Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3588/2021 28.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 MMC-nin Cavabdeh ASC-yə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3588/21 (Açar sözlər: əmlakların ipoteka yüklülüyünə xitam verilməsi) Bakı şəhəri, 28 sentyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, Cavabdeh ASC-nin vəkili Məmmədov Amid Əbülfəz oğlunun iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 MMC-nin Cavabdeh ASC-yə q arşı “zaminlik müqavilələrinə xitam verilməsi, ipoteka, girov müqavilələrinin bağlanmamış hesab edilməsi və ipoteka yüklülüyünün ləğvi» tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1359/2020 nömrəli, 18 fevral 2020-ci il tarixli qətnaməsindən iddiaçıların kassasiya şikayətlərinə 13 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh ASC ilə X2 arasında 25.04.2014-cü il tarixdə 122937-1-10681 saylı baş kredit razılaşması bağlanmışdır. Həmin razılaşmaya əsasən Ş.Əsədova 120 ay müddətinə 5.000.000 ABŞ dolları və ya manat ekvivalenti olan məbləğdə kredit xətti açılmışdır.
2. Bankla İddiaçı1 arasında 25.04.2014-cü il tarixli 123515-NEDVİJ-2622 və 123515-NEDVİJ-2623 saylı daşınmaz əmlakın ipoteka müqavilələri bağlanmışdır. Həmin ipoteka müqavilələrinə əsasən baş kredit razılaşması üzrə Ş.Əsədovun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə İddiaçı1 mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Kaveroçkin küçəsində yerləşən 30 saylı evin 87 və 88 saylı mənzilləri bank qarşısında ipoteka ilə yüklü edilmişdir.
3. Bankla İddiaçı2 arasında 23.05.2014-cü il tarixdə daşınmaz əmlakın ipoteka müqavilələri bağlanmışdır. Həmin ipoteka müqavilələrinə əsasən baş kredit razılaşması üzrə Ş.Əsədovun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Həsənbəy Zərdabi prospektində yerləşən 92A saylı evin 857, 859, 860, 1079, 1002, 1100, 1108, 1109 və 1111, saylı mənzilləri bank qarşısında ipoteka ilə yüklü edilmişdir.
4. Bankla İddiaçı3 arasında 24.06.2014-cü il tarixli 23323 saylı daşınmaz əmlakın ipoteka müqaviləsi bağlanmışdır. Həmin ipoteka müqaviləsinə əsasən baş kredit razılaşması üzrə Ş.Əsədovun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə İddiaçı3 mülkiyyətində olan Bakı şəhəri Nizami rayonu, 8-ci km yaşayış sahəsi Əliağa Kürçaylı küçəsində yerləşən 5A saylı evin 95 saylı mənzili bank qarşısında ipoteka ilə yüklü edilmişdir.
5. Bankla İddiaçı2 arasında 24.06.2014-cü il tarixli 23324 saylı daşınmaz əmlakın ipoteka müqaviləsi bağlanmışdır. Həmin ipoteka müqaviləsinə əsasən baş kredit razılaşması üzrə Ş.Əsədovun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Həsənbəy Zərdabi prospektində yerləşən 92A saylı evin 491 saylı mənzili bank qarşısın da ipoteka ilə yüklü edilmişdir.
6. Baş kredit razılaşması üzrə Ş.Əsədovun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə bankla İddiaçı2 ilə 25.04.2014-cü il tarixli 111586-7-7076 saylı, İddiaçı4 MMC ilə 25.04.2014-cü il tarixli 123521-G_RAN-130 saylı və İddiaçı1 ilə 12.05.2014-cü il tarixli 123515-7-7072 saylı zaminlik müqavilələri bağlanmışdır.
7. Kreditin təminatı üsulu kimi bankla İddiaçı4 MMC arasında 25.04.2014-cü il tarixli 123521-3-173 saylı dövriyyədəki malların girov müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı4 MMC-nin mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən mağazada olan mallar bankın xeyrinə girov qoyulmuşdur.
8. Kreditin təminatı üsulu kimi bankla İddiaçı4 MMC arasında 19.06.2014-cü il tarixli 122937-3-230 saylı dövriyyədəki malların girovu müqaviləsi bağlan mışdır. Həmin müqaviləyə əsasən İddiaçı4 MMC-nin mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Həsənbəy Zərdabi prospekti 88 ünvanda yerləşən mağazada olan mallar bankın xeyrinə girov qoyulmuşdur. a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 MMC Cavabdeh ASC-yə qarşı iddia ərizəsi dəqiqləşmə barədə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, yuxarıda qeyd edilən zaminlik müqavilələrinə xitam verilməsi, ipoteka və girov müqavilələrinin bağlanmamış hesab edilməsi, mənzillərin ipoteka yüklülüyünün ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
10. İddia tələbi onunla əsaslandırılıb ki, Cavabdeh ASC ilə X2 arasında 25.04.2014-cü il tarixdə 122937-1-10681 saylı baş kredit razılaşması bağlanmışdır. Həmin razılaşmaya əsasən Ş.Əsədova 120 ay müddətinə 5.000.000 ABŞ dolları və ya manat ekvivalenti olan məbləğdə kredit xətti açılmışdır. İddiaçılar yuxarıda qeyd edilən tarixlərdə zaminlik, girov və ipoteka müqavilələri ilə həmin kredit xətti üzrə öhdəliklərə təminat vermişlər.
11. Ş.Əsədovla bağkanmış Baş kredit razılaşmasından sonra iddiaçılara heç bir məlumat verilmədən və onlarla razılaşdırılmadan, habelə ipoteka və zaminlik müqavilələrinə bu barədə əlavə və dəyişiklik edilmədən həmin təminatlar əsasında bankla Ş.Əsədov arasında bağlanmış 19.06.2015-ci il tarixli 122937-1-10681/2 saylı bərpa olunan kredit xətti müqaviləsi də bağlanıb və bu müqaviləyə əsasən Ş.Əsədova illik 12,5 faizlə 36 ay müddətinə 1.645.000 ABŞ dolları məbləğində kredit verilmişdir.
12. Baş kredit razılaşması və sonradan bağlanmış kredit xətti müqav ilələri zamin və ipoteka qoyanın, eləcə də İddiaçı4 MMC-nin iştirakçılarının hüquqlarını kobud şəkildə pozmaqla bağlanmışdır. Belə ki, Şamxal Əsədovla cavabdeh bank arasında bağlanmış baş kredit razılaşmasının 2.3-cü bəndində qeyd edilir ki, verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtlər hər dəfə tərəflər arasında bağlanan və bu razılaşmanın ayrılmaz tərkib hissəsi olan kredit müqaviləsi ilə müəyyən edilir. Kreditlər borc alana bu müqavilə müddəti ərzində kredit limiti daxilində bu müqavilənin tərkib hissəsini təşkil edən müvafiq kredit sazişləri ilə müəyyən edilir. Bu müqavilə borc verənin kredit vermək vədini ifadə etmir.
13. Eyni zamanda cavabdehlə iddiaçılar arasında bağlanmış ipoteka və zaminlik müqavilələrinin müddəalarına əsasən müqavilə ilə ipote kaya qoyulmuş əmlak, eyni zamanda zamin durmuş şəxs Cavabdeh ASC ilə borc alan Şamxal Əsədov arasında bağlanmış kredit xətti müqaviləsinin və bu kredit müqaviləsinin ayrılmaz tərkib hissələri olan ayrıca sazişlər üçün ayrılmış bütün vəsaitlərin qaytarılmasının təminatı kimi çıxış etsə də, ipoteka və zaminlik müqavilələrində bu öhdəliklərin vacib şərtlərini müəyyən etmək mümkün deyil.
14. Cavabdeh bankla borc alan arasında bağlanmış hər iki müqavilə sadəcə iki nüsxədə tərtib edilmiş, nə ipoteka qoyan, nə də zaminlərlə razılaşdırılmamışdır.
15. İddiaçılar tələblərinin hüquqi əsası kimi Mülki Məcəllənin 269.1, 269.4, 269.5, 269.11, 307.4-cü, “İpoteka haqqında” Qanunun 10.5-ci maddələrinə və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli Qərarına istinad etmişlər.
16. Cavabdeh ASC-nin nümayəndəsi iddia müddətinin tətbiqi barədə ərizə verərək, mübahisəyə iddia müddətinin tətbiq edilməsi ilə iddianın rədd edilməsini xahiş etmişdir.
17. Həmçinin cavabdeh “Bank VTB (Azərbaycan) ASC-nin nümayəndəsi iddiaya etiraz vermişdir: Etirazın dəlilləri: - verilən kreditin məbləği və müddəti baş kredit müqaviləsində nəzərdə tutulan həddi keçməyib; - ipoteka müqavilələri notari atda bağlanıb, ipoteka dpvlət qeydiyyatına alınıb, belə olan halda ipoteka yüklülüyünə xitam verilə bilməz; - iddianın təmin edilməsi üçün iddiaçılarin istinad etdiyi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli Qərarında ipoteka müqaviləsinin ləğv edilməsi nəzərdə tutulmayıb.
18. Nəsimi Rayon Məhkəməsinin 2(006)-4092/2019 nömrəli, 09 avqust 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh ASC ilə X2 arasında bağlanmış 25 aprel 2014-cü il tarixli, 122937-1-10681 saylı “Baş kredit razılaşması”na əsasən öhdəliklərin icrasının təmin edilməsi barədə cavabdeh Bank ilə İddiaçı1 arasında bağlanmış 25.04.2014-cü il tarixli, 123515-NEDVİJ-2622 saylı, 25.04.2014-cü il tarixli, 123515-NEDVİJ-2623 saylı, İddiaçı2 arasında bağlanmış 23.05.2014-cü i l tarixli, 229607 saylı, 23.05.2014-cü il tarixli, 229610 saylı, 23.05.2014-cü il tarixli, 229613 saylı, 23.05.2014-cü il tarixli, 229614 saylı, 23.05.2014-cü il tarixli, 229615 saylı, 23.05.2014-cü il tarixli, 229617 saylı, 23.05.2014-cü il tarixli, 229618 saylı, 23.05.2014-cü il tarixli, 229620 saylı, 23.05.2014-cü il tarixli, 229621 saylı, 24.06.2014-cü il tarixli, 23324 saylı və İddiaçı3 arasında bağlanmış 24.06.2014-cü il tarixli, 23323 saylı “Daşınmaz əmlakın ipoteka müqavilə”ləri bağlanmamış hesab edilmiş, cavabdeh Bank ilə İddiaçı2 arasında bağlanmış 25.04.2014-cü il tarixli, 111586-7-7076 saylı, İddiaçı4 MMC arasında bağlanmış 25.04.2014-cü il tarixli, 123521-G RAN-130 saylı və İddiaçı1 arasında bağlanmış 12.05.2014-cü il tarixli, 123515-7-7072 saylı “Zaminlik müqavilə”lərinə xita m verilmiş, İddiaçı4 MMC arasında 25.04.2014-cü il tarixli, 123521-3- 173 saylı və 19.06.2014-cü il tarixli, 122937-3-230 saylı “Dövriyyədəki malların girov müqavilə”ləri bağlanmamış hesab edilmiş, ipoteka ilə yüklü edilmiş İddiaçı1nm mülkiyyətində olan, Nəsimi rayonu, Kaveroçkin küçəsində yerləşən, 30 saylı evin, 88 saylı mənzilinin, İddiaçı1nm mülkiyyətində olan, Nəsimi rayonu, Kaveroçkin küçəsində yerləşən, 30 saylı evin, 87 saylı mənzilinin, İddiaçı2 mülkiyyətində olan, Yasamal rayonu, Həsənbəy Zərdabi prospektində yerləşən 92A saylı evin, 859 saylı mənzilinin, İddiaçı2 mülkiyyətində olan, Yasamal rayonu, Həsənbəy Zərdabi prospektində yerləşən 92A saylı evin, 1079 saylı mənzilinin, İddiaçı2 mülkiyyətində olan, Yasamal rayonu, Həsənbəy Zərdabi prospektində yerləşən 92A saylı evin, 1111 saylı mənzilinin, İddiaçı2 mülkiyyətində olan, Yasamal rayonu, Həsənbəy Zərdabi prospektində yerləşən 92A saylı evin, 857 saylı mənzilinin, İddiaçı2 mülkiyyətində olan, Yasamal rayonu, Həsənbəy Zərdabi prospektində yerləşən 92A saylı evin, 1002 saylı mənzilinin, İddiaçı2 mülkiyyətində olan, Yasamal rayonu, Həsənbəy Zərdabi prospektində yerləşən 92A saylı evin, 860 saylı mənzilinin, İddiaçı2 mülkiyyətində olan, Yasamal rayonu, Həsənbəy Zərdabi prospektində yerləşən 92A saylı evin, 1109 saylı mənzilinin, İddiaçı2 mülkiyyətində olan, Yasamal rayonu, Həsənbəy Zərdabi prospektində yerləşən 92A saylı evin, 1108 saylı mənzilinin, İddiaçı2 mülkiyyətində olan, Yasamal rayonu, Həsənbəy Zərdabi prospektində yerləşən 92A saylı evin, 1100 saylı mənzilinin, İddiaçı2 mülkiyyətində olan, Yasamal rayonu, H əsənbəy Zərdabi prospektində yerləşən 92A saylı evin, 491 saylı mənzilinin və İddiaçı3 mülkiyyətində olan, Nizami rayonu, 8-ci km yaşayış sahəsi, Əliağa Kürçaylı küçəsində yerləşən 5A saylı evin 95 saylı mənzilinin yüklülüyünün ləğv edilməsi qət edilmişdir. (hakim Səməd Cəfərov)
19. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, adları çəkilən müqavilələr bağlanandan sonra zamin və ipoteka qoyana heç bir məlumat verilmədən və onlarla razılaşdırmadan, habelə ipoteka və zaminlik müqavilələrinə bu barədə əlavə və dəyişiklik edilmədən həmin təminatlar əsasında bankla Ş.Əsədov arasında bağlanmış 19.06.2015-ci il tarixli 122937-1-10681/2 saylı bərpa olunan kredit xətti müqaviləsinə əsasən Ş.Əsədova illik 12,5 faizlə 36 ay müddətinə 1.645.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Baş kredit razılaşması üzrə bərpa olunan kredit xətti müqaviləsi bağlanarkən ipoteka qoyanlara və zaminlərə bu barədə məlumat verilməmiş, onların razılığı alınmamış, borcverənlə zaminlər və ipoteka qoyanlar arasında kredit məbləği, faiz həddi, kreditin verilmə müddəti və sair zəruri şərtlərin əks edildiyi müqavilə (saziş) bağlanmamışdır.
20. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən mövqeyinin belə əsaslandırıb: «“Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2019-cu il tarixli Qərarında Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olub ki, Mülki Məcəllənin 477.0.1-ci maddəsi istənilən dəyişikliyə görə deyil, yalnız həmin maddədə müəyyən edilən hallar baş verdiyi təqdirdə zaminliyin xitamını nəzərdə tutur. Zaminliyə xitam verilməsi üçün hər iki şərtin, yəni zaminin razılığı olmadan öhdəliyin dəyişdirilməsi və belə dəyişdirilmənin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması vacibdir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallara: - kreditin ümumi məbləğinin artırılması; - kreditin faizinin artırılması; - kreditin valyutasının dəyişdirilməsi; - kreditin qaytarılma müddətinin uzadılması və digər mühüm hallar aid edilə bilər; 21. “Azərbaycan Respublikası Mülki Məcəlləs inin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumu 2018-ci il 31 may tarixli Qərarında isə belə nəticəyə gəlmişdir ki, zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Mülki Məcəllənin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası isə kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur;
22. Konstitusiya Məhkəməsi Plenumu kredit xətti müqavilələri üzrə ipoteka təminatına dair məsələ ilə əlaqədar isə qeyd etmişdir ki, “İpoteka haqqında” Qanunun 10.5-ci maddəsində ipoteka müqaviləsində göstərilməli olan şərtlər sadalanmışdır. Həmin maddəyə əsasən, ipoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsa s öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer və tarix, həmçinin qanunla müəyyən edilmiş imperativ normalar nəzərə alınmaqla ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər, ipoteka predmetinin satış üsulu, ipoteka predmetinin ilkin satış qiyməti və ya bu qiyməti müəyyən edəcək müstəqil qiymətləndiricilər, ipoteka predmeti açıq bazarda satılarkən satışı həyata keçirməli şəxs və ipoteka predmetinin satılmasından əldə olunacaq gəlirlərin bölüşdürülməsi qaydası və növbəliliyi, ipoteka qoyanın elektron poçt ünvanı göstərilməlidir. Əgər əsas öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində həmin məbləği müəyyən etmə qaydası göstərilməlid ir. Həmçinin Mülki Məcəllənin 307.4-cü maddəsinə müvafiq olaraq, əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il 31 may tarixli Qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 307.4-cü və “İpoteka haqqında” Qanunun 10.5-ci maddəsində ipoteka müqaviləsində göstərilməli olan zəruri şərtlər dəqiq müəyyən olunmamışdır. Bu baxımdan Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, ipoteka müqaviləsinin bağlanması üçün də kredit xətti müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. X1 Məhkəməsinin Plenumu hesab etmişdir ki, Mülki Məcəllənin 307.4-cü maddəsinin «əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir» müddəası ipoteka müqaviləsində məbləğin, müddətin, faiz dərəcəsinin, valyuta və s. zəruri şərtlərin göstərilməsini ehtiva edir;
23. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, “İpoteka haqqında” Qanunun 10.1, 10.5-ci və Mülki Məcəllənin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda, ipoteka müqaviləsi həmin kred it müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz.
24. Birinci instansiya məhkəməsi qeyd edilənlərə əsasən belə nəticəyə gəlmişdir ki, iddia tələbləri Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarlardakı hüquqi mövqeyi baxımından əsaslıdır və təmin edilməlidir.
25. İddia müddətinin tətbiqi ilə bağlı birinci instansiya məhkəməsi qeyd edib ki, araşdırılmış sübutlara əsasən zamin və ipoteka qoyana heç bir məlumat verilmədən və onlarla razılaşdırmadan, habelə ipoteka və zaminlik müqavilələrinə bu barədə əlavə və dəyişiklik edilmədən həmin təminatlar əsasında bankla Ş.Əsədov arasında bağlanmış 19.06.2015-ci il tarixli 122937-1-10681/2 saylı bərpa olunan kredit xətti müqaviləsinə əsasən Ş.Əsədova illik 12,5 faizlə 36 ay müddətinə 1.645.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Zamin və ipoteka qoyanlar bu barədə yalnız Cavabdeh ASC-nin cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 MMC-yə qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi ilə bağlı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan 2(001)-3961/2019 saylı mülki iş üzrə 19.04.2019-cu il tarixli hazırlıq iclasında məlumat əldə etmiş və 03.06.2019-cu il tarixdə hazırkı iddia ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişlər. Cavabdeh iddiaçıların bu barədə daha öncə məlumat əldə etməsi ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Ona görə də hazırki mübahisəyə iddia müddəti tətbiq edilə bilməz.
26. Birinci instansiya məhkəməsi öz mövqeyini Azər baycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 31 may 2018-ci il və «“Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» 25 iyul 2019-cu il tarixli Qərarları ilə əsaslandırmışdır. b) Ape llyasiya instansiyası məhkəməsindəki icraat
27. Cavabdeh "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın rədd olunmasını xahiş etmişdir.
28. Apellyasiya şikayətinin dəlilləri: - məhkəmənin istinad etdiyi Konstitusiya Məhkəməsinin qərarları zaminliklə bağlı başqa hüquq münasibətlərini tənzimləyir və həmin müddəalar zaminlik müqaviləsinə xitam verilməsini nəzrədə tutmur; - tərəflər kredit xətti müaviləsi üzrə üzrə razlıq veriblər, sonrakı razılaşmada da kredit xətti müqaviləsinin həddində olub.
29. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1359/2020 nömrəli, 18 fevral 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin ediləmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 avqust 2019-cu il tarixli, 2(006)- 40 92/2019 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia təmin olunmamışdır. (hakimlər Vüqar Həsənov (sədrlik edən və məruzəçi), Şərafət Məmmədova, Xəyal Sarıyev)
30. Apellyasiya instansiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, Mülki Məcəllənin 386.1, 389.1, 405.1, 739.2-ci maddələrinə istinadən qeyd edib ki, tərəflərin iradə ifadəsini əks etdirən və onların qarşılıqlı hüquq və vəzifələrinimüəyyən edən əsas kredit müqaviləsi də niyyət razılaşması deyil, müqavilədir.
31. Apellyasiya məhkəməsinin mövqeyinə görə birinci instansiya məhkəməsi əsas kredit müqaviləsinin şərtlərini təfsir edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1, 404.2-ci maddələrinin tələblərini pozaraq həmin müqavilə üzrə tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini, eləcə də bütün müvafiq halları, o cümlədən tərəflərin müqaviləyə qədərki danışıqlarını, sonrakı hərəkətlərini, cavabdeh Ş.Əsədova verilən 1.645.000 ABŞ dolları kreditin sazişdə göstərilən 5.000.000 manat məbləğində kreditin limitini aşmamasını, əsas kredit müqaviləsi üzrə hesablanacaq faizlərin tərəflər arasında olan razılaşmaya görə əlavə kredit müqaviləsi ilə tənzimlənməsini nəzərə almadan, əsas kredit müqaviləsində faiz dərəcəsinin göstərilməməsini qanunverciliyin tələblərinin pozulması kimi göstərib, sözügedən ipoteka, girov və zaminlik müqavilələrini müvafiq olaraq bağlanmamış hesab etməklə və xitam verməklə əslində Şamxal Əsədovun Cavabdeh ASC-yə olan 1.645.000 ABŞ dolları kredit borcunu təminatsız buraxmışdır. Halbuki, müqavilə azadlığı və mülki dövriyyə iştirakçılarının sərbəst iradə ifadəsi prinsipinə uyğun olaraq mülki qanunvericilik imkan verir ki, tərəflər Mülki Məcəllədə sadalanan öhdəliklərin icrasının təminatı üsullarından fərqli təminat üsullarını öz aralarındakı müqavilədə nəzərdə tutsunlar.
32. Apellyasiya məhkəməsi qeyd edib ki, hüquq nəzəriyyəsində əksər təminat üsulları üçün ümumi xüsusiyyətlər müəyyən olunur. Həmin xüsusiyyətlərə üsulların təminat xarakteri daşıması, əsas öhdəlikdən asılılığı, əsas öhdəlikdən ayrılıqda müstəqil mövcudluğunun mümkünsüzlüyü (bank qarantiyası istisna olmaqla), təminat üsullarının aksessorluğu, əmlak yönümlü nəticələrin baş verməsi aiddir. Mülki Məcəllənin 460.1-ci maddəsində öhdəliklərin icrasının girov, zaminlik, ipoteka və d igər üsullarla təmin edilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur. Əsas kredit müqaviləsinin gələcəkdə qarşılıqlı öhdəlik münasibətlərinin ümumi şərtlərini müəyyən edən əqd olmasını nəzərə alaraq, tərəflər öz aralarında həmin öhdəliklərin icrasının təminatı üsullarını müəyyən edə bilərlər. Bu halda tərəflər açıq şəkildə bilərəkdən bu və ya digər təminat üsulunun seçilməsinə razı olur, onların iradəsi həmin təminat üsulunun müəyyən olunmasına yönəlir. Öhdəliklərin icrasının təmin edilməsinin əsas üsullarından biri kimi ipoteka çıxış edir. Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Maddənin mət nindən göründüyü kimi, girov və ipoteka hüququ girov və ipoteka qoyanla girov və ipoteka saxlayan arasında yaranan hüquq münasibətidir. Bu hüquq girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur, eyni zamanda borclunun kreditor (girov saxlayan və ipoteka saxlayan) qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 33. “İpoteka haqqında” Qanunun 48.1.1-48.1.5-ci maddələrinin mənasına görə ipotekaya- ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; əsas öhdəliyə xitam verildikdə; tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; ipoteka predmeti məhv olduqda; eləcə də bu Qanunla nəzərdə tutulmuş digər hallarda xitam verilir. Bu baxımdan iddiaçıların mülkiyyətində ol an mənzilin ipotekasının ləğv edilməsi üçün qanuni əsaslar olmamışdır. Belə ki, iddiaçıların məsuliyyətinin artmasına və ya onlar üçün digər əlverişsiz nəticələrə səbəb olan, yəni kreditin ümumi məbləğinin artması; kreditin faizinin artması; kreditin qaytarılma müddətinin uzadılması və digər mühüm olan hallar baş verməmişdir. Həmçinin əlavə kredit müqaviləsi üzrə Şamxal Əsədova ayrılmış 1.645.000 ABŞ dolları əsas kredit müqaviləsi ilə tənzimlənən ümumi limit məbləğini, yəni 5.000.000 ABŞ dolları və ya manat ekvivalenti limitini aşmamışdır.
34. Apellyasiya məhkəməsinə görə birinci instansiyası məhkəməsi sadalanan halları, eləcə də iddiaçıların xəbərləri olmadan bağlanmasını iddia etdikləri əlavə kredit müqaviləsində nəzərdə tutulan öhdəliyin konkret həcminin əsas kredit müqaviləsi ilə müəyy ən edilmiş ümumi məbləğ və müddət həddində olmasını nəzərə almamışdır. Əsas kredit müqaviləsində faiz dərəcəsinin göstərilməməsi, həmçinin əlavə kredit müqaviləsində nəzərdə tutulan illik 12,5 faiz dərəcəsinin, ona hesablanacaq cərimənin iddiaçılar ilə razılaşdırılmaması, əlavə kredit müqaviləsi üzrə borcun ipoteka predmetinə yönəldilməməsi ipotekanın, girovun və zaminliyin ləğv edilməsi üçün əsas sayıla və ipoteka qoyanın məsuliyyətinin artması kimi qiymətləndirilə bilməz. İpoteka qoyanın məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olma faktının müəyyən edilməsi zamanı hər bir tərəfin, o cümlədən ipoteka saxlayanın qanuni maraqlarının nəzərə alınması zəruridir.
35. Apellyasiya məhkəməsi mövqeyini Mülki Məcəlləsinin 269.1, 269.11, 307.4, 386.1, 389.1, 404.1, 404.2, 405.1-ci, “İpoteka haqqında” Qanunun 10.5 və 48.1.1-48.1.5-ci maddələri ilə əsaslandırmşdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
36. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 MMC ayrı-ayrılıda (Vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
37. Kassasiya şikayətlərinin dəlilləri: - apellyasiya məhkəməsi borcalan Ş.Əsədova verilən kreditin sazişdə göstərilən kredit limitini aşmamasını qeyd etmişdir. Halbuki iddia tələbinin mahiyyətini kredit məbləğinin həcmi yox, tərəflər arasında bağlanan müqavilənin şərtlərinin əhəmiyyətli dərəcədə pozulması olmuşdur.İddiaçılar bankl a müqavilə bağlayarkən borcalan Ş.Əsədova ayrılmış kredit limitinin həcmi barədə məlumatlı olsalar da, nə kreditin müddəti, nə həcmi, nə də faizi barədə məlumatlı olmamışlar; - Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli qərarına əsasən müqavilələr etibarsız hesab edilməli idi b) Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı
38. Kassasiya şikayətinə cavabdehin yazılı etirazı daxil olmuşdur. Etirazın dəlilləri cavabdehin apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılıb.: c) Məhkəmə icraatı iştirakçılarının izahatları
39. Məhkəmə kollegiyasının iclasında iştirak edərkən iddiaçıların vəkili Vəkil1 kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.
40. Məhkəmə kollegiyasının iclasında Cavabdeh ASC-nin vəkili Məmmədov Amid Əbülfəz oğlu kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi.
41. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, iddiaçılar və onların vəkili sonuncu məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Buna görə də məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən iddiaçıların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Maddə 269.11. Girov və ipoteka hüququ həm mövcud, həm d ə gələcək tələb üçün verilə bilər. Tələb adlı, orderli və ya adsız ola bilər. O həm girov qoyana (ipoteka qoyana) və ya mülkiyyətçinin özünə qarşı, həm də başqa şəxsə qarşı tələb ola bilər. Girov və ya ipoteka hüququnun verildiyi tələb yetərli dərəcədə aydın olmalıdır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli Qərarı - Zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləği nin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. “Banklar haqqında” AR Qanununun 1.0.9-cu, “İpoteka haqqında” AR Qanununun 10.5, 14 və 48-ci maddələrinin və AR MM-inin 307.4, 405.1 və 477.0.1 -ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenumunun 25 iyul 2019-cu il tarixli Qərarı - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2019-cu il tarixli Qərardadı - “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2019-cu il 25 iyul tarixli Qərarı həmin Qərarın qüvvəyə minməsindən əvvəl qanuni qüvvəyə minmiş məhk əmə aktları ilə həll olunmuş mübahisələrə şamil olunmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 oktyabr 2019-cu il tarixli Qərardadı - Azərbaycan Republikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respub likası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqelər müvafiq olaraq həmin Qərarların qüvvəyə minməsindən sonra yaranan münasibətlərə, habelə predmetlərinə müvafiq olaraq Plenumun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli Qərarları qüvvəyə minənədək məhkəmələrin icraatında olan mübahisələrə şamil olunur. Mülki Prosessual Məcəllə Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
42. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
43. Kassasiya şikayətində apellyasiya məhkəməsinin qətnaməsinin ləğvi tələb edilmişdir. Bu baxımdan, mə hkəmə kollegiyası apellyasiya məhkəməsinin qətnaməsini tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni və tətbiq etdiyi maddi hüquq normalarının düzgün hesab etmir.
45. İddia tələbində iddiaçılar kredit öhdəliyinin təminatı kimi bağlanmış zaminlik, girov və ipoteka müqavilələrini mübahisələndirərək, tələbin əsası kimi ümumi şəkildə ona istinad ediblər ki, təminat müqavilələri kredit xətti müqaviləsi üzrə bağlanıb, kredit xətti müqaviləsində faiz göstərilməyib, lakin sonradan borc alana əlavə sazişlə kredit verilib, əlavə sazişdə faiz müəyyən edilib, həmin sazişdən onların xəbəri olmayıb, onların məsuliyyəti ağırlaşıb. İddiaçılar tələbin hüquqi əsası kimi Mülki Məcəllənin girov və ipotekanı nizama salan normalarını, “İpoteka haqqında” Qanunun 10.5-ci maddəsini qeyd edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2018-ci il tarixli Qərarına istinad etmişlər.
46. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2018-ci il tarixli və 25 iyul 2019-cu il tarixli Qərarına istinad etsə də, apellyasiya məhkəməsi həmin Qərarlar kontekstində iddiaya qiymət verməmişdir.
48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli Qərarına görə zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit mü qavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur.
49. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli Qərarında qeyd edilib ki, zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləs ində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4-cü maddəsinin “əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir” müddəası ipote ka müqaviləsində məbləğin, müddətin, faiz dərəcəsinin, valyuta və s. zəruri şərtlərin göstərilməsini ehtiva edir.
50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2019-cu il tarixli Qərarına görə isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş ve rdikdə, zaminliyə bütövlükdə xitam verilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.1, 10.5-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda, ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz.
51. Göründüyü kimi, hüququn tətbiqi ilə bağlı Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış zaminlik və ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilməlidir. Əks halda, zaminliyə bütövlükdə xitam verilir. İpoteka müqaviləsi isə bağlanmamış hesab edilir.
52. Bundan başqa, o da nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2019-cu il və 11 oktyabr 2019-cu il tarixli Qərardadları ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018 və 25 iyul 2019-cu il Qərarlarının hansı iddialara şamil edilməsi müəyyən edilmişdir.
53. Apellyasiya məhkəməsi baxılan iş üzrə kredit xətti müqaviləsində faiz dərəcəsinin göstərilib-göstərilməməsini, həmin kredti xətti müqaviləsinin təminatı kimi bağlanmış zaminlik, girov və ipoteka müqavilələrində məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s. ilə bağlı şərtlərin olub-olmamasını, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminlərin və ipoteka qoyanların razılığının alınıb-alınmamasını, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2019-cu il və 11 oktyabr 2019-cu il tarixli Qərardadları baxımından həmin müqavilələrin bağlanma tarixi və hazırki iddianın məhkəməyə hansı tarixdə verilməsini araşdırmamışdır. Halbuki qeyd edilən hallar araşdırılmadan iddia tələbi üzrə obyektiv, qanuni və əsaslı nəticəyə gəlinməsi istisna edilir. Çünki məhz bu halların mövcud olub-olmaması iddia tələbinin bu və ya digər formada həllinə təsir göstərir.
54. Məhkəmə kollegiyası qeyd edir ki, iddianı rədd edən apellyasiya məhkəməsi, iddianın əsası kimi istinad edilən hallara, ümumiyyətlə, qiymət verməmiş, Konstitusiy a Məhkəməsinin qeyd edilən Qərarlarındakı hüquqi mövqeyini hazırki işin halları baxımından dəyərləndirməmişdir. Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsi isə tələb edir ki, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir.
55. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayətləri qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidə n baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, hazırki iddia tələbini tətbiq edilməli olan maddi hüquq normaları və Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən Qərar və Qərardadları baxımından qiymətləndirməklə qanuni və əsaslı qərar qəbul etməlidir.
56. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 MMC-nin kassasiya şikayətləri qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1359/2020 nömrəli, 18 fevral 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.