Məhkəmə qərarları › İş №2(102)-3585/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3585/2019

24.05.2019 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3585/2019 24.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Qulamov Ağazahid Şirzad oğlu və Cavabdeh1 vəkili Məmmədova Leyla Polad qızının iştirakı ilə, İddiaçı Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-195/2019 nömrəli iş üzrə 07 yanvar 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim T.B.Axundov) 2(004)-7483/2018 nömrəli, 09 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “bağışlama müqaviləsindən imtina edilməsi, bağışlama müqaviləsinin, qeydiyyatın və qeydiyyat vəsiqələrinin ləğv olunması” tələbinə dair iddianın rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın (hakimlər İ.K.Xəlilov (sədrlik edən və məruzəçi), X.A.Cəmilova və İ.Ə.Kərimli) 2(103)-195/2019 nömrəli, 07 yanvar 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməməsi, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 09.10.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı, Bakı şəhəri 12 saylı notariat kontorunun və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlə t Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyistri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə, “bağışlama müqaviləsindən imtina edilməsi, bağışlama müqaviləsinin, qeydiyyatın və qeydiyyat vəsiqələrinin ləğv olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xxxxx, 12 saylı evin, 10 saylı mənzili ona 1992-ci ildə Azərbaycan Respublikasının Müdafiə Naziri tərəfindən verilmişdir. Sonradan həmin mənzili 02.02.1996-cı il tarixdə özəlləşdirmişdir. Hüquqları qeydə alınaraq Azərbaycan Respublikası Bakı şəhəri, İcra Hakimiyyəti Texniki-İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının qeydiyyatı idarəsi tərəfindən qeydiyyat vəsiqəsi verilmişdi r. Cavabdehlər onun övladlarıdır. 2003-cü il tarixdə belə qərara gəlmişlər ki, yaşadıqları mənzili hər birinin payı ½ olmaqla cavabdehlərə bağışlasın. Bu barədə 24 sentyabr 2003-cü il tarixdə Bakı şəhəri Yasamal rayonu 12 saylı DNK-da bağışlama müqaviləsi bağlamışlar. Cavabehlər RF-də yaşayış sahəsinin alınması məqsədi ilə göstərilən mənzili satmaq istəyirlər. Göstərilən mənzil onun sonuncu yaşayış yeri olduğundan həmin mənzilin satılmasına razılıq verməmişdir. Bu səbəbdən cavabdehlər Bakı şəhəri Yasamal rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək onun mübahisəli mənzildə istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi vermişlər. Həmin məhkəmənin 05.03.2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayət vermişdir. Cavabdehlərin ona qarşı etdikləri hərəkətlər hər hansı bir etik normalara uyğun gəlmir. Onlar 62 yaşına çatmış atalarını sonuncu yaşayış yerindən məhrum etmək istəyirlər. Halbuki bağışlama müqaviləsini həyata keçirərkən hesab etmişdir ki, cavabdehlər onun övladlarıdır və həmişə qayğısına qalacaqlar. Göstərilənlərə əsasən, 24 sentyabr 2003-cü il tarixdə onunla Cavabdeh1 və Cavabdeh2 arasında Bakı şəhəri, Yasamal rayonu, 12 saylı notariat kontorunda bağlanmış bağışlama müqaviləsindən imtinanın qəbul edilməsi, həmin müqavilənin və onun əsasında aparılmış qeydiyyatın, xxxxx və xxxxx saylı qeydiyyat vəsiqələrinin ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-195/2019 nömrəli iş üzrə 07 yanvar 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, nümayəndəsi və vəkili Qulamov Ağazahid Şirzad oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasında iştiarak edən Cavabdeh1 vəkili Məmməd ova Leyla Polad qızı kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən digər şəxslər iştirak etmədikləri üçün və iştirak etməməklərinin üzrlü səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və izahatları dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MKnın 2(103)-195/2019 nömrəli iş üzrə 07 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməldir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədal ətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Göründüyü kimi bağışlama müqaviləsi digər tərəfin üzərinə öhdəlik qoymur, hədiyyə verən üçün hədiyyəni vermək vəzifəsi, hədiyyə alan üçün isə yalnız hədiyyəni qəbul etmək hüququ yaradır. Həmin Məcəllənin 670.1-ci maddəsinə əsasən bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməs indən asılı edilə bilər. Lakin iş materiallarından görünür ki, iddiaçı mübahisəli mənzili cavabdehlərə heç bir şərt olmadan bağışlamışdır. İddiaçının cavabdehlərin həmişə onun qayğısına qalacaqlarını güman etməsi özlüyündə şərt kimi müəyyən oluna bilməz və bu düşüncəsində yanılması bağışlama müqaviləsinin ləğvi üçün əsas deyil. Apellyasiya instnasiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iş üzrə olan sübutlarla ailə hüquq münasibətlərinə uyğun olaraq cavabdehlərin üzərlərinə iddiaçının barəsində vəzifələr qoyulması və onların bu vəzifələri kobudcasına pozmaları halı təsdiq edilmədiyindən Mülki Məcəllənin 673.1. maddəsinə əsasən bağışlamaqdan imtina üçün əsas yoxdur. Mülki qanunvericilik müqavilənin ləğvinin bir neçə əsasla mümkünlüyünü nəzərədə tutmuşdur. Butərəflərdən biri müqavil əni əhəmiyyətli dərəcədə pozduqda, və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda (Mülki Məcəllənin 421.2.), şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi (Mülki Məcəllənin 422.1.) hallarında. Qanunda qeyd olunan həmin hallara nəzər yetirsək görərik ki, qanunverici ilk növbədə müqavilədə nəzərdə tutulan şərtlərin yerinə yetirilməməsinə söykənən əsasları nəzərdə tutur. Bağışlama müqaviləsində belə bir şərt yoxdur. Mülkiyyətçi əmlakını başqasına bağışlayanda onunla bağlı risqləri öz üzərinə götürür (birtərəfli əqd bağlayır). Bundan başqa, tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin dəyişməsi halı da hazırkı işə şamil oluna bilməz. Bağışlama müqaviləsi bağlanarkən əsas tutulan hal cavabdehlərin iddiaçının övladları olması halıdır. Həmin halla bağlı bir dəyişiklik, yanılma yoxdur. Dəyişən, iddiaçı ilə cavabdehlər arasındakı münasibətdir ki, bu halı iddiaçı əqd bağlayarkən əvvəlcədən bilə bilərdi və 422-ci maddənin dispozisiya şərtləri ilə əhatə olunmur. Hazırkı işdə müqavilənin ləğvinin başqa əsasları yoxdur. Apellyasiya intsnasiyası məhkəməsi iddia müddətinin məhkəmə tərəfindən düzgün tətbiq olunmaması ilə bağlı iddiaçının dəlilinə münasibətdə qeyd etmişdir ki, İddiaçı mübahisəli mənzili cavabdehlərə bağışladığı vaxt onların mənzilə sərbəst surətdə sahib olmaq, ondan istifadə etmək, ona dair sərəncam vermək hüququ əldə etdiklərini əvvəlcədən görmüşdür. Bağışlama müqaviləsi heç bir şərt olmadan bağlanmış, tərəflərin üzərinə hər hansı bir öhdəlik qoyulmamışdır. Buna görə də iddiaçının hüququnun pozulması kimi hal mövcud ola bilməz. Qeyd olunanlara əs asən iddia müddəti bağışlama müqaviləsi bağlandığı andan hesablanmalıdır. İddiaçı 24.09.2003-cü il tarixli müqavilənin ləğv edilməsi barədə hazırkı tələblə 06.09.2018-ci il tarixdə məhkəməyə müraciət etməklə iddia müddətini keçirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən, q ətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sözügedən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir k i, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-195/2019 nömrəli iş üzrə 07 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-195/2019 nömrəli iş üzrə 07 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar