Məhkəmə qərarları › İş №2(102)-363/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-363/2022

02.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-363/2022 02.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı "xxxx" ASC-nin cavabdehlər "xxxx" QSC-yə, "xxxx" QSC-yə, X10 və Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: subroqasiya qaydasında pul tələbi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1, vəkili Məmmədov Qalib Sadiq oğlunun, Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X4 və vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Koll egiyasının 2(103)-7023/2021 nömrəli iş üzrə 14 iyul 2021-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən icbari sığortası üzrə sığortalanaraq, "xxxx" QSC-nin mülkiyyətində olan, X13 tərəfindən idarə olunan “Lexus LX 570” markalı, **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində, yəni 29.10.2014-cü il tarixində, saat 11:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu, M.Qaşqai küçəsi ilə N.Yusifbəyli küçəsinin kəsişməsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" ASC tərəfindən 17.09.2013-cü il tarixindən 17.09.2014-cü tarixinədək 26.500 manat sığorta məbləği və sığorta dəyəri olmaqla “avto kasko” qaydaları ilə tam sığortalanmış “Mitsubishi ASX” markalı **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində “Mitsubishi ASX” markalı **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər vurulmuşdur.

2. Baş vermiş yol-nəqliyyat hadisəsində X13 təqsirli bilinmişdir. Bu hal iş materiallarına əlavə edilmiş Bakı şəhəri Nərimanov RPİ DYPŞ-nin 29.10.2014-cü il tarixli 15546 saylı arayışı, 29.10.2014-cü il tarixli, CYP 756190 saylı inzibati xəta haqqında protokolu və inzibati xəta haqqında iş üzrə qərarı ilə öz təsdiqini tapmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı "xxxx" ASC cavabdehlər "xxxx" QSC-yə, "xxxx" QSC-yə, X10 və Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, tərəfindən ödənilmiş sığorta ödənişi məbləğinin 5000 manat hissəsinin və gecikdirilmiş günlər üçün sığorta ödənişinin həyata keçirildiyi günə kimi sığorta ödənişinin 0,1 faizi məbləğində 8.220 manat dəbbə pulunun cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq iddiaçının hesabına ödənilməsi, tərəfindən ödənilmiş sığorta ödənişi məbləğinin 1878,96 manat hissəsinin cavabdehlər Cavabdeh1 QSC-dən, ”Muğan KİTT” MMC-dən və X6 müştərək qaydada tutularaq iddiaçının hesabına ödənilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçının hesabına ödə nilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir).

4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Cavabdeh1 QSC-nin 02.12.2019-cu il tarixli, 179/12-20 saylı məktubuna və əlavə edilmiş sənədlərə əsasən “Lexus LX 570 ” markalı, **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobil 10.10.2014-cü il tarixli, LM 178/10- 2014 saylı daxili maliyyə lizinq müqaviləsinə əsasən lizinq alan "xxxx" MMC-yə lizinqə verilmişdir və avtomobil üzərində faktiki sahiblik və istifadə hüquqları lizinq alana məxsus olmuşdur. “Mitsubishi ASX” markalı **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobil MİB-HO-0552-0/13 saylı sığorta şəhadətnaməsi ilə "xxxx" ASC tərəfindən 17.09.2013-cü il tarixindən 17.09.2014-cü tarixinədək 26.500 man at sığorta məbləği və sığorta dəyəri olmaqla “avto kasko” qaydaları ilə tam sığortalanmışdır. Həmin sığorta şəhadətnaməsi ilə hər bir sığorta hadisəsi üzrə şərtsiz azadolma məbləği tərəflər arasında 500, manat razılaşdırılmışdır. 04.12.2014-cü il tarixli zərərin hesablanması aktına əsasən hadisə nəticəsində “Mitsubishi ASX ” markalı **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 7378,96 manat məbləğində müəyyən edilmişdir. 04.12.2014-cü il tarixli, 822/14 saylı sığorta aktına və 05.12.2014-cü il tarixli, 001573 saylı kassa məxaric orderinə əsasən, zərər məbləğindən 500 manat məbləğində azadolma məbləği çıxılmaqla 6878,96 məbləğində sığorta ödənişi “Mitsubishi ASX” markalı **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi və MİB-HO-0552-0/13 saylı sığorta şəhadətnaməs i üzrə sığortalı, X3 ödənilmişdir. www.isb.az saytından çıxarışa əsasən, hadisə anına X7 idarə etdiyi “Lexus LX 570 ” markalı, **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobil “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən sığortalanmışdır. "xxxx" 5. 6. 7.

8. ASC 29.10.2014-cü il tarixli elektron və 21.11.2014-cü il tarixli, BS-C-14/0973 saylı məktubla müraciət edilərək zərər məbləğinin razılaşdırılması prosesində nümayəndələrinin iştirakının təmin olunması xahiş edilmişdir. Həmçinin 12.01.2018-ci il tarixli, BS-C-18/0047 saylı “subroqasiya tələbinə dair” məktubu ilə iddiaçı sığorta ödənişini etdikdən sonra cavabdehin idarə etdiyi avtomobil sürücülərinin üçüncü şəxslər qarşısında mülki məsuliyyətini sığorta etmiş “Azərsığorta” DSKŞ-yə sığorta tələbi ilə müraciət etmişdir. Lakin, lakin sığorta ödənişi bu günə kimi ödənilməmişdir. 22.04.2019-cu il tarixli, BS-C-19/0697 saylı şikayət məktubu "xxxx" ASC tərəfindən AR MBNP-na göndərildikdən sonra “Azərsığorta” DSKŞ-nin 14.05.2019-cu il tarixli 08/B-426 saylı məktubla məbləğin "xxxx" ASC-nin hesabına ödənildiyi qeyd edilmişdir. Lakin məlum olmayan səbəblərdən bu günə kimi məbləğin hesaba köçürüldüyünü təsdiq edən heç bir sənəd iddiaçıya təqdim edilməmişdir. 27.11.2019-cu il tarixli, №BS-C-19/1838 saylı və 09.12.2019-cu il tarixli, BS-C-19/1919 saylı geriyə tələb (pretenziya) məktublarından göründüyü kimi, 1878,96 manat məbləğinin geri ödənilməsi tələbi iddiaçı tərəfindən digər cavabdehlərin ünvanlarına göndərilmişdir. İddia tə ləbinin cavabdeh “Azərsığorta” DSKŞ-yə qarşı dəbbə pulunun hesablanması hissəsində müddətin axımının cavabdeh “Azərsığorta” DSKŞ-nin iddiaçıya təqdim etdiyi 14.05.2019-cu il tarixli, 08/B-426 saylı məktubda qeyd etdiyi ödənişin ödənildiyi tarixdən, yəni 23.06.2015-ci il tarixdən iddia ərizəsinin məhkəməyə verildiyi 24.01.2020-ci il tarixədək Mülki Məcəllənin 934.2-ci maddəsinə əsasən (sığorta ödənişi 7 iş günü ərzində ödənilməli idi) 23.06.2015-ci il tarixdən 24.01.2020-ci il tarixədək cəmi 1644 gün (5000/100*0.1*1,644=8.220) 8.220 manat məbləğində gecikdirilmiş günlər üçün dəbbə pulu cavabdeh “Azərsığorta” DSKŞ-dən tutulmalıdır. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti birinci instansiya məhkəməsinin icraatı zamanı məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə göndərmişdir. Cavabdeh "xxxx" QSC-nin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasındakı verdiyi izahatında 10.10.2014-cü il tarixli ET 001-178/10-2014 saylı "xxxx" QSC tərəfindən verilmiş etibarnaməyə, 02.12.2019-cu il tarixli N=179/12-2019 LƏD saylı Cavabdeh1 tərəfindən "xxxx" ASC-yə verilmiş məktuba və 10.10.2014-cü il tarixli, LM N=178/10-2014 saylı daxili maliyyə lizinqi müqaviləsinə əsasən "xxxx" QSC-nin hazırda heç bir öhdəlik daşımadığını göstərmiş və iddia "xxxx" QSC-yə münasibətdə təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim A.Məmmədov) 04 may 2021-ci il tarixli, 2(004)-2583/2021 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən ödənilm iş sığorta ödənişinin 5000 manat hissəsi və 200 manat dəbbə pulu olmaqla, cəmi 5200 manatın tutularaq iddiaçı ’’Bakı Sığorta” ASC-nin xeyrinə ödənilməsi, cavabdeh X6 ödənilmiş sığorta ödənişinin 1878,96 manat hissəsinin tutularaq, iddiaçı ’’Bakı Sığorta” ASC-nin xeyrinə ödənilməsi, cavabdehlər Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən və X6 30 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının müştərək qaydada tutularaq, iddiaçı ’’Bakı Sığorta” ASC-nin xeyrinə ödənilməsi, iddia tələbinin cavabdehlər “"xxxx" QSC-yə və "xxxx" QSC-yə münasibətdə təmin edilməməsi qət edilmişdir. Məhkəmə Mülki Məcəllənin 1108.1-ci maddəsinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, 29.10.2014-cü il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Nəqliyyat vasitəsi sahiblə rinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən sığortalanmış “Lexus LX 570 ” markalı, **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edən cavabdeh X13 təqsirli bilindiyindən iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə həmçinin Mülki Məcəllənin 373.1-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, hazırki iddia tələbin üzrə cavabdehlərin öhdəliyi hər hansı bir müqavilədən deyil, məhz X13 tərəfindən X2 mülkiyyətində olan “Mitsubishi ASX” markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulmasından, yəni deliktdən irəli gəlir. İddiaçının cavabdehlərə qarşı tələbi aralarında bağlanmış hər hansı bir müqavilədən deyil, cavabdehin törətdiyi mülki hüquq pozuntusundan, delik tdən irəli gəlir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-F.Babayev (sədrlik edən və məruzəçi), X.Mərdanova və E.Həsənov) 14 iyul 2021-ci il tarixli, 2(103)-7023/21 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2583/2021 saylı, 04 may 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

11. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti kassasiya şikayəti verərək qə tnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin də cavabdehliyi Y.Rüstəmov tərəfindən idarə olunan avtomobilin sığorta müqaviləsi əsasında yaranmışdır. Belə ki, “Lexus” markalı, ** AF *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinin mülki məsuliyyətinin icbari sığortası Şirkətdə 1 il müddətinə sığortalanmışdır. Bununla da Şirkət 1 il ərzində qeyd olunmuş nəqliyyat vasitəsinin istismarı nəticəsində üçüncü şəxslərin əmlakına maksimum 5000 manat məbləğində dəymiş zərər üzrə sığorta ödənişinin ödənilməsi ilə bağlı öhdəlik götürmüşdür. Sığortalanmış nəqliyyat vasitəsini kimin idarə etməsindən asılı olmayaraq onun istis marı nəticəsində üçünçü şəxslərin əmlakına zərər dəyməsi halında avtomatik olaraq sığorta ödənişinin həyata keçirilməsi sığorta müqaviləsi əsasında nəzərdə tutulmuşdur. Yekunda belə bir fikrə gəlinir ki, Şirkətin öhdəliyi delikt nəticəsində deyil, bağlamış olduğu icbari sığorta müqaviləsi əsasında yaranmışdır. Həmçinin iddiaçının da tələb hüququ delikt nəticəsində kasko sığorta müqaviləsi əsasında yaranmışdır. AR Mülki Məcəlləsinin 373.2-ci maddəsində tərəflər arasında müqavilənin olması şərti qoyulmamışdır, yalnız bir şərt vardır ki, o da tələbin müqavilə üzrə olmasıdır. Göründüyü qədərilə də iddiaçının da tələbi, həmçinin cavabdeh Şirkətin də öhdəliyi müqavilə üzrə yaranmışdır. Bu səbəbdəndir ki, müqavilə tələbləri üzrə iddia müddəti 3 il təşkil etdiyindən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı 3 illik iddia müddəti tətbiq edilərək iddia tələbi o hissədə rədd olunmalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. İddiaçı "xxxx" ASC kassasiya şikayətinə qarşı etiraz göndərərək onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

14. Etiraz onunla əsaslandırılmışdır ki, subroqasiya hüququna aid iddia müddətləri ilə bağlı Ali Məhkəmənin bülletenində subroqasiya hüququna aid iddia müddəti Mülki Məcəllənin 373.1-ci maddəsinə uyğun hesablanması qeyd etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X8 və vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını x ahiş etdilər.

16. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X5 və vəkili Məmmədov Qalib Sadiq oğlu kassasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdilər.

17. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

18. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və va sitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.

19. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.

20. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

21. Maddə 1114. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

24. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

25. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutl ara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.

28. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən icba ri sığortası üzrə sığortalanaraq, "xxxx" QSC-nin mülkiyyətində olan, X13 tərəfindən idarə olunan “Lexus LX 570” markalı, **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində, yəni 29.10.2014-cü il tarixində, saat 11:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu, M.Qaşqai küçəsi ilə N.Yusifbəyli küçəsinin kəsişməsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" ASC tərəfindən 17.09.2013-cü il tarixindən 17.09.2014-cü tarixinədək 26.500 manat sığorta məbləği və sığorta dəyəri olmaqla “avto kasko” qaydaları ilə tam sığortalanmış “Mitsubishi ASX” markalı **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində “Mitsubishi ASX” markalı **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər vurulmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsində X13 təqsirl i bilinmişdir. Bu hal iş materiallarına əlavə edilmiş Bakı şəhəri Nərimanov RPİ DYPŞ-nin 29.10.2014-cü il tarixli 15546 saylı arayışı, 29.10.2014-cü il tarixli, CYP 756190 saylı inzibati xəta haqqında protokolu və inzibati xəta haqqında iş üzrə qərarı ilə öz təsdiqini tapmışdır. 29. 04.12.2014-cü il tarixli zərərin hesablanması akta uyğun olaraq “Mitsubishi ASX” markalı **-SJ*** dövlət qeydiyyat nişanlı avtomobilə 7378,96 manat ziyan dəymişdir. 30. 04.12.2014-cü il tarixli, 822/14 saylı sığorta aktından və 05.12.2014 cü il tarixli, 001573 saylı kassa məxaric orderindən görünür ki, Bakı Sığorta” ASC tərəfindən zərər məbləğindən 500 manat məbləğində azadolma məbləği çıxılmaqla 6878,96 məbləğində sığorta ödənişi “Mitsubishi ASX” markalı **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyy ətçisi və MİB-HO-0552-0/13 saylı sığorta şəhadətnaməsi üzrə sığortalı, X3 ödənilmişdir. 31. www.isb.az saytından çıxarışdan görünür ki, hadisə anına X9 idarə etdiyi “Lexus LX 570 ” markalı, **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobil “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən sığortalanmışdır. 32. “Azərsığorta” DSKŞ-nin AR MBNP-na ünvanladığı 14.05.2019-cu il tarixli 08/B-426 saylı məktubdan görünür ki, “Mitsubishi ASX” markalı 90SJ-877 dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi ilə əlaqədar 5000 manat sığorta ödənişinin 23.06.2015-ci il tarixli 414 saylı ödəniş tapşırığı ilə "xxxx" ASC-nin hesabına ödənildiyi qeyd edilmişdir. 33. 10.10.2014-cü il tarixli ET 001-178/10-2014 sa ylı etibarnamədən göründüyü kimi, lizinqalan ”Muğan KİTT” MMC-nin 10.10.2014-cü il tarixli məktubu nəzərə alınaraq, lizinq verən "xxxx" QSC tərəfindən “Lexus LX 570” markalı, **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə olunması X10 10.05.2015-ci il tarixinədək etibarnamə verilmişdir.

34. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, göstərilən müddəaların mənasından göründüyü kimi subroqasiya tələbi sığorta ödənişi vermiş sığortaçının vurulmuş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı irəli sürülən tələbidir. Hazırki işin halları baxımından isə 29.10.2014-cü il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfind ən sığortalanmış “Lexus LX 570” markalı, **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edən cavabdeh X13 təqsirli bilindiyindən birinci instansiya məhkəməsi iddia tələbini cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə münasibətdə qismən təmin etməkdə haqlı olmuşdur.

35. Kollegiya cavabdehin iddia müddətinin tətbiq edilməli olması” dəlilini əsassız sayaraq qeyd etmişdir ki, iddiaçının tələbi müqavilə münasibətlərindən deyil, deliktdən irəli gəlir və bu tələbə 3 illik iddia müddətini tətbiq etmək mümkün deyildir.

36. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qə naətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kollegiya həmin əsaslandırma ilə razılaşaraq hesab edir ki, iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

37. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

38. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7023/2021 nömrəli iş üzrə 14 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə min ir. Sədrlik edən: Zaur Əliyev Hakimlər: Abiddin Hüseynov İlqar Xələfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar