Məhkəmə qərarları › İş №2(102)-3584/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3584/2019

20.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3584/2019 20.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi, Cavabdeh vəkili X1 iştirakı ilə, Cavabdeh Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 dekabr 2018-ci tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 iyul 2018-ci il tarixli qətnaməsi ilə (hakim:R.Ə.Səmədov; 2(006)533/2018) İddiaçı iddiası təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 03.11.2011 -ci il tarixli, ***************** saylı kredit müqaviləsi üzrə İddiaçı öhdəliklərinə xitam verilməsi, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 03.11.2011 -ci il tarixli, ************** saylı ipoteka müqaviləsi əsasında İddiaçı məxsus olan “VAZ21074” markalı, **--*** dövlət qeydiyyat nişanlı minik avtomobili (buraxılış ili- 2011, Ban**************, Mühərrik-****** **********, rəng-qara metal) üzərində olan ipotekaya xitam verilməsi, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 03.11.2011 -ci il tarixli, ************** saylı kredit müqaviləsi və 03.11.2011 -ci il tarixli, ***************** saylı ipoteka müqaviləsi əsasında İddiaçı aktiv öhdəliklərinin olmasına dair Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Mərkəzləşdirilmiş k redit reyestrində olan məlumatların mərkəzləşdirilmiş kredit reyestrindən çıxarılmasına dair təsdiqləyici hesabatın Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Mərkəzləşdirilmiş kredit reyestrinə təqdim edilməsi vəzifəsinin Cavabdeh-yə həvalə edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 dekabr 2018-ci tarixli qətnaməsi ilə (hakimlər T.S.Səmədov, (sədrlik edən və məruzəçi), E.C.Kazımov, İ.S.Şirinov 2(103)-13944/2018) Cavabdeh-nin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı İddiaçı Cavabdeh-yə və qeyrilərinə qarşı “ipoteka müqaviləsinə xitam verilməsi və s tələbi” nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, on unla Cavabdeh arasında bağlanılmış 03.11.2011 -ci il tarixli, ********** saylı kredit müqaviləsi üzrə İddiaçı öhdəliklərinə xitam verilməsi, İddiaçı ilə Cavabdeh arasında bağlanılmış 03.11.2011 -ci il tarixli, ********** saylı ipoteka müqaviləsi əsasında İddiaçı məxsus olan “VAZ- 21074” markalı, **-MP-*** dövlət qeydiyyat nişanlı minik avtomobili (buraxılış ili-2011, Ban**********, Mühərrik-**********, rəng-qara metal) üzərində olan ipotekaya xitam verilməsi, İddiaçı ilə Cavabdeh arasında bağlanılmış 03.11.2011 -ci il tarixli, ********** saylı kredit müqaviləsi və 03.11.2011- ci il tarixli, ********** saylı ipoteka müqaviləsi əsasında İddiaçı aktiv öhdəliklərinin olmasına dair Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Mərkəzləşdirilmiş kredit reyestrində olan məluma tların mərkəzləşdirilmiş kredit reyestrindən çıxarılmasına dair təsdiqləyici hesabatın Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Mərkəzləşdirilmiş kredit reyestrinə təqdim edilməsi vəzifəsinin Cavabdeh-yə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh X2 “6 saylı” filialı arasında bağlanmış 03.11.2011 -ci il tarixli, ********** saylı kredit müqaviləsinə əsasən bank İddiaçı 24 ay müddətinə, illik 22 faiz dərəcəsi ilə hesablanmaqla, 6.000 manat məbləğində kredit vermişdir. Həmin müqavilədən irəli gələn kredit öhdəliyinin icrasını təmin etmək məqsədilə İddiaçı məxsus olan “VAZ- 21074” markalı, **--*** qeydiyyat nişanlı minik avtomobili (buraxılış ili-2011, Ban-**********, Mühərrik-**********, rəng- qara metal) bank qarşısında 03.11.2011-cu il tarixli, ********** saylı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmişdir. Bundan sonra Cavabdeh X5 tərəfindən cavabdeh İddiaçı qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və ipoteka predmeti olan avtomobilin açıq hərracdan satılması” tələblərinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edilmişdir. 21 aprel 2017-ci il tarixdə Nəsimi Rayon Məhkəməsində həmin mülki işə baxılaraq 2(006)-3016/2017 saylı qətnamə qəbul edilmiş və bu qətnamə ilə iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəsini almışdır. Məhkəmə qətnaməsinə əsasən Cavabdeh-nin iddia tələbinin rədd edilməsinin səbəbi kredit müqaviləsi üzrə borcun ödənil məsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün qanunla müəyyən olunmuş iddia müddətinin iddiaçı tərəfindən ötürülməsi olmuşdur. Odur ki, sözügedən məhkəmə aktı əsasında İddiaçı banka münasibətdə 03.11.2011 -ci il tarixli, ********** saylı kredit müqaviləsi üzrə hər hansı əsas öhdəliyinin qaldığı müəyyən edilməmişdir. Buna baxmayaraq, Cavabdeh qanunvericiliyin tələblərinə məhəl qoymayaraq, hələ də ipotekaya xitam verilməsi barədə ipotekanın qeydiyyatını aparan dövlət orqanına-Azərbaycan Respublikasının DİN Baş Dövlət Yol Polisi İdarəsinə ərizə ilə müraciət etməmişdir. Bununla da İddiaçı ona məxsus “VAZ-21074” markalı, **--*** qeydiyyat nişanlı minik avtomobil üzərində sərəncam vermək hüququ əsassız yerə məhdudlaşmışdır. Həmçinin, 03.11.2011 -ci il tarixli, ********** saylı k redit müqaviləsi və 03.11.2011 -ci il tarixli, ********** saylı ipoteka müqaviləsi əsasında mövcud olan öhdəliklər barəsində məlumatlar hələ də Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Mərkəzləşdirilmiş kredit reyestrində aktiv öhdəliklər kimi görünməkdədir. Qeyd olunan məlumatın hələ də kredit reyestrində qalması iddiaçının hüquq və mənafelərinin kobudcasına pozulmasına səbəb olmuş və bu gün iddiaçı kredit götürmək üçün heç bir banka müraciət edə bilmir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Re spublikası Mülki Prosessual Məcəlləsinin 9,14,77, 88,189-cu maddələrinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380,425-ci maddələrinin tələblərinin pozulması ilə çıxarılmış, mübahisənin maddi-hüquqi əsası düzgün müəyyən edilməmiş, için halları tam və hərtərəfli aydınlaşdırılmamış, işdəki sübutlar müqayisəli şəkildə tədqiq edilməmiş, nəticədə maddi və prosessual hüquq normalarının pozulması ilə əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh vəkili X4 kassasiya şikayətinin məzmununa uyğunizahatverərək, şikayətintəminedilməsinixahişetdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq,iddiaçı və 3-cü şəxslər heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına g əlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi ü çün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən, o cümlədən iş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21.04.2017-ci il tarixli, 2(006)-3016/2017 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cava bdeh-nin cavabdeh İddiaçı qarşı «kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və s. tələbi»nə dair iddiası təmin edilməmiş, məhkəmə xərcləri iddiaçıya aid edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 06.07.2018-ci il tarixli, ********* saylı məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-12228/2017 saylı 12 dekabr 2017-ci il tarixli qətnaməsi ilə Nəsimi Rayon Məhkəməsinin 21 aprel 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmçinin, həmin qətnamədən kassasiya şikayəti verilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-12228/17 saylı qətnaməsi qanuni qüvvəsini almışdır. Mülki iş 06 aprel 2018-ci il tarixdə Nəsimi Rayon Məhkəməsinə qaytarılmışdır. Maliyyə Bazarlarına Nəzarət Palatasının Mərkəzi Kredit Reyestri Xidməti tərəfi ndən 25 oktyabr 2017-ci il tarixdə verilmiş kredit reyestrindən çıxarışdan görünür ki, İddiaçı Cavabdeh-yə kreditin qalıq məbləği 1786,87 manat, faiz məbləği 4095,18 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 299.1 -ci maddəsinə əsasən, borclu və üçüncü şəxs olan girov qoyan girovla təmin edilmiş öhdəliyi və ya öhdəliyin icrası gecikdirilmiş hissəsini icra edərək girov predmetinə tutmanın yönəldilməsinə və onun satışına istənilən vaxt xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. - 385.1-ci naddəsimə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəz ifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 527.1-ci maddəsinə əsasən, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. - 550-ci maddəsinə əsasən, tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. -554.1 -ci maddəsinə əsasən müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. -554.3-cü maddəsinə əsasən əsas tələblə birlikdə ondan asılı olan əlavə öhdəliklərin icrasına dair tələb də müddətin keçməsinə görə qüvvəsini itirir. “İpoteka haqqında” Qanunun 48.1.2-ci maddəsinə əsasən, əsas öhdəliyə xitam verildikdə ipotekaya xitam verilir. İş üzrə toplanmış sübutları araşdıraraq apellyaiya instansiyası məhkəməsi düzgün olaraq nəticəyə gəlmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə İddiaçı 03.11.2011 -ci il tarixli, ********** saylı kredit müqaviləsi üzrə banka öhdəliyinin qalmaması müəyyən edilmişdir. Bank qarşısında olan əsas öhdəlik müddətin keçməsi səbəbindən mövcud olmadığından, həmin öhdəliyin təminatı kimi ipoteka ilə yüklü edilmiş əmlak ipoteka yüklülüyündən azad edilməlidir. Birinci instansiya məhkəməsi iddia tələbini yuxarıda qeyd olu nan qaydada təmin etməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinin tələbinə müvafiq olaraq tam hüquqlu məhkəmə kimi iş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iş üzrə Nəsimi rayon məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasi ya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsasız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 27 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar