Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3631/2020 01.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, cavabdeh “xxxxxxxxx” ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh “xxxxxxxxx” ASC-yə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(103)-587/2020 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İd diaçı cavabdeh “xxxxxxxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Ceyranbatan qəsəbəsində icarədə olan 3.0 ha torpaq sahəsində yerləşən 5617.5 kv.m. ümumi, 3722 kv.m əsas 1895.5 kv.m köməkçi sahədən ibarət əmlak kompleksinə dair bağlanmış ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-3073/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Abşeron rayon Ceyranbatan qəsəbəsində icarədə olan 30 ha toraq sahəsində yerləşən 5617,5 kv.m ümumi, 3722 kv.m əsas, 1895,5 kv.m köməkçi sahədən ibarət əmlak kompleksinə dair «xxxxxxxxx» ASC və X7 arasında bağlanmış xx.xx.2012-ci il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi qət edilmiş dir. (hakim Kəmalə Əmirxanova) Bakı Apellyasiya Məhkəməsinin 2(103)-587/2020 saylı, xx xxxxxx 2020-ci iltarixli qətnaməsi ilə cavabdeh “xxxxxxxxx” ASC-ninapellyasiya şikayətləri təmin edilərək, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)-3073/2016 nömrəli qətnaməsi ləğv olunmuş, yeni qətnamə qəbul olunmaqla, iddia təmin olunmamışdır. (hakimlər Vüqar Həsənov (sədrlik edən və məruzəçi) Şərafət Məmmədova, Xəyal Sarıyev) İddiaçı Məmmədəli qızı və vəkili Vəkil kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsasland ırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, ipoteka predmeti olan əmlak nikahdan əvvəl alınsa da, həmin əmlakın dəyəri birgə nikah vaxtı qoyulmuş vəsait hesabına xeyli artırılıb. Məhkəmə bunu nəzərə almayıb. Cavabdeh “xxxxxxxxx” ASC-nin nümayəndəsi X3 məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün Mülki-Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq işin kassasiya baxışında onun izahatı dinlənilmədi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, iddiaçı və onun vəkili məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 4 15.3-cü maddəsinə əsasən iddiaçının və vəkilnin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasənİddiaçı Məmmədəli qızı kassasiya şikayətitəmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İddia ərizəsindən görünür ki, iddiaçı tələbinin faktiki əsası kimi X7 ilə 2005-ci ildə nikaha girməsi, Abşeron rayonu, Ceyranbatan qəsəbəsində icarədə olan 3.0 ha torpaq sahəsində yerləşən 5617.5 kv.m. ümumi, 3722 kv.m əsas, 1895.5 kv. m köməkçi sahədən ibarət əmlak kompleksinin X7 ilə onun birgə nikah dövründə, yəni 2008-ci əldə edilməsi, ərinin əmlak kompleksinin mülkiyyətçilərindən biri olması, həmin əmlakın “xxxxxxxxx” X9 ilə xx xxxxxxx 2012-ci il tarixdə bağlanmış kredit müqaviləsinin təminatı kimi banka ipoteka qoyulması, ipoteka müqaviləsi bağlanarkən mülkiyyətçi kimi onun razılığının alınmamasına istinad etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş, gəldiyi nəticəni də iddiaçının X7 ilə 2005-ci ildə nikaha girməsi, ipoteka qoyulan əmlakın 2008-ci ildə əldə edilməsi, iddiaçının ərinin həmin əmlakın mülkiyyətçilərindən biri kimi rəsmi reyestrdə qeydə alınmasını, əmlakın xx xxxxxx 2012-ci ildə kredit öhdəliklərinin təminatı kimi “xxxxxxxxx” ASC-nin xeyirnə ipoteka yülkü edilməsi zamanı iddiaçının buna razılığının alınmaması ilə əsaslandırmışdır. Qətnamədən görünür ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, iş materiallarına əsasən mübahisəli qeyriyaşayış sahəsinin xx xxxxxx 2001-ci il tarixdə reyestrə qeyd edilməklə X4, X1, X5 birgə mülkiyyətinə keçməsini, bundan sonra yalnız mülkiyyət hüququnu təsdiq edən sənədin dəyişdirilməsi qaydasında xx xxx 2008-ci il tarixdə reyestrdən çıxarış alınmasını, iddiaçının isə X7 ilə 2005-ci ildə nikaha girməsi, bununla da qeyd edilən əmlakın birgə nikadan əvvəl əldə edilməsini müəyyən edərək, iddianı təmin edən birinci instansiya məhkəməsinin qətnaməsini ləğv, iddianı rədd etmiş, gəldiyi nəticəni də Ailə Məcəlləsinin 34.1, Mülki Məcəllənin 225.1, 225.2 və 225.6-cı ci maddələri ilə əsaslandır mışdır. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi işin müəyyən etdiyi hallarına uyğun olaraq maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Belə ki, iddia tələbi ipoteka müqaviləsinin etibarsızlığı barədədir. İddiaçı ipoteka müqaviləsinin etibarsızlığının faktiki əsası kimi əri ilə birgə nikah dövründə əldə etdiyi əmlakın ipoteka qoyulmasına mülkiyyətçi kimi onun razılığının alınmamasını göstərmiş, tələbinin hüquq əsası kimi isə Mülki Məcəllənin 337.2, 339.1 və 340-cı maddələrinə istinad etmişdir. Belə olan halda iddianın təmin olunmasının əsas şərtini ipoteka ilə yüklü edilmiş əmlakın həqiqətən də iddiaçı ilə ipoteka qoyan arasında nikah dövründə əldə edilməsi təşkil edir. İşin apelyasiya instansiyası tərəfindən müəyyən edilən mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı ilə X7 nikaha 2005-ci ildə daxil olsalar da, ipotekaya qoyulan qeyriyaşayış sahəsi X4, X1, X5 birgə mülkiyyətinə xx xxxxxx 2001-ci il tarixdə keçmişdir. Bundan sonra yalnız mülkiyyət hüququnu təsdiq edən sənədin dəyişdirilməsi qaydasında xx xxx 2008-ci il tarixdə reyestrdən çıxarış alınmışdır. Belə olan halda da apelyasiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, mübahisəli əmlak iddiaçının həyat yoldaşı ilə birgə nikah dövründə əldə olunmuş əmlak olmadığına görə onun həmin əmlak üzərində birgə mülkiyyətçi hüququ yaranmamış və əmlakın ipotekaya qoyulması zamanı isə onun razılığının alınması zəruri olmamışdır. Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əq dlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətidir (ərarvadın hər birinin əmlakıdır). Mülki Məcəllənin 225.1 və 225.2-ci maddələrinə görə ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyəti sayılır. Nikaha girənədək ərarvadın hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Mülki Məcəllənin 225.6-cı maddəsinə əsasən daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Göründüyü kimi, apelyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olara q ər-arvadın hər birinin ayrıca mülkiyyətini nizama salan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. İşin müəyyən edilmiş halları tətbiq edilən maddi hüquq normalarının dispozitiv şərtlərinə uyğun olaraq iddianın təmin edilməsini istisna etmişdir. Çünki iddiaçının Abşeron rayon Ceyranbatan qəsəbəsində icarədə olan 30 ha toraq sahəsində yerləşən 5617,5 kv.m ümumi, 3722 kv.m əsas, 1895,5 kv.m köməkçi sahədən ibarət əmlak kompleksinin mülkiyyətçisi olması halı müəyyən edilməmişdir. Əmlakın nikahdan əvvəl alınmasını iddiaçı da kassasiya şikayətində etiraf etmişdir. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməni maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul etməsi barədə şikayətin dəlilləri əsassızdır. İpoteka predmeti olan əmlakın dəyərinin birgə nikah vaxtı qo yulmuş vəsait hesabına xeyli artırıması barədə kassasiya şikayətinin dəlilinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, bu dəlillər nə apelyasiya, nə də birinci instansiya məhkəmələrində irəli sürülməyib, əksinə, iddiaçı iddia ərizəsində əmlakın ümumi mülkiyyətdə olmasının yeganə əsası kimi onun birgə nikah vaxtı əldə edilməsinə istinad etmişdir. Buna görə də məhkəmə kollegiyası kassasiya şikayətinin aşağı instansiya məhkəmələrində araşdırlmayan bu dəlillərinə qiymət verməyə zərurət görmür. Çünki Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Hazırki işdə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv olun ması üçün Mülki Prosessual Məcəllənin 418-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Mülki Prosessual Məcəllənin 417.1.1-ci maddəsinə görə kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki,kassasiya şikayətitəmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)587/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar
Məhkəmə qərarları › İş №2(102)-3631/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3631/2020
01.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver