Məhkəmə qərarları › İş №2(102)-3585/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3585/2023

03.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3585/2023 03.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: aliment tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı «aliment ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3406/2023 nömrəli, 7 iyun 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 3 noyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Rüstəmova (Azadəliyeva) Yeganə Tağı qız (bundan sonra-iddiaçı) Cavabdeh (bundan sonra- cavabdeh) ilə xx.xx.2008-ci il tarixdə nikaha daxil olmuş, birgə nikahdan xx.xx.2010-cu il təvəllüdlü Cahandar, xx.xx.2012-ci il təvəllüdlü Nərmin, xx.xx.2018-ci il təvəllüdlü Kamil adlı uşaqları anadan olmuşlar.

2. İddiaçı 16 avqust 2021-ci il tarixindən "xxxx" MMC-də “Sənədləşmə üzrə mütəxəssis” vəzifəsində çalışır. Əmək haqqı məbləği 800 manat təşkil edir. İddiaçının əmək müqaviləsi 28 fevral 2023-cü il tarixinədək uzadılmışdır.

3. Cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, ədliyyə müşaviridir, 2007-ci ildən prokurorluq orqanlarında işləyir və aylıq vəzifə maaşı 1615 manat, xidmət ilinə görə 726.75 manat, rütbəyə görə 134 manat, vəzifə maaşına əlavə 2018.75 manat, cəmi hesablanmış məbləğ 4494.50 (1615+726.75+134+2018.75=4494.50) manat təşkil edir.

4. Cavabdeh iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi və iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək onunla iddiaçı arasında bağlanmış 08 noyabr 2008-ci il tarixli nikah qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdehin iddiaçıya qarşı “nikahın ləğvi” barədə qarşılıqlı iddia tələbinə ayrıca icraatda baxılması qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə m əhkəməyə müraciət edərək, xx.xx.2010-cu il təvəllüdlü Cahandar, xx.xx.2012-ci il təvəllüdlü Nərmin, xx.xx.2018-ci il təvəllüdlü Kamil adlı 3 uşağın saxlanılması üçün cavabdehin qazancının (başqa gəlirlərinin) yarısı miqdarında aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, birgə nikah dövründə cavabdeh işdən sonra və asudə vaxtlarında ona və uşaqlara kifayət qədər diqqət göstərməmiş və yalnız özünün evdən kənar yerlərdə yeyib-içməklə gündəlik istirahətinin təmin olunması ilə məşğul olmuş, lakin iddiaçı ailəsinin qorunması məqsədilə və uşaqlar üçünbütün bunlara dözmüşdür. Bununla yanaşı, cavabdeh özünün əmək haqqına uyğun olaraq uşaqlarının saxlanması xərclərini kifayət qədər ödənilməsini təmin etməmişdir. Bu xərclərin ödənilməsini təkb aşına təmin etmək iddiaçı üçün çətindir. cavabdehdən uşaqlarının saxlanması üçün məhkəmə qaydasında aliment tutulmalıdır. Cavabdeh Azərbaycan Respublikası baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru vəzifəsində işləyir.

7. Cavabdeh tərəfindən məhkəməyə etiraz ünvanlanaraq qeyd edilmişdir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işləyir və yüksək məbləğdə əmək haqqı alır. Əlavə olaraq, cavabdeh 16 iyul 2018-ci il tarixində "xxxx" MTK ilə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 30-cu məhəllədə inşa edilən 2-ci bina, 2-ci blok, 5-ci mərtəbə, 37 №-li, 1 otaqlı 40,06 kv.m. ümumi sahəsi olan mənzilin alınması ilə bağlı payçı müqaviləsi bağlamış və bunun üçün hər ay müvafiq məbləğdə pul ödəyir. Bundan başqa, cavabdeh ilə Azərbaycan Beynəlxalq Bankı arasında bağlanmış kredit müqaviləsinə əsasən hər ay Azərbaycan Beynəlxalq Bankına kredit ödəyir. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanuna əsasən, 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. İddiaçının cavabdehdən qazancının yarısı miqdarında aliment tələbi cavabdehin mənafeyinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olur. Cavabdeh uşaqlarının saxlanılması üçün hər ay 1000 (min) manat məbləğində aliment ödəməyə hazırdır. İddiaçının cavabdehə qarşı “aliment ödənilməsi” tələbinə dair iddiası üzrə birgə nikahdan anadan olmuş 3 (üç) uşağın saxlanması üçün 1000 (min) manat məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

8. Cavabdeh tərəfindən məhkəməyə cavabdeh tərəfindən "xxxx " ASC-dən 120 ay müddətinə, illik 29% dərəcəsi ilə 50.000 (əlli min) manat məbləğində kredit götürülməsi il bağlı xx.xx.2022-ci il tarixli Əsas kredit razılaşması təqdim edilmişdir.

9. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(006)-925/2023 nömrəli, 9 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim N.Tağıyeva) iddia təmin edilmişdir.

10. Məhkəmə qeyd etmişdir ki, uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını zəruriliyini və cavabdehin aylıq qazanca malik olmasını nəzərə alaraq alimentin tutulmasını məqsədəmüvafiqdir, buna görə də iddia təmin edilməli, 16 dekabr 2010-cu il təvəllüdlü X1, 07 noyabr 2012-ci il təvəllüdlü X3 və 01 noyabr 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehdən h ər ay qazancının (başqa gəlirlərinin) yarısı miqdarında aliment alınaraq iddiaçıya ödənilməlidir.

11. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra – Ailə Məcəlləsi) 75.1, 75.4, 76.1.3, 78.1, 78.2, 84.1, 84.2.2, 86, 100.2-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və alimentin sabit pul məbləğində tutulmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə, iddianı təmin edərkən, iş üzrə bütün halları obyektiv araşdırmamış, tərəflərin maddi vəziyyətini, mülki işin yekununa təsir edəcək halları nəzər ə almamışdır. Belə ki, iddiaçı iddia ərizəsində cavabdehin uşaqlarının saxlanması xərclərinin kifayət qədər ödənilməsini təmin etmədiyini, belə olan halda uşaqları saxlamağın onun üçün maddi cəhətdən çox çətin olduğunu qeyd etmişdir. Məhkəmə, iddiaçı tərəfindən qeyd olunan halları təsdiqləyəcək sübutların təqdim olunmadığını qiymətləndirmədən, iddia edilən halların həqiqətə uyğunluğunu araşdırmadan əsassız şəkildə iddia tələbini təmin etmişdir. Məhkəmə qətnamə qəbul edərkən iddiaçının aylıq əmək haqqı miqdarına əsasən uşaqları saxlamaq imkanına, maddi vəziyyətinə ümumiyyətlə qiymət verməmişdir. Cavabdeh 16 iyul 2018-ci il tarixində "xxxx" MTK ilə Abşeron rayonu, Xırdalan şəhəri, H. Əliyev prospekti 30-cu məhəllədə inşa edilən 2-ci bina, 2-ci blok, 5-ci mərtəbə, 37 №-li, 1 otaqlı 40,06 kv. m. ümumi sahəsi olan mənzilin alınması ilə bağlı 13 il müddətinə payçı müqaviləsi bağlamış və bunun üçün hər ay 500 manat məbləğdə pul ödəyir. Qeyd olunan mənzilin də məhz həmin 3 uşağa qalacağını nəzərə almamışdır. Həmçinin, cavabdeh ilə Azərbaycan Beynəlxalq Bankı arasında bağlanmış kredit müqaviləsinə əsasən 3 il müddətinə olmaqla, hər ay 795 manat məbləğində Azərbaycan Beynəlxalq Bankına kredit ödəyir. Məhkəmə cavabdehin birgə nikah dövründən yaranan borc öhdəliklərini nəzərə almamışdır. Məhkəmə iddiaçının özünün məhkəməyə təqdim etdiyi əmək haqqı barədə arayışa əsasən, aylıq 800 manat məbləğində sabit gəlirinin olmasını, cavabdehin birgə nikah dövründə bağladığı kredit müqavilələrinə əsasən, kredit öhdəliklərinin olmasını nəzərə almamışdır. Cavabdeh övladlarını saxlamaq üçün aylıq 100 0 (min) manat məbləğində aliment ödəmək istədiyini məhkəməyə bildirsə də, məhkəmə iddiaçının da uşaqlan saxlamaq vəzifəsini nəzərə almadan, mülki iş üzrə qanunvericiliyin normalarını pozmaqla qətnamə qəbul etmişdir. Məhkəmə tələfindən cavabdehdən gəlirin 50 faizinin tutulması yekunda özünün saxlanılması üçün minimum tələbatın ödənilməsinə belə yetmir. Elementar riyazi hesablama ilə görmək mümkündür ki, iddiaçının xeyrinə tutulmuş məbləğ ortalama 2000 manat, eləcə də iddiaçının özünün aylıq gəliri (800 manat) olduğu halda, ümumilikdə qarşı tərəf aylıq ən azı 2800 manat məbləğində dolanışıq xərcləri almış olur. Lakin, cavabdeh olaraq 2000 manat aylıq qazancından tutulduqdan sonra, aylıq 1300 manat miqdarında kreditlərində çıxılmasını nəzərə aldıqda cavabdeh olan şəxsin minimum dolanışıq xərc i 700 manat təşkil edir. İndi sual yaranır, 2800 manatı 4 nəfər böldükdə (5. 11 və 13 yaşlı uşaqlar olmasını nəzərədə alsaq) hər birininin aylıq minimum dolanışıq xərci 700 manat təşkil etdiyi halda, 40 yaşlı cavabdehin həmin məbləğlə dolanışığı, yaxın gələcəkdə ailə qurub özünü və ailəsini təmin etməyi qətnaməni çıxaran birinci instansiya məhkəməsi mümkün hesab etmişdir.

14. Cavabdeh həmçinin apellyasiya şikayətinə əlavə verərək, qətnamənin ləğv edilməklə alimentin 1000 manat sabit pul məbləğində tutulmasını və tutulan alimentin 50 faiz miqdarında məbləğinin uşaqların adına açılan bank hesabına köçürlməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Cavabdeh apelyasiya şikayətinə etiraz ünvanlayaraq qeyd etmişdir ki, cavabdehin bankdan maşın almaq məqsədilə 10 oktyabr 2022-ci il tarixdə götürdüyü 50.000 manat məbləğində kredit öz şəxsi maraqlarını həyata keçirmək məqsədilə istifadə olunmuşdur. Çünki oktyabr ayının ilk həftəsində öz adına olan və birgə nikah dövründə alınmış avtomobili 18.000 manata özünə yeni maşın almaq məqsədilə satmışdır. Oktyabr ayının 11-də özünün də vurğuladığı və eyni zamanda X7 verilmiş sorğunun cavabından göründüyü kimi aldığı yeni maşının qiyməti 24.000 manat təşkil edir. Belə çıxır ki, maşın almaq məqsədilə götürdüyü kreditin yalnız 6.000 manatı yeni maşın almaq üçün istifadə olunmuşdur. Münasibətlərinin uzun müddət öncə kəskinləşdiyi və eyni evdə yaşamaqları qeyri- mümkün olduğu üçün iddiaçı oktyabr ayının 28-də mediasiyaya müraciət etmiş, noyabr ayında isə evdən çıxmışdır. Burdan açıq-aydın görünür ki, yerdə qalan 44.000 manatın aqibə ti bəlli deyil. Çünki kredit alandan sonra iddiaçı cəmi 18 gün onunla eyni evdə yaşamışdır. Nəzərə alsaq ki, 18 gün ərzində 44.000 manatın xərclənməsi qeyrimümkün olduğu üçün cavabdehin həmin pulun məhz ailənin ehtiyaclarının ödənməsi məqsədilə alınmasını vurğulaması qətiyyən inandırıcı deyil və eyni zamanda tamamilə əsassızdır. Bir halda ki, həmin dövr ərzində ona və uşaqlar üçün hər hansı qiymətli əşya alınmamış, eyni zamanda uşaqların istirahəti, əyləncəsi, sağlamlığı, təhsili üçün hər hansı məbləğ ödənməmiş və ya evin təmiri üçün istifadə olunmamışdır.

16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-3406/2023 nömrəli, 7 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – S.Bəhrəmzadə (sədrlik edən və məruzəçi), X.Mərdanova və E.Həsənov) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, qeyd etmişdir ki, iddiaçının tələbi əsasında sabit gəliri olan valideyndən alimentin onun qazancının (başqa gəlirlərinin) bir hissəsi kimi tutulması qanunun göstərişidir. Buna görə də, alimentin miqdarının sabit pul məbləğində tutulması barədə apellyasiya şikayətinin dəlili qeyd edilənlər baxımından əsassızdır.

18. Məhkəmə kollegiyası apelyasiya şikayətinin sabit pul məbləğində 1000 manat məbləğində alimentin tutulması və onunda 50 faizinin uşaqların adına açılan bank hesabına köçürülməsi barədə cavabdehin tələbinə dəlillərinə münasibətdə “Nikahın poz ulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarının 8.9cu bəndinə istinad edərək, eyni zamanda cavabdehin rəsmi əmək haqqının 4494,50 manat təşkil etməsini, hazırda isə alimentin 1000 manat müəyyən edilməklə həmin məbləğin isə yarısının 500 manat olmasını, tərəflərin birgə nikahlarından isə 3 uşaqlarının olmasını nəzərə alaraq qeyd etmişdir ki, əvvəla həmin məbləğin müəyyən edilməsi ədalətli və ağlabatan hesab edilə bilməz. Belə ki, cavabdehin sabit gəlir (qazancı) olduğundan ondan tutulacaq alimentin məbləği uşaq ların mənafeyinə də uyğun olmaqla gəlirin (qazancın) hissəsi kimi tutulmalıdır. Hətta həmin məbləğinin 1000 manat sabit pul məbləğində müəyyən edilməsi qənaətinə gəlinsə belə, həmin məbləğin yarısının uşaqların adına bank hesabı açılmaqla ora köçürülməsi uşaqların mənafelərinə uyğun hesab edilə bilməz. Belə ki, qanunvericilikdə də göstərildiyi kimi valideyndən tutulan aliment yalnız uşağın saxlanılması, onun tərbiyəsi və təhsili üçün xərclənməlidir. 500 manat 3 uşağın arasında bölünsə hər uşaq üçün ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumundan da aşağı düşər. Bu halda isə uşaqların mənafeyi əsaslı şəkildə pozulmuş olar. Halbuki cavabdehin normal bir işdə işləməsini və uşaqların əvvəlki təminat səviyyəsinin də yüksək olması nəzərə alınmalıdır.

19. Məhkəmə hesab etmişdir ki, alimentin məbləğinin apellyasiya şikayətində qeyd edilən məbləğdə, hətta yarısının uşağın adına açılacaq bank hesabına köçürülməsi barədə qərarın qəbul edilməsi gələcəkdə uşağın tam və hərtərəfli inkişafına (onun qidalanmasına, təhsilinə, tərbiyəsinə və s.) mənfi təsir edə bilər və bu hal uşağın üstün mənafelərinə uyğun deyil.

20. Cavabdehin əmək haqqından hər ay 500 manat birgə nikah dövründə əldə edilmiş mənzilə ödənilməsi ilə bağlı kollegiya qeyd etmişdir ki, bu hal onu uşağa məxsus aliment hüququnun təmin edilməsindən azad etmir. Bununla yanaşı isə cavabdeh özü məhkəmə kollegiyasının iclasında həmin evdə atasının yaşamasını və həmin evi də məhz valideyni üçün almasını bildirmişdir. Bundan əlavə cavabdehin birgə nikah dövründə 50000 manat kredit götürməsini və əmək haqqından həmin kredi tin ödənilməsi üçün vəsait sərf etməsi halında da aliment ödəyən şəxsin kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilə bilməz.

21. Həmçinin həmin kredit məbləğin birgə nikah dövründə götürülməsi və birgə nikah dövründən yaranan borc öhdəliklərinin olmasının məhkəmə tərəfindən nəzərə alınmaması barədə dəlilinə münasibətdə qeyd etmişdir ki, bu hal onun ödəməli olduğu aliment məbləğinin azaldılması və ya bu öhdəlikdən azad edilməsinə yuxarıda da qeyd edilənlərə əsasən, dəlalət edə bilməz. Bu hal yalnız birgə nikah dövründə ailənin ehtiyaclarının qarşılanmasına sərf edildiyi halda cavabdeh tərəfindən təkbaşına ödənilən məbləğin iddiaçıdan ayrıca iddia icraatı qaydasında tələb edilməsi üçün əsas ola bilər.

