016-cı il tarixdən Azərbaycan Milli Elmlər Akademiyasında, xx.xx.2021-ci il tarixdən etibarən Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində fəaliyyət göstərən "xxxx" MMC ilə əmək müqaviləsi əsasında baş mütəxəssis vəzifəsi üzrə əmək fəaliyyətini davam etdirmişdir. Daha sonra "xxxx" MMC ilə yeni əmək müqaviləsi ilə xx.xx.2022-ci il tarixdən etibarən sektor müdiri vəzifəsinə təyin edilmişdir. "xxxx" MMC-nin fəaliyyəti müd dəti ərzində direktorun tutduğu vəzifəsindən azad olması səbəbindən iddiaçının əmək fəaliyyətinin dayandırılması barədə ərizəsi təmin edilməmişdir. Bununla əlaqədar bir neçə dəfə Azərbaycan Milli Elmlər Akademiyasına, "xxxx" MMC-yə və AR ƏƏSMN yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinə bir neçə dəfə müraciəti olmuşdur. Əmək fəaliyyəti ilə əlaqədar əmək haqqı ödənilməmiş, müraciətləri əsasında əmək müqaviləsinə xitam verilmədiyindən başqa işəgötürənlə müqavilə bağlanması qeyrimümkün olmuşdur. Cavabdeh Azərbaycan Milli Elmlər Akademiyasına və "xxxx" MMC-yə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən əmək mübahisələrinə dair məhkəməyədək mediasiya sessiyasının keçirilməsi barədə təklif göndərildikdən sonra "xxxx" MMC-yə direktor təyin edilmiş, ərizəsi əsasında tu tduğu vəzifədən azad edilmişdir. Lakin əmək müqaviləsinə xitam verilərkən çalışdığı və əmək müqaviləsinin qüvvədə olduğu müddət ərzində ona əmək haqqı tam ödənilməmiş, əmək kitabçası verildiyi gün son haqq-hesab edilməmişdir. Bu səbəbdən hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində olmuşdur. İddiaçının "xxxx" MMC-də çalışdığı müddət ərzində hesablanmış, lakin ödənilməmiş əmək haqqı məbləğləri iddia tələbinə əlavə edilmiş sənədlərlə (sosial arayış) öz təsdiqini tapmışdır. Digər tərəfdən təqdim edilmiş sosial arayışdan görünmüşdür ki, gəlirlər hesablanmış, lakin hesablanan aylıq əmək haqqından, gəlir vergisi, DSMF ayırmaları, işsizlikdən sığorta haqqı, İcbari tibbi sığorta haqları ödənilməmişdir.
5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümay əndə2 Əli oğlu iddia tələbinə etiraz edərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Nümayəndə məhkəməyə təqdim etdiyi etiraz ərizəsində qeyd etmişdir ki, iddiaçı və Azərbaycan Milli Elmlər Akademiyasının "xxxx" MMC ilə faktiki heç bir əmək müqaviləsi bağlanılmamışdır. Bununla belə, iddiaçının xx.xx.2022-ci il tarixdə cavabdeh Azərbaycan Milli Elmlər Akademiyasının "xxxx" MMC-yə işə qəbul olunması ilə bağlı heç bir əmək müqaviləsi bağlanılmadığı halda, mülki işə baxılarkən, iddiaçının guya ki, xx.xx.2022-ci il tarixdə cavabdeh Azərbaycan Milli Elmlər Akademiyasının "xxxx" MMC ilə əmək müqaviləsi bağlaması və cavabdeh Azərbaycan Milli Elmlər Akademiyasının "xxxx" MMCnin Layihələndirmə sektorunun müdiri vəzifəsinə təyin olunması haqqında yanlış məlumatların AR ƏƏSMN-in X2 S isteminə yerləşdirilməsi faktı müəyyən edilmişdir. Bundan başqa, aparılmış araşdırma zamanı iddiaçının cavabdeh Azərbaycan Milli Elmlər Akademiyasının "xxxx" MMC-də iddia olunan dövrdə “işləməsi”, onun hər hansı bir işi görməsi və ya hər hansı bir fəaliyyətlə məşğul olması, ümumiyyətlə, işə çıxması haqqında heç bir sənəd və məlumat aşkar olunmamışdır. İddiaçının cavabdeh Azərbaycan Milli Elmlər Akademiyasının "xxxx" MMC-də “işləməsi” iddia olunan dövrdə hər hansı bir məbləğdə məvacib alması faktı - halı da müəyyən olunmamışdır. Mülki işin sənədlərindən göründüyü kimi iddiaçı Bakı şəhəri 6 saylı X3 Şurasına xx.xx.2024-cü il tarixdə müraciət etmiş, orada həmin məsələyə xx.xx.2024-cü il tarixdə baxılmış, Azərbaycan Milli Elmlər Akademiyasının "xxxx" MMC üzrə verilmiş xx.xx.2024-cü il tarixli əmrə əsasən iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 62-ci maddəsinin “a” bəndinə uyğun olaraq, öz xahişinə əsasən xitam verilmiş, xx.xx.2024-cü il tarixdə isə "xxxx" MMC-dən işdən azad olunduqdan 1 ay 13 gün sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və bununla da Əmək Məcəlləsinin 296-cı maddəsinin ikinci bəndinin tələblərini pozaraq, əmək mübahisəsinin həll edilməsi üçün məhkəməyə müraciət müddətini ötürmüşdür. Qeyd olunanlara əsasən, iddiaçının iddia ərizəsini iddia müddətləri keçdikdən sonra verdiyindən iddiaçının iddiasından imtina barəsində müvafiq məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir.
6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-229/2025 nömrəli iş üzrə 24 yanvar 2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim İlahə Abbasova).
7. Məhkə mə iclasında şahid qismində dindirilmiş X4 izahatında bildirmişdir ki, "xxxx" MMC hüquqi şəxsdir, təsisçisi hazırkı Dövlət Əmlak Agentliyidir. "xxxx" MMC-nin əməkdaşının heç bir ştat vahidi ilə sabit əmək haqqı olmamışdır. Prezidentin fərmanı ilə Milli Elmlər Akademiyası 2 yerə bölünərək, dəqiq elmlər Elm və Təhsil Nazirliyinə, qalan humanitar və ictimai elmlər Milli Elmlər Akademiyasına verilmişdir. "xxxx" MMC Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkının ərazisində rezident olaraq yaddan çıxarılmışdır. Bu məsələ ilə bağlı Rəyasət Heyətinə müraciət olunmuş, Rəyasət Heyətinin qərarı ilə "xxxx" MMC-nin bağlanması haqqında qərar verilmişdir. Orada müəyyən pozuntular olmuş, bununla əlaqədar bir neçə ay öncə komissiya təşkil olunmuş və komissiyanın sədri X4 olmuşdur. O, həmçinin Y üksək Texnologiyalar Parkının baş direktoru olmuş, direktor olan zaman ərazidə fəaliyyət göstərən bütün rezidentləri yaxşı tanımış, "xxxx" MMC də həmin rezidentlərdən biri olmuşdur. "xxxx" MMC-nin əmək prinsipi qrantlara əsaslanmış, qrantların bəzi hissələri leqallaşdırılmadığından sabit əmək haqqı mövcud olmamışdır. "xxxx" MMC bağlandıqdan sonra iddiaçı sistemdə qaldığı üçün, sistemdə ASAN imza sahibi olmadığı üçün uzun müddət silinməmiş, ona görə də iddiaçı başqa rəsmi iş yerinə qəbul ola bilməmişdir. "xxxx" MMC hüquqi şəxs olaraq mövcuddur, lakin fəaliyyəti uzun müddətdir dayandırılmışdır. ASAN imza alınması, qalan proseslərin başa çatdırılması, likvid balansın Dövlət Əmlak Agentliyinə təhvil verilməsi üçün Rəyasət Heyətinin qərarı ilə oraya müvəqqəti direktor qoyulmuş, işçi komissiyası yaradılmışdır. X1 sədri olaraq məlumatlıdır ki, əmək haqqı olmamışdır. Hazırkı iddia tələbi cavabdeh üçün real və aktual deyildir. Cavabdehin elə bir maliyyə imkanı da yoxdur. Milli Elmlər Akademiyası büdcə təşkilatıdır. Büdcə sistemi haqqında qanuna görə o təsnifatda həmin vəsait nəzərdə tutulmamışdır. İddiaçı işdən çıxarılan zaman ona hüquqları izah edilmişdir.
8. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, hazırkı tələb əmək haqqı ilə bağlı pulun tutulması ilə əlaqədar olduğundan iddia müddəti tətbiq olunduğu halda, Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə istinad olunmalıdır. Digər tərəfdən Əmək Məcəlləsinin 296-cı maddəsi fərdi əmək mübahisələrinin həllində iddia müddətlərini tənzimləyir. İddia müddəti isə Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən y alnız mübahisə tərəfinin ərizəsinə əsasən tətbiq olunur ki, hazırkı işdə cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilmişdir.
9. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı və cavabdeh Azərbaycan Milli Elmlər Akademiyasının "xxxx" MMC arasında bağlanılmış hər hansı bir əmək müqaviləsi, hətta iddiaçı ilə bağlı hər hansı bir sənəd aşkar olunmamışdır. Bununla belə, AR ƏƏSMN-in X2 Sistemində iddiaçının Azərbaycan Milli Elmlər Akademiyasının "xxxx" MMC-nin Layihələndirmə sektorunun müdiri vəzifəsinə təyin olunması haqqında yanlış da olsa, məlumatların olması xx.xx.2022-ci il tarixdən qeyd olunması səbəbindən, iddiaçının Azərbaycan Milli Elmlər Akademiyasının "xxxx" MMC-yə ünvanladığı ərizəsi nəzərə alınaraq, Azərbaycan Milli Elmlər Akademiyasının "xxxx" MMC üzrə verilmiş xx.xx.2024-cü il tarixli əmrə əsasən iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 62ci maddəsinin “a” bəndinə uyğun olaraq, öz xahişinə əsasən xitam verilmişdir.
10. Məhkəmə gedişatı dövründə tərəflərdən aralarında bağlanmış əmək müqaviləsinin məhkəməyə təqdim edilməsi tələb olunsa da, iddiaçı müqaviləni təqdim etməmiş, cavabdehin nümayəndəsi isə ümumiyyətlə iddiaçı ilə əmək müqaviləsinin bağlanmamasını, belə müqavilənin mövcud olmamasını bildirmişdir. Cavabdehin nümayəndəsi eyni zamanda vəsatətlə məhkəməyə müraciət edərək, iddiaçı və cavabdeh Azərbaycan Milli Elmlər Akademiyasının "xxxx" MMC arasında bağlanılmış hər hansı bir əmək müqaviləsi faktiki mövcud olmadığı halda, onun adının AR ƏƏSMN-in X2 Sisteminə Azərbaycan Milli Elmlər Akademiyasının "xxxx" MMC-nin Layihələndirmə s ektorunun müdiri vəzifəsinə təyin olunması haqqında yanlış məlumatların yerləşdirilməsi ilə bağlı halın olması nəzərə alınmaqla məhkəmənin müvafiq xüsusi qərardadının çıxarılmasını xahiş etmişdir.
11. Məhkəmə iddia müddətinin tətbiqi ilə bağlı ərizəyə münasibətdə qeyd etməyi zəruri hesab etmişdir ki, əmək haqqının ödənilməsi tələbinə 1 illik iddia müddəti tətbiq olunmalıdır. Belə ki, iddiaçının məhkəməyə verdiyi izahatı ilə təsdiq olunmuşdur ki, iddiaçı 2021-ci ildən işdən çıxarıldığı dövrə qədər heç vaxt əmək haqqı almamış və real olaraq hüququnun pozulduğunu bildiyi halda, Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində nəzərdə tutulmuş bir illik iddia müddətini ötürmüşdür.
12. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2, 3, 9, 83, 154, 155, 157, 165, 172, 288, 292, 294, 296-cı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372, 375-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
13. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-229/2025 nömrəli iş üzrə 24 yanvar 2025-ci il tarixli xüsusi qərardadı ilə iddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi üzrə mülki işə məhkəmə baxışı zamanı İddiaçı Hüseybala oğlunun adının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X2 Sisteminə Azərbaycan Milli Elmlər Akademiyasının "xxxx" MMC-nin Layihələndirmə sektorunun müdiri vəzifəsinə təyin olunması haqqında yanlış məlumatların yerləşdirilməsi ilə bağlı "xxxx" MMC-nin vəzifəli şəxslərinin hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsində nəzərdə tutulmuş cinayətinin əlamətlərinin aşkar olması barəsində Azərbayc an Respublikasının Baş prokurorluğuna xəbər verilməsi qərara alınmışdır (hakim İlahə Abbasova). b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, əmək müqaviləsinin bağlandığı tarixdən etibarən digər işçilər kimi əmək fəaliyyətini və əmək müqaviləsi üzrə öhdəliklərini vaxtında və dəqiq icra etmişdir. Çalışdığı müddət ərzində fəaliyyətin perspektivsiz olması səbəbindən digər işçilər işdən çıxarılmaqla əmək haqları qismən ödənilmiş, qalan hissələri isə digər əmlakla əvəzləşdirilmişdir. Onun çalışdığı sahə üzrə zərurət yarandığından fəaliy yətini davam etdirmişdir. Lakin bu müddət ərzində əmək haqqı ödənilməsində yubanmalar olduğundan, vaxtında ödəniş edilməmişdir. Sonradan gözlənilmədən MMC-nin rəhbərliyi işdən azad edildiyindən, əmək haqqının ödənilməsi yubandırılmışdır. Cavabdehin iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2024-cü il tarixdə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən 01 nömrəli əmri əmək qanunvericiliyin bir çox normalarının pozuntusuna yol verilmişdir. Mübahisəli məsələyə baxmış birinci instansiya məhkəməsi qanunvericiliyin tələblərinə riayət etməmiş, mübahisənin maddihüquqi əsasını düzgün müəyyən etməmiş, işin hallarını tam və hərtərəfli aydınlaşdırmamış, işdəki sübutları müqayisəli şəkildə tədqiq etməmiş, bununla da işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir.
16. İddiaçı apellyasiya baxışı zamanı izahat verərkən göstərmişdir ki, o, əmək haqqı almasa da, cavabdeh təşkilatda vəzifə öhdəliklərini 2021-ci ilin avqust ayından 2022-ci ilin avqust ayına qədər yerinə yetirmiş, həmin tarixdən sonra isə müəssisə fəaliyyət göstərməmiş, qapısı qıfıllı olmuş, müəssisədə ondan başqa heç bir işçi olmamış, 2022-ci ilin avqust ayından sonra o, cavabdeh təşkilata işə gedib-gəlməmişdir. Onun əmək fəaliyyəti müəssisə bağlanana qədər olmuşdur. O, müəssisədən fəaliyyət göstərmədiyi dövrə görə əmək haqqını ona görə tələb edir ki, əmək kitabçası vaxtında verilmədiyinə görə ziyana məruz qalmışdır.
17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya i nstansiyası məhkəməsi) 2(103)-3256/2025 nömrəli mülki iş üzrə 5 avqust 2025-ci il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər Akif İsgəndərov (sədrlik edən və məruzəçi), Səadət Səlimova və Məhəmməd Rüstəmli).
18. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı ilə cavabdeh arasında əmək münasibətlərinin mövcudluğunu təsdiq edən əmək müqaviləsinin surəti apellyasiya baxışı zamanı da işə baxan məhkəməyə təqdim olunmamışdır. Lakin əmək kitabçasında aparılan qeydlərə əsasən iddiaçı xx.xx.2021-ci ildə cavabdeh təşkilatda işə qəbul olunmuş və xx.xx.2024-cü ildə əmək müqaviləsinə xitam v erilmişdir. Göstərilən müddət ərzində iddiaçının əmək haqqı almadığı, 2022-ci ilin avqust ayından müəssisənin ümumiyyətlə fəaliyyət göstərmədiyi və iddiaçının da faktiki olaraq hər hansı iş görmədiyi və iş yerinə gəlmədiyi işin mübahisəsiz hallarıdır. Belə ki, bu faktlar iddiaçının özünün apellyasiya baxışı zamanı verdiyi izahatlarla da təsdiq olunmuşdur. İddiaçı apellyasiya baxışı zamanı həmin faktları etiraf etsə də, əmək kitabçası verilmədiyinə görə ziyana məruz qaldığını bildirmiş və bu ziyanın əvəzinin ödənilməsini xahiş etmişdir. Lakin işdən göründüyü kimi, iddiaçının iş üzrə tələbi ziyanın ödənilməsi barədə yox, xx.xx.2021-ci ildən xx.xx.2025-ci ilədək olan dövrə görə ödənilməyən əmək haqqının və digər sosial müavinətlərin ödənilməsi barədə olmuş və birinci instansiya məhkəməsi tərə findən həmin tələb üzrə qətnamə çıxarılmışdır.
19. Məhkəmə kollegiyası mübahisəli hüquq münasibətinə Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsi ilə nəzərdə tutulmuş bir illik iddia müddətinin tətbiqi ilə razılaşmış və eyni zamanda qeyd etmişdir ki, iddiaçının məhkəməyə müraciət edənədək olan bir il üçün də əmək haqqı tələb etməsi hər hansı qanuni əsasa söykənmir. Belə ki, onun özünün də etiraf etdiyi kimi, o, həmin dövrdə işləməyib, hər hansı vəzifə öhdəliyini yerinə yetirməyib və işləmədiyi dövrə görə əmək haqqı tələb edir.
20. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83, 172, 296-cı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372, 375-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya ş ikayətinin dəlilləri
21. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
22. Kassasiya şikayətinin dəlilləri: Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi sübutları obyektiv qiymətləndirməmiş, qanuni və əsaslı məhkəmə aktının qəbul edilməsinə əsaslı şübhə yaratmış, öz növbəsində yazılı və şifahi sübutlara düzgün hüquqi qiymət verməmişdir. İşçi işlədiyi müddət ərzində əmək fəaliyyəti ilə əlaqədar rəhbərlik tərəfindən əmək hüquqlarının və əmək müqaviləsi üzrə öhdəliklərin icra edilə bilməməsi və ya vaxtında icra edilməməsi səbəbindən, bir neçə dəfə müraciət etməyinə baxmayaraq, əmək müqaviləsinə xitam verildiyi gün son haqqı-hesab edilməmi şdir. Mediasiya prosesində cavabdehin nümayəndəsi tərəfindən iclasın təxirə salınmasını və mübahisənin məhkəmədən kənar həll edilməsi təklif edilmişdir. O da təklifə razı olmaqla mediasiya prosesi təxirə salınmış, əmək müqaviləsinə MMC-nin rəhbərliyi təyin edilməklə xitam verilmişdir. Lakin xitam verilərkən işçi tərəfindən son haqq-hesabın tələb edilməməsi ərizədə qeyd edilməsi tələb edilmişdir. İddiaçı tərəf olaraq çalışdığı müddət ərzində ödənilməyən əmək haqqının ödənilməsini tələb etmişdir. Belə ki, əmək müqaviləsinin bağlandığı tarixdən etibarən digər işçilər kimi əmək fəaliyyətini və əmək müqaviləsi üzrə öhdəlikləri vaxtında və dəqiq icra etmişdir. Çalışdığı müddət ərzində fəaliyyətin perspektivsiz olması səbəbindən digər işçilər işdən çıxarılmaqla əmək haqları qismən ödənilmiş, qala n hissələri isə digər əmlakla əvəzləşdirilmişdir. Onun çalışdığı sahə üzrə zərurət yarandığından fəaliyyətini davam etdirmişdir. Lakin bu müddət ərzində əmək haqqı ödənilməsində yubanmalar olduğundan, vaxtında ödəniş edilməmişdir. Sonradan gözlənilmədən MMC-nin rəhbərliyi işdən azad edildiyindən, əmək haqqının ödənilməsi yubandırılmışdır. Məhkəmə tərəfindən iddia tələbi üzrə əmək haqqının ödənilməsi müddətə əsasən qismən təmin edilə bilərdi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Cavabdeh Azərbaycan Milli Elmlər Akademiyasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və üçüncü şəxs: Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndəsi, AMEA Rəyasət Heyəti aparatının Hüquq şöbəsinin müdiri Nümayəndə2 kassasiya şikayətinə qarşı etiraz ünvanlayaraq şikayətin təmin olunmamasını və apel lyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
24. Maddə 83 (hissə İ). Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
25. Maddə 83 (hissə İİ). Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəf indən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.
26. Maddə 172 (hissə V). Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir.
27. Maddə 296 (hissə İV). Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.
28. Maddə 296 (hissə V). İşəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
29. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
30. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkə mə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yo xlayır. Kassasiya baxışının hədləri
33. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
34. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
35. Məhkəmə kollegiyası hesab edir ki, kassasi ya şikayəti təmin edilməməlidir.
36. İlk növbədə məhkəmə kollegiyası MPM-nin 418.4-cü maddəsində nəzərdə tutulmuş kobud prosessual hüquq pozuntularına yol verilib-verilmədiyini yoxlayaraq hesab edir ki, işə baxmış məhkəmə tərəfindən qətnamənin kassasiya qaydasında ləğv edilməsinə əsas olan, bu normada nəzərdə tutulan pozuntulara yol verilməmişdir.
37. Apellyasiya instansiyası məhkəməsi tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 2022-ci ilin avqust ayından fəaliyyət göstərmədiyi və bu səbəbdən iddiaçının qeyd edilən tarixdən sonra əmək haqqı tələb etmək hüququnun olmadığı, həmin tarixədək isə əmək haqqı tələb etmək üçün iddia müddətinin ötürüldüyü müəyyən edilmişdir.
38. İddia tələbi üzrə bir illik iddia müddətinin ötürüldüyünə dair məhkəmənin mövqeyi qərarın məzmununda qeyd edilmiş maddi hüquq normalarının tələblərinə və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-1049/2024 saylı 3 ulduz indeksi verilmiş vahid məhkəmə təcrübəsini müəyyən edən qərarındakı hüquqi mövqeyə uyğundur. Həmin qərarda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində nəzərdə tutulmuş bir illik iddia müddətinin ötürülməsinə dair cavabdeh tərəfindən ərizə təqdim edilərsə, iddia ərizəsinin təqdim edildiyi vaxtdan əvvəlki bir illik dövr üzrə iddianın mahiyyəti ilə bağlı araşdırma aparılmalı, iddia müddəti həmin bir ildən əvvəlki dövrə tətbiq edilməlidir.
39. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılm alıdır.
40. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3256/2025 nömrəli, 5 avqust 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.