Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3577/2023 11.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qızıl-zinət əşyalarının geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X6 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyalarının geri qaytarılması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2701/2023 nömrəli, 10 may 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 11 sentyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, a şağıdakıları müəyyən etdi: İşin halları
1. Cavabdeh ilə İddiaçı 12 iyul 2017-ci il tarixdə nikaha daxil olmuşlar. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə tərəflərin arasında bağlanmış nikah pozulmuşdur.
2. Vəkil1, Vəkil2 və X2 iştirakı ilə tərtib edilmiş xx.xx.2021-ci il tarixli akta əsasən aktı tərtib edənlər X3 ünvan 1 ünvanında yerləşən X1 məxsus evdə olan cehiz əşyalarını (2 vərəq siyahı üzrə) təhvil almışlar.
3. Şəxsi əşyalar və cehizliklərin siyahısında həmçinin qızıl-zinət əşyalarından 2 adda qızıl əşyası (qızıl qolbaq və qızıl sırğa) qeyd olunmuş və İddiaçı tərəfindən təhvil alınmışdır. 4. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 08 №-li rəyə əsasən 4 adda (1 ədəd üzük, 1 ədəd sırğa, 1 ədəd qolbaq və 1 ədəd sep-kulon) komp lekt zinət əşyası dəyərləndirilmiş, ümumilikdə bazar qiyməti 5000 manat müəyyən edilmişdir. Rəydə həmçinin qeyd edilmişdir ki, zinət əşyalarına baxış keçirmək mümkün olmadığından, həmin zinət əşyalarının hazırlanış keyfiyyəti və funksionallığı müvafiq bazar seqmentindəki orta göstəricilər üzrə və təqdim olunan şəkillər əsasında hesaba alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus 1 ədəd üzük, 1 ədəd sırğa, 1 ədəd qolbaq və 1 ədəd sep-kulondan ibarət komplekt zinət əşyalarının və ya onların dəyərinə uyğun olaraq 5000 manatın, mediasiya xərci olaraq ödənilmiş 50 manatın və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manatın cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, o, cavabdeh ilə xx.xx.2017-ci il tarixdə rəsmi nikaha girərək, ailə qurmuşdur. Cavabdehlə birgə nikahlarından xx.xx.2020-ci il təvəllüdlü X4 adlı övladları olmuşdur. Hal-hazırda övladı onunla birlikdə yaşamışdır. Ailə münasibətləri ilk vaxtlar normal olsa da, sonradan cavabdehin ona qarşı kobud rəftarı ailənin dağılmasına səbəb olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7426/2021 saylı, xx.xx.2021ci il tarixli qətnaməsi ilə cavabdeh ilə aralarında bağlanmış nikahın pozulması, azyaşlı övladının onun yanında saxlanılması və övladı yetkinlik yaşına çatanadək 175 manat alimentin cavabde hdən onun xeyrinə tutulması qət edilmişdir. O, cavabdehlə ailə qurandan sonra ona verilmiş hədiyyələr, cehiz kimi ata evindən apardığı və birgə nikahda olduğu müddət ərzində ona hədiyyə kimi verilmiş əşyalar cavabdehin qanunsuz sahibliyində qalmışdır. Cavabdehin və onun vəkilinin iştirakları ilə ona məxsus olan əşyaların əksər hissəsi ona təhvil verilmiş və bu barədə xx.xx.2021-ci il tarixində akt tərtib edilmişdir. Lakin cavabdeh ailə qurarkən ona hədiyyə kimi verilmiş qızıl-zinət əşyalarının ona qaytarılmasından imtina etmişdir. Həmin qızıl-zinət əşyaları 1 ədəd üzük, 1 ədəd sırğa və 1 ədəd sep-kulondan (kolye) ibarət komplekt qızıl zinət əşyaları olmuşlar.
7. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbini müdafiə etmiş dir. Tələblərinin əsaslılığını onunla izah etməyə çalışmışdır ki, xx.xx.2021-ci il tarixdə onun cavabdehin anasının və Vəkil2 adlı vəkilin iştirakı ilə akt tərtib edilən zaman 62 adda cehiz əşyaları siyahıya alınarkən qızılqolbaq və qızıl sırğa da aşkar edilmişdir (həmin qızıl əşyaları cavabdehin anası tərəfindən təqdim edilmişdir). Bununla onu deməyə çalışmışdır ki, əgər iddiaçının qızıl-zinət əşyalarını götürmək niyyəti olsaydı aktda siyahıya alınmış 2 ədəd qızıl əşyalarını da aparmış olardı. Bundan əlavə iddiaçı o formada evi tərk etmişdir ki, hətta telefonu belə evdə qalmışdır. Cavabdehin bu barədə məlumatının olması təbiidir, belə ki, cavabdeh ölkədə olmamışdır, iddiaçının evi tərk etməsinə səbəb qayınana və gəlin arasında olan mübahisə olmuşdur. Onların nikahın pozulmasından təqrib ən 1 il sonra iddia ilə məhkəməyə müraciət edilməsinə səbəb, mediasiya prosesində ləngimələrin olması, qiymətləndirmə ilə bağlı heç bir qiymətləndiricinin şəkillər əsasında hesabat təqdim etməməsi olmuşdur.
8. Cavabdeh məhkəmə iclaslarında iştirak etmiş və iddia tələbini qəbul etməmişdir. İddiaya etirazının dəlillərinə dair göstərmişdir ki, o, 2020-ci ilin mart ayının 14-də Rusiya Federasiyasına işləməyə getmişdir. Həmin vaxt iddiaçı ilə aralarında hər hansı münaqişə, mübahisə olmamış, əksinə münasibətləri yaxşı olmuşdur. Daha sonra iddiaçı Novruz bayramı ilə bağlı öz atası evinə getmək üçün ondan icazə almış və getmişdir. Bundan sonra o bir daha onların evinə qayıtmamışdır. Onlar arasında mübahisə həmin ilin iyul ayında baş vermişdir, səbəbi isə onun iyul ayında ölkəyə qayıda bilməməsi ol muşdur. İddiaçı mart ayında evi tərk edərkən planlı şəkildə qızılları özü ilə aparmış, qızıl qolbaq, qızıl sırğanı isə məqsədyönlü şəkildə evdə saxlamışdır. Çünki onun aldığı qızılların dəyəri 5000 manat, iddiaçının evdə saxladığı qızıllar isə 200-300 manat dəyərində idi. İddiaçının evdə saxladığı telefon işlək vəziyyətdə olmayan “Samsung” markalı telefon olmuşdur, halbuki iddiaçının işlətdiyi telefon onun tərəfindən alınmış “İphone” markalı telefon idi. Bundan əlavə cavabdeh əvvəlki prosesdə iddiaçının ondan qızılların yerini soruşduğunu və iddiaçının bu sualına anlam verə bilmədiyini bildirmişdir. Lakin cavabdeh son məhkəmə iclasında izahatında dəyişiklik edərək, iddiaçının ondan evdə qalan qızıllar (aktda göstərilən) barədə soruşduğunu bildirmişdir. Cavabdeh eyni zamanda məhkəmə iclasla rında iddiaçının ona hədiyyə aldığı saatı da qaytaracağını bildirmiş və məhkəmə bağışlamış əşyanın onun mülkiyyətini təşkil etməsi barədə məlumatına münasibətdə, o hər kəsin aldığı əşyanın özündə qalmalı olduğuna təkid etmişdir.
9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-560/2023 nömrəli iş üzrə 19 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakim İlkin Əliyev) iddia təmin edilərək, qızıl komplekt dəstinin: bir ədəd sep-kulon (kolye), bir ədəd sırğa, bir ədəd qolbağ, bir ədəd üzük qızıl-zinət əşyalarınin, olmadığı təqdirdə dəyəri olan 5000 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, işin mübahisələndirilən halı qızılların cavab dehin qanunsuz sahibliyində olması olmuşdur. Hazırki mübahisədə əşyaların cavabdehin sahibliyində olmamasını sübut etmək vəzifəsi cavabdeh tərəfin üzərinə düşmüşdür. İddianı sübut etmə yükü ona görə cavabdehin üzərinə düşmüşdür ki, iddiaçı ailə münasibətlərinə son qoymaq məqsədilə evi tərk etməmişdir. Belə ki, iddiaçının evi birdəfəlik tərk etməsi üçün hər hansı səbəbi olmamış, həmin vaxt cavabdehlə aralarında hər hansı mübahisə, münaqişə olmamışdır. Üstəlik cavabdeh həmin vaxt ölkə ərazisində olmamış və iddiaçının anası gilə qonaq getməsinə və bir müddət orda qalmasına razılıq vermişdir. İddiaçı ilə cavabdehin anası arasında gəlin-qaynana mübahisəsi olmuş, cavabdehin bundan xəbəri olmamışdır.
11. Məhkəmə qeyd etmişdir ki, cehiz əşyalarının qaytarılması barədə aktda iddiaçıya öz qohumları tərəfindən hədiyyə edilmiş qızıl-zinət əşyalarının da həmin siyahıda olması ona işarə etmişdir ki, iddiaçının evi birdəfəlik tərk etmək niyyəti olmamışdır. Cavabdehin bu barədə etirazını isə məhkəmə inandırıcı hesab etməmişdir.
12. Məhkəmə qeyd etmişdir ki, cavabdehin sonradan məzmununu dəyişdiyi izahatında iddiaçının daha əvvəl də ondan qızıl əşyalarını tələb etdiyini təsdiqləməsi ona işarə etmişdir ki, cehiz əşyalarının qaytarılmasına qədər də iddiaçı qızılların cavabdehdə olması barədə iradə ifadəsini cavabdehə bildirmişdir. Belə ki, cavabdehin bununla bağlı iddiaçının iradə ifadəsinə münasibətinin isə məntiqi açıqlaması olmamışdır. Çünki qızılların özündə olmadığından əmin olan cavabdehə iddiaçının sualı aydın olmalı və ən azından bununla bağlı mövqe göstərməli idi.
13. Məhkəmənin cava bdehin ona hədiyyə edilən saatı və üzüyü qaytarmaq istəməsi barədə təkidi ilə bağlı mövqeyi onunla bağlı olmuşdur ki, münasibətlər pozularkən əşya kim tərəfindən alınmışdırsa ona məxsus hesab edilməlidir. Bu isə cavabdehin onun tərəfindən hədiyyə edilmiş əşyaların ona məxsus olduğunu hesab etməsi düşüncəsindən irəli gəlmişdir. Yəni faktiki olaraq cavabdeh hesab etmişdir ki, iddiaçıya toy-nişan mərasimlərində onun tərəfindən hədiyyə edilmiş əşyalar hədiyyəni alanındır.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32, 34-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı qızıl-zinət əşyalarını da özü ilə birlikdə aparmışdır. İddiaçı guya onun toyda alınan qızılı verməkdən imtina etdiyini bildirmiş, lakin bununla bağlı sübut verməmişdir. Məhkəmə iddiaçının bildirdiklərinə əsasən iddia tələbini əsassız olaraq təmin etmişdir.
17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-2701/2023 nömrəli mülki iş üzrə 10 may 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər İkram Şirinov (sədrlik edən və məruzəçi), Elşən Kazımov və Namiq Cəfərov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi onun apellyasiya şikayətinə münasibətdə mübahisələndi rilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
18. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, ümumi qəbul olunmuş qaydaya (adətə) görə ər evinə gəlin gedən qadınlar qızıl-zinət əşyalarını adətən ər evində saxlayırlar. Hazırkı işdə də belə olmuşdur. İddiaçı özünə məxsus olan qızıl-zinət əşyalarını ər evində saxladığını bildirmiş, cavabdeh də bunu inkar etməmişdir, yalnız iddiaçının gedərkən həmin əşyaları özü ilə apardığını bildirmişdir. Belə olan halda sübutetmə vəzifəsinin bölgüsü baxımından qızıl-zinət əşyalarının saxlanıldığı yerdən (ər evindən) aparıldığını sübut etmə vəzifəsi cavabdehin üzərinə düşmüşdür ki, hazırkı halda da cavabdeh qızılzinət əşyalarının iddiaçı tərəfindən götürüldüyünü təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.
19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya şikayətində qızıl-zinət əşyalarının mövcudluğunu və dəyərini mübahisələndirməyən cavabdehin yeganə dəlili iddiaçının həmin qızıl-zinət əşyalarını aparması ilə bağlı olmuşdur. Belə olan halda prosessual qanunvericiliyə uyğun olaraq sübutetmə yükü cavabdehin üzərinə düşmüş, lakin cavabdeh həmin dəlillə bağlı hər hansı əsaslı və şübhədənkənar sübut təqdim etməmişdir.
20. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məh kəməsinin qətnaməsinin ləğv edilməsini, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
22. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçının tələb etdiyi qızıl-zinət əşyalarının cavabdehin sahibliyində olması heç bir sübutla təsdiq olunmamış, məhkəmə mülahizələrə əsasən belə bir qənaətə gəlmişdir. Qızılların cavabdehdə qalmasını süöut etmək iddiaçının vəzifəsi olmasına baxmayaraq, məhkəmə yanlış olaraq qızılların iddiaçı tərəfindən aparılmadığını sübut etmək vəzifəsini cavabdehən üzərinə qoymuşdur.
23. İddiaçı qızıl-zinət əşyalarınını cavabdehdə qalması barədə heç bir sübut təqdim etməmişdir. İddiaçı qaynanası ilə mübahisə edərək evdən getmiş, bu zaman özünün şəxsi əşyalaraını və qızı-zinət əşyalarını aparm aq vəziyyətində olmuşdur.
24. Cavabdeh şikayətini Azərbaycan Respublikası Konstitusiyasının 125-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.5-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 və 376-cı maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
26. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
27. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi
28. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyy ə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zam anı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
35. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pr osessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
36. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarının və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgü n tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər iddia ərizəsinə etirazda və apellyasiya şikayətində də irəli sürülmüş, tam hüquqlu məhkəmə kimi işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmaqla Mülki Prosessual Məcəllənin 88- ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmşidir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür. 39. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
40. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı Cavabbeh Cavabdeh tərəfindən v erilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2701/2023 nömrəli iş üzrə 10 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.