22. Bundan baş qa, cavabdehin iddiaçının da işləməklə 800 manat əmək haqqı alması və bu halında onun aliment öhdəliyinin azadılması kimi qəbul edilməsi barədə dəlilinə münasibətdə məhkəmə qeyd etmişdir ki, bu halda məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin miqdarının sabit pul məbləğində müəyyən edilməklə azaldılmasına əsas olan hal kimi qəbul edilə bilməz. Əvvəla, uşaqların iddiaçının himayəsində olmaqla uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi nəzərə alınmalıdır. Eyni zamanda qeyd edilənlərlə yanaşı, aliment məbləğinin 3 uşağa münasibətdə yetməzliyi olacağı halda uşaq himayəsində qalan valideyn tərəfindən əlavə xərclərin (uşağın xəstələnməsi, və sair kimi hallarda əlavə olaraq yarana bilər) qarşılanması qaç ılmazdır və bu halların baş verməsi də istisna deyil. Bununla yanaşı, iddiaçının məhkəmə kollegiyasına təqdim etdiyi işlədiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin arayışından, eləcə də, əmək müqaviləsi bildirişindən göründüyü kimi, iddiaçı həmin müəssisədə müddətli əmək müqaviləsinə əsasən işləyir və 2023-cü ilin iyun ayının 20-də müddətli əmək müqaviləsinin müddəti bitir. Yəni, bir neçə gündən sonra iddiaçı ilə əmək müqaviləsinin müddəti uzadılmaya bilər və bu hal gözləniləndir. Eyni zamanda kollegiya qeyd edir ki, cavabdeh aliment öhdəliyi icra edildikdən və bütün digər öhdəlikləri ödənildikdən sonra dolanışıq xərci kimi özünə 700 manat qalmasını və özünü həmin məbləğlə dolanışığını qura bilməyəcəyini qeyd edir. Halbuki, iddiaçının da təxmini eyni məbləğdə əmək haqqı almasını nəzərə a lmamışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. Cavabdeh (vəkil Nümayəndə1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək alimentin sabit pul məbləğində tutulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

24. Cavabdehin kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, tərəfindən müqavilələrin surəti və ödəniş cədvəli məhkəməyə təqdim olunmuş, lakin məhkəmə cavabdehin birgə nikah dövründən yaranan borc öhdəliklərini nəzərə almamışdır. Apellyasiya instansiya məhkəməsi qətnamə qəbul edərkən bu halları nəzərə almamış və bu halda yalnız cavabdeh tərəfindən təkbaşına ödənilən məbləğin iddiaçıdan ayrıca iddia icraatı qaydasında təl əb edilməsi üçün əsas olduğunu göstərmişdir. Lakin Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli qərarına əsasən daimi iş yeri olan şəxsdən alimentin qazancın müəyyən hissəsi kimi tutulması tərəflərdən birinin mənafeyini əhəmiyyətli dərəcədə pozarsa sabit pul məbləğində tutula bilər. Göründüyü kimi, məhkəmə bu halların heç birini nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz daxil olmuşdur. Etiraz, iddia ərizəsi və apelyasiya şikayətinə etiraz ərizəsi ilə eyni dəlillərlə əsaslandırılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi

26. Maddə 55.2. Aliment şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir

27. Maddə 55.3. Məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər.

28. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (ailment) məhkəmə qaydasında tutulmalıdır.

29. Maddə 76.1.3. Aliment ödənilməsi barədə razılıq olmadıqda, uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı qədər aliment tutulur.

30. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının sə viyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

36. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq ol unub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

38. Apellyasiya instansiyası məhkəməsinin aktı cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apell yasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

40. Apellyasiya instansiya məhkəməsi Ailə Məcəlləsinin 82.3-cü maddəsinə istinad edərək düzgün nəticəyə gəlmişdir. Belə ki, həmin maddəyə əsasən övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərindən diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Məhkəmələr zəruri olan cavabdehin qazancının (başqa gəlirlərinin) yarısı miqdarında aliment tutulmasını qət etməklə düzgün nəticəyə gəlmişlər.

41. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

42. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən s axlanılmalıdır.

43. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3406/2023 nömrəli, 7 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar