Məhkəmə qərarları › İş №2(102)-3621/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3621/2022

16.08.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3621/2022 16.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Siyəzən bələdiyyəsi, Cavabdeh2, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ İş № 2(102)-3621/2022 (Açar sözlər: müsabiqənin və torpaq icarə müqaviləsinin ləğv edilməsi, həmin torpaq sahəsinin onun icarəsinə verilməsi, bu torpaq sahəsində mövcud olan tikiliyə mülkiyyət hüququnun tanınması və mənəvi zərərin tutulması) Bakı şəhəri 16 avqust 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Siyəzən bələdiyyəsi, Cavabdeh2, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Sumqayıt Ərazi İdarəsinə qarşı müsabiqənin və torpaq icarə müqaviləsinin ləğv edilməsi, həmin torpaq sahəsinin onun icarəsinə verilməsi, bu torpaq sahəsində mövcud olan tikiliyə mülkiyyət hüququnun tanınması və mənəvi zərərin tutulması tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-165/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 29 oktyabr 2019-cu il tarixdə verilmiş çıxarışa əsasən Siyəzən şəhərindəki sahəsi 0,003 ha olan torpaq sahəsi Siyəzən bələdiyyəsinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

2. Siyəzən bələdiyyəsinin 19 dekabr 2019-cu il tarixli 14 nömrəli iclasının 13 saylı qərarı ilə, bələdiyyənin icarə predmeti olan 30 kv.m torpaq sahəsinin icarəyə verilməsi məqsədilə müsabiqəyə çıxarılması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların təşkili üzrə Auksion Mərkəzinin 5 saylı Torpaq müsabiqə və Hərrac Komissiyası ilə Siyəzən bələdiyyəsi arasında müqavilənin bağlanması qərara alınmışdır.

3. Torpaq müsabiqəsinin nəticələri barədə 09 yanvar 2020-ci il tarixli iclasın 144/3 nömrəli protokolunun, AM seriyalı, 010676 nömrəli şəhadətnamənin, eləcə də 23 yanvar 2020-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, Siyəzən ş əhərində yerləşən ümumi sahəsi 0,003 ha olan torpaq sahəsi Siyəzən bələdiyyəsi tərəfindən 09 yanvar 2020-ci il tarixdə keçirilmiş müsabiqədə qalib gəlmiş X1 23 yanvar 2069-cu il tarixədək icarəyə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdehlərə qarşı “müsabiqənin və torpaq icarə müqaviləsinin ləğv edilməsi, həmin torpaq sahəsinin onun icarəsinə verilməsi və cavabdehlərdən mənəvi zərərin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 09 yanvar 2020-ci il tarixli müsabiqənin və Siyəzən Bələdiyyəsi ilə X2 arasında 23 yanvar 2020-ci il tarixdə bağlanmış icarə müqaviləsinin ləğv edilməsi, həmin torpaq sahəsinin onun adına icarəyə verilməsi, cavabdehlərdən vurduqları ziyana görə müştərək qaydada 15000 ma nat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Daha sonra, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Sumqayıt ərazi şöbəsinin və həmin Xidmətin 2 saylı Sumqayıt ərazi idarəsinin əlavə cavabdeh qismində işdə iştirak etməyə cəlb edilməsi, eləcə də iddia tələbinin həcminin artırılması barədə ərizələrlə məhkəməyə müraciət edərək, 09 yanvar 2020-ci il tarixli müsabiqənin və Siyəzən Bələdiyyəsi ilə X2 arasında 23 yanvar 2020-ci il tarixdə bağlanmış icarə müqaviləsinin ləğv edilməsi, həmin torpaq sahəsinin onun adına icarəyə verilməsi, bu torpaq sahəsində mövcud olan tikiliyə mülkiyyət hüququnun tanınması, həmçinin cavabdehlər Siyəzən Bələdiyyəsindən və Cavabdeh2ndən vurduqları ziyana görə müştər ək qaydada 15000 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Siyəzən Rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli, 2(059)-196/2021 saylı qərardadı ilə İddiaçı cavabdehlər Siyəzən bələdiyyəsi, Cavabdeh2, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Sumqayıt ərazi şöbəsinə və həmin Xidmətin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “müsabiqənin və torpaq icarə müqaviləsinin ləğv edilməsi, həmin torpaq sahəsinin onun icarəsinə verilməsi, bu torpaq sahəsində mövcud olan tikiliyə mülkiyyət hüququnun tanınması və cavabdehlər Siyəzən bələdiyyəsindən və Cavabdeh2ndən mənəvi zərərin tutulması” tələbinə dair iddiasının «cavabdehlər Siyəzən bələdiyyəsindən və Cavabdeh2ndən mənəvi zərərin tutulması» hissəsi üz rə icraata xitam verilməsi qərara alınmışdır.

7. Siyəzən Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(059)-196/2021 nömrəli iş üzrə 8 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim Bəylər Ələkbərov) iddia təmin edilməmişdir.

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, hərracın müsabiqə formasında keçirilməsindən əvvəl 07 dekabr 2019-cu il tarixdə (ən geci 30 gün qalmış) “Mülkiyyət” qəzetində hərracla bağlı bildiriş verilmiş və hərrac 09 yanvar 2020-ci il tarixdə ixtisaslaşmış təşkilat tərəfindən müsabiqə formasında keçirilmiş, müqavilə müsabiqədə ən yüksək qiymət təklif etmiş şəxslə, yəni Bənövşə Musayeva ilə bağlanmışdır (Mülki Məcəllənin 414cü maddəsi). Bildirişin məzmunu baxımından (MM-in 415-ci maddəsi) hərracın forması, vaxtı, yeri, predmeti və başlanğıc qiymə tinə dair məlumatlar göstərilmiş, hərracın keçirilmə qaydası, iştirakın rəsmiləşdirilməsi, onu udan şəxsin müəyyənləşdirilməsi, behə dair məlumatlar qeyd olunmasa da, hərracda iştirak etmiş şəxslər tərəfindən sonradan mübahisələndirilməmişdir.

9. Mülki iş materiallarından, o cümlədən tədqiq edilmiş sübutlardan da göründüyü kimi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların təşkili üzrə Auksion Mərkəzinin təşkilatçılığı ilə 09 yanvar 2020-ci il tarixdə keçirilmiş müsabiqənin nəticələrinə əsasən qalib gəlmiş X2 ilə Siyəzən bələdiyyəsi arasında bələdiyyənin mülkiyyətindəki Siyəzən şəhərində yerləşən ümumi sahəsi 0,003 ha olan torpaq sahəsinin 23 yanvar 2020-ci il tarixdə icarəyə verilməsinə dair müqavilə imzalamaqla tərəflər iradələrini ifadə etmişlər.

10. Bu ndan əlavə, mübahisəli torpaq sahəsinin bu və ya digər formada iddiaçının adına sənədləşdirilməsinə dair tərəflər, o cümlədən İddiaçıla Siyəzən bələdiyyəsi arasında hər hansı bir öhdəlik münasibətləri yaranmamışdır.

11. Məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab etmişdir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.

12. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 6, 706, Torpaq Məcəlləsinin 56, 324.1, 324.2, 389.1, 389.2, 421, Mülki Prosessual Məcəllənin 4.1, 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Siyəzən Ray on Məhkəməsi 08 may 2021-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir.

15. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(105)-165/2022 nömrəli iş üzrə 24 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Telman Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Tağızadə və Lətifə Məmmədova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi iddia ərizəsini təmin etməməklə düzgün nəticəyə gəlmişdir.

17. Məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisəli müqavilə bağlanarkən iddiaçı müqavilənin iştirakçısı olmamış, o cümlədən orada tərəf kimi iştirak etməmiş, habelə bağlanmış müqavilə və ona qədər aparılmış hərəkətlər iddiaçının hüquqlarını, maraqlarını bu və ya digər formada pozmamış, bunun əksi məhkəmə iclasında sübut edilməmişdir.

18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13.1, 29, Mülki Məcəllənin 6, 706, Torpaq Məcəlləsinin 56, 324.1, 324.2, 389.1, 389.2, 421, Mülki Prosessual Məcəllənin 4.1, 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

19. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bələdiyyə Torpaq Məcəlləsinin 56.4-cü maddəsinin tələblərini pozaraq torpağı almaqda üstünlük hüququ olan şəxsə deyil tamamilə kənar bir şəxsə satmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

22. Maddə 13.1. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

23. Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllə

24. Maddə

6. Mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindəndir.

25. Maddə

706. Torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər. Mülki Prosessual Məcəllə

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası ki mi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

33. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

34. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

36. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması, habelə əvvəlki məhkəmə baxışlarının predmeti olmuş sübutların araşdırılmaması ilə bağlıdır. Halbuki, hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Əsasən iddianın dəlilləri ilə üst-üstə düşən həmin dəlillərə apellyasiya instansiya məhkəməsi tərəfindən qiymət verilmişdir.

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

38. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

39. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-165/2022 nömrəli mülki iş üzrə 24 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar