Məhkəmə qərarları › İş №2(102)-3591/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3591/2022

19.09.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3591/2022 19.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh MTK-ya qarşı, üçüncü şəxs qızının cavabdehlər Cavabdeh MTK və İddiaçı qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilənin ləğv edilməsi və binanın istismara verilməsi barədə təhviltəslim aktının verilməsi, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mənzildən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MTK-ya qarşı “müqavilənin ləğv edilməsi və binanın istismara verilməsi barədə təhvil-təslim aktının verilməs i barədə” iddiasına, üçüncü şəxs qızının cavabdehlər Cavabdeh MTK və İddiaçı qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mənzildən çıxarılma barədə” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1150/2022 nömrəli, 28 yanvar 2022-ci il tarixli qətnaməsindən iddiaçının verdiyi kassasiya şikayətinə 19 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi; İşin halları 1. 1-ci müqavilə xx.xx.2008-ci ildə qızı ilə bağlanıb (iş v. 48). Bu müqavilə podrat müqaviləsidir. Müqavilədə Cavabdeh MTK podratçı, Cəmalə Mahmudova payçı kimi göstərilib. Müqavilənin predmeti kimi Səbail rayonu, A.Abbaszadə küçəsi, 17 №-li ev, 1-ci giriş, 12-ci mərtəbədə yerləşən, ümumi sahəsi 128,2 kv metr olan 3 otaqlı nömrəsiz mənzil kimi göstərilib. 2. 2-ci müqavilə xx.xx.2018-ci il tarixdə İddiaçı ilə bağlanıb (iş v 9). Bu müqavilə podrat müqaviləsidir. Müqavilədə Cavabdeh MTK podratçı, İddiaçı payçı kimi göstərilib. Müqavilənin predmeti isə Səbail rayonu, A.Abbaszadə küçəsi, 17 №-li ev, 1-ci giriş, 12-ci mərtəbədə yerləşən, ümumi sahəsi 140,3 kv metr olan 3 otaqlı nömrəsiz mənzil kimi göstərilib. 3. 3-cü müqavilə xx.xx.2021-ci il tarixdə İddiaçıla bağlanıb (iş v. 124). Bu müqavilə alqı-satqı müqaviləsidir. Müqavilədə MTK satıcı, İddiaçı alıcı kimi göstərilib. Müqavilənin predmeti isə Səbail rayonu, A.Abbaszadə küçəsi, 17 №-li ev, 1-ci girişdə yerləşən, ümumi sahəsi 140,3 kv metr olan 3 otaqlı 31 №-li mənzil kimi göstərilib. Müqavilə notariat qaydasında təsdiq olunub.

4. Səbail Rayon Məhkəməsin in 2(009)-752/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə X5 ünvan 1 ünvanında inşa edilən çoxmərtəbəli binanın 1-ci blok, 9-cu mərtəbəsində yerləşən 4 otaqlı sahəsi 184,5 kv metr olan mənzilin verilməsi barədə Cavabdeh MTK üzvlərinin ümumi yığıncağının qərarının verilməsi və həmin mənzilin təhvil verilməsi öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulması, qızının mənzilə köçürülməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MTK ilə X4 və X6 ilə bağlanmış müqavilələrin ləğv edilməsi və binanın istismara verilməsi barəsində təhvil-təslim aktının ona təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən MTK-ya məxsus olan və ünvan 2 ünvanında yerləşən kooperativ yaşayış binasının 1-ci giriş, 12-ci mərtəbəsində yaşayış sahəsi 140,3 kv metr olan 3 otaqlı mənzil 170000 manat ödənilməklə iddiaçı tərəfindən alınmışdır. Sonradan məlum olmuşdur ki, MTK tərəfindən ona satılmış mənzil müxtəlif tarixlərdə X4 və X6 adlı şəxslərə satılmışdır. Cavabdehin qanunsuz hərəkətləri səbəbindən pozulmuş hüquqlarının bərpası məqsədi ilə iddiaçı dəfələrlə cavabdehə müraciət etsə də, müraciətləri cavabsız qalmışdır.

7. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs qızı cavabdehlər Cavabdeh MTK-ya və İddiaçı qarş ı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış ünvan 2 ünvanında inşa edilən çoxmərtəbəli binanın 1-ci blok, 12-ci mərtəbəsində yerləşən 3 otaqlı mənzilin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ünvan 2 ünvanında inşa edilən çoxmərtəbəli binanın 1-ci blok, 12-ci mərtəbəsində yerləşən 3 otaqlı mənzildən İddiaçı əşyaları ilə birlikdə çıxarılması və mənzilin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 8. 3-cü şəxs tələbini belə əsaslandırmışdır ki, qızı Cavabdeh MTK ilə 18 mart 2008- ci il tarixdə bağladığı müqavilə əsasında sözügedən mənzili pay haqqı tam ödənilməklə əldə etmişdir. İddiaçı həmin mənzili qanunsuz zəbt edərək, hazırda mənzildə təmir işləri aparır. İcra məmuru tərəfindən akt tərtib edilmiş və həmi n mənzil plomblanmışdır. Lakin iddiaçı, ya da MTK tərəfindən plomb qırılmışdır və hazırda həmin mənzildə təmir-tikinti işləri davam etdirilir. Göstərilənlərə əsasən ilk iddia əsassız olduğundan rədd edilməsini, qarşılıqlı iddianın isə təmin olunmasını məhkəmədən xahiş edir.

9. Məhkəmə iclasında iştirak edən 3-cü şəxsin nümayəndəsi-vəkili Vəkil1 göstərmişdir ki, Cəmalə Mahmudova Cavabdeh MTK ilə xx.xx.2008-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən mənzili əldə etmiş, MTK-nın pay haqqı tam ödənilmişdir. İddiaçı Hüseyn Hüsenovun öz tələbinin əsası kimi istinad etdiyi xx.xx.2018-ci il tarixli müqavilədən əvvəl Cəmalə Mahmudova ilə Cavabdeh MTK arasında eyni mənzil barəsində xx.xx.2008-ci il tarixli müqavilə bağlanmış, bununla da mənzil Cəmalə Mahmudovanın mülkiyyətində olmuşdur. M TK mənzil barəsində İddiaçıla müqavilə balamaqla özgəsinin əmlakına sərəncam vermişdir, ona görə də həmin müqavilə etibarsızdır.

10. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(009)-1561/2021 nömrəli, 10 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim İlkin Rüstəmli) iddia rədd edilmiş, üçüncü şəxs qızının cavabdehlər Cavabdeh MTK və İddiaçı qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mənzildən çıxarılma” barədə iddia tələbi təmin edilmiş, İddiaçı ilə Cavabdeh MTK arasında ünvan 2 ünvanında inşa edilən çoxmərtəbəli binanın 1-ci blok, 12-ci mərtəbəsində yerləşən 3 otaqlı mənzilin alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi, İddiaçı ilə digər şəxslərin ünvan 2 ünvanında inşa edilən çoxmərtəbəli binanın 1-ci blok, 12-ci mər təbəsində yerləşən 3 otaqlı mənzilindən bütün əmlakları ilə birlikdə çıxarılmaları və həmin mənzilin boşaldılaraq qızının qanuni sahibliyinə verilməsi qət edilmişdir.

11. Qətnamə qəbul ediləndən sonra mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs qızı ərizə ilə məhkəməyə müraciət edib Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(009)-1561/2021 nömrəli qətnaməsinə əlavə olaraq ünvan 2 ünvanda inşa edilən çoxmərtəbəli binanın 1-ci blok, 12-ci mərtəbəsində yerləşən 3 otaqlı mənzilin alqı-satqısına dair İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilənin etibarsızlığının, habelə etibarsız hesab olunmuş müqavilənin 13 iyul 2021-ci il tarixinin qətnamənin nəticə hissəsində göstərilmədiyini irəli sürərək iş üzrə həmin hallarla ə laqədar əlavə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1561/2021 nömrəli, 03 dekabr 2021-ci il tarixli əlavə qətnaməsi ilə (hakim İlkin Rüstəmli) İddiaçı ilə Cavabdeh MTK arasında mənzilin alqı-satqısına dair bağlanmış xx.xx.2018-ci il tarixli müqavilənin etibarsız hesab olunması qət edilmişdir.

13. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh MTK-nın ünvan 2 ünvanında yerləşən kooperativ yaşayış binasının 1-ci giriş, 12-ci mərtəbəsində olan 3 otaqlı mənzil 18 mart 2008-ci il tarixli müqavilə ilə ilkin olaraq qızının adına sənədləşdirildiyindən həmin andan qüvvəyə minmiş və tərəflər üçün məcburi olmuşdur. Həmin mənzilin sonradan İddiaçı tərəfindən əldə edilməsi və sənədləşdirilməsi qanunsuz yolla baş vermişdir. Haz ırki mülki işdə 3-cü şəxs qismində qızının mübahisəli mənzillə bağlı tələbi təmin edildiyindən İddiaçı həmin mənzillə bağlı olan tələbi özüözlüyündə əsassız hesab edilir. X1 aid olan hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, mübahisəli müqavilənin ləğv edilməsi üçün mülki qanunvericilikdə konkret əsaslar müəyyən edilmişdir Müqavilənin ləğvini yalnız müqavilə tərəflərindən biri tələb etmək hüququna malikdir. Hazirki işdə isə İddiaçı Cavabdeh MTK ilə X4 arasında bağlanmış müqavilənin tərəfi kimi iştirak etmədiyindən sözügedən müqavilənin ləğvini tələb etmək hüququna malik deyildir.

14. Məhkəmə iş materiallarında olan sənədləri 3-cü şəxsin ərizəsində qeyd etdikləri ilə yanaşı yoxlayaraq qeyd etmişdir ki, qətnamədə etibarsız hesab olunan 13 iyul 2021-ci il tarixli müqavilənin əsasında daha ə vvəl bağlanmış xx.xx.2018-ci il tarixli müqavilə dayandığından və 3-cü şəxs iddia ərizəsində İddiaçı ilə Cavabdeh MTK arasında ünvan 2 ünvanında inşa edilən çoxmərtəbəli binanın 1-ci blok, 12-ci mərtəbəsində yerləşən 3 otaqlı mənzilin alqı-satqısına dair bağlanmış müqavilənin etibarsız hesab olunmasını xahiş etdiyindən 3-cü şəxsin ərizəsi təmin edilməlidir. Belə ki, məhkəmə xx.xx.2021-ci il tarixli qətnamə ilə 3-cü şəxsin iddia tələbini təmin edərkən, İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış 13 iyul 2021-ci il tarixli alqı-satqı müqaviləsinə münasibət bildirsə də, eyni tərəflər arasında bağlanmış 19 sentyabr 2018-ci il tarixli müqaviləyə münasibət bildirməmiş və qətnamənin nəticə hissəsində göstərməmişdir.

15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan son ra - Mülki Məcəllə) 152.1, 157.2, 157.8, 324.1, 324.2, 324.5, 337.1, 337.2, 337.5, 385.1, 354.1, 354.2, 421.1, 421.2-ci maddələrinə, MPM-nin 14.2, 77.1-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli qərarlarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. İddiaçı apellyasiya şikayətləri verərək, qətnamənin ləğv olunmasını və iddia tələblərinin təmin edilməsi, üçüncü şəxs Cəmalə Mahmudovanın iddiasının rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra - apellyasiya instansiyası məhkəməsi) 2(103)-1150/2022 saylı mülki iş üzrə 28 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər N.Cəfərov (sədrlik edən və məruzəçi), E.Mehdiyev və X.Sarıyev) apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, MTK İddiaçıla 2 müqavilə bağlayıb: 1) xx.xx.2018-ci il tarixli podrat müqaviləsi; 2) xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi. 3) 1-ci müqavilə, yəni podrat müqaviləsi yalan əqd kimi qiymətləndirilməlidir. İddiaçı ilə bağlanmış podrat müqaviləsinin yalan əqd olduğu müqavilənin məzmunundan aydın görünür. Belə ki, müqavilənin məzmununda qeyd olunub İddiaçı mənzilin tikintisini podratçıya həvalə edir. Halbüki tikilmiş mənzil yenidən tikilə bilməzdi. Mənzil Cəmalə Mahmudovanın sifarişi əsasında tikildiyinə görə İddiaçı həmin mənzilin təkrarən tikilməsi barədə sifariş verə bilməzdi. Podrat münasibətlərində iş bitdikdən sonra həmin işin görülməsi barədə sifariş verilməsi mümkün deyildi. 4) 2-ci müqavilə, yəni alqı-satqı müqaviləsi uydurma əqddir. Həmin müqavilə hazırkı iş üzrə icraat zamanı görünüş üçün bağlanıb. Belə ki, İddiaçı iddiası xx.xx.2021-ci il tarixdə, üçüncü şəxs Cəmalə Mahmudovanın iddiası xx.xx.2021-ci il tarixdə verilib, müqavilə isə xx.xx.2021-ci il tarixdə bağlanıb. O cümlədən, mənzil üzərində MTK-nın mülkiyyət hüququ hazırkı iş üzrə icraat zamanı (xx.xx.2021-ci il tarixdə) qeydə alınıb, bundan 1 gün sonra (xx.xx.2021-ci il tarixdə) isə MTK İddiaçı ilə alqı-satqı mü qaviləsi bağlayıb. İddiaçı iddia ərizəsində 1-ci müqaviləyə istinad edib və mənzili satın aldığını qeyd edib. Satın alınmış mənzilin məhkəmə icraatı zamanı təkrarən satın alması onu təsdiq edir ki, müqavilə uydurma əqddir, ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmışdır. 5) Birinci instansiya məhkəməsi düzgün olaraq alqı-satqı müqaviləsini etibarsız sayıb, baxmayaraq ki, müqavilə iddianın verilməsindən sonra bağlanıb. Bu müqavilənin etibarsız sayılması üçün iddianın verilməsinə zərurət yoxdur, məhkəmə işin halı kimi müqavilənin etibarsızlığını tanıya bilər. Belə ki, Mülki Məcəllənin 340.1-ci maddəsinə görə uydurma əqd əhəmiyyətsizdir. Mülki Məcəllənin 337.3-cü maddəsinə görə isə əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

19. Apellyasiya instansiyası məhkəməsi, həmçinin qeyd etmişdir ki, İddiaçı iddiası etibarsız əqdə - xx.xx.2018-ci il tarixli podrat müqaviləsinə əsaslanır. Həmin müqavilə etibarsızdır. Bunun səbəbləri yuxrıda qeyd olunub. Mülki Məcəllənin 337.4-cü maddəsinə görə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Ona görə də birinci instansiya məhkəməsi İddiaçı iddiasını rədd etməklə düzgün nəticəyə gəlib.

20. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 139-1.1.1.6, 337.3, 340.1 və 452.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

21. İddiaçı (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qə tnaməsinin ləğv edilməsini və birinci instansiya məhkəməsində təqdim edilmiş sübutlar əsasında iddianın təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

22. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə ilkindən düzgün olmayıb. Belə ki, məhkəmə aidiyyəti pozulub. Nə cavabdehin, nə üçüncü şəxslərin, nədə ki, iddia tərəfin qeydiyyat ünvanlarının Səbail Rayon Məhkəməsinə aidiyyəti yoxdur. Bundan başqa birinci instansiya məhkəməsi üçüncü şəxslərlə bağlanmış müqavilələrdə mənzillərin ölçülərinin binada olan mənzillərin ölçülərinə uyğun olmadığına, həmin müqavilələrin eyni tarixli, fərqli tərtibatlı müqavilələr olduğuna fikir verməyib, bu fərqliliyin, şübhəli halların aradan qaldırılması üçün araşdırma aparmayıb, hər hansı mütəxəssis rəyi alınmayıb. Ape llyasiya məhkəməsi tərəfindən də birinci instansiya məhkəməsinin həmin kobud maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul etdiyi qətnaməsinə düzgün yanaşılmayıb. Əks təqdirdə həmin qətnamə qüvvədə saxlanıla bilməzdi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Üçüncü şəxs qızı kassasiya şikayətinə qarşı etiraz göndərərək, şikayətin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər.

24. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs qızı ərizə ilə Ali Məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh MTK-ya və İddiaçı qarşı Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış ünvan 2 ünvanında inşa edilən çoxmərtəbəli binanın 1-ci blok, 12-ci mərtəbəsində yerləşən 3 otaqlı mənzilin alqı-satqı müq aviləsinin etibarsız hesab edilməsi, ünvan 2 ünvanında inşa edilən çoxmərtəbəli binanın 1-ci blok, 12-ci mərtəbəsində yerləşən 3 otaqlı mənzildən İddiaçı əşyaları ilə birlikdə çıxarılması və mənzilin ona təhvil verilməsi barədə iddiadan tamamilə imtina etdiyini göstərmiş, daha sonra 1 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisinin xüsusi notariusu tərəfindən xx.xx.2022-ci il tarixdə təsdiqlənmiş 8i-38462 nömrə ilə qeyd edilmiş ərizə daxil olmuşdur. Kassasiya baxışının hədləri

25. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri t ərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

26. Hazırki işdə cavabdeh tərəfdən müstəqil tələb irəli sürən 3-cü şəxs iddiadan imtina etdiyinə görə onun iddiasının təmin olunması hissədə iddiaçının kassasiya şikayəti üzrə hər hansı bir araşdırma aparılmır, kassasiya baxışı İddiaçı iddiasının rədd olunması hissədə apellyasiya məhkəməsinin qətnaməsinin kassasiya şikayətinin dəlilləri çərçivəsində yoxlanılması ilə məhdudlaşır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:

27. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əq dlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

28. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

29. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

30. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

31. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə, müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

32. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

33. Maddə 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır.

34. Maddə 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

35. Maddə 52.1-ci maddəsinə görə iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir.

36. Maddə 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.

37. Maddə 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cava bdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər.

38. Maddə 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməl idir.

39. Maddə 261.0 və 261.0.4-cü maddələrinə görə iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir.

40. Maddə 262.4-cü maddəsinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir.

41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasi ya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

43. Maddə 417.1.5-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8-259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.

44. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

45. Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın rədd olunması hissədə dəyişdirilmədən saxlanılmalı, 3-cü şəxsin iddiasının təmin olunması hissədə isə qətnamə ləğv edi lməklə, həmin hissədə iş üzrə icraata xaitam verilməlidir.

47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən İddiaçı iddiasının rədd olunması hissədə - mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

48. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhk əməsinin əsaslandırılması ilə razılaşır.

49. İşdən görünür ki, iddiaçı Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə müraciət edərək ilə X4 və X6 ilə bağlanmış müqavilələrin ləğv edilməsi və binanın istismara verilməsi barəsində təhvil-təslim aktının ona təqdim olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

50. X2 ümumiyyətlə cavabdeh kimi göstərilməmiş, ona qarşı iddia tələbi yönəlməmiş və onun adına sənədləşdirilmiş mənzilin hazıkı mübahisəyə hər hansı bir aildiyyatının olması görünmür.

51. Mübahisənin predmeti olan Səbail rayonu, A.Abbaszadə küçəsi, 17 №-li ev, 1-ci giriş, 12-ci mərtəbədə yerləşən, ümumi sahəsi 128,2 kv metr olan 3 otaqlı nömrəsiz mənzilə dair 3-cü şəxs qızı ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilə ü zrə isə iddiaçı Hyseyn Hüseynov tərəf deyildir, buna baxmayaraq o, iddia ərizəsində həmin müqavilənin ləğvini xahiş etmişdir. İddiaçı nəzərə almamışdır ki, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini müqavilə tərəfi irəli sürə bilər, onun bu barədə iddia tələbini irəli sürməyə subyektiv hüququ yoxdur.

52. İddiaçı Hüseyn Hüüseynovun iddiasını rədd edən birinci instansiya məhkəməsi və həmin qətnaməni dəyişdirmədən saxlayan apellyasiya məhkəməsi şərh olunanlardan əlavə daha sonra göstərmişdir ki, həm podrat münasibətləri, həm də kooperativ münasibətləri baxımından MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli podrat müqaviləsi və xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız olmüşdur. xx.xx.2018-ci il tarixli podrat müqaviləsi yalan əqd kimi qiymətləndir ilməlidir, ona görə ki, müqavilənin məzmununda İddiaçı mənzilin tikintisini podratçıya həvalə etməsi göstərilmiş, lakin həmin vaxt artıq həmin mənzil tikilmiş vəziyyətdə olmuş, mənzilin yenidən tikilməsi isə mümkün deyildir. Mənzil Cəmalə Mahmudovanın sifarişi əsasında tikildiyinə görə İddiaçı həmin mənzilin təkrarən tikilməsi barədə sifariş verə bilməzdi. Podrat münasibətlərində iş bitdikdən sonra həmin işin görülməsi barədə sifariş verilməsi mümkün deyildir. 53. xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi isə uydurma əqddir. Həmin müqavilə hazırkı iş üzrə icraat zamanı görünüş üçün bağlanmışdır. İddiaçı iddiası xx.xx.2021-ci il tarixdə, üçüncü şəxs Cəmalə Mahmudovanın iddiası xx.xx.2021-ci il tarixdə verilib, müqavilə isə xx.xx.2021-ci il tarixdə bağlanıb. O cümlədən, mənzil üzərində MTK-nın mülkiyyət hüququ hazırkı iş üzrə icraat zamanı (xx.xx.2021-ci il tarixdə) qeydə alınıb, bundan 1 gün sonra (xx.xx.2021-ci il tarixdə) isə MTK İddiaçı ilə alqı-satqı müqaviləsi bağlayıb. İddiaçı iddia ərizəsində 1-ci müqaviləyə istinad edib və mənzili satın aldığını qeyd edib. Satın alınmış mənzilin məhkəmə icraatı zamanı təkrarən satın alması onu təsdiq edir ki, müqavilə uydurma əqddir.

54. İşə baxılmasında aidiyyəti qaydalarının pozulması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu qaydalar pozulmamışdır, iddiaçının özü Cavabdeh MTK-nın hüquqi ünvanını Səbail rayonu kimi göstərməklə iddia qaldırmışdır.

55. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin fa ktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

56. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə, yəni İddiaçı ididasının rədd olunması hissədə dəyişdirilmədən saxlanılmalı, iddiaçının kassasiya şikayəti təmin olunmamalıdır.

57. Məhkəmə kollegiyası cavabdeh tərəfdən 3-cü şəxsin iddiadan imtinası barədə ərizəsi ilə bağlı qeyd edir ki, iddiadan imtinanın qəbul edilməməsi və məhkəmə tərəfindən təsdiq olunmaması üçün əsaslar yoxdur, bu hal 3-cü şəxslərin mənafeyinə toxunmur, ərizənin cavabdeh tərəfdən 3-cü şəxs qızı tərəfindən imzalanması notarial qaydada təsdiqlənmişdir. Ona görə apellyasiya instansiya sı məhkəməsinin qətnaməsi cavabdeh tərəfdən 3-cü şəxsin iddiasının təmin olunması hissədə ləğv edilməli və həmin hissədə iş üzrə icraata xitam verilməlidir Yuxarıda göstərilənlərə əsasən və MPM-in 261, 410, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfdən 3-cü şəxs qızının iddiadan imtinası təsdiq edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1150/2022 nömrəli, 28 yanvar 2022-ci il tarixli qətnaməsi qismən, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs qızının iddiasının təmin olunması hissədə ləğv edilsin. İş üzrə icraata mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs qızının cavabdehlər Cavabdeh MTK-ya və İddiaçı qarşı Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış ünvan 2 ünvanında inşa edilə n çoxmərtəbəli binanın 1-ci blok, 12-ci mərtəbəsində yerləşən 3 otaqlı mənzilin alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi, ünvan 2 ünvanında inşa edilən çoxmərtəbəli binanın 1-ci blok, 12-ci mərtəbəsində yerləşən 3 otaqlı mənzildən İddiaçı əşyaları ilə birlikdə çıxarılması və mənzilin ona təhvil verilməsi tələbinə dair hissədə xitam verilsin. İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1150/2022 nömrəli, 28 yanvar 2022-ci il tarixli qətnaməsi iddiaçı İddiaçı kassasiya şikayətinə əsasən qalan hissədə, yəni onun iddiasının rədd olunması hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar