Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3604/2023 11.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-3604/2023 (Açar sözlər: aliment borcunu ödəmək öhdəliyindən azad edilmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X5 (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “aliment bocunun silinməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-639/2023 nömrəli, 02 may 2023-cü il tarixli qətnaməsindən İddiaçı (Vəkil1) və Cavabdeh (Vəkil2) tərəfindən verilmiş kassasiya şikayə tlərinə 11 sentyabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı Cavabdeh ilə xx.xx.2000-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Tərəflərin birgə nikahlarından iki övladı - xx.xx.2001-ci il təvəllüdlü X9 oğlu və xx.xx.2003-cü il təvəllüdlü X4 anadan olmuşdur.
2. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1239/2009 nömrəli, 23 aprel 2009-cu il tarixli qətnaməsi ilə, 17 mart 2009-cu il tarixdən başlayaraq cavabdeh İddiaçı hər ay onun qazancının (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında və 100 manat sabit pul məbləğində alimentin tutulub xx.xx.2001-ci il təvəllüdlü X9 oğlunun və xx.xx.2003-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün X2 verilməsi qət edilmişdir.
3. Sumqayıt Şəhər Məhkəməsi tərəfindən 2010-cu ildə qəbul edilmiş qətnaməsi ilə tərəflər aralarında olan rəsmi nikahın pozulması və uşaqların analarının yanında qalması müəyyən olumuşdur. 2012-ci ildə onlar barışmışdılar. 4. 2021-ci ildə tərəflərin münasibəti yenidən pisləşmiş, 2022-ci ildə cavabdeh icra şöbəsinə müraciət edərək iddiaçıdan aliment tələb etməyə başlamışdır.
5. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli, 1102/09-29 nömrəli məktubun məzmunundan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1239 nömrəli,
23. Aprel 2009-cu il tarixli icra sənədinə əsasən onun tələbkar Cavabdeh Oktay qızına olan 37.300,00 manat aliment borcu tərəfindən ödənilməmişdir. Ona borcunun ödənilməsi üçün xx.xx.2022-ci il tarixədək möhlət verildiyi, əks təqdirdə barəs ində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə beş yüz manatdan min manatadək miqdarda cərimə və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla otuz günədək inzibati həbs və ya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi üzrə - qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını və ya qərarını qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə maddəsi il ə min manatdan üç min manatadək miqdarda cərimə və ya yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzasının tətbiq oluna biləcəyi bildirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
6. İddiaçı Cavabdeh qarşı “aliment borcunun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2009-cu il tarixli qətnaməsi ilə birgə nikahlarından olan uşaqların saxlanması üçün müəyyən olunmuş alimenti ödədiyi üçün hazırda ondan tələb olunan 37.300 manat məbləğində aliment borcundan azad olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməs i barədə ərizə təqdim edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1239/2009 nömrəli, 23 aprel 2009cu il tarixli qətnaməsi ilə 17 mart 2009-cu il tarixdən başlayaraq birgə nikahlarından olan uşaqların saxlanması üçün müəyyən olunmuş alimenti tam olaraq ödədiyi üçün hazırda ondan tələb olunan 37.300 manat məbləğində aliment borcundan azad olunmağı barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, onun cavabdehə heç bir aliment borcu yoxdur. Belə ki, onlar barışıb bir yerdə yaşasalar da, o, aliment əvəzi olaraq öz pensiya kartını cavabdehə vermiş və o, alimenti həmin kart vasitəsilə artıqlaması ilə almışdır. Çünki oğlunun 2019-cu ildə, qızının isə 2021-ci ildə 18 yaşı tamam olub. Buna baxma yaraq cavabdeh onun pensiya kartından pulları çıxarmışdır. Bundan əlavə o, öz ailəsinin saxlanması üçün kifayət qədər maddi vəsait xərcləmişdir. Cavabdehi və uşaqlarını 2015-ci ildə Türkiyəyə, 2017-ci ildə Gürcüstana istirahətə aparmışdır. Hazırda cavabdehin ondan 37.300 manat məbləğində aliment tələb etməsinin heç bir hüquqi əsası yoxdur. Çünki cavabdehin ondan tələb etdiyi alimenti o, cavabdehə ödəmişdir.
9. Birinci instansiya məhkəməsindəki icraatda Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil2 iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, iddiaçı tərəfindən ümumiyyətlə heç bir aliment ödənilməmişdir. Tərəflər rəsmi qaydada boşandıqdan sonra bir müddət barışıb bir yerdə yaşasalar da, bu iddiaçının aliment öhdəliyini yerinə yetirdiyini təsdiq etmir. Birlikdə yaşamaq alimentin icra edilməsi demək deyil. Bundan başqa uşağın təhsil haqqının iddiaçı tərəfindən ödənilməsinin hazırki məsələyə heç bir aiddiyatı yoxdur, cavabdeh də ödənişlər edir. Eyni zamanda iddiaçı tərəf pensiya kartının cavabdehdə olduğunu iddia edir. Onlar bunu qətiyyən qəbul etmirlər. Digər tərəfdən iddiaçının qazancı 300 manat olmuşdur. Həmin məbləğ hesabına iddiaçı sonradan ailə qurduğu başqa xanımdan olan övladına da aliment ödəmişdir. Belə olan halda bu qədər məbləğlə ailənin ehtiyaclarının necə qarşılanması sual doğurur. Dəqiq deyə bilməsə də, tərəflər təxminən 2013-cü ilin sonlarında barışmışdır. Belə ki, tərəflər arasında hələ 2012-ci ildə məhkəmə mübahisələri olmuşdur. Bunu məhkəməyə təqdim etdiyi Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli kompensasiya ödənilməklə mənzild ən istifadə hüququna xitam verilməsi barədə qətnaməsi də təsdiq edir.
10. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5677/2022 nömrəli, 09 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Günel Tanrıverdiyeva) iddia qismən təmin edilmiş, İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1239/2009 nömrəli, 23 aprel 2009-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment borcundan xx.xx.2013-cü il tarixdən uşaqlar yetkinlik yaşına çatanadək olan müddət (xx.xx.2021-ci ilədək) üçün azad edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh 135 (bir yüz otuz beş) manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən aliment borcunun silinməsi üçün əsas kimi 3 hala, mü vafiq qətnamə ilə aliment kəsildikdən sonra 17 mart 2009-cu il tarixdən 2012-ci ilə kimi alimentin onun tərəfindən ödənilməsinə, 2012-ci ildən ona pensiya təyin edilməsi və həmin pensiya kartının alimentin əvəzinə cavabdehdə olmasına, üçüncüsü isə 2012-ci ildən cavabdehlə barışıb bir ailə kimi birlikdə yaşamasına istinad etmişdir. Tərəflər barışaraq bir ailə kimi birlikdə yaşamağa başlamış, rəsmi nikaha daxil olmuş, onlar birlikdə yaşayarkən uşaqları yetkinlik yaşına çatmış və aralarındakı nikah hal-hazırki tarixədək pozulmamışdır. Tərəflərin barışaraq bir ailə kimi birlikdə yaşaması iş materialları və tərəflərin izahatları ilə öz təsdiqini tapır. Belə ki, bu halı cavabdehin nümayəndəsi də inkar etməmiş, təxminən 2013-cü ilin sonlarından tərəflərin barışdığını bildirmişdir. Tərəflər yenidə n barışıb birgə ailə şəklində yaşadıqları halda onları alimentlə bağlı icra işinin olması deyil, ailə münasibətlərinin davam etdirilməsi, ailə münasibətlərinin bərpa olunması və onların birgə yaşamaları dəyərləri ilə bağlı hallar daha çox maraqlandırır. Bu halda da tərəflərin icra şöbəsinə müraciət edib alimentlə bağlı icra işinə xitam verilməsini tələb etməməsi, bunun nəticəsində də icra işi icraatda qaldığı üçün aliment borcunun yaranması anlayışla qarşılanmalı hal hesab olunmalı və Ailə Məcəlləsinin 107.2-ci maddəsində müəyyən edilmiş digər üzrlü səbəblər kateqoriyasına daxil edilməlidir.
12. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəflərin birgə yaşadıqları müddət üçün yığılmış aliment borcundan, yəni Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1239/2009 nömrəli, 23 aprel 2009-cu il tarixli qətnam əsi ilə müəyyən edilmiş aliment borcundan xx.xx.2013-cü il tarixdən uşaqlar yetkinlik yaşına çatanadək olan müddət üçün azad edilməlidir.
13. Məhkəmə cavabdehin nümayəndəsinin tərəflər birlikdə yaşasa da, bunun iddiaçının aliment öhdəliyini icra etməsi hesab edilməməsi barədə etirazının dəlillərini qəbul etməyərək, qeyd etmişdir ki, cavabdehin nümayəndəsi məhkəməyə tərəflərin birlikdə yaşadığı müddətdə iddiaçının övladlarının saxlanılması üçün öhdəliklərini yerinə yetirməməsi barədə hər hansı sübut təqdim etməmişdir.
14. Məhkəmə eyni zamanda iddiaçının 17 mart 2009-cu il tarixdən xx.xx.2013-cü il tarixədək aliment öhdəliklərini icra etməsi, o cümlədən 2012-ci il tarixdən iddiaçıya məxsus pensiya kartının cavabdehdə olması barədə iddia tələbinin əsası kimi istinad etdiyi halları da qəbul etməyərək qeyd etmişdir ki, iddiaçı tərəfindən məhkəməyə bu halları təsdiq edən hər hansı sübut (ödəniş qəbzi, pul köçürməsi və s.) təqdim edilməmişdir.
15. Məhkəmə iclasında dindirilmiş şahidlər iddiaçının valideynləri olduğundan məhkəmə onların iddiaçının həmin dövrlərdə aliment öhdəliyini icra etməsi və pensiya kartının cavabdehdə olması barədə ifadələrini də əsaslı şübhədən kənar mötəbər sübut kimi qəbul etməmişdir.
16. Məhkəmə qeyd etmişdir ki, icra işi məhkəməyə təqdim edilmədiyindən xx.xx.2013-cü il tarixdən uşaqlar yetkinlik yaşına çatanadək olan müddət (xx.xx.2021-ci il) üçün yaranmış aliment borcunun dəqiq məbləğinin müəyyən edilməsi məhkəmə icraatı çərçivəsində qeyri-mümkün olduğundan həmin məsələ qətnamənin icrası mərhələsində icra icraatı çərçivəsində öz həllini tapmalıdır.
17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107.2-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
18. Qətnamədən iddiaçı və cavabdeh ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər.
19. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
20. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdehə heç bir aliment borcu yoxdur. İş materillarından görünür ki, cavabdehə guya 37.300 manat aliment borcu var. Lakin iş materillarına əlavə edilmiş bank çıxarışından görünür ki, 2012 -ci ilin noyabr ayından 2021-ci ilin yanvar ayı da daxil olmaqla cavabdeh ona məxsus pensiya kartından təxminən 41.000 manat məbləğində pul çıxarıb. Yəni iddiaçının aliment borcu artıqlaması ilə ödənilib. Bundan əlavə şahidlər də həm kartın cavabdehdə olduğunu, onun həmin kartdan pul çıxardığını, həm də aliment kəsildikdən sonra iddiaçının cavabdehə aliment ödədiyini təsdiq etmişlər. Elə məhz ona görə də cavabdeh həmin müddət ərzində bir dəfə də olsun icra şöbəsinə müraciət etməmişdir. Münasibət pisləşdikdən sonra cavabeh icra şöbəsinə müraciət edərək aliment borcu olduğunu iddia etmişdir. Hazırda cavabdeh hüquqdan sui-istifadə edir. Hüquqdan sui-istifadə isə yolverilməzdir. İşdə olan Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2022-ci il tarixli, 1102/0929 nömrəli məktubun məzmunundan görü nür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1239/2009 nömrəli, 23 aprel 2009-cu il tarixli icra sənədinə əsasən onun tələbkar Cavabdeh Oktay qızına olan 37.300,00 manat aliment borcu tərəfindən ödənilməmişdir. Ümumiyyətlə məhkəmə bu halı ətraflı araşdırmamışdır ki, həmin borc hansı illəri əhatə edir. Cavabdeh etiraz edir ki, iddiaçı ona heç vaxt aliment ödəməyib. O zaman belə aydın olur ki, hazırda tələb olunan 37.300 manat aliment borcu aliment müəyyən edildiyi vaxtdan uşaqlar yetkinlik yaşına çatdığı vaxta kimi olan borcdur. Belə olduğu halda belə iddiaçının cavabdehə heç bir aliment borcu qalmır. Çünki yuxarıda da qeyd etdiyi kimi cavabdeh iddiaçının pensiya kartından 41.000 manata yaxın pul çıxarıb. Cavabdeh buna etiraz etsə də, etirazının əsası kimi istinad etdiyi halları məhkəmədə süb uta yetirə bilməmişdir. O, isə iddia tələbinin əsası kimi istinad etdiyi halları məhkəmədə tam olaraq sübuta yetirsə də, məhkəmə iddia tələbini qismən təmin etmişdir. Ona görə də qətnamədən qismən narazıdır və hesab edir ki, qətnamə dəyişdirilməli və iddia tələbi tam təmin olunmalıdır. Cavabdeh aldığı alimenti təkrar olaraq ondan tələb etməklə əsassız varlanma niyyətindədir. O, hüquqdan suiistifadə edir. Bütün bunlar qanunverciliyin tələbinə ziddir.
21. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
22. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi ilə aliment müəyyən edildikdən sonra İddiaçı ümumiyyətlə aliment öhdəliklərini yer inə yetirməmişdir. Əsas səbəb də ondan ibarət olmuşdur ki, onlarla yəni, İddiaçı və anası ilə 2012-ci ilin oratalarına qədər məhkəmə mübahisələri davam etmişdir. Belə ki, onu evə buraxmaq istəməyən qaynanası ilə kompensasiya məsələsi müzakirə mövzusu olmuşdur ki, hər iki tərəfin vəkili uzun danışıqlar aparmışdırlar ki, ona elə məbləğ ödəsinlər ki, özünə 1 otaqlı mənzil ala bilsin ki, aliment öhdəliklərindən də əl çəksin. Nəticədə bu sövdələşmələr baş tutmayıb. İddiaçı həmin dövrlərdə başqası ilə ailə həyatı qurmuşdur və ondan da bir övladı var. 2012-ci ildən də İddiaçı Rusiya Federasiyasına çıxıb getdi və aliment borcları da yığılıb qaldı. İddiaçı 2013-cü ilin noyabr ayında Azərbaycana qayıtmış və bir evdə yaşamışlar. Bu barışma anlamına gəlmir. Yuxarıda qeyd etdiyi kimi o, həmin evdən çıx madı deyə, məhkəmə də həmin evə onun istifadə hüququnu tanıdğı üçün uşaqları ilə birlikdə qaynanasının mülkiyyətində olan evdə yaşamış və bu gün də yaşayır. Məhkəmə qətnaməsindən də görünür ki, İddiaçı aliment ödəməsi barədə heç bir sübut mövcud deyil. Hətta o, ərizəsində və izahatında ona alimenti əlbəəl verdiyini göstərir, şahid kimi dindirilmiş anası isə deyir ki, hər ay qəbzlə aliment ödəyib, qəbzi də aparıb icraçıya verib. İddiaçının əsas arqumenti ondan ibarətdir ki, guya pensiya kartı onda olub, pensiya kartından pul çıxardıb. Bu ifadə də tam yalandır. Yəni iddiaçının pensiya kartını istifadə etməyib. Bu illər ərzində bir neçə dəfə belə hal baş verib, həmin məbləği də çıxartıqdan sonra iddaçının özünə qaytarıb. Əksinə iddiaçı bu illər ərzində digər həyat yoldaşına aliment ödəmişdir. 2013-cü ilin sonlarından bir evdə yaşasalar da birgə təsərrüfat idarə etməmişlər. Bu müddət ərzində də o, aliment öhdəliklərindən vaz keçməmişdir. İkinci dəfə rəsmi olaraq 2019-cu ildə nikaha girmişlər, o, onunla barışıb aliment öhdəliklərindən vaz keçsəydi, məhkəmə icraçısına ərizə verib alimentdən imtina edərdi. Bir sözlə iddiaçı tərəfindən ümumiyyətlə heç bir aliment ödənilməmişdir. İddiaçı ilə rəsmi boşandıqdan sonra bir müddət barışıb bir yerdə yaşasa da, bu iddiaçının aliment öhdəliyini yerinə yetirdiyini təsdiq etmir. Birlikdə yaşamaq alimentin icra edilməsi demək deyil. Eyni zamanda iddiaçı tərəf pensiya kartının onda olduğunu iddia edir, bunu qətiyyən qəbul etmir. Digər tərəfdən iddiaçının qazancı 300 manat olmuşdur. Həmin məbləğ hesabına iddiaçı sonradan ailə qurduğu başqa xanım dan olan övladına da aliment ödəmişdir. Belə olan halda bu qədər məbləğlə ailənin ehtiyaclarının necə qarşılanması sual doğurur. İddiaçının belə bir iddia ilə məhkəməyə müraciət etməsi özü də absurd və əsassızdır. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment ödənilməmişdir. İddia tələbi də ondan ibarətdir ki, Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi ilə müəyyən olunmuş aliment öhdəliyini yəni, 37.300 manat aliment borcundan azad olunması barədə qətnamə çıxarılmasıdır. Bu tələb bir məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin eyni statuslu məhkəmədə ləğv edilməsinə yönəlmiş tələbdir. Belə bir tələb də məhkəmə tərəfindən qəbul edilə bilməz.
23. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-639/2023 nömrəli, 02 may 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Lətifə Məmmədova (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov və Səyyad Qafari) İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5677/2022 nömrəli, 09 dekabr 2022-ci il tarixli qətnaməsinin İddiaçı qətnamə ilə müəyyən edilmiş aliment borcundan xx.xx.2013-cü il tarixdən uşaqlar yetkinlik yaşına çatanadək olan müddət (xx.xx.2021-ci ilədək) üçün azad edilməsi hissəsində dəyişdirilməsi, aliment borcundan azad olma müddətinin xx.xx.2001-ci il təvəllüdlü X9 oğluna münasibətdə xx.xx.2019-cu il, xx.xx.2003cü il təvəllüdlü X3 münasibətdə xx.xx.2021-ci il tarixinin müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması və Cavabdeh Oktay qızının apellyasiya şikayətinin təmin edilməməsi qət olunmuşdur.
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəm əsinin gəldiyi nəticəni qismən əsaslı hesab edərək qeyd etmişdir ki, məhkəmə tərəflərin birgə nikahından olan uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən edilmiş aliment üzrə yaranmış borcun xx.xx.2013-cü il tarixdən uşaqların yetkinlik yaşına çatanadək olan müddət ərzində silinməsi barədə gəldiyi nəticə əsaslı olımuşdur. Belə ki, iş materiallarından görünür ki, tərəflərin nikahı pozulduqdan sonra 17 mart 2009-cu il tarixdən başlayaraq cavabdeh İddiaçı hər ay onun qazancının (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında və 100 manat sabit pul məbləğində alimentin tutulub xx.xx.2001-ci il təvəllüdlü X9 oğlunun və xx.xx.2003-cü i təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh Oktay qızına verilməsi müəyyən edilmişdir.
25. Apellyasiya instansiyası məhkəm əsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının birgə nikahdan olan uşaqların tərəflərin barışdıqları xx.xx.2013-cü ildən yetkinlik yaşına çatanadək olan alimentin borcundan azad edilməsi nəticəsinə gəlməkdə haqlı olsa da, uşaqların hər ikisinin yetkinlik yaşına çatma vaxtını xx.xx.2021-ci il tarixədək müəyyən etməkdə haqlı olmamışdır. Belə ki, tərəflərin birgə nikahından Emil xx.xx.2001-ci ildə, Nəzrin isə xx.xx.2003-cü ildə doğulmuşlar. Belə olan halda hər iki uşaq üçün yetkinlik yaşına çatma müddətinin xx.xx.2021-ci il tarixi müəyyən edilməsi qanunvericiliyə uyğun deyildir. Tərəflərin birgə nikahından olan Emil yetkinlik yaşına xx.xx.2019-cu il tarixdə, Nəzrin isə xx.xx.2021-ci il tarixdə çatmışdır.
26. Apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinin dəlillərinə, tərəflərin xx.xx.2013-cü il tarixdən barışaraq bir ailə kimi yaşaması tərəflərin izahatı ilə müəyyən edildiyindən, həmin tarixdən birgə yaşasalar da iddiaçının aliment borcunu ödəməli olmasına qiymət verərək qeyd etmişdir ki, tərəflərin birlikdə yaşadığı müddətdə iddiaçının övladlarının saxlanılması üçün öhdəliklərini yerinə yetirməməsi barədə hər hansı sübut təqdim edilməmişdir. Eyni zamanda tərəflərin barışdıqdan sorna birgə yaşadıqları dövrdə iddiaçının övladlarını saxlanması üçün öhdəliklərini yerinə yetirməməsi ağlabatan hesab edilə bilməz.
27. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, 2009-cu ildən keçən müddət ərzində cavabdeh məhkəmə qətnaməsi ilə iddiaçıdan onun xeyrinə tutulması qət edilmiş alimentin ödənilməsini tələb etməmişdir. Belə ki, məhkəmə kollegi yasının sorğusu əsasında məhkəməyə göndərilmiş xx.xx.2009-cu il tarixli, 1102/2009 nömrəli icra sənədi üzrə 1704/-09(1102/09) nömrəli icra işindən görünür ki, xx.xx.2009-cu il tarixdə icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş, iş üzrə tərəflərə göndərilmişdir. İcraata başlamaq haqqında qərardan sonra xx.xx.2021-ci il tarixdə borclunun məlumatları barədə sorğular verilmişdir. İcra işinə əlavə edilmiş və yazılma tarixi qeyd edilməmiş tələbkar tərəfindən yazılmış ərizədən görünür ki, borclunun 2021-ci ilin yanvar ayınadək müavinət almasını, borclunun məsuliyyətə cəlb olunmasını xahiş etmiş, bundan sonra müvafiq sorğular verilmişdir.
28. Apellyasiya instansiyası məhkəməsi həmçinin göstərmişdir ki, qeyd edlən müddətlərdə tələbkar qətnamənin icra edilməsi üçün müraciət etməm iş, eyni zamanda alimentin ödənilməsi üçün icra tədbirləri yalnız xx.xx.2021-ci il tarixdən sonra aparılmışdır. Bu da tələbkarın icra sənədini icrasına maraqlı olmadığını, dolayısı ilə həmin tarixlərdə borcludan aliment tələb etməməsini göstərir.
29. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Ailə Məcəlləsinin 107.2-ci maddəsinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78, 80, 119.1, 217.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
30. Qətnamədən iddiaçı və cavabdeh ayrı-ayrılıqda kassasiya şikayətləri vermişlər.
31. İddiaçı (Vəkil1) kassasiya şikayətində apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilərək iş üzrə iddia tələbinin tam təmin olunması barədə qərar qəbul olunmasını xah iş etmişdir.
32. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, apellyasiya instansiya məhkəməsi iddiaçının apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd etmişdir ki, iddiaçı cavabdeh ilə barışdığı xx.xx.2013-cü il tarixədək olan aliment borcunun ödənilməsinə dair sübutlar təqdim etməmişdir. Məhkəmə düzgün nəticəyə gəlməmişdir. Çünki iddiaçı öz iddia tələbinin əsası kimi istinad etdiyi halları məhkəmədə sübuta yetirə bilmişdir. Apellyasiya instansiya məhkəməsi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur.
33. Cavabdeh (Vəkil2) kassasiya şikayətində apellyasiya instansiya məh kəməsinin qətnaməsinin ləğv edilməsini və iddiaçının iddiasının tam şəkildə rədd olunması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
34. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, məhkəmələr iddiaçını 2013-cü ildən sonrakı borclardan azad edərkən, qanunun tələblərini kobud şəkildə pozmuşlar. İddiaçı tərəf heç bir sübut təqdim etmədiyi halda məhkəmə əsassız olaraq iddiaçının əvəzindən sübutlar toplamış, şahid ifadələrini isə iddiaçının xeyrinə şərh etmişdir. Məhkəmə işi tam araşdırmamış, işin hallarını düzgün qiymətləndirməmişdir.
35. Kassasiya şikayətində həmçinin qeyd olunmuşdur ki, iddiaçının belə bir iddia ilə məhkəməyə müraciət etməsi özü də absurd və əsassızdır. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment öd ənilməmişdir. İddia tələbi də ondan ibarətdir ki, Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi ilə müəyyən olunmuş aliment öhdəliyini yəni, 37.300 manat aliment borcundan azad olunması barədə qətnamə çıxarılmasıdır. Bu tələb bir məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin eyni statuslu məhkəmədə ləğv edilməsinə yönəlmiş tələbdir. Belə bir tələb də birinci instansiya məhkəməsi tərəfindən qəbul edilə bilməz. Alimentin ödənməməsinin bariz sübutlarından biri də ondan ibarətdir ki, aliment bütün növ qazancın 1/3 hissəsi ilə müəyyən edilmişdir. Sabit pul məbləğində tutulan hissə ödənmədiyi kimi, 1/3 hissədə icraya yönəlməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi işə baxarkən bütün bu faktlar öz təsdiqini tapmış, cavabdeh məhkəmədə iştirak edərək bütün dəlilləri söyləmiş, bir evdə yaşamaqları, barışıb birgə təsərrüfat idarə etmələri anlamına gəlməməlidir. Belə ki, tərəflər ikinci dəfə rəsmi şəkildə 2019-cu ildə nikaha girmişlər. Əgər birgə təsərrüfat idarə edib barışmış olsaydılar, 2013-cü ildə də rəsmi nikaha girə bilərdilər. Cavabdehin iddiaçıya olan loyal münasibəti uşaqlarının böyüməsi ilə əlaqədar olmuşdur ki, həm bir evdə yaşamaqları, həm də onların psixoloji durumu zərər çəkməsin. Cavabdeh Sumqayıt Apellyasiya Məhkəməsində də iddiaçının İcra İdarəsinin hərəkətlərindən şikayət verə biləcəyini söyləmişdir. Məhkəmələrin də 2013cü ildən sonra uşaqlar yetkinlik yaşına çatanadək hissədə aliment tutulmasından iddiaçının azad olunması hissəsində gəldiyi nəticə işin faktiki halları ilə üst-üstə düşmür. Məhkəmələr həmin hissədə düzgün nəticəyə gəlməmişlər. Tətbiq edilən hüquq: Azərbaycan R espublikasının Ailəi Məcəlləsi.
36. Maddə 107.2. Məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və ya digər üzrlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
39. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
45. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
46. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələn sin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
47. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
48. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən iddia tələbinin təmin edilməyən hissəsində, cavabdeh tərəfindən isə iddianın təmin edilən hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
50. İddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normalarının düzgün tətbiq edilmədiyi və prosessual hüquq normalarının tələblərinin pozulduğu ümumi ifadələrlə qeyd edilsə də, bunun nədən ibarət olması əs aslandırılmamışdır.
51. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğ un olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
52. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
53. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyas iya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətlərinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas o la bilməz.
54. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
55. Bu səbəbdən, kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
56. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası nın 2(105)-639/2023 nömrəli, 02 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.