Məhkəmə qərarları › İş №2(102)-3586/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3586/2021

02.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3586/2021 02.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sığorta ödənişinin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-928/2021 nömrəli iş üzrə 05 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdeh “xxxx” ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 02 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında ba xaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: N küçəsində yerləşən 1/2 “A” saylı fərdi yaşayış evi 03 dekabr 1998-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən İddiaçı mülkiyyətində olmaqla 29 avqust 2018-ci il tarixli sığorta müqaviləsinə əsasən bir il müddətinə “xxxx” ASC tərəfindən sığortalanmış və sığorta məbləği 25.000 manat məbləğində müəyyən olunmuşdur. 18 dekabr 2018-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidməti tərəfindən aparılmış araşdırma zamanı N ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi ərazidə tikilinin özülünü təşkil edən qruntun yuyulması və nəticədə sürüşmə-çökmə prosesinin baş verməsi və bununla əlaqədar həmin ünvanın yerləşdiyi ərazidə torpaq qatında və tikililərin divarlarında müxtəlif ölçülü ça tların, deformasiyaların yaranması, təbii və texnogen amillərin təsirindən prosesin dinamikasında aktivləşmənin olması müəyyən edilmişdir. Bununla əlaqədar həmin ünvanda yaşayan N sığortalanmış evə zərər dəyməsi barədə “xxxx” ASC-yə müraciət etmiş, sığorta şirkəti 28 fevral 2019-cu il tarixli məktubla evdəki zədələnmələrin sığorta müqaviləsindən əvvəl mövcud olmasını əsas göstərməklə mülkiyyətçiyə sığorta ödənişinin verilməsindən imtina olunduğunu bildirmiş, məktubda qanuni əsas kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.8-ci maddəsinə istinad olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2019-cu ilin mart ayında İddiaçı “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.8-ci maddəsinə əsasən ona sığorta ödənişinin verilməsindən imtina edilməsinin qanunsuz olmasını əsas göstərməklə sığorta şirkətindən onun xeyrinə 25.000 manat məbləğində sığorta ödənişinin və eləcə də hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-221/2020 saylı, 11 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim: R.Ə.Səmədov) iddia qismən təmin edilərək cavabdeh “xxxx” ASC-dən sığorta ödənişinə görə 24.750 manat, dövlət rüsumuna görə 30 manat tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə cavabdeh “xxxx” ASC apellyasiya şikayəti verərək iddiaçıya məxsus evdəki çatların sığorta müqav iləsindən əvvəlki dövrdə yaranmasını, bunun səbəbinin isə evin otaqlarından birinin alt hissəsində döşəməaltı zirzəminin qazılması ilə bağlı olmasını, həm iddiaçıya dəymiş ziyanın məbləği həm də sürüşmənin səbəbləri barədə ekspertin nəticəsinin düzgün olmamasına, işə baxan məhkəmənin həmin hallara düzgün qiymət vermədən səhv nəticəyə gəlməsini və s. əsas göstərməklə qətnamənin ləğv edilməsi və iddianın rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-928/2021 saylı, 05 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – R.M.Həsənov (sədrlik edən və məruzəçi), M.A.Məmmədov və Ş.Ə.Məhərrəmova) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 sentyabr 2020-ci il tarixli, 2(006)-221/202 0 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmas ına baxmayaraq iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə iddiaçının iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 883.1 Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Maddə 922.1 Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddə t ərzində baş verən hadisə və ya yaranan haldır. Maddə 926.1 Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 36.1.8 Təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi sığorta hadisəsi hesab olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübut lara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qə tnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İddiaçıya məxsus fərdi yaşayış evinin cavabdeh tərəfindən sığortalanması və evdə sürüşmə nəti cəsində çatların əmələ gəlməsi və həmin prosesin davam etməsi işin mübahisə olunmayan halıdır. Tərəflər arasında mübahisə doğuran məsələ sürüşmənin və evdəki çatların yaranma vaxtı ilə bağlıdır. Sığorta şirkəti iddiaçıya məxsus evdəki çatların sığorta müqaviləsindən əvvəl - 2017-ci ildən yaranmasını iddia etsə də, Məhkəmə Ekspertizası Mərkəzinin 28 iyul 2020-ci il tarixli rəyindən görünür ki, mübahisəli evdə aşkar olunan çatlar 2018-ci ilin dekabr ayında yəni 28 avqust 2018-ci il tarixli sığorta müqaviləsinin bağlandığı vaxtdan sonra yaranmışdır. Çatların yaranma səbəbi isə, ekspert rəyinə görə evin yerləşdiyi ərazidə intensiv atmosfer yağıntıları nəticəsində baş vermişdir. İddiaçıya məxsus evdəki çatların və deformasiyanın intensiv yağıntılar nəticəsində ərazidə baş vermiş sürüşmə və torp aq çöküntüsü ilə əlaqədar yaranması eləcə də, həmin qüsurların 2018-ci ildə yaranması Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintiyə X1 mütəxəssisi tərəfindən tərtib edilmiş 04 noyabr 2019-cu il tarixli mütəxəssis rəyi ilə də təsdiq olunur. Sığorta şirkəti həmin rəylərlə razılaşmasa da, çatların və deformasiyanın yaranma vaxtı və səbəbi barədə şirkətin göstərdikləri heç bir mötəbər sübuta və mütəxəssis rəyinə əsaslanmadığından kollegiya kassasiya şikayətinin bu barədə olan dəlillərini əsassız sayır və hesab edir ki, həmin dəlillər qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. İşdən görünür ki, hazırkı mübahisəyə səbəb olan hadisə sığorta müqaviləsinin qüvvədə olduğu dövrdə baş vermiş, evdə aşkar olunmuş çatlar və deformasiya ərazidə baş vermiş sürüşmə və torpaq çökməsi nə ticəsində yaranmış, həmin hadisə nəticəsində iddiaçıya 26.719 manat məbləğində ziyan dəymişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.8-ci maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1, 922.2, 926.1, 926.3, 935.1.8 və 935.1.10-cu maddələri iddia tələbinin təmin edilməsi üçün əsas verdiyindən kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Cavabdeh “xxxx” ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-928/2021 nömrəli iş üzrə 05 fevral 2021-ci il tarixli qətnaməsi dəyiş dirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar