Məhkəmə qərarları › İş №2(102)-3607/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3607/2020

01.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3607/2020 01.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi ilə, İddiaçı Rafiq oğlunun cavabdeh X3 qarşı “pul və dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(105)-719/2020 nömrəli qətnaməsindən İddiaçı Rafiq oğlu və vəkili Vəkil kassasiya şikayəti üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Rafiq oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 14000 manat məbləğində pulun, 2018-ci ilin sentyabr ayından 2019-cu ilin sentyabr ayına qədər dövr üçün 577,50 manat bank uçot faizi məbləğinin, 2019-cu ilin sentyabr ayından cavabdehin pulu tam şəkildə qaytaracağı tarixə qədər dövr üçün ildə 577,50 manat bank uçot faizi məbləğinin və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 2(027)-2277/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh X1 14.000 manat, 2018-ci ilin sentyabr ayından 2019-cu ilin sentyabr ayına qədər bank faizinin uçot dərəcəsi üçün 577 manat 50 qəpik və dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğində pul vəsaitinin tut ulub İddiaçı Rafiq oğluna verilməsi qət edilmişdir.(hakim İqar Məmmədov) Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-719/2020 saylı, xx xxxxxx 2020-ci iltarixli qətnaməsi ilə Cavabdeh X2 apellyasiya şikayəti təmin edilmiş, Quba Rayon Məhkəməsinin 2(027)-2277/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi qismən – 7000 manat və 2018-ci ilin sentyabr ayından 2019-cu ilin sentyabr ayına qədər bank faizinin uçot dərəcəsi üçün 577,50 manat pulun tutulması barədə iddianın təmin olunan hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbinin təmin edilməmiş, cavabdeh X1 7000 (yeddi min) manat pul vəsaitinin və 30 (otuz) manat dövlət rüsumunun alınıb İddiaçı Rafiq oğluna verilməsi hissəsində qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. (hakimlər Fuad Məmmədov (sədrlik edən və məruzəçi) Z aur Məmmədov, Səyyad Qafarlı) İddiaçı Rafiq oğlu və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.02.202--ci il tarixli qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilib, işin həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyasına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə maddi və prosessual hüquq pozuntuları ilə qəbul edilmişdir. Məhkəmə işə baxılmasında onun iştirakın təmin etməmiş, faktlar təhrif edilmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada tərəflərə məlumat verilsə də iddiaçı və onun vəkili məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbl əri barədə məhkəməyə məlumat verməmişlər. Cavabdeh isə məhkəməyə teleqram ünvanlayaraq, işə onun iştirakı olmadan baxılıb, şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyasının qətnaməsi iddianın təmin edilməyən hissəsində mübahisələndirildiyi üçün kollegiya da qətnaməni həmin hissədə yoxlayır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilən lərə əsasən kassasiya şikayətitəmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İddia ərizəsindən görünür ki, iddiaçı tələbinin faktiki əsası kimi digər şəxsin mülkiyyətində olan torpaq sahəsini almaq üçün müxtəlif sənədlərin toplanması və sonda alqı-satqı müqaviləsi bağlanması üçün cavabdehə 7000 manat beh verməsinə, həmin pulun müqabilində cavabdehin alqı-satqı müqaviləsi bağlanması və müqavilə bağlanmayacağı halda aldığı pulu iki qat qaytarmasını öhdəsinə götürməsinə, lakin uzun müddət keçməsinə baxmayaraq, müqavilə bağlanmaması, cavabdehin də pulu qaytarmamasına istinad etmişdir. Tələbin hüquqi əsası kimi iddiaçı Mülki Məcəllənin 448.1, 449.1 və 492-ci maddələrini göstərmişdir. Birinci instansiya məhkəməsi iddia nı qismən edərək, 14.000 manat pulun, 2018-ci ilin sentyabr ayından 2019-cu ilin sentyabr ayına qədər bank faizinin uçot dərəcəsi üçün 577 manat 50 qəpik və dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğində pul vəsaitinin tutulub İddiaçı Rafiq oğluna verilməsini qət etmiş, gəldiyi nəticəni də Mülki Məcəllənin 491.1, 492.1 və 449.1-ci maddələri ilə əsaslandırmışdır. Barəsində şikayət verilən qətnamədən isə görünür ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, iş materiallarına əsasən cavabdehin digər şəxsin adından torpaq sahəsinə dair sərəncam vermək hüququnun olmaması, habelə tərəflər arasında yazılı beh müqaviləsinin bağlanmaması, eləcə də cavabdehin pul vəsaitini qanunsuz saxlamaqla hər hansı gəlir, artım, bəhər və ya sair maddi xeyir əldə etməsinə dair iddiaçının sübut təqdim etməməsini müəyyən edərək iddianı 7000 manat və 2018-ci ilin sentyabr ayından 2019-cu ilin sentyabr ayına qədər bank faizinin uçot dərəcəsi üçün 577,50 manat pulun tutulması hissəsində də təmin edən birinci instansiya məhkəməsinin qətnaməsini ləğv, həmin hissədə iddianı rədd etmiş, gəldiyi nəticəni də Mülki Məcəllənin 462.2, 449.1, 491, 1091, 1092-ci maddələri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” xx xxxx 2009-cu il tarixli Qərarı ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi müəyyən etdiyi işin hallarına uyğun olaraq maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Belə k i, iddia tələbinin mübahisəli hissəsi 7000 manat pul məbləğinin cavabdehə beh qismində verilib-verilməməsi, cavabdehin həmin pulu vaxtında qaytarmamaqla həmin vəsaitdən faydalanıb-faydalanmamasıdır. İddiaçı həmin pulu beh kimi verməsini, cavabdehin pulu vaxtında qaytarmamaqla faydalanmasını bildirmişdir. Tələbin hüquqi əsası kimi də iddiaçı Mülki Məcəllənin 492 və və 449-cu maddələrinə istinad etmişdir. Belə olan halda, iddianın təmin olunmasının əsas şərtini verilmiş 7000 manatın həqiqətən də beh olması və cavabdehin həmin pulu qaytarmamaqla ondan faydalanması təşkil edir. İşin apelyasiya instansiyası tərəfindən müəyyən edilən halı da ondan ibarətdir ki, satılması vəd edilən torpaq sahəsi cavabdehin mülkiyyətində deyil. Tərəflər arasında yazılı beh müqaviləsi yoxdur. Mülki Məcəlləsinin 49 1.1-ci maddəsinə görə beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Mülki Məcəlləsinin 491.2-ci maddəsinə görə behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Mülki Məcəllənin 492.2-ci maddəsinə görə əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Göründüyü kimi, Mülki Məcəlləsinin 491-ci maddəsinin dispozitiv şərtləri apelyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi işin hallarına uyğun gəlmir. Çünki həmin normaların tələbinə görə iddia tələbinin təmin edilməsi üçün yazılı beh müqaviləsi olmalı və beh müqaviləsi gələcəkdə müqavilə ba ğlayacaq şəxslər arasında olmalıdır. Lakin apelyasiya məhkəməsi işin bu hallarını müəyyən etməyib. Əksinə, apelyasiya instansiyası müəyyən etmişdir ki, satılması vəd edilən torpaq sahəsi cavabdehin mülkiyyətində olmadığı üçün həmin torpağın satılması barədə müqaviləni bağlamaq öhdəliyini də cavabdeh daşıya bilməz. Belə olan halda da verilmiş pulun ikiqat mislinin geri qaytarılması üçün iddiaçının tələbinin hüquqi əsası kimi istinad etdiyi Mülki Məcəllənin 492.2-ci maddəsinin tətbiqi də istisna edilir. Çünki verilmiş pulun iki qat mislinin geri qaytarılması üçün həmin pulun beh kimi verilməsi zəruri şərtdir. Qeyd edildiyi kimi apelyasiya məhkəməsi iş materiallarına əsasən bu halı müəyyən etməyib. Mülki Məcəllənin 462.2-ci maddəsinə görə əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. Buna görə də apelyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş halına uyğun olaraq, əlavə 7000 manat pulun tutulması hissəsində qətnaməni ləğv, həmin hissədə iddianı rədd edərkən Mülki Məcəllənin 462.2-ci maddəsini düzgün tətbiq etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, 2018-ci ilin sentyabr ayından 2019-cu ilin sentyabr ayına qədər bank faizinin uçot dərəcəsi üçün 577,50 manat pulun tutulması hissəsində iddianı rədd edərkən də apelyasiya instansiyası maddi hüquq normalarını işin həmin hissədə müəyyən edilmiş hallarına uyğun olaraq düzgün tətbiq etmişdir. Qeyd edilən hissədə iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 449.1-ci maddəsi təşkil edir. Mülki Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2009-cu il tarixli Qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, “Mülki Məcəllənin 449-cu maddəsinin mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: - qanunsuz saxlama; - qaytarmaqdan boyun qaçırma; - ödənilməsini digər şəkildə gecikdirmə; - başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gə lir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur.” Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərardakı hüquqi mövqeyinə görə borclu şəxsdən Mülki Məcəllənin 449-cu maddəsinə əsasən, o halda özgənin pul vəsaitindən faydalanmağa görə pul tutula bilər ki, borclu şəxs həmin puldan gəlir əldə etmiş olsun. Hazırki işdə isə iddiaçının pulundan cavabdehin gəlir əldə etməsi, başqa sözlə cavabdehin iddiaçının pul vəsaitindən faydalanması halı apelyasiya məhkəməsi tərəfindən m üəyyən edilməyib. Belə olan halda da, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi baxımından, apelyasiya instansiyası işin hallarına uyğun olaraq Mülki Məcəllənin 449.1-ci maddəsinin düzgün təfsir edərək həmin maddəni hazırki mübahisəyə tətbiq etməmişdir. Həmçinin apelyasiya instansiyası məhkəməsi sübutları Mülki Prosessual Məcəllənin 88 maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir. Buna görə də apelyasiya instansiyası məhkəməsinin qətnaməni maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul etməsi barədə şikayətin dəlilləri əsassızdır. Məhkəmə iclasında iştirakının təmin edilməməsi barədə iddiaçının kassasiya şikayətinin dəlilləri də əsassızdır. Çünki iş materiallarından görünür ki apelyasiya instansiyasının məhkəmə bildirişi cavabdehin ünvanına göndərilmiş və ca vabdeh həmin bildirişi almışdır. Kassasiya şikayətində istinad edilən digər dəlillər isə işin faktiki halları ilə əlaqəlidir. Apelyasiya instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına qiymət verilib. İşin faktiki halları kassasiya məhkəməsi tərəfindən araşdırılmadığından, eləcə də apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və həmin nəticənin əsaslandırılması ilə razı olduğundan məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin həmin dəlillərinə ayrıca qiymət verilməsi və apelyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Hazırki işdə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 418-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Mülki Prosessu al Məcəllənin 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Beləliklə, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçı Rafiq oğlunun kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(105)-719/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar