Məhkəmə qərarları › İş №2(102)-3573/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3573/2019

04.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3573/2019 04.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı vəkili X3, Cavabdeh1 İKB ASC vəkili Vəkil, Cavabdeh2 və vəkili X1 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 yanvar 2019-cu il tarixli, 2(103)992/2019 saylı qətnaməsindən Cavabdeh1 İKB ASC nümayəndəsi X4 və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 23 oktyabr 2018- ci il tarixli, 2(006)-5749/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim E.Ə.Mehdiyev) İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İKB ASC qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” barədə iddiası təmin edilərək, cavabdehlər arasında “X8” markalı, **-CA-*** qeydiyyat dövlət nömrə nişanlı avtomobilə dair bağlanmış 08 dekabr 2015-ci il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi qət olunmuşdur. Cavabdeh təşkilat qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 yanvar 2019-cu il tarixli, 2(103)992/2019 saylı qətnaməsi ilə (hakimlər V.T.Həsənov sədrlik edən, məruzəçi, Ş.A.Məmmədova və N.Ş.Cəfərov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdi rilmədən saxlanılmışdır. Cavabdeh təşkilatın nümayəndəsi XXX və vəkili Vəkil qətnamədən kassasiya şikayəti vermişlər. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehlərə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” barədə iddia qaldırmış və tələbini onunla əsaslandırmışdır ki, “X8” markalı, **-CA-*** qeydiyyat dövlət nömrə nişanlı avtomobilə dair cavabdehlər arasında 08 dekabr 2015-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən onunla Cavabdeh2 birgə nikahı dövründə əldə etdilmiş avtomobil Cavabdeh1 İKB ASC xeyrinə ipoteka hüququ ilə yüklü edilmişdir. Əsas kredit müqaviləsinin şərtləri pozulduğu üçün Cavabdeh1 İKB ASC Bakı şəhəri, Xətai rayon məhkəməsinə müraciət edərək borcun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka pred meti olan avtomobilin açıq hərracda satılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İpoteka müqaviləsi barədə onun yaşadığı ünvana məhkəmə bildirişi gələndən sonra xəbər tutmuşdur. İpoteka predmeti Cavabdeh1 İKB ASC xeyrinə ipoteka hüququ ilə yüklü edilərkən ondan yazılı razılıq alınmamışdır. Hazırda əri Cavabdeh2lə ailə münasibətləri korlanmışdır. Ona görə də, sözügedən avtomobilə dair Cavabdeh2lə Cavabdeh1 İKB ASC arasında bağlanmış 08 dekabr 2015-ci il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalar ının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməmişdir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunmuşdur. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmuşdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında Cavabdeh1 İKB ASC vəkili Vəkil kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat vermişdir. İddiaçı vəkili XXX, Cavabdeh2 və vəkili XXX məhkəmə iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatlarında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqq ında lazımi qaydada xəbərdar edilsədə, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədiyi üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instan siyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlayarkən, mübahisəli avtomobilin iddiaçı ilə Cavabdeh2 birgə nikahı dövründə əldə olunmaqla, onların ümumi birgə mülkiyyəti sayılmasına, həmin avtomobil Cavabdeh1 İKB ASC xeyrinə ipoteka hüquqi ilə yüklü edilərkən iddiaçıdan yazılı razılığın alınmamasına və beləliklə də avtomrobilə dair ipoteka müqaviləsinin mülki qanunvercilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmasına və iddia ərizəsini təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad etmiş və hüquqi mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1, 33.4- cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etmişdir, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməmişdir və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, 17 dekabr 1998-ci il tarixdə iddiaçı rəsmi nikah əsasında Cavabdeh2lə ailə qurmuş və onlar birgə nikahda olduqları müddətdə birgə qazan cları hesabına 09 dekabr 2015-ci il tarixdə “X8” markalı, **-CA-*** qeydiyyat dövlət nömrə nişanlı avtomobili əldə etmişlər. 08 dekabr 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh2 arvadı İddiaçı yazılı razılığı olmadan, 08 dekabr 2015-ci il tarixli kredit xətti müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi sözügedən avtomobili Cavabdeh1 İKB ASC xeyrinə ipoteka hüququ ilə yüklü edilmişdir. Hazırda iddiaçı sözügedən ipoteka müqaviləsi bağlanarkən ondan yazılı razılığın alınmamasını əsas tutub ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, nikah müddətinə ər-arvadın əldə etdikləri əmlak onların birgə mülkiyyəti sayılır Həmin Məcəllənin 33.4-cü maddəsin ə əsasən, ər arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlanması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən edilmiş müddətdə mübahisələndirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 225.6-cı maddəsinin tələbinə əsasən, daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan d aşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bildirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb, sadalanan maddələrin tələblərini hazırkı mülki mübahisəyə tətbiq edib, işən yuxarıda müəyyən edilmiş faktiki hallarını nəzərə alıb haqlı olaraq qeyd etmişdir ki, mübahisəli avtomobilin iddiaçı ilə Cavabdeh2 birgə nikahı dövründə əldə olunmaqla, onların ümumi birgə mül kiyyəti sayılması, həmin avtomobil Cavabdeh1 İKB ASC xeyrinə ipoteka hüquqi ilə yüklü edilərkən iddiaçıdan yazılı razılığın alınmaması və beləliklə də avtomrobilə dair ipoteka müqaviləsinin mülki qanunvercilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanması, işə əlavə edilmiş sübutlarla tam təsdiq edildiyindən, birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq iddia ərizəsi təmin edilmiş və sadalanan maddi hüquq normalarının tələbləri hazırkı mülki mübahisəyə düzgün tətbiq edilmişdir. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş in yuxarıda müəyyən edilmiş faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, sadalanan maddi hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, sözügedən ipoteka müqaviləsi bağlanarkən qanunun tələbinə uyğun olaraq iddiaçıdan yazılı razılığın alınmaması faktı, işin mübahisə olunmayan halıdır. Cavabdeh təşkilat özü də kassasiya şikayətində bu faktı inkar etmir. İpoteka müqaviləsi bağlanarkən iddiaçıdan yazılı razılığın alınmaması isə, birbaşa müqavilənin qanunla müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanması qənaətinə gəlməyə əsas verir. Bu isə müqavilənin etibarsızlığı üçün qanunla müəyyən edilmiş əsaslardan biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinin tələbinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinin tələbinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən, ümumi birgə mülkiyyətdə olan əşya bütün mülkiyyətçilərin notariat qaydasında təsdiq edilmiş razılığı ilə ipoteka qoyula bilər. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq n ormalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh1 İKB ASC nümayəndəsi X4 və vəkili Vəkil kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 yanvar 2019-cu il tarixli, 2(103)-992/2019 saylı qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar