Məhkəmə qərarları › İş №2(102)-360/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-360/2024

22.01.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-360/2024 22.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: payçı müqaviləsinin ləğv edilməsi, mənzilin boşaldılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu, Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “payçı müqaviləsinin ləğvi, mənzildən çıxarılma və mənzilin boşaldılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4887/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs xxx qızın ın kassasiya şikayətinə 22 yanvar 2024-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Cavabdeh ilə X3 xx.xx.2016-cı il tarixdə nikaha daxil olmuş, birgə nikahdan xx.xx.2017-ci il təvəllüdlü İbrahim və xx.xx.2019-cu il təvəllüdlü Mikayıl adlı 2 uşaqları vardır.

2. İddiaçı MTK ilə Cavabdeh arasında 09 oktyabr 2019-cu il tarixdə ********* saylı Payçı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi 42-də, bina 1, mənzil 158, sahəsi 75.2 kv.m. olan, 2 otaqlı mənzil satılmışdır. 3. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli təminatlı kredit müqaviləsinə əsasən Bank Cavabdeh 100000 manat məbləğində kredit verm işdir.

4. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(009)1374/2022 saylı qətnaməsnə əsasən yuxarıda adı çəkilən mənzil Cavabdeh ilə X1 birgə nikahı dövründə alınmış, həmin mənzilə görə 56653 manat ödəniş edilmişdir. Həmin qətnamə ilə Cavabdeh X1 xeyrinə mənzilə görə ödənilmiş 56653 manatın ½ hissəsini təşkil edən 28326 manatın tutulması qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı (bundan sonra “iddiaçı” və ya “MTK”) iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək İddiaçı MTK ilə Cavabdeh (bundan sonra “cavabdeh”) arasında bağlanmış ********* saylı, 09 oktyabr 2019-cu il tarixli Payçı müqaviləsinin ləğv edilməsi, cavabdehin Binəqədi rayonu, S.S.Axundov küçəsi 42-də, bina 1, 158 saylı mənzild ən çıxarılması və həmin mənzilin boşaldılaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi belə əsaslandırılıb ki, mübahisə predmeti olan mənzilə kredit ayrılsa da cavabdehə satılan mənzil dövlət reyestrində qeydə alınmadığına görə həmin mənzilə dair cavabdehin adına mülkiyyət hüququnu təsdiq edən çıxarış verilməmiş və buna görə də mənzil ipoteka ilə yüklü edilməmişdir. Kredit müqaviləsinin 7.3-cü bəndinə əsasən cavabdeh aldığı kredit vəsaitini 240 ay ərzində bərabər hissələrlə hər ayın 23-i tarixindən gec olmayaraq ödəməli idi. Cavabdehin kredit müqaviləsinə əsasən tərtib edilmiş ödəniş cədvəli üzrə əsas və faiz borcu 7670 manat təşkil edir və bununla da cavabdeh müqavilə şərtlərini kobud şəkildə pozmuşdur.

7. MTK ilə "xxxx" ASC arasında X4 Saziş vardır və həmin öhdəliyə uyğun olaraq MTK-nın daşınmaz əmlakları və əmanəti girovdadır. Bundan başqa, bankın cavabdehin aldığı mənzilə görə verdiyi kredit məbləği də həmin bankın depozit hesabında saxlanılmaqla girovdadır. 8. "xxxx" ASC ilə MTK arasında bağlanmış müqaviləyə əsasən borcalan bank qarşısında öhdəliyini icra etmədiyinə görə qalıq borc məbləği MTK-nın "xxxx" ASC-də yerləşdirilmiş əmanətinə yonəldilmişdir.

9. Cavabdeh kredit vəsaitindən istifadə etmiş lakin, yuxarıda qeyd olunan kredit müqaviləsinə əsasən tərtib edilmiş ödəniş cədvəli üzrə borclarını ödəməmiş, bununla da müqavilə şərtlərini və Mülki Məcəllənin bir sıra maddələrini kobud şəkildə pozmuşdur.

10. Cavabdeh kredit və zaminlik müqavilələri əsasında 100000 manat kredit götürmüşdür. Payçı, təminatlı kredit və zaminlik mü qavilələrinin şərtlərinə əsasən, əgər payçı təminatlı kredit müqaviləsi və payçı müqaviləsi əsasında əldə etdiyi mənzilə görə bank və MTK qarşısında götürdüyü öhdəlikləri icra etməzsə, bu halda payçı müqaviləsi, eləcə də təminatlı kredit və zaminlik müqavilələri ləğv edilir, payçı MTK-dan aldığı mənzili geri qaytarır, MTK isə payçının (cavabdehin) bankdan aldığı kredit məbləğinin qaytarılmayan hissəsini onun əvəzində banka, payçının müqavilə əsasında MTK-ya ödədiyi ilkin ödənişi və ödəniş cədvəli üzrə banka ödədiyi kreditin əsas məbləğini (bank xərcləri, faiz, borc və digər xərclər çıxıldıqdan sonra) müqavilənin 8.1-ci bəndinin şərtlərinə əsasən borcluya qaytarır.

11. Cavabdeh payçı müqaviləsinin 4.2.7, 8.1, eləcə də, kredit müqaviləsinin 7.3, 13.2, 13.9 maddələrinin şərtlərinin kobud şə kildə pozmuşdur. Kredit və payçı müqavilələrinin müvafiq bəndlərinə əsasən cavabdeh öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımı qaydada yerinə yetirmədikdə bank öhdəliklərin icrasını təminat üsuluna yönəltmək hüququna malikdir.

12. Kredit müqaviləsinin 13.9-cu bəndinə əsasən cavabdeh tərəfindən müqavilənin 7.3-cü bəndinə uyğun olaraq nəzərdə tutulan qrafik üzrə ödənişləri 3 ay müddətində aparılmadıqda Borc verən Borc alandan Kredit müqaviləsi üzrə təminat kimi çıxış edən MTK və cavabdeh arasında imzalanmış müqavilənin predmeti olan mənzilin boşaldılmasını tələb edir. Borc alan isə qeyd-şərtsiz olaraq həmin sahəni boşaldır.

13. MTK zamin olaraq öz növbəsində payçı müqaviləsinin 4.2.7-ci bəndinə əsasən kreditin təminatı kimi çıxış edən cavabdehə məxsus Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi 42-də, bina 1, mənzil 158-i öz sahibliyinə keçirərək ABB qarşısında borcu bağlamaq hüququna malikdir.

14. MTK cavabdehə dəfələrlə kreditin ödənilməsi barədə xəbərdarlıq etməsinə baxmayaraq, cavabdeh borcu ödəmək qabiliyyətində olmadığını bildirmişdir. Həmçinin ABB tərəfindən cavabdehə dəfələrlə rəsmi bildiriş göndərilmişdir. Bütün bunlara baxmayaraq, cavabdeh könüllü olaraq mənzili boşaldaraq təhvil verilməsindən imtina etmişdir. Bununla da, cavabdeh müqavilə üzrə olan öhdəliklərini yerinə yetirməmişdir. Cavabdeh qeyd edilən mənzildə yaşayır. Məhz bu səbəbdən də mənzil boşaldılmalıdır.

15. Tərəflər arasında bağlanmış zaminlik müqaviləsinə əsasən payçı bankdan aldığı kredit üzrə borc öhdəliklərini icra etmədikdə, həmin öhdəliklər zamin tərəfindən icra edilməlidir. Bu halda MTK maddi çətinliklərlə üzləşir və nəticədə ciddi zərərə uğrayır. Buna görə də tərəflər arasında bağlanılmış payçı müqaviləsinin ləğvi barədə məhkəmədə iddia qaldırmaq zərurəti yaranmışdır.

16. İddiaçı qeyd edilən müqavilələrlə yanaşı, tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 157.2, 443.1 və 445-ci maddələrinə istinad etmişdir.

17. Birinci instansiya məhkəməsi X2 və "xxxx" ASC-ni mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edir.

18. Cavabdeh birinci instansiya məhkəməsində məhkəmə iclasında iddianı qəbul edərək göstərmişdir ki, mənzilin MTK-ya qaytarılmasını istəyir, çünki mənzilə görə qalan ödənişi etməyə imkanı yoxdur. Mənzildə o özü yox, keçmiş arvadı X3 yaşayır.

19. Birinci instansiya məhkəməsinin hazırlıq iclasında mübahisə predmeti bar əsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 iddia tələbini qəbul etdiyini göstərərək, bildirmişdir ki, iddiaçı ilə ortaq məxrəcə gəlib mənzili satıb ona çatası pulu götürmək istəyir. Lakin məhkəmə baxışında bildirmişdir ki, hazırda uşaqları ilə birlikdə mübahisəli mənzildə yaşayır. Gedəsi bir yeri yoxdur. Dəfələrlə cavabdehə təklif edib ki, mənzili özləri satıb borcu bağlasınlar, lakin cavabdehlə hər hansı ortaq məxrəcə gəlmək mümkün olmayıb. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e2(009)-1374/2022 saylı qətnaməsi ilə cavabdehdən onun xeyrinə mübahisəli mənzilə görə birgə nikah dövründə ödənilmiş 56.653 manatın ½ hissəsini təşkil edən 28.326 manat məbləğində pulun tutulması qət edilmiş, lakin həmin pul cavabdeh tərəfindən ona hələ də ödənilməmişdir.

20. Bak ı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 may 2023-cü il tarixli, 2(001)2074/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı MTK ilə Cavabdeh arasında bağlanmış ********* saylı, 09 oktyabr 2019-cu il tarixli Payçı müqaviləsinin ləğv edilməsi, cavabdehin Binəqədi rayonu, S.S.Axundov küçəsi 42-də, bina 1, 158 saylı mənzildən çıxarılması və həmin mənzilin boşaldılaraq iddiaçıya qaytarılması qət edilmişdir. (hakim Nigar Nəbizadə)

21. Birinci instansiya məhkəməsi işdəki Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(009)-1374/2022 saylı qətnaməsinə istinadən müəyyən etmişdir ki, mübahisədə adı keçən mənzilin əldə edilməsi ilə bağlı cavabdeh üçüncü şəxs xxx ilə birgə nikah dövründə olduqları zaman MTK-nın “Azadlıq 2” filialı ilə müqavilə bağlanmış, həmin mənzilin pay haqqı kimi ilkin olaraq 29.344 manat, sonradan isə hissə-hissə 27.309 manat olmaqla, cəmi 56.653 manat pul vəsaiti ödənilmişdir. Həmin daşınmaz əmlakın əldə edilməsinə görə ödənilmiş pul vəsaiti cavabdehlə üçüncü şəxs xxxnın ümumi birgə mülkiyyəti hesab edildiyindən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən daşınmaz əmlaka görə ödənilmiş 56.653 manatın ½ hissəsini təşkil edən 28.326 manatın cavabdehdən tutularaq xxxya ödənilməsi qət edilmişdir. Bununla da xxxnın mübahisəli mənzilə münasibətdə hüquqları təmin edilmişdir. Həmin qətnamənin icrası hər hansı faktların baş verməsi ilə şərtləndirilməmişdir.

22. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 152.5, 157.2, 421, 423.2, 567, 598, 646.2 və 648.1-ci maddələri ilə əsaslandırmışdır. etmişdir. b) Apellyasiya instansiya sı məhkəməsində icraat

23. Üçüncü şəxs xxx apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd olunmasını xahiş etmişdir.

24. Apellyasiya şikayətinin dəlilləri: - cavabdeh neçə müddətdir ki, məhkəmə qətnaməsini qərəzli şəkildə icra etməyərək, onu və övladlarını pis vəziyyətə salmışdır. Cavabdeh hazırda da MTK ilə birləşmiş, MTK vasitəsilə mənzili boşaltdıraraq, satıb mənzildən əldə olunan puldan öz pulunu götürmək və ona həmin məbləğdən hər hansı hissə ödəməmək fikrindədir. Halbuki məhkəmə qətnaməsinə əsasən həmin evə görə ödənilmiş pulun tam yarısına onun haqqı çatır. Buna görə də hesab edir ki, Rayon Məhkəməsi mülki qanunvericiliyin qeyd olunan normalarının tələblərini gözləməyərək, onun həmin mənzillə bağlı hüquqlarını nəzərə almamışdır; - həmin mənzildə cavabdeh deyil, o və uşa qları yaşayır. Lakin məhkəmə qətnamənin nəticə hissəsində yalnız cavabdehin çıxarılmasını və ümumi formada mənzilin boşaldılmasını göstərmişdir. Qüvvədə olan qətnamə ilə mənzilə görə pulun yarısı ona verilməli olduğundan, məhkəmə bu halı nəzərə alaraq, həmin pulun ona ödənilməsi ilə onun və uşaqlarının mənzildən çıxarılmasının eyni vaxtda icra edilməsini qətnamənin nəticə hissəsində göstərilməli idi.

25. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4887/2023 nömrəli, 27 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə аpellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissəyə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Akif İsgəndərov (sədrlik edən və məruzəçi), Vahid Sadıqov, Məhəmməd Rüstəmli)

26. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

27. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, uşaqları ilə birlikdə mübahisəli mənzildə hal-hazırda yaşayan mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 mübahisəli mənzilə münasibətdə hüquqları qanuni qüvvəyə minm iş məhkəmə qətnaməsi ilə təmin edilmiş, həmin qətnamənin icrası hər hansı faktların baş verməsi ilə şərtləndirilməmiş, məhkəmə qətnaməsi ilə cavabdehdən X1 xeyrinə 28.326 manat məbləğində pulun tutulması qət edilmişdir.

28. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə belə olan halda mülkiyyətçinin hüquqlarının müdafiəsi təmin edilməli, mənzil boşaldılaraq iddiaçıya təhvil verilməilidir. Cavabdehin və üçüncü şəxsin mübahisəli mənzildə qalmağı, oradan çıxmamağı iddiaçının bir mülkiyyətçi kimi mənzilə dair hüquqlarını həyata keçirməsinə mane olur, onun mülkiyyət hüquqlarını kobud şəkildə pozur. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

29. Üçüncü şəxs X3 (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsini n qətnaməsinin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.

30. Kassasiya şikayəti belə əsaslandırılıb: - iddianın təmin edilməsi ilə bağlı qərar qəbul edən birinci instansiya məhkəməsi və onun qərarını dəyişdirmədən qüvvədə saxlayan Bakı Apellyasiya Məhkəməsi mülki qanunvericiliyin qeyd olunan normalarının tələblərini nəzərə almamış, nəticədə mənim həmin mənzillə bağlı hüquqlarımı açıqca pozmuşdur; - mənzil birgə nikah dövründə əldə edildiyindən, həmin mənzilin ilkin ödənişi və ondan sonrakı müddətdə ödənilən məbləğlər birgə gəlir olduğundan üçüncü şəxs bununla bağlı Səbail Rayon Məhkəməsinə iddia ilə müraciət etmiş və məhkəmənin xx.xx.2022-ci il tarixli,e-2(009)-1374/2022 saylı qətnaməsi ilə mənzilə görə ödənilmiş 56.653 manatın ½ hissəsi, yəni 28.326 manatın cavabdehdən üçüncü şəxsin xeyrimə tutulması qət edilmkişdir; - hazıradək həmin qətnamə icra edilməmiş və həmin məbləğdən cavabdehdən tərəfindən üçüncü şəxsə bircə manat belə ödənilməmişdir. Hər iki məhkəmə instansiyasında da bildirmişdir ki, cavabdeh özü həmin mənzildə neçə müddətdir ki, yaşamır. Mənzildə üçüncü şəxs və azyaşlı uşaqları yaşayır. Bu vəziyyət işin mübahisəsiz halıdır və məhkəmələr tərəfindən də müəyyən edilmişdir; - cavabdeh qüvvədə olan məhkəmə qətnaməsini qərəzli şəkildə icra etməyərək, üçüncü şəxsi və övladlarını pis vəziyyətə salmışdır. Cavabdeh hazırda MTK ilə birləşərək MTK vasitəsilə mənzili boşaltdırıb, satıb mənzildən əldə olunan puldan öz pulunu götürmək və üçüncü şəxsə həmin məbləğdən hər hansı hissə ödəməmək fikrindədir. Halbuki məhkəmə qətnaməsinə əsasən həmin evə görə ödənilmiş pulun ta m yarısına üçüncü şəxsin haqqı çatır; - apellyasiya instansiyası məhkəməsi işin yuxarıda qeyd edilən faktiki hallarına uyğun olaraq Mülki Məcəllənin 225-ci, Ailə Məcəlləsinin 32.1 və 32.2.2-ci maddələrini tətbiq etməli və üçüncü şəxsin hüquqlarını da qorumalı olduğu halda bunu etməmişdir; - apellyasiya instansiyası məhkəməsi işdə olan sübutlara mülki prosessual qanunvericiliyin qeyd edilən norması baxımından düzgün hüquqi qiymət verməmiş, nəticədə prosessual hüquq normasını pozmuşdur; - yuxarıdakı qeyd edildiyi kimi həmin mənzildə cavabdeh deyil, üçüncü şəxs və uşaqları yaşayır. Lakin məhkəmə qətnamənin nəticə hissəsində yalnız cavabdehin çıxarılmasını və ümumi formada mənzilin boşaldılmasını göstərmişdir; - qüvvədə olan qətnamə ilə həmin mənzilə görə pulun yarısı üçüncü şəxsə verilməli ol duğundan, məhkəmə bu halı nəzərə alaraq, həmin pulun üçüncü şəxsə ödənilməsi ilə sonuncunun uşaqları ilə birgə mənzildən çıxarılmasının eyni vaxtda icra edilməsini qətnamənin nəticə hissəsində göstərməli idi. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan dig ər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Maddə

567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 598.1. Əgər alqı-satqı müqaviləsində ayrı qayd a nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Maddə 598.2. Əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Maddə 598.4. Əgər alıcı alqı-satqı müqaviləsini pozmaqla əşyanı qəbul etməkdən və ödəməkdən imtina edirsə, satıcı öz seçimi ilə əşyanın ödənilməsini tələb edə bilər və ya müqavilənin icrasından imtina edə bilər. Maddə 646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Maddə 648.1. Daşınmaz əşyaların alqı-satq ısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyas iya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və proses sual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

32. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya mə hkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

33. Kassasiya şikayətində üçüncü şəxs apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.

34. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tət biq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

36. Apellyasiya instansiyası məhkəməsi üçüncü şəxsin apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmiş, onun şikayətinin dəlillərinə tam qiymət vermişdir.

37. İddia tələbi iddiaçı ilə cavabdeh arasındakı payçı müqaviləsinin ləğvi və cavabdehin müqavilənin predmeti olan mənzildən çıxarılması barədədir.

38. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs xxxnın iddiaya etirazı cavabdehin mənzili boşaltması hissəsinə aid olmaqla ondan ibarət olub ki, həmin mənzilə görə ödənilmiş pulun yarısın ın cavabdehdən tutulub ona verilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi var, həmin qətnamə üzrə tutulmalı olan məbləği cavabdeh verməyib, hazırki iddia da MTK-nın cavabdehlə ilə razılaşdırılmış iddiasıdır ki, cavabdeh pulu ödəməkdən yayınsın.

39. Məhkəmə kollegiyası qeyd edir ki, üçüncü şəxsin iddiaya etirazının və apellyasiya şikayətinin əsasını təşkil edən bu dəlillərinə apellyasiya instansiyası məhkəməsi qiymət vermiş, həmçinin xxxnın mübahisəli mənzilə münasibətdə hüquqları təmin edilməsini də vurğulamışdır. (bax:27-ci bənd)

40. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası üçüncü şəxsin apellyasiya şikayəti üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı sayır.

41. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməni prosessual hüquq normalarının po zuntuları ilə qəbul etməsi barədə şikayətin dəlilləri əsassızdır.

42. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

43. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs xxx qızının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4887/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar