Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3577/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh nə qarşı iş üzrə QƏRARİ Açar sözlər: maddi və mənəvi ziyanın ödənilməsi 21.06.2022 Hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (sədrlik edən), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh nə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1777/2022 nömrəli, 16 fevral 2022-ci il tarixli qətnaməsindən verilmiş iddiaçının kassasiya şikayətinə 21 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisə i ddiaçı barəsində ona elan olunmuş ittihamlar üzrə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilməsi ilə bağlıdır.
2. Lənkaran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(99)-383/2019 saylı hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən bəraət verilmişdir.
3. Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(106)-93/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş və Lənkaran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(99)-383/2019 saylı hökmü dəyişirilmədən saxlanılmışdır. İş üzrə qəbul edil miş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı (bundan sonra - iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (bundan sonra – cavabdeh) qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında həyat yoldaşı, oğlu və ailəsi ilə birlikdə yaşayır. 03 iyul 2018-ci il tarixdə, saat 21 radələrində Astara Gömrük İdarəsinin skanlaşdırma şöbəsində Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Ukraynaya gedərkən idarə etdiyi «Mercedes-Benz» markalı, ** DM ***/** ZA *** dövlət qeydiyyat nişanlı yük avtomobili stasionar rentgen qurğusunda yoxlamadan keçirilərkən avtomobilin yük yerində olan sodium bikarbonat y ükünün içərisindən 25 ədəd polietilen torbalara qablaşdırılmış, ümumi xalis çəkisi 256 kiloqram, 365 qram təşkil edən narkotik vasitə olan heroin aşkar edilmişdir. Fakta görə cinayət işi başlanılaraq cinayət işi başlanılmış və 05 iyul 2018-ci il tarixdə, saat 22-də Astara Gömrük İdarəsinin GHQMŞ Təhqiqat Bölməsinin böyük təhqiqatçısı, gömrük xidməti baş leytenantı X1 tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. 06 iyul 2018-ci il tarixdə ona Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1. və 234.4.3-cü maddələri ilə ittiham elan edilərək barəsində Yasamal Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilmişdir. İddiaçı barəsində bir ildən artıq davam edən ibtidai istintaq yekunlaşdırılaraq cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 13 noyabr 2019-cu il tarixli hökmü ilə ona ittiham olunduğu Azərbaycan Respublikası CMnin 206.3.2., 234.4.1. və 234.4.3-cü maddələri ilə bəraət verilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 13 noyabr 2019-cu il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 20 fevral 2020-ci il tarixli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 13 noyabr 2019-cu il tarixli bəraət hökmü dəyişdirilmədən, apellyasiya protesti təmin edilmədən saxlanılmış, birinci instansiya məhkəməsinin hökmü qanuni qüvvəyə minmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 20 fevral 2020-ci il tarixli Qərarından kassasiya protesti verilməmişdir. İbtidai istintaq dövründə onun təqsirini təsdiq edən sübut ların mövcud olmadığına baxmayaraq müstəntiq onu narkotik maddələrin Azərbaycan Respublikasının gömrük orqanlarının nəzarətindən yayınmaqla, qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədilə külli miqdarda narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması kimi ağır və aşağılayıcı cinayət əməllərinin törədilməsində ittiham etdi. Hökmlə cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək, əvvəlki vəzifəmə bərpa olunmaq, bu mümkün olmadıqda isə ona bərabər vəzifəyə təyin olunmaq və ya əvvəlki vəzifəsini itirməsi ilə əlaqədar vurulmuş ziyana görə pul kompensasiyası almaq, azadlıqdan məhrum edildiyim vaxtı iş stajına daxil etdirmək hüquqları ona izah olunmuşdur. Dövlət orqanlarının yol verdikləri səhv qanunsuz olaraq tutulmağı, nəticədə özünə və ailəsinə maddi və mənəvi zərər vurulması ilə nəticələnmişdir. Dövlət orqanının səhvi nəticəsində vurulmuş mənəvi zərər isə aşağıdakılardan ibarətdir: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat - İstintaq Baş İdarəsi tərəfindən tutulduqdan və barəsində Yasamal rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçildiyi 06 iyul 2018-ci il tarixdən, barəsində Lənkəran Ağır Cinayətlər Məhkəməsi tərəfindən 12 avqust 2015-ci il tarixə qədər ailə üzvlərindən uzaq qalmış, ailəsi həbsdə olduğu müddətdə çox böyük sıxıntılarla üzləşmiş, yarı ac, yarı tox dolanmışlar. Oğlu Şəhriyar ailənin dolanışığının təmin edilməsi üçün qohumlardan borc götürmüşdür. Həbsdə olarkən himayəsində olan həyat yoldaşı və oğlunun ailəsi maddi - mənəvi məhrumiyyətlərlə üzləşmiş, ona dö vlət orqanının səhvi nəticəsində yapışdırılmış narkotacir damğası ilə yaşamaq məcburiyyətində qalmışlar. Onun həbsdə olmağı ailəsinin maddi olaraq çətinliklərlə üz-üzə qoymuş, ailə üzvləri dolanışığı təmin etmək üçün qohum-əqrəba, dost-tanışlardan utanaraq borc götürmək məcburiyyətində qalmışlar. Qanunsuz həbs edildiyindən şəxsiyyətinə və mənliyinə elə bir zərbə vurmuşdur ki, bu günə qədər də, bəzi dost və qohumları ondan qaçmağa çalışırlar. Həyatın istənilən sferasında bu damğanı hiss edir. Bu da onu çox ağrıdır və mənəvi sarsıntılar keçirməyinə səbəb olur. Hər dəfə oğlu və yaxınları İstintaq Təcridxanasında onunla görüşə gələndə görüşlərdən sonra günlərlə özünə gələ bilmirdi. Saxlanılmağı bağlı mətbuat və televiziyada, sosial şəbəkələrdə yayılan ttihamedici görüntülər onu sözün əsl mənas ında bütün ölkədə belə demək mümkündürsə məşhur etmiş, təmiz adını kirləmişdi. Həbsdən azad olunduqdan sonra uzun müddət müxtəlif xəstəxanalarda sağlamlığının bərpası üçün müalicə olunmuş. Həbsdə olduğu müddətdə ürəyində kəskin problemlər yaranmışdır. Sonradan ürəyində kardioanjio əməliyyatı aparılmışdır. Bəraət aldıqdan sonra yenidən icarə qaydasında idarə etdiyi avtomobili götürüb işləmək istəmiş. Şirkət həmin avtomobili ona verməkdən imtina etmiş, bu hadisə psixoloji baxımdan onu çox sarsıtmışdır. Məhkəmənin bəraət hökmünə inanmamışdılar. Bu gün belə gömrük əməkdaşını gördükdə ona qarşı yol verilmiş haqsızlıqlar, zülmlər gözünün qarşısında canlanır, uzun müddət bu ruh halından çıxa bilmir. Bütün bunların əsasında maddi və mənəvi zərər çəkib. Hüquqlarının kobud şəkildə pozulması, keçirdi yi mənəvi sarsıntılar nəticəsində kardioloji problemlərlə qarşı-qarşıya qalmış və cərrahiyyə əməliyyatına məruz qalmışdır. Qeyd olunanlara əsasən, cavabdehdən vurulmuş mənəvi ziyana görə 1 000 000 manat (bir milyon) manat məbləğində pul vəsaitinin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.
6. Cavabdeh birinci instansiya məhkəməsindəki icraatda iştirak etməmişdir.
7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim R.Ə.Səmədov) (bundan sonra – birinci instansiya məhkəməsi) 27 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, dövlət büdcəsinin vəsaiti hesabına İddiaçı xeyrinə 1500 (bir min beş yüz) manat məbləğində mənəvi zərərin əvəzinin ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. 8.Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnam əni onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə hüquqi cəhətdən dəyərləndirilməli məsələ milli qanunvericilik və beynəlxalq hüquq normaları əsasında dövlət orqanları və vəzifəli şəxslər tərəfindən fərdə vurulmuş zərərin ödənilməsi ilə bağlıdır. Dövlət orqanları və vəzifəli şəxslərin hüquqazidd əməli nəticəsində fərdə vurulmuş zərər restitusiya, kompensasiya və satisfaksiya formasında ödənilməlidir. Restitusiya, kompensasiya və satisfaksiya biri-biri ilə qarşılıqlı əlaqədədir. Hüquqazidd əməllər nəticəsində fərdə əlavə maddi və mənəvi ziyanın vurulması hallarında hüquqazidd əmələ qədər mövcud olmuş vəziyyətin bərpası yetərli olmaya bilər. Restitusiyanın məqsədi hüquqazidd əməlin törədilməsinə qədər mövcud olmuş vəziyyətin bərpa olunmasıdır. Restitusiya özündə ən sadə formada, məsələn, qey ri-qanuni tutulmuş şəxsin azad olunmasını əhatə edə bilər. Eyni zamanda, restitusiya əvəzin ödənilməsi formalarında ən öndə durur. Hüquq doktrinasında restitusiyanın iki forması fərqləndirilir: əvvəlki maddi vəziyyətin bərpasını nəzərdə tutan naturada restitusiya (restitutio in integrum) və qeyri-maddi hüquqların bərpası (restitutio in pristinum). Bura inzibati, qanunverici və məhkəmə aktlarının ləğv edilməsini aid etmək olar. Restitusiya hüquqi prinsip kimi ilkinliyinə baxmayaraq, bir çox hallarda qeyrimümkün və ya qeyri-adekvat olur. Vurulmuş ziyan restitusiya yolu ilə bərpa olunmamışdırsa, dövlət onu kompensasiya ilə bərpa etməlidir. Kompensasiyanın rolu vurulmuş zərərin əvəzinin tam ödənilməsi məqsədilə hər hansı boşluğu doldurmaqdan ibarətdir. Satisfaksiya pozuntunun etiraf olunmasınd a, təəssüfün bildirilməsində və ya hər hansı digər formada ifadə oluna bilər.
9. Birinci instansiya məhkəməsi kompensasiya ilə bağlı qeyd etmişdir ki, zərərin kompensasiya edilməsi təkcə onunla bağlı maddi ziyanları - gəlirin və əldə edilə biləcək faydanın itirilməsi ilə yanaşı, ayrı-ayrı şəxslərə vurulmuş qeyri-maddi zərəri də əhatə edir. Qeyri-maddi zərər dedikdə, bir qayda olaraq doğma və yaxınlarının itirilməsi, ağrı və əzablar, şəxsiyyətə və ya şəxsi həyata qəsdlə əlaqədar hisslərə toxunulma başa düşülür.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56.0.2 və 56.0.3-cü maddələrinə, «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununa, Mülki Məcəlləsinin 1101.1-ci maddəsinə, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarına, Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannamənin 1-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələri nə dair» 19 mart 2002-ci il tarixli qərarına və «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarına istinad edərək əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
11. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv edilərək, iddianın tam edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçının qanunsuz olaraq tutulmasının, ailəsinin nüfuzuna xələl gəlməsinin, onun sağalmaz xəstəliklərə düçar olmasının mənəvi zərərinin əvəzi olaraq 1500 (bir min beş yüz) manat həddində məbləğ müəyyən etmişdir. Lakin məhkəmə niyə məhz həmin məbləği təyin etməyini əsaslandırmamışdır. Nə üçün 50.000 yox, 100.000 yox, 1.000.000 yox məhz 1.500 manat? İddiaçı bu gün belə cəmiyyət içində ona qarşı edilmiş haqsızlığa görə iztirab keçirir və səhhəti demək olar ki yararsız haldadır. İddiaçının davamlı mənəvi sarsıntı, əzab və iztirab çəkməyini, məhkəmə təcrübəsini nəzərə almalı idi. Məhkəmə qətnaməsi pozulmuş hüquqların ədalətli bərpa olunmasına xidmət etməlidir. Məhkəmənin qət etdiyi məbləğ ilə iddiaçı xəstəxana məsrəflərini, əməliyyat ödənişlərini edə bilməz. Xəstəliyi ilə bağlı bir qisim sənədlərin surəti məhkəməyə təqdim edilmiş, qalanı isə məhkəmə zamanı təqdim ediləcədir. Avropa Məhkəməsi Maksimov Rusiyaya qarşı iş üzrə 2010cu il 18 mart tarixli Qərarında qeyd etmişdir ki, kompensasiyanın hesablanması qaydası mürəkkəbdir. Fizi ki və ya mənəvi iztirablara dair işlərə baxılarkən bu proses daha da çətinləşir. Ağrı və əzab, fiziki narahatlıq və əqli sıxıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Məhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdiyi kompensasiyanın həcmini qərarlarında kifayət qədər əsaslandırmalıdırlar. Əsaslandırmanın olmaması ərizəçiyə qeyri-mütənasib, az kompensasiyanın təyin edilməsi, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnə bilər. Nəsimi rayon Məhkəməsi qətnaməsində heç bir əsaslandırma aparmadan iddiaçıya qeyri-mütənasib, az kompensasiya təyin etmiş, işi pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələndirmişdir.
13. Bakı Apelly asiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər X.Ə.Sarıyev (sədrlik edən və məruzəçi), N.Ş.Cəfərov və E.Ə.Mehdiyev) (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1777/2021 saylı mülki iş üzrə 16 fevral 2022-ci il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mənəvi zərərin məbləği ilə bağlı hissədə dəyişdirilmiş, mənəvi zərərin 4000 (dörd min) manat məbləğində müəyyən edilməsi qət edilmişdir.
14. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, məhkəmə mənəvi zərərin cavabdehdən iddiaçının tutulması ilə bağlı düzgün nəticəyə gəlsə də, mənəvi zərərin məbləğini düzgün müəyyən etməmişdir. Belə ki, iddiaçının 05 iyul 2018-ci il tarixdən həbsdə saxlanılmağı ona inamsızlıq, narahatlıq, m əyusluq hissləri, streslər, əzab və əziyyətlər yetirdiyi nəzərə alınmaqla, mənəvi zərərin məbləğinin 4000 manat müəyyən edilməsi ədalətli olmaqla yanaşı ağlabatan hesab oluna bilər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
15. İddiaçı (vəkili Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
16. Kassasiya şikayəti Konstitusiyanın 68, CPM-in 36, 56, 57, 58, Mülki Məcəllənin 1101, MPM-in 47, 88, 217.1, 217.2, 217.3-cü maddələrinə istinad edilərək onunla əsaslandırılmışdır ki, məhkəmə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxs olaraq hüquqları qorunmamış, dövlət tərəfindən ödənilməli olan ziyan məbləği kiçildil mişdir. Ədalətli məbləğin müəyyən edilməsi öhdəliyi qanun normalarının tələblərinə əsasən məhz məhkəmə üzərinə qoyulur. Lakin məhkəmə məbləğin müəyyən edilməsi zamanı hər hansı düsturdan istifadə etməmişdir. Məhkəmə zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə, hansı hərəkət nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərər çəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini aydınlaşdırmamış, işə baxan məhkəmələr sübutlara tətbiq edilməli olan hüquq normalarna qiymət verməmiş, məhkəmənin gəldiyi nəticənin əsasları müəyyən edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
17. Maddə
68. Hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya h ərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
18. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanun u
19. Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən hər hansı şəxsin qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkum edilməsi, işdən (vəzifədən) kənarlaşdırılma və ya onun hüquqlarını məhdudlaşdıran digər prosessual hərəkətlərin həyata keçirilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir.
20. Maddə
4. Vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda, cinayət hadisəsinin, əməldə cinayət tərkibinin olmaması və ya şəxsin cinayət törətməkdə iştirakının sübut edilməməsi ilə əlaqədar cinayət işinə xitam verildikdə və ya cinayət işinin başlanması rədd edildikdə yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməs inin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarı
21. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir.
22. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 sayl ı qərarı
23. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1. Hə r bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
28. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pro sessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
29. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
30. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
31. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən iddianın təmin edilməyən hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mənəvi zərərin tutulması hissəsində dəyişdirilərək mənəvi zərərin məbləği 16000 manat müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbinin cavabdehdən mənəvi zərərin tutulması hissəsində maddi hüquq normalarını düzgün tədbiq etsə də, cavabdehdən 4000 manat mənəvi zərər tutulması hissədə işin hallarına düzgün qiymət verməmiş, tədbiq etdiyi maddi hüquq normalarını düzgün təfsir etməmişdir.
34. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinə (bundan sonra – CPM) müvafiq olaraq cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir (maddə 57.1). Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandı rılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir. Fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir (maddə 58.1, 58.2). Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir (maddə 63).
35. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vur ulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində: 1) barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması; 2) barəsindəki cinayət təqibinə CPM-in 39.1.1, 39.1.2, 39.1.6-39.1.8 və 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla xitam verilən şəxsin cinayət təqibinə məruz qalması; 3) CPM-in 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan şəxsin barəsində cinayət təqibinə vaxtında xitam verilm əməsi və cinayət təqibinin davam etdirilməsi; 4) CPM-in 39.1.12-ci maddəsində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan şəxsdən buna razılıq alınmasına baxmayaraq, həmin şəxs barəsində cinayət təqibinin davam etdirilməsi; 5) şəxsin qanunsuz həbs olunması və ya tibbi, yaxud tərbiyə müəssisəsinə məcburi yerləşdirilməsi, habelə qanuni əsas olmadan müəyyən edilmiş müddətdən artıq həbsdə saxlanılması; 6) cinayət təqibi üzrə icraat zamanı şəxsin qanunsuz olaraq CPM-in 176-cı və 177-ci maddələrində nəzərdə tutulmuş hallarda prosessual məcburiyyət tədbirlərinə məruz qalması; 7) şəxsin barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi; 8) şəxsin barəsində islah işləri, inzibati həbs və ya cərimə növündə inzibati tənbeh tətbiq edilməsi nəticəsində həmin şə xsə vurulmuş ziyan ödənilməlidir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir (maddə 1). Vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ: 1) bəraətverici hökm çıxarıldıqda; 2) cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda; 3) inzibati xəta haqqında işə xitam verildikdə yaranır (maddə 4).
36. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 13 noyabr 2019-cu il tarixli hökmü ilə müəyyən olunur ki, İddiaçı CM-in 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə təqsirliliyi sübut edilmədiyinə görə bəraət verilmişdir. Hökmdə qeyd olunur ki, 03 iyul 2018-ci ildə idarə e tdiyi nəqliyyat vasitəsində xalis çəkisi 256 kq 365 qram təşkil edən külli miqdarda heroin aşkar olunaraq götürülmüş, xx.xx.2018-ci ildə şübhəli şəxs qismində tutulmuş, ona xx.xx.2018-ci ildə ittiham elan olunmuşdur. Yuxarıda göstərilən tarixdə ona bəraət elan edilmiş və 10 fevral 2020-ci il tarixədək cəza təhdidi altında olmaqla barəsində başlanmış cinayət təqibi davam etmişdir. Göründüyü kimi o, on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılması nəzərdə tutulan ağır cinayətin törədilməsində ittiham olunur. Bu ittiham üzrə isə xx.xx.2018-ci ildən 10 fevral 2020-ci il tarixədək, yəni barəsində qəbul olunmuş bəraət hökmünün qanuni qüvvəyə minməsinədək cinayət təqibi altında olmuşdur.
37. Nəzərə alınmalıdır ki, «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının q anunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanunun 1 və 4-cü maddələrinin məzmunundan göründüyü kimi şəxsin haqqında bəraətverici hökm, cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda, inzibati xəta haqqında işə xitam verildikdə, şəxs ona vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququna malikdir.
38. Məhkəmə kollegiyası hesab edir ki, qanunun göstərilən şəkildə ifadə olunması istintaq və məhkəmə orqanlarının səhvi nəticəsində iddiaçıya dəymiş maddi və mənəvi zərərin ödənilməsindən imtina üçün əsas ola bilməz. Bu baxımdan Məhkəmə kollegiyası iddiaçının əsassız olaraq 12 ilədək olan müddətə cəza təyin olunan bilən ağır cinayətin törədilməsində ittiham olunması və bu ittiham əsasında cinayət təqibi aparılması və ittihamın ağırlığı nəzərə alındıqda onun iki ilə yaxın müddət ərzində bu təhdid altında olaraq cinayət təqibinin davam etdirilməsi, oxşar işlərlə baxılan iddia üzrə müəyyən olunmuş halları əsaslı olaraq fərqləndirir.
39. Göstərilən müddət ərzində iddiaçının cinayət təqibi altında olması və onun barəsində seçilmiş qətimkan tədbirinin mövcudluğu və həbsdə saxlanması ona münasibətdə yuxarıda qeyd olunan normaların tələbləri baxımından onun azadlıq hüququnun pozulması kimi qiymətləndirir.
40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 02 iyun 2002-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi aşağıdakıları qeyd etmişdir: «Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Konstitusiya Məhkəməsi, həmçinin, qeyd etmişdir ki, şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixioloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də, cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların n əzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair» 2002-ci il tarixli qərarında da «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyamnaməyə istinad etmişdir: «Bəyannamənin 4-cü maddəsində göstərilir ki, qurbanlara (qurbanlar dedikdə, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqlarının xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür) mərhəm ət göstərmək və ləyaqətlərinə hörmətlə yanaşmaq lazımdır. Onlara ədalət mühakiməsinin vasitələrindən istifadə etmək və milli qanunvericiliyə əsasən dəymiş zərərin tezliklə ödənilməsini təmin etmək üçün şərait yaradılmalıdır.
42. Bu baxımdan Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddiaçıya dəymiş mənəvi ziyanın dövlət büdcəsi hesabına ödənilməsi barədə qənaətə gəlmişdir. Lakin apellyasiya instansiya məhkəməsi mənəvi zərərin miqdarını müəyyən edərkən iddiaçının keçirdiyi mənəvi sarsıntı və iztirabların ağırlığını, bu sarsıntı və iztirabların uzun bir müddət ərzində davam etdiyini və davam edəcəyini kifayət qədər nəzərə almayaraq mənəvi zərərin miqdarını nisbətən az müəyyən etmişdir.
43. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ya vurulmuş mənəvi zərərin əvəzi kimi birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş və apellyasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmış 4000 manat pulun məbləği dəyişdirilərək 16000 manat müəyyən edilməlidir.
44. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-1777/2022 nömrəli iş üzrə 16 fevral 2022-ci il tarixli qətnaməsi mənəvi ziyanın tutulması hissədə dəyişdirilsin. Cavabdehdən 16000 (on altı min) manat mənəvi ziyan tutularaq iddiaçının xeyrinə ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissədə, yəni iddia tələbinin qalan rədd edilən hissəsində dəyişdiril mədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.