Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3586/2020 30.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, İddiaçı Cavabdeh qızına qarşı əsassız olaraq alınmış sosial müavinət pullarının geri qaytarılması tələbinə dair mülki iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 fevral 2020-ci il tarixli qətnaməsindən İddiaçı verdiyi kassasiya şikayət üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Ridvanov x5 Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 fevral 2020 -ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qızına qarşı əsassız olaraq alınmış sosial müavinət pullarının geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Xaçmaz rayon məhkəməsinin 30 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən İ.Xəlilov, iş 2(067)-2463/2019) İddiaçı Cavabdeh qızına qarşı müavinət pullarının geri qaytarılması tələbinə dair iddiası təmin edilməmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 fevral 2020-ci tarixli qətnaməsi ilə (hakimlər E.Rəhimov (sədrlik edən və məruzəçi), G.Tağızadə və T.Quliyev, iş № 2(105)519/2020) İddiaçı apelyasiya şikayəti təmin edi lməmiş, iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 30 sentyabr 2019-cu il tarixli, 2(067)2463/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətlərinin dəlilləri: İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 fevral 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətlərinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə i clasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, AZ-İ seriyalı 247722 saylı nikahın pozulması haqqında şəhadətnaməyə görə, İddiaçı ilə Cavabdeh arasındakı rəsmi nikah qeydi 09.08.2016-cı il tarixdə ləğv edilmişdir. AZ-İİ seriyalı 238807 saylı və AZ-İİ seriyalı 238815 saylı doğum haqqında şəhadətnamələrə görə, tərəflərin birgə nikahlarından 21. 09.2006-cı il təvəllüdlü x2 və 21.10.2008-ci il təvəllüdlü x6 anadan olmuşdur. Dövlət x10 Rayon Şöbəsinin 08.05.2019-cu il tarixli məktubuna görə, sağlamlıq imkanları məhdud uşaqlar, x2 və x1 müavinət Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10.06.2015-ci il tarixli, 2(105)945/2015 saylı, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 28.12.2015-ci il tarixli 2(102)-4978/2015 saylı qətnamələrini və vətəndaşın ərizəsinə əsasən 01.05.2016-cı il tarixdən anaları Cavabdeh Yaşa qızının adına təyin edilmişdir. Hər iki uşağın əlilik arayışı HƏEK tərəfindən ananın adına təyin edilmişdir. Dövlət x10 Rayon Şöbəsinin 13.06.2019-cu il tarixli məktubuna görə, 2004-cü il təvəllüdlü x8, 2006-cı il təvəllüdlü x2 və 2008-ci il təvəllüdlü x4 təyin edilmiş 18 yaşadək sağlamlıq im kanları məhdudluğa görə verilən müavinət anaları Cavabdeh Yaşa qızının adına rəsmiləşdirilməklə ödənilmişdir. 01.05.2016-cı il tarixdən hal-hazıradək cəmi 8760,00 manat vəsait Cavabdeh Yaşar qızına ödənilmişdir. Dövlət Sosial Təminat Xidmətinin Xaçmaz Rayon Əhalinin Müdafiəsi Mərkəzinin 08.08.2016-cı il tarixli məktubuna görə, 21.09.2006-cı il təvəllüdlü x2 və 21.10.2008-ci il təvəllüdlü x4 xəstəlikləri bağlı təyin olunmuş sosial pensiyaları 01.04.2016-cı il tarixdən uşaqların anası Cavabdeh alır. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: “Sosial müavinətlər haqqında Azərbaycan Respublikası qanununun 10.1-ci maddəsinə əsasən müavinətlər şəxsin yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanları tərəfindən təyin edilir və ödənilir. Sosial müavinətlər haqqında Azərbaycan Respublikası qanununun 10.4-cü maddəsinə əsasən müavinət təyinatı barədə qərar müvafiq icra hakimiyyəti orqanları tərəfindən müraciət edilən gündən 10 gün müddətində çıxarılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 sentyabr 2015-ci il tarixli, 311 saylı qərarı ilə təsdiq edilmiş sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.2-ci bəndinə əsasən əmək pensiyası hüququ olmayan uşaqlara ailə başçısını itirməyə, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş şəxslərə, Azərbaycan Respubli kasının Prezidenti tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərin (şəhid olanların, müharibə əlillərinin, 20 Yanvar hadisələri zamanı əlil olanların, Çernobıl AES qəzası nəticəsində İ və İİ qrup əlil olmuş, yaxud vəfat etmiş valideynlərin uşaqlarına, habelə Çernobıl AES qəzası nəticələrinin aradan qaldırılmasında iştirak edən şəxslərin dispanser qeydiyyatında olan 16 yaşadək (ümumtəhsil müəssisələrində əyani təhsil alanlar üçün 18 yaşadək) uşaqlarına müavinət, təqaüd və kompensasiyanın təyin olunması üçün müraciət, onların valideynlərinin və digər qanuni nümayəndələrinin (övladlığa götürənin, qəyyumun, himayəçinin) yaşadığı ərazi üzrə edilir.” İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə apelyasiya şikayətinin dəlilləri eyni olmuşdur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, apelyasiya instansiyası məhkəməsi qətnaməsində qeyd olunanlara hüquqi qiymət vermiş və aşağıdakıları göstərmişdir: “...iddiaçı tərəfindən müavinətin cavabdeh tərəfindən alınmasına əsas olan qeyd edilən qərar inzibati qaydada mübahisələndirilmədiyi və hazırda qüvvəsində olduğu üçün (“İnzibati orqanların təsnifatının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Əmək və x7 Nazirliyi yanında Dövlət Müdafiə Fondu inzibati orqanlara aid edilir) iddia tələbi əsaslı hesab edilə bilməz. Belə ki, İnzibati icraat haqqında qanunun 64.1 və 64.2-ci maddələrinə əsasən inzibati akt, ünvanlandığ ı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.” Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasını n nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 fevral 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 fevral 2020-ci tarixli qətnaməsi İddiaçı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3586/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3586/2020
30.06.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver