Məhkəmə qərarları › İş №2(102)-362/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-362/2022

21.02.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-362/2022 21.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-362/22 (Açar sözlər: birgə nikah dövründə yaranmış borcun bölünməsi tələbi, sübut etmə yükü) Bakı şəhəri, 21 fevral 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi, Cavabdeh və vəkili Əhməd Çingizxan İsax oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə yaranmış borcun bölünməsi” tələbinə dair mülki iş üzrə Bakı Ap ellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)5758/2021 nömrəli, 12 iyul 2021-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 21 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 09.06.2020-ci il tarixli, 2(004)-1083/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş 468.000 ABŞ dolları borcun yarısının, yəni 234.000 ABŞ dollarının X11 ödənilməsi öhdəliyinin Cavabdeh həvalə edilməsi qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılıb ki, iddiaçı ilə tanışı X15 arasında 29 yanvar 2015-ci il tarixdə sadə yazılı borc müqaviləsi bağlanıb, müqaviləyə əsasən Abid Əhmədov iddiaçıya 468000 ABŞ dolları məbləğində pul borc vermişdir. Müqaviləni şərtinə görə pul 2 il müddətinə qaytarılmalı idi.

3. Borcun qaytarılması ilə bağlı Abid Əhmədov iddiaçıya qarşı Yasamal rayon Məhkəməsində iddia qaldırmış, həmin mülki iş üzrə sonradan Cavabdeh da cavabdeh qismində cəlb edilmişdir. Abid Əhmədov iddiaçıdan və Cavabdeh müştərək qaydada 510580 ABŞ dollarının tutulmasını xahiş etmişdir.

4. Yasamal Rayon Məhkəməsinin 09.06.2020-ci il tarixli, 2(004)-1083/2020 saylı qətnaməsi ilə Abid Əhmədovun iddiası qismən təmin edilmiş, 374080 ABŞ dollarının yalnız hazırki iş üzrə iddiaçıdan tutulması qət edilmişdir.

5. Həmçinin Yasamal Rayon Məhkəməsinin 22.10.2019-cu il tarixli, 2(004)2912/2019 saylı qətnaməsi ilə iddiaçının Cavabdeh ilə birgə nikah dövrün də əldə edilmiş əmlakları bölünmüşdür. Halbuki bölünən əmlakların bir qsimi 2014-cü ildən sonra əldə edilmişdir. Belə olan halda iddiaçı ilə cavabdehin 2014-cü ildən faktiki ayrı yaşamaları borcun birgə nikah dövründə yaranmasını istisna etmir.

6. İddiaçı aldığı borc pulu qeyri-yaşayış sahəsi alınması üçün Samir Rəcəbov adlı şəxsə vermiş, Samir Rəcəbov isə qeyri-yaşayış sahəsini almamış, lakin iddiaçıya borcu 292300 ABŞ dolları olması notarial qaydada təsdiq etmişdir.

7. İddiaçı tələbinin əsası kimi Ailə Məcəlləsinin 37.3 və Mülki Prosessual Məcəllənin 82.3-cü maddələrinə istinad etmişdir.

8. Cavabdeh iddiaya yazılı etiraz vermişdir. Etirazın dəlilləri: - iddia ərizəsində istinad edilən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09.06.2020-ci il tarixli, 2(004)-1083/2020 saylı qətnaməsindən id diaçı X15 və cavabdeh, hazırki iş üzrə İddiaçı apellyasiya şikayəti verərək qətnamənin qismən, iddia tələbinin Cavabdeh dair münasibətdə rədd edilməsi hissəsində ləğv edilməsini və pulun onlardan, yəni Cavabdeh ilə İddiaçı müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Hər iki apellyasiya şikayəti təmin edilməmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 12.10.2020-ci il tarixli, 2(103)7519/2020 saylı qətnaməsi ilə İddiaçı hazırki iddia tələbinə artıq hüquqi qiymət verilmiş və tələbin əsassız olduğu qənaətinə gəlinmişdir, qətnamə qanuni qüvvəsini almışdır. Qətnamədə xüsusilə vurğulanmışdır ki, İddiaçı A.Əhmədovdan aldığı 468.000 ABŞ dolları borcu biznesini genişləndirmək üçün almış, həmin məbləğin 292.300 ABŞ dollarını qeyriyaşayış sahəsinin alınması üç ün X7 vermiş, X12 isə onu aldadaraq qeyri-yaşayış sahəsini onun adına sənədləşdirməmiş və aldığı pulu qaytarmamışdır. - Bakı şəhəri 27 saylı xüsusi notariat kontorunda borcverən İddiaçı və borcalan X12 arasında bağlanmış 20.11.2019-cu il tarixli borcun etirafı haqqında müqaviləyə əsasən S.Rəcəbov İddiaçı 292.300 ABŞ dolları borcunu etiraf etmişdir. - İddiaçı qalan 175.700 ABŞ dolları vəsaiti ailəsinin xərclərini ödədiyini, “Range Rover” və “VAZ 2107” markalı iki avtomobil aldığını, bağ evində təmir işləri apardığını, hovuz tikdirdiyini, həmçinin, həmin pullardan biznesində düşdüyü zərəri ödədiyini qeyd etsə də, A.Əhmədovun borca verdiyi 468.000 ABŞ dolları pulu İddiaçı Cavabdeh ilə birgə xərclədiklərini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. - əksinə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı borcun verildiyi 29.01.2015-ci il tarixdə Cavabdeh iddiaçı ilə rəsmi nikahda olsa da, faktiki olaraq 2014-cü ildən ər-arvad münasibətləri kəsilmiş, ayrı ünvanlarda yaşamaqla, ayrı təsərrüfat aparmışlar. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 26.10.2018-ci il tarixli, 2 (004)6594/2018 nömrəli qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah pozulmuşdur.

9. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1484/2021 saylı, 09 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim Fərid Əyyubov )

10. Birinci instansiya məhkəməsi işdəki sübutlara, o cümlədən qanuni qüvvəyə minmiş məhkəmə aktlarına istinadən qeyd edib ki, İddiaçı 29.01.2015-ci il tarixdə A.Əhmədovdan borc götürdüyü zaman cavabdehlə rəsmi nikahda olduğunu əsas gətirərək aldığı borcu ailə ehtiyacları üçün xərclədiyini bildirsə də, bu halı və borcun ər-arvadın ümumi borcu olması halını sübuta yetirə bilməmişdir. Bundan əlavə, tərəflərin izahatları və Yasamal Rayon Məhkəməsinin 2(004)-1083/2020 saylı, 09.06.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı borcun verildiyi 29.01.2015-ci il tarixdə tərəflər rəsmi nikahda olsalar da faktiki olaraq 2014-cü ildən ər-arvad münasibətlərini kəsdikləri, ayrı ünvanlarda yaşamaqla ayrı təsərrüfat apardıqları halı müəyyən olunur. Həmçinin həmin qətnamə ilə İddiaçı götürdüyü borc məbləğini Cavabdeh ilə birlikdə ailə ehtiyacları üçün xərclədiyini sübuta yetirə bilmədiyi müəyyən olunur.

11. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən belə qənaətə gəlib ki, iddia tələbi rədd edilməlidir.

12. Birinc i instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 233.3, Ailə Məcəlləsinin 37.3, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. İddiaçı qətnamədən apellyasiya şikayəti verib qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayətinin dəlilləri: - işin faktiki hallarına və iş üzrə toplanmış sübutlara əsasən iddiaçı 29 yanvar 2015ci il tarixdə X8 468000 ABŞ dolları borc pul almışdır; - 04 iyul 2015-ci il tarixdə göstərilən məbləğin 292 300 ABŞ dollarını qeyri-yaşayış sahəsinin satın alınması məqsədilə X7 vermişdir; - X8 aldığı pulun qalan hissəsinə “Ford Tranzit”, “VAZ-21074” markalı və “X21” markalı nəqliyyat vasitələrini satın almış, həmçinin bağ evinin təmir işlərinə və sai r ailə təsərrüfatının idarə edilməsinə sərf etmişdir; - Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli 2(004)2912/2019 saylı qətnaməsi ilə X3 qeyd edilən nəqliyyat vasitələrinə ½ hissədə payı tanınıb. Apellyasiya instansiyası məhkəməsinin müvafiq qətnaməsinə əsasən qeyd edilən nəqliyyat vasitələrinin dəyərinin yarısı olan 56.050 manatın ondan alınaraq X4 ödənilməsi qət edilib; - Bundan başqa, məhkəmənin müvafiq qətnaməsinə əsasən onunla X13 arasında bağlanmış 20 noyabr 2016-cı il tarixli borcun etirafı haqqında müqavilə üzrə onun 292 300 ABŞ dolları tələb hüququ üzərində X5 ½ payla əmlak hüququ tanınıb; - göründüyü kimi, X8 borc aldığı pul vəsaiti hesabına əldə edilən əmlaklar və digər şəxsə ödənilmiş pul vəsaiti üzərində X5 əmlak hüquqları tanınsa da, onun X11 qaytar malı olduğu borc pulun yarısının X9 tərəfindən qaytarılmalı olması tələbi məhkəmə tərəfindən təmin edilməmişdir; - X8 borc aldığı pul vəsaitinin bir qisminin qeyri- yaşayış sahəsinin əldə edilməsi məqsədi ilə digər şəxsə verilməsi, qalan məbləğlə avtomobillər alınması və ailə təsərrüfatının idarə edilməsinə xərclənməsi işin mübahisəsiz halıdır. Belə olduğu halda, məhkəmə onun X11 qaytarmalı olduğu pul vəsaitinin yarısının cavabdeh K.Bağırova tərəfindən qaytarılmalı olması tələbinin təmin edilməməsini əsaslandırmamışdır; - cavabdeh K.X1 borc pulun 2015-ci ildə alındığına və tərəflərin ailə münasibətlərinin isə 2014-cü ildən kəsilməsi faktına istinad edərək borcun yarısının qaytarılmasından yayınmağa çalışır. Bunun əksinə olaraq cavabdeh 2016-cı ilin noyabr ayında X7 ödədiyi pul vəsaitinin yarısına iddialıdır və pay hüququ məhkəmə qətnaməsi ilə tanınmışdır; - cavabdeh K.Bağırovanın qaytarılmalı olan pul vəsaitinə şərik çıxmadığı halda, ona qaytarılmalı olan pul vəsaitinə şərik çıxması qanunsuz və əsassızdır; - X8 borc alımış pulun bir qismini X7 verməyi, qalan hissəsinə “Ford Tranzit ”, “VAZ21074” markalı və “X21” markalı nəqliyyat vasitələrini satın almağı, həmçinin bağ evinin təmir işlərinə və sair ailə təsərrüfatının idarə edilməsinə sərf etməyi işin mübahisəsiz halı olsa da, cavabdeh X2 Abid Əziz oğluna qaytarmalı olduğu pula şərik çıxmaqdan yayınır, bunun əksinə, X6 almalı olduğu pula şərik çıxır; - birinci instansiya məhkəməsi göstərilən halları tam, obyektiv və hərtərəfli araşdırmadan iş üzrə qanuni əsasları olmayan qətnamə qəbul etmişdir.

15. Bakı Apellyasiya Məhkəm əsi Mülki Kollegiyasının 2(103)-5758/2021 nömrəli, 12 iyul 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1484/2021 saylı, 09 aprel 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Elşən Kazımov (sədrlik edən və məruzəçi), İlham Kərimli, Akif İsgəndərov)

16. Apellyasiya məhkəməsi qeyd edib ki, hazırki iş üzrə iddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Çünki iddiaçının 04 iyul 2015-ci il tarixdə qeyri-yaşayış sahəsinin satın alınması məqsədilə X7 verdiyi 292300 ABŞ dollarının, “Ford Tranzit”, “VAZ- 21074” markalı və “X21” markalı nəqliyyat vasitələrini alınması, həmçinin bağ evinin təmir işlərinə və sair ailə təsərrüfatının idarə edilməsinə sərf edilən vəsaitin hazırki iddia tələbində göstərilən vəsait hesabına həyata keçirildiyinə dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Bu halları sübut etmək yükü iddiaçının üzərinə düşür, ancaq o, istinad etdiyi halları sübut edə bilmir.

17. Apellyasiya məhkəməsi daha sonra göstərib ki, iddiaçının X8 borc aldığı pul vəsaitinin bir qisminin qeyri- yaşayış sahəsinin əldə edilməsi məqsədi ilə digər şəxsə verilməsi, qalan məbləğlə avtomobillər alınması və ailə təsərrüfatının idarə edilməsinə xərclənməsinin işin mübahisəsiz halı olduğunu bəyan etməsi də açıq-aşkar absurd dəlildir. Əksinə, iddiaçının iddiada göstərdiyi pul vəsaiti nin bir qisminin qeyri- yaşayış sahəsinin əldə edilməsi məqsədi ilə digər şəxsə verilmədiyi, qalan məbləğlə avtomobillər alınmadığı və ailə təsərrüfatının idarə edilməsinə xərclənmədiyi işin mübahisəsiz halıdır. Çünki qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə iddiaçının bəyan etdiyi bu hallar təkzib olunur. Bakı Apellyasiya Məhkəməsinin 12.10.2020-ci il tarixli, 2(103)-7519/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmişdir ki,... Cavabdeh ilə İddiaçı borcun verildiyi 29.01.2015-ci il tarixdə rəsmi nikahda olsalar da, faktiki olaraq aralarında 2014-cü ildən ər-arvad münasibətləri kəsilmiş, ayrı ünvanlarda yaşamaqla, ayrı təsərrüfat aparmışlar. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 26.10.2018-ci il tarixli 2(004)-6594/2018 nömrəli qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah pozulmuşdur. Rəsmi nikahın 2018-ci il tarixdə pozulması, onlar arasında olan faktiki münasibətin 2014-cü ildən kəsilməsinin müəyyən edilməməsi nəticəsinə gəlməyə əsas vermir, həmçinin, tərəflər arasında olan nikahın pozulması və aliment tələbi barədə məhkəmə qətnaməsindən müəyyən edilir ki, Cavabdeh aliment tələbinə dair iddiasında, İddiaçı isə nikahın pozulması barədə qarşılıqlı iddiasında özləri qeyd etmişlər ki, son 4 ildə faktiki olaraq ayrı yaşayır və ayrı təsərrüfat aparırlar.

18. Apellyasiya məhkəməsi iş materiallarına əsasən vurğulayıb ki, tərəflərin ümumi əmlakı məhkəmə qətnaməsinə əsasən, başqa sözlə hər ikisinin ilk və qarşılıqlı iddiasına əsasən bölünmüşdür. Ancaq iddiaçı nədənsə, bu ümumi əmlaklar bölünərkən ümumi borcun bölünməsini, yaxud öz öhdəliyi üzrə aldığı borcun ailə ehtiyacları üçün istifadə etdiyinə görə tələb etməyi “unutmuş”, yalnız hazırki iddianı irəli sürməzdən əvvəl xatırlamışdır. Göründüyü kimi, bu faktlar da hazırki iddianın açıq-aşkar əsassızlığını təsdiq edir.

19. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlib ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla mübahisələndirilən hissədə ləğv edilə bilməz.

20. Apellyasiya instansiyası məhkəməsi əlavə olaraq Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şika yətinin dəlilləri

21. İddiaçı (Vəkil) kassasiya şikayəti verib, qətnamənin ləğv, iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

22. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılıb. b) Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazının dəlilləri

23. Kassasiya şikayətinə cavabdehin yazılı etirazı daxil olmamışdır. c) Kassasiya icraatı iştirakçılarının izahatları

24. Məhkəmə Kollegiyasının iclasında Cavabdeh və vəkili Əhməd Çingizxan İsax oğlu kassasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini xahiş etdilər.

25. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçının vəkili isə elektron məhkəmə sistem i vasitəsilə ərizə verərək, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini göstərib, işin təxirə salınmasını xahiş etmişdir. Buna baxmayaraq, vəkil ərizədə qeyd etdiyi xüsusatla bağlı hər hansı sübutu ərizəyə əlavə etməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən iddiaçı tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 37.3. Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

26. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarınd a olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

27. Hazırkı kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən, apellyasiya məhkəməsinin qətnaməsi tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. B u baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.

30. İddia tələbi birgə nikah dövründə yaranmış borcun bölünməsi barədədir. İddiaçı tələbinin əsası kimi borc aldığı pul vəsaitinin bir qisminin cavabdehlə arasında bölünmüş əmlakların alınmasına, bir qisminin isə əmlak alınması üçün Samir Rəcəbov adlı şəxsə verməsinə, həmin şəxsə verdiy borcun yarısına cavabdehin payının müəyyən edilməsinə istinad etmişdir.

31. İşin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilən halına görə iddiaçı 04 iyul 2015-ci il tarixdə qeyri-yaşayış sahəsinin satın alınması məqsədilə X7 verdiyi 292300 ABŞ dollarının, “Ford Tranzit”, “VAZ-21074” markalı və “X21” markalı nəql iyyat vasitələrini alınması, həmçinin bağ evinin təmir işlərinə və sair ailə təsərrüfatının idarə edilməsinə sərf edilən vəsaitin hazırki iddia tələbində göstərilən vəsait hesabına həyata keçirildiyinə dair hallar barədə işə mahiyyəti üzrə baxan məhkəmələrə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Həmçinin müəyyən edilib ki, ilə iddiaçının istinad etdiyi hallar qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə təkzib olunur.

32. Məhkəmə kollegiyası iddia tələbi və apellyasiya şikayəti üzrə apellyasiya məhkəməsinin hazırki qərarın 16-19-cu bəndlərində əks edilən dəyərləndirməsi ilə razılaşır. Həmin bəndlərdə əks edilənlərdən görünür ki, apellyasiya məhkəməsi mübahisənin qanuni həlli ilə bağlı zəruri olan halları araşdırmış, tərəflər arasındakı əmlak bölgüsü ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə aktlarına, həmin məhkəmə aktlarındakı müəyyən edilmiş hallara qiymət verərək mübahisəni tətbiq edilməli olan hüquq normaları baxımın düzgün həll etmişdir.

33. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək əsassız hesab edir. Belə ki, həmin dəlillər qeyd edildiyi kimi apellyasiya şikayətinin də dəlilləri olub və apellyasiya məhkəməsi həmin dəlillərə qiymət verib.

34. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

35. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Ap ellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5758/2021 nömrəli, 12 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar