Məhkəmə qərarları › İş №2(102)-3626/2020

Ali Məhkəmə Qərardad — İş №2(102)-3626/2020

17.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3626/2020 17.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, kassatorun vəkili X1, İddiaçı və onun vəkili X4 iştirakı ilə, Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-795/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-795/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv olunmasını, iş üzrə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti xx xxxx 2020-ci il tarixli qərardadla icraata qəbul edilmişdir. xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsindən məktub daxil olaraq Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-795/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən X2 tərəfindən kassasiya şikayəti verildiyi qeyd olunmuş, bununla əlaqədar mülki işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası məruzəçini, iddiaçını, onun və kassatorun vəkillərini dinləyib, Bakı Apellyasiya Məhkəməsinin məktubunu nəzərə alaraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-795/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsin dən S.Əliyeva tərəfindən verilmiş kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407-409-cu maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş kassasiya baxışından çıxarılmalı və apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər (maddə 417.1.7). Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 406, 409 və 417-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-795/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Ali Məhkəmənin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. 2(102)-3626/2020 saylı mülki iş kassasiya baxışından çıxarılsın. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-795/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən X2 tərəfindən verilmiş kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407-409-cu maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi and

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar