Məhkəmə qərarları › İş №2(102)-3600/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3600/2023

22.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3600/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3600/2023 Açar sözlər: valideynin əlavə xərclərə cəlb olunması Bakı şəhəri 22 noyabr 2023 22.11.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi hakim), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, iddiaçı X2 Cavabdeh qarşı “valideynin övladın əlavə xərclərinə cəlb olunması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 aprel 2023-cü il tarixli, 2(103)-2551/23 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı cavabdehin qızıdır. İddiaçının valideynləri ayrı yaşayırlar və onların nikahı Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-2656/2012 nömrəli xx.xx.2012-ci il tarixli qətnaməsinə əsasən pozulmuş, iddiaçının və xx.xx.2001-ci il təvəllüdlü X1 anası Pərvanə İsmayılovanın himayəsində qalması və onların saxlanılması üçün hər ay hər biri üçün 100 manat olmaqla, cəmi 200 manat alimentin cavabdehdən tutularaq Pərvanə İsmayılovaya ödənilməsi qət edilmişdir. Sonuncu dəfə Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(011)-5507/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsi ilə cavabdehdən tutulan alimentin məbləği artırılaraq birgə nikahdan doğulmuş övladlar ının saxlanılması üçün cavabdehin qazancının 1/6 hissəsi məbləğində alimentin tutulması qət edilmişdir.

2. İddiaçı Bakı Avrasiya Universitetinin Filologiya fakültəsində tərcümə (ingilis dili) ixtiası üzrə təhsil alır. İllik təhsil haqqı 1700 manatdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı X4 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək universiteti əyani bakalavr pilləsini bitirənə kimi hər ay 220 manat əlavə xərcin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə universiteti əyani bakalavr pilləsini bitirənə kimi hər ay 220 manat əlavə xərcin tutulması, həmçin in təhsil haqqı kimi 850 manat pul vəsaitinin (illik təhsil haqqımın yarı hissəsini) ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Daha sonra, iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, son 3 il ərzində ödənilmiş təhsil haqqının yarı hissəsi olan 2550 manatın, son 2 il ərzində ödənilməmiş ümumilikdə 5000 manat alimentin və bundan sonra təhsilini bitirənədək hər ay 220 manat pulun, həmçinin təhsil haqqı olaraq 850 manat pulun, onun tərəfindən ödənilmiş 51 manat mediasiya rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, cavabdeh ilə anası birgə nikaha daxil olmuş, birgə yaşadıqdan sonra 2012-ci ildə ayrılmışlar. Birgə nikah müddətində xx.xx.2001-ci il təvəllüdlü qardaşı X3 və o, X5 dünyaya gəlmişlər. Hazırki dövr üçün ölkədə ardıcıl devolvasiya nəticəsində bütün xidmət sektorlarında qiymət qalxmış və işsiz bir əyani şöbədə tələbə kimi oxumaq və xərclərini qarşılamaq çox çətindir. Dəfələrlə cavabdehə bunu bildirsə də, cavabdeh buna məhəl qoymamış və qanunvericiliyin prinsiplərinə əsasən, mediasıya təşkilatına müraciət etmiş və həmin təşkilat tərəfindən iclas təyin edilmiş və cavabdeh ona məlum olmayan səbəblərdən iştirak etməmişdir. Hazırda yeganə yolu hazırda ölkədə minimum yaşayış həddi olan 250 manat vəsaitin əyani pilləni bitirənə kimi cavabdehdən onun xeyrinə tutulmasını xahiş etməkdir.

7. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

8. Bakı şəhəri Xətai ra yon Məhkəməsinin (hakim: P.Zamanlı) 2(011)-5629/2022 saylı, 20 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir.

9. Məhkəmə mövqeyi ilə bağlı qeyd etmişdir ki, valideyn yetkinlik yaşına çatmış övladı üçün o halda əlavə xərclərə cəlb oluna bilər ki, birincisi, uşağın əmək qabiliyyəti olmasın və maddi yardıma ehtiyacı olsun, ikincisi bu xərclər həmin şəxsə göstərilən tibbi xidmət və ya müalicə ilə bu və ya digər şəkildə bağlı olsun. Eyni zamanda, yetkinlik yaşına çatmayan şəxsin əmək qabiliyyətli olmaması və onun maddi yardıma ehtiyacının olması ayrı-ayrılıqda deyil, birlikdə götürülməlidir. Yəni, əgər yetkinlik yaşına çatmış maddi yardıma ehtiyacı olan övlad əmək qabiliyyətlidirsə, yaxud əksinə olduğu halda da valideyn 81.1-ci maddə ilə müəyyən edilmiş əlavə xərclərə cəlb e dilməyəcəkdir.

10. Yetkinlik yaşına çatmış iddiaçı əmək qabiliyyətli olduğundan, eləcə də onun digər bir tələbi aldığı ali təhsil xərci ilə bağlı olduğundan, bu xərclərin isə cavabdehdən tutulması əsasları qanunla nəzərdə tutulmadığından iddia təmin oluna bilməz.

11. Məhkəmə mövqeyini Ailə Məcəlləsinin 81.1., 81.2., 81.3.-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2015-ci tarixli Qərarına, Mülki Prosessual Məcəllənin 14.2, 76.1., 77.1. və 217.4.-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

12. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi məhkəmə işin hallarını tam və hərtərəfli araşdırmamış, onlara düzgün hüquqi qiymət verməmişdir. Hakim məhkəmə müdafiəsindən istifadə etmək hüququna əhəmiyyət verməmişdir və qəbul edilmiş yekun məhkəmə aktında Mülki Prosessual Məcəllənin 218.1ci maddəsinin şərtlərinə ümumiyyətlə riayət etməmişdir. Hakim iddia ərizəsinə tam həcmdə baxmamışdır. Belə ki, iddiaçı cavabdeh tərəfdən ödənilmiş təhsil haqqının yarı hissəsini və ödəniləcək təhsil haqqının yarı hissəsini, təhsilini bitirənədək müəyyən məbləğdə hər ay üçün sabit pul, məhkəmə qətnaməsi əsasında ödənilməli olan lakin ödənilməmiş qalan alimenti və mediasiya rüsumu tələb edilmişdir. Məhkəmə sadalanan tələblərdən yalnızca təhsil haqqına mün asibət bildirərək Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2015-ci tarixli Qərar istinad edərək ümumi olaraq iddia tələbini rədd etmişdir.

14. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər: N.Cəfərov (sədrlik edən və məruzəçi), İ.Şirinov və E.Kazımovdan ibarət tərkibdə) 14 aprel 2023-cü il tarixli, 2(103)-2551/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, Ailə Məcəlləsinin 80.1-ci maddəsinə görə, valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. O cümlədən 81.1-ci maddəyə görə, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər.

16. İddianın təmin edilməsi üçün həmin maddələrdə müəyyən edilmiş əsaslar yoxdur. Belə ki, iddiaçı əmək qabiliyyətlidir, ağır xəstəliyi yoxdur, şikəst deyil.

17. İddiaçının ali təhsil müəssisəsində təhsil alması isə iddianın təmin edilməsinə əsas ola bilməz. Belə ki, Konstitusiya Məhkəm əsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında qeyd olunub: “... ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır”.

18. Məhkəmə mövqeyini Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcə lləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

19. İddiaçı (vəkil: Vəkil Alhüseyn oğlu) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddiaçının apellyasiya şikayətinə yenidən baxılması üçün işin yenidən apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

20. Kassator şikayətində qeyd olunmuşdur ki, Ailə Məcəlləsinin 80.1-ci maddəsinə əsasən Valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. Bakı Apellyasiya Məhkəməsi qətnamə qəbul edərkən həmin m addənin imperativ tələbini pozmuş və maddənin məzmununa düzgün olmayan anlayış verərək əsassız nəticəyə gəlmişdir. İmperativ xarakterli olan bu maddədə iki subyekt qeyd edilmişdir: 1) əmək qabiliyyəti olmayan şəxs, 2) maddi yardıma ehtiyacı olan şəxs. Hazırkı iş üzrə İddiaçı əmək qabiliyyətli şəxs olsa da, Bakı Avrasiya Universitetində filologiya fakültəsinin əyani şöbəsində tələbə kimi təhsil aldığına görə öz əmək qabiliyyətindən istifadə edib maddi gəlir əldə edə bilmədiyi üçün universitet xərcləri də daxil olmaqla normal yaşam xərclərini qarşılaya bilmədiyinə görə o, maddi yardıma ehiyacı olan şəxs hesab edilməlidir. Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Göründüyü kimi, qeyd edilən maddədə maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar və digər hallar qeyd edilmişdir. İddiaçı şəxs (İddiaçı) yetkinlik yaşına çatsa da, maddi yardıma ehtiyacı olduğu sübut edildiyi halda onun valideyni yaranmış əlavə xərclərin ödənilməsinə cəlb edilə bilər. Hazırki iş üzrə İddiaçı atası Cavabdeh qarşı yaranmış təhsil xərclərini qarşılamaq üçün mövcud iddianı qaldırması Ailə Məcəlləsinin 81.1-ci maddəsində göstərilən digər hal lardan biri kimi nəzərə alınmalıdır. Məhkəmələr İddiaçı iddia tələbinə münasibətdə Ailə Məcəlləsinin 81.1-ci, 81.2ci və 81.3-cü maddəsinin tələbini kobud şəkildə pozaraq düzgün olmayan nəticəyə gəlmişdir. Qətnamə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

22. Maddə 81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yar anmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər.

23. Maddə 81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur.

24. Maddə 81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Azərbaycan Respublikasın ın Mülki Prosessual Məcəlləsi

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

29. Maddə 416.1. Kassasiya ins tansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

30. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

31. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

32. Kassasiya instansiyası məhkəməsi işin faktiki halları nı araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.

33. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxı şının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiya məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

35. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.

36. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş qeyd olunan faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət vermiş və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmışdır. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlili əsassız hesab edir.

37. Göstərilənlərə əsasən iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır.

38. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı X4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 aprel 2023-cü il tarixli, 2(103)2551/23 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar