Məhkəmə qərarları › İş №2(102)-3631/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3631/2024

29.11.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3631/2024 29.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali M əhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X3 Xidmətinin Bakı şəhər Ərazi İdarəsi işə cəlb edilməklə) qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: əmək haqqı, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə (müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsi) qarşı “əmək haqqının, faiz ödənişinin və dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2615/2024 nömrəli, 12 iyun 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.2022-ci il tarixli əmək müqaviləsi əsasında "xxxx" MMC-də baş menecer vəzifəsində işə başlamış, işçinin əmək haqqının məbləği aylıq 300 manat məbləğində müəyyən edilmişdir. İddiaçı bir neçə ay cavabdeh təşkilatda işlədikdən s onra xx.xx.2022-ci il tarixdə Əmək Məcəlləsinin 75-ci maddəsinin “a” bəndinə əsasən işdən azad edilmiş, lakin iddiaçı ilə son haqq hesab aparılmamışdır. Daha sonra, iddiaçının şikayəti əsasında X1 müvafiq araşdırma aparılmış və əmək haqqının ödənilməsində yol verilmiş hüquqpozmanın aradan qaldırılması "xxxx" MMC-nin rəhbərliyinə tapşırılmışdır. Bundan sonra iddiaçı xx.xx.2022-ci il tarixli əmrlə əvvəlki vəzifəsinə bərpa edilmiş və ona işə çıxması barədə bildiriş göndərilmişdir. Lakin iddiaçı işə bərpa edildikdən sonra öz ərizəsi əsasında xx.xx.2022-ci il tarixdə işdən çıxmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" MMC-yə (bundan sonra – cavabdeh) (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərba ycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X3 Xidmətinin Bakı şəhər Ərazi İdarəsi işə cəlb edilməklə (bundan sonra – üçüncü şəxs və ya Bakı Ərazi İdarəsi) “əmək, məzuniyyət və faiz haqqının tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3000 manat məbləğində əmək haqqının və 300 (üç yüz) manat məzuniyyət pulunun (son haqq-hesabın), iddianın təmin olunacağı günə hər ay üzrə ayrılıqda olmaqla, hər gecikdirilmiş gün üçün əmək haqqının azı bir faizi məbləğində ödənclə birgə yenidən hesablanaraq, o cümlədən 50 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçıya işlədiyi müddət ərzində əmək müqaviləsi üzrə əmək haqqını ödəm əmişdir. Cavabdeh şirkətin rəhbəri tərəfindən hər ay növbəti ay ödəmə edəcəyinə söz verilsə də, buna əməl etməmiş və xx.xx.2022-ci il tarixində əmək münasibətlərinə düzgün olmayan bir şəkildə xitam verilmişdir. İddiaçı tərəfindən bundan sonra lazımı orqanlara müraciət olunmuş və bu barədə Bakı şəhər İdarəsi tərəfindən aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə bağlanılmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə Əmək Məcəlləsinin 75-ci maddəsinin “a” bəndinə (tərəflərin qarşılıqlı razılığı) əsasən əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilmiş və son haqq-hesab ödənilməmişdir. Bu səbəbdən də müəssisənin rəhbərliyi tərəfindən Əmək Məcəlləsinin 75-ci maddəsinin 3-cü hissəsinin tələbləri pozulduğuna görə MMC-nin direktoru Aise l Məmmədova barəsində AR İXM-nin 192.4 və 192.6-cı maddələrinə əsasən inzibati xəta haqqında protokol tərtib edilərək bu Məcəllənin 192.6-cı maddəsinə uyğun olaraq inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul olunmuşdur. Həmçinin, nöqsanların aradan qaldırılması məqsədi ilə idarə tərəfindən MMC-nin ünvanına **********6 saylı xx.xx.2022-ci il tarixli məktub da göndərilmişdir. Bu tədbirlərdən sonra cavabdeh müəssisənin rəhbəri Aisel Məmmədova tərəfindən xx.xx.2022-ci il tarixli məktubla iddiaçıya müraciət olunaraq bildirilmişdir ki, o, xx.xx.2022-ci il tarixindən MMC-də menecer vəzifəsinə bərpa edilmişdir. İddiaçı artıq cavabdeh şirkətin rəhbərliyi ilə birlikdə işləməyin mümkün olmayacağı səbəb indən dərhal işdən azad olunma barədə ərizə ilə müraciət etmiş və bu səbəbdən əmək müqaviləsinə xitam verilmişdir. Lakin, yenə də cavabdeh müəssisənin rəhbərliyi tərəfindən rəsmi olaraq xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə hər ay üçün aylıq 300 manat əmək haqqı və son haqq hesab iddiaçıya ödənilməmişdir. Bu barədə cavabdehə ünvanlanan xəbərdarlığa da cavab verilməmişdir. Hal-hazırda MMC-nin iddiaçıya əmək haqqı üzrə 10 ay və hər ay üçün 300 manat təşkil etməklə cəmi 3000 manat məbləğində və 300 manat məbləğində məzuniyyət pulu olmaqla, cəmi 3600 (üç min altı yüz) manat məbləğində borcu vardır. İddiaçıya ödənilməli olan bu məbləğlərin vaxtında, eyni zamanda ümumiyyətlə ödənilməməsi onun çox ciddi maddi və mənəvi sıxıntılarına səbəb olmuşdur. Bu barədə iddiaçı tərəfindən MMC-yə dəfələrlə şifahi və eyni zamanda yazılı şəkildə müraciət olunsa da, heç bir nəticə olmamışdır.

4. Cavabdehin nümayəndəsi Aisel Mamedova məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirdi ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin “İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılması haqqında” xx.xx.2023-cu il tarixli 2-3-17-5/3-1-2713/2023 nömrəli qərarla barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərar ləğv edilmişdir. Həmin qərarda göstərilir ki, İddiaçı əmək müqaviləsinə “X4” Şirkətindən aldığı mühasibatlıq xidməti nəticəsində yalnış maddə ilə, yəni Əmək Məc əlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə xitam verilməli olduğu halda 75-ci maddənin 2-ci hissəsinin "a" bəndi ilə xitam verilmişdir. xx.xx.2022-ci il tarixdə xitam sistemdən ləğvi və köhnə tarixlə bərpası üçün müraciət edilmiş, xx.xx.2023cü il tarixdə X3 Xidməti tərəfindən xitamın sistemdə ləğv edilməsi ilə bağlı rəsmi bildiriş göndərilmiş və xx.xx.2023-cü il tarixdə iddiaçının əmək müqaviləsinə xx.xx.2022-ci il tarixi ilə xitam verilmesi ilə bağlı bildiriş sistemə daxil edilmişdir. Son haqq-hesabın ödənilməməsinə görə İXM-nin 192.4-cü maddəsində məsuliyyət tədbiri nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 539-cu maddəsinin "Qeyd" hissəsinə əsasən bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, həmin əməllər bu Məcəllən in 192-ci maddəsinə əsasən inzibati məsuliyyətə səbəb olmasın. Bununla da Xidmətin Bakı şəhər idarəsi tərəfindən MMC-nin direktoru Aisel Məmmədova barəsində əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarların və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə İXM-nin 539.1-1-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilməsi ilə pozuntuya yol verildiyi müəyyən edilmişdir. Məhkəmə iddiaçının istinad etdiyi xx.xx.2022- ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edildiyini nəzərə almalıdır. İddia ərizəsində Əmək Məcəllə sinin 296cı maddəsinin 4-cü hissəsinə istinad edilərək pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçinin 1 il ərzində məhkəməyə müraciət edə biləcəyi göstərilmişdir. İddia tələbi “əmək haqqının, faiz ödənişinin və dəymiş zərərin ödənilməsi barədə” olduğu halda iddiaçı dəymiş zərərin nə ilə əlaqəli olduğunu ərizədə göstərməmişdir və iddiaçı ona dəymiş zərəri nədən ibarət olduğunu əsaslandırmamışdır. Cavabdehin iddiaçı qarşısında hər hansı bir məsuliyyəti yaranmır. İddiaçının ərizəsində xx.xx.2021-ci il tarixdən menecer vəzifəsində işə başladığı qeyd edilmişdir. Halbuki bu tarixdə o, müəssisəyə ilk dəfə olaraq CV ilə müraciət etmişdir. İddiaçının cavabdeh ilə rəsmi şəkildə əmək müqaviləsinin bağlandığı tarix xx.xx.2022 -ci ildir. Əmək müqaviləsinə xitam verildiyi tarix isə xx.xx.2022-ci ildir. xx.xx.2023-cü il tarixdən X3 Xidməti bütün qanun pozuntularının aradan qaldırıldığını nəzərə alaraq iddiaçının əmək fəaliyyətinə xx.xx.2022-ci il tarixdən xitam verilməsi barədə sistemə məlumat daxil etmişdir. Bunun üçün o müvafiq sistemə müraciət etmiş, sistem açılmış və onun göstərişi ilə iddiaçının əmək fəaliyyətinə xx.xx.2022-ci il tarixdən xitam verilməsi qeydi sistemə daxil edilmişdir. İddiaçının iddiasının rədd olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Məhkəmə-mühasibatlıq ekspertizasının 9/5440 saylı, xx.xx.2023-cü il tarixli rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, məhkəmənin ekspertiza təyini haqqında qərardadında ekspert qarşısında qoyulan suala əsasən, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsi üzrə əmək haqqının 300 olması, ilk iş gününün xx.xx.2022-ci il son iş gününün xx.xx.2022-ci il olması nəzərə alınmaqla həmin tarix aralığı üçün hesablanmış əmək haqqı 2647,62 manat və tutulmalar çıxıldıqdan sonra ələ çatacaq əmək haqqı məbləği 2446,03 manat məbləğində müəyyən edilir. Bundan başqa hesablanan məzuniyyət haqqı 296,05 manat, tutulmalar çıxıldıqdan sonra ələ çatacaq məzuniyyət haqqı məbləği 273,05 manat məbləğində müəyyən edilir.

6. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim R. Qafarova) iddia qismən təmin edilmiş, cavabdehdən 2446.03 manat məbləğində gecikdirilmiş əmək haqqı, 273.05 manat məbləğində məzuniyyət haqqı olmaqla, cəmi 2719.08 manat, həmin məbləğə günlük 1 faiz lə xx.xx.2022-ci il tarixindən bu qətnamənin qəbul edildiyi xx.xx.2023-cü il tarixinədək hesablanmış cəmi 12.930,12 manat məbləğində pul olmaqla, cəmi 15.649,2 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır.

7. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, gecikdirilmiş əmək haqqı və məzuniyyət pulunun tutulması ilə bağlı hissədə iddia tələbi mahiyyət baxımından əsaslı olsa da, tələb olunan məbləğə münasibətdə iddia tələbi əsaslı sayıla bilməz. Belə ki, məhkəmə tərəfindən keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının nəticələrinə əsasən, iddiaçıya ödənilməli olan əmək haqqı məbləği xx.xx.2022-xx.xx.2022ci il tarixləri üzrə cəmi 2446.03 manat (ələ çatacaq məbləğ), hesablanan məzuniyyət haqqı isə 273.05 manat (ələ çatacaq məbləğ) təşkil edir. Məhkəmə həmin hissədə ekspert rəyini mötəbər sübut kimi nəzərə almış və hesab etmişdir ki, iddia tələbi əmək haqqı və məzuniyyət pulunun tutulması hissəsində qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 2446.03 manat ödənilməmiş əmək haqqı və 273.05 manat məbləğində məzuniyyət haqqı olmaqla, cəmi 2719.08 manat məbləğində pul tutulmalıdır.

8. Məhkəmə iddiaçının əmək haqqının gecikdirilməsinə görə günlük 1 faiz məbləğin hesablanaraq onun xeyrinə tutulması tələbini də əsaslı hesab etmiş və qeyd etmişdir ki, əmək qanunvericiliyinin tələbinə görə işçi ilə əmək münasibətlərinə xitam verildiyi gün işçi ilə son haqq hesab aparılmalıdır, əks halda hər gün üçün işçiyə ödəniləcək məbləğin 1 faizi həcmində pul ödənilməsi nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə müəyyən edilmişdir ki, cavabdeh təşkilat tərəfindən məqsədli şəkildə iddiaçının əmək haqqı və məzuniyyət haqqı ödənilməmiş, işçi ilə əmək münasibətlərinə qanunun tələbləri pozulmaqla xitam verilmiş, sonradan işçi işinə bərpa edildikən sonra belə yenidən sistemdə əvvəlki tarixdən işdən ayrıldığı qeyd edilmişdir. Bu isə məqsədli olaraq işçinin son haqq hesabının aparılmaması kimi qiymətləndirilir. Cavabdeh iddiaçının 2022-ci ilin yanvar-oktyabr ayları üçün əmək haqqı almadığını mübahisələndirməmiş, iddiaçı isə 22 aylıq gecikdirilməyə görə pul tələb etmişdir, bu o deməkdir ki, iddiaçıya ödənilməli olan ödənc (aylıq əmək haqqının 300 manat təşkil etdiyi və ekspert rəyində göstərilən hər ay üçün iddiaçıya çatmalı olan məbləğ əsas götürülməklə) 12930.12 (on iki min doqquz yüz otuz manat on iki qəpik) manat təşkil edir ((yanvar ayının maaşı üçün 830.4 manat (126.01 manat x 1% x 659 gün); fevral ayının maaşı üçün 1744.71 manat (276.5 manat x 1% x 631 gün); mart ayının maaşı üçün 1659 manat (276.5 manat x 1% x 600 gün); aprel ayının maaşı üçün 1576.05 manat (276.5 manat x 1% x 570 gün); may ayının maaşı üçün 1490.33 manat (276.5 manat x 1% x 539 gün); iyun ayının maaşı üçün 1407.38 manat (276.5 manat x 1% x 509 gün), iyul ayının maaşı üçün 1321.67 manat (276.5 manat x 1% x 478 gün), avqust ayının maaşı üçün 1211.07 manat (276.5 manat x 1% x 438 gün), sentyabr ayının maaşı üçün 1108.76 manat (276.5 manat x 1% x 401 gün), oktyabr ayının maaşı üçün 400.75 manat (108.02 manat x 1% x 371 gün)).

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (bundan sonra – Əmək Məcəlləsi) 172-ci maddəsinin1, 4 və 5-ci hissələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88, 106.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının işə daxil olma müddəti xx.xx.2022-ci il tarixində olmuş, xx.xx.2022-ci il tarixdə əmək müqaviləsinə xitam verilmiş, bundan sonra o, X2 müraciət etmiş, bundan sonra xitamın əsasının səhv göstərildiyi, işdən çıxmaqla bağlı ərizəsinin olmadığı bəlli olmuş, daha sonra araşdırma aparılmış, nəticədə yenidən səhv edilərə k xx.xx.2022-ci il tarixdə iddiaçının əmək müqaviləsi avtomatik olaraq bərpa edilmiş, həm yeni tarixlə, həm də xitamın əsası düzgün göstərilməməklə edilmişdir. Bundan sonra yenidən idarəyə yenidən müraciəti əsasında araşdırılma aparılmasını tələb edib, nəticədə xx.xx.2022-ci il tarixli əmrlə xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bildirişinin xitam edilməsi sistemə daxil edilmişdir. İddiaçının xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilə kimi “Regis BC” Xaricdə təhsil Mərkəzində menecer vəzifəsində işlədiyini nəzərə almamışdır. xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək iddiaçı barədə həmin təşkilatdan məlumat alınmasını xahiş etsə də, məhkəmə işin bu halını aydınlaşdırmamışdır. İddiaçı “RegisBC” Xaricdə təhsil Mərkəzində menecer vəzifəsində işlədiyindən "xxxx" MMC-də işə bərp a olunmaq barədə iddia qaldırmamışdır. Başqa təşkilatda rəsmi olaraq əsas iş yeri olmaqla əmək müqaviləsi əsasında işlədiyi halda CavabdehMMC-yə qarşı əsassız iddia qaldırmışdır. X3 Xidmətinin “İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılması haqqında” xx.xx.2023cu iitarixli 2- 3- 17-5/3-1-2713/2023 nömrəli qərarla barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərarı ləğv edilmişdir. Həmin qərarda göstərilir ki, iddiaçının əmək müqaviləsinə "xxxx" Şirkətindən aldığı mühasibatlıq xidməti nəticəsində yanlış maddə ilə, yəni AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə xitam verilməli olduğu halda 75- ci maddənin 2-ci hissəsinin "a" bəndi ilə xitam verilmişdir. xx.xx.2022-ci il tarixdə xitam sistemdən ləğvi və köhnə tarixlə bərpası üçün müraciət edilmiş, xx.xx.2023-cü il tarixdə X3 Xidməti tərəfindən xitamın sistemdə ləğv edilməsi ilə bağlı rəsmi bildiriş göndərilmiş və xx.xx.2023-cü il tarixdə iddiaçının əmək müqaviləsinə xx.xx.2022-ci il tarixi ilə xitam verilməsi ilə bağlı bildiriş sistemə daxil edilmişdir. Həmçinin, birinci instansiya məhkəməsi hal-hazırda elektron sistemdə iddiaçının xx.xx.2022-ci il tarixdə işə bərpa edildiyi və xx.xx.2022-ci ildə əmək müqaviləsinə xitam verildiyi ümumiyyətlə görünmür. İddiaçı ilə xitam tarixi xx.xx.2022-ci il tarixi kimi qeyd edilir. Cavabdehin iddiaçı qarşısında 2 ay 10 gün müddət üçün hər hansı bir məsuliyyəti yaranmır, həmin müddət üçün əmək haqq ını nəğd şəkildə almışdır. İddiaçının iddia ərizəsində xx.xx.2021-ci il tarixdən menecer vəzifəsində işə başladığı qeyd edilmişdir. Halbuki, o, bu tarixdə müəssisəyə ilk dəfə olaraq CV ilə müraciət etmişdir. İddiaçının Cavabdeh MMC ilə rəsmi şəkildə əmək müqaviləsinin bağlandığı tarix xx.xx.2022-ci il, əmək müqaviləsinə xitam verildiyi tarix isə xx.xx.2022-ci ildir. xx.xx.2023cü il tarixdən X3 Xidməti bütün qanun pozuntularının aradan qaldırıldığını nəzərə alaraq iddiaçının əmək fəaliyyətinə xx.xx.2022-ci il tarixdən xitam verilməsi barədə sistemə məlumat daxil etmişdir. Bunun üçün cavabdeh müvafiq sistemə müraciət etmiş, sistem açılmış və iddiaçının əmək fəaliyyətinə xx.xx.2022-ci il tarixdən xitam verilməsi qeydi sistemə daxil edilmişdir.

12. İddiaçının nümayəndəsi (vəkili) məhkəmə kolle giyasının iclasında apellyasiya şikayətinin rədd olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2615/24 nömrəli, 12 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – A.İsgəndərov (sədrlik edən və məruzəçi), V.Sadıqov və M.Rüstəmli) Cavabdeh MMC-nin apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş və və iş üzrə yeni qətnamə çıxarılmış, iddianın qismən təmin edilməsi, Cavabdehndən 683,33 (altı yüz səksən üç manat, otuz üç qəpik) manat məbləğində gecikdirilmiş əmək haqqı, həmin məbləğə günlük 1 faizlə birinci instansiya məhkəməsinin qətnaməsinin qəbul edildiyi xx.xx.2023-cü il tarixinədək h esablanmış 4269,47 (dörd min iki yüz altmış doqquz manat, qırx yeddi qəpik) manat məbləğində pul (ödənc) olmaqla, cəmi 4952,8 (dörd min doqquz yüz əlli iki manat, səksən qəpik) manat məbləğində pul və mediasiya xərci olaraq ödənilmiş 50 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

14. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etməmiş, qətnamə çıxarılarkən maddi hüquq normaları düzgün tətbiq edilməmiş, qətnamədə gəlinən nəticə işin hallarına uyğun olmamışdır. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin qismən təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır.

15. İd diaçının tələbi 3 hissədən ibarətdir: - gecikdirilmiş əmək haqqının ödənilməsi; - məzuniyyət haqqının ödənilməsi; - hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödəncin verilməsi.

16. İşin hallarından görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixli əmək müqaviləsi əsasında Cavabdeh MMC-yə baş menecer vəzifəsinə işə qəbul edilmiş, işin birinci 19.01.22-26.01.22 həftəsi sınaq müddəti təyin edilmiş, xx.xx.2022-ci ildən isə müddətsiz işə qəbul olunmuş, əmək haqqı 300 manat təşkil etmişdir. Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə (tərəflərin qarşılıqlı razılığı ilə) əsasən əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən xitam verilmişdir. İddiaçı həmin əmri mübahisələndirməmiş, X3 Xidmətinə məzuniyyət pulunun, əmək haqqının verilməsi ilə bağlı müraciət etmiş, hə min orqanda araşdırma aparılan vaxtda iddiaçı xx.xx.2022-ci il tarixdən Cavabdeh MMC-də menecer vəzifəsinə bərpa olunmuş, lakin sonra öz ərizəsi əsasında xx.xx.2022-ci il tarixdə işdən çıxmışdır.

17. Apellyasiya baxışı zamanı iddiaçı tərəfindən təqdim olunmuş əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 1-ci əmək müqaviləsinə xitam verildikdən sonra iddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü ilədək, yəni təxminən 1 il 4 aya yaxın “X5” MMC-də işləmiş, əmək haqqı 300 manat təşkil etmişdir. İddiaçının “X5” MMC-də aldığı əmək haqqı ilə Cavabdeh MMC-də aldığı əmək haqqı eyni məbləğdə - 300 manat olmuşdır. İddiaçı cavabdeh tərəfindən verilmiş işdən çıxma barədə əmrləri mübahisələndirməmişdir.

18. Kollegiyanın qənaə tinə görə iddiaçı cavabdehdən 2022-ci ilin oktyabr ayına qədər deyil, yalnız xx.xx.2022-ci il tarixədək olan dövr üçün ödənilməyən əmək haqqını tələb etməkdə haqlıdır. Belə ki, iddiaçı cavabdeh MMC ilə əmək müqaviləsinə xitam verildikdən sonra işsiz qalmamış, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü ilədək, yəni təxminən 1 il 4 ay “X5” MMC-də əmək fəaliyyətini davam etdirmiş, eyni məbləğdə də əmək haqqı almışdır.

19. Məhkəmə-mühasibatlıq ekspertizasının 9/5440 saylı xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, iddiaçıya yanvar ayında 133,33 manat əmək haqqı hesablanmış, ələ çatacaq məbləğ isə 126,01 manat, fevral, mart ayları üçün əmək haqqı 300 manat olmuş, ələ çatacaq məbləğ isə 276,50 manat olmuşdur. Mart ayında 25 gün işlədiyi nəzərə alındıqda, ələ çatacaq məbləğ 230, 42 manat təşkil e dir (276,50 ÷30×25).

20. Apellyasiya instansiyası məhkəməsi əmək müqaviləsi üzrə aylıq əmək haqqının 300 manat təşkil etdiyini nəzərə alaraq hesab etmişdir ki, gecikdirilmiş əmək haqqı yanvar ayı üçün 133,33 manat, fevral ayı üçün 300 manat, mart ayı (25 gün) üçün 250 manat olmaqla, cəmi 683,33 manat (133,33+300+250) manat məbləğində müəyyən edilməlidir.

21. Əmək haqqının gecikdirilməsi ilə əlaqədar bir faiz ödəncin verilməsinə münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işəgötürən əmək haqqının ödənilməsində gecikmələrə yol verməklə Əmək Məcəlləsinin 172-ci maddəsinin 1-ci hissəsinin və əmək müqaviləsinin 4.4-cü bəndinin tələblərini pozmuşdur.

22. Əmək Məcəlləsinin 172.5-ci maddəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu h al fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarında gəldiyi nəticəyə görə əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir.

24. İddiaçının aylıq əmək haqqına münasibətdə hər gün üçün əmək haqqının bir faizi məbləğində ödənc aşa ğıdakı qaydada hesablanmalıdır: 25. - yanvar ayı üçün nəzərdə tutulan 133,33 manat əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə bir faiz məbləğində ödənc birinci instansiya məhkəməsinin qətnaməsinin çıxarıldığı xx.xx.2023-cü il tarixə 22 ay (659 gün) gecikmə ilə 876,47 manat (133,33 x 1% x 659) təşkil edir; 26. - fevral ayı üçün nəzərdə tutulan 300 manat əmək haqqına görə ödənc 21 ay (631 gün) gecikmə ilə 1893 manat (300 ×1% × 631) təşkil edir; 27. - mart ayı üçün nəzərdə tutulan 250 manat əmək haqqına görə ödənc 600 gün gecikmə ilə 1500 manat (250 × 1% × 600) təşkil edir.

28. Beləliklə, yanvar, fevral, mart ayları üçün nəzərdə tutulan əmək haqqının ödənilməsi gecikdirildiyindən cavabdehdən Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin tələbinə müvafiq olaraq iddiaçının xeyrinə tutulmalı olan bir faiz ödəncin cəmi məbləği 4269,47 manat təşkil edir (876,47+1893+1500). İddiaçı bu məbləğin iddianın təmin olunması barədə qətnamə çıxarılan tarixə tutulması tələb etdiyindən, Məhkəmə kollegiyası MPM-in 218.3-cü maddəsinin tələbinə uyğun olaraq hesablamanı həmin tarixədək olan dövr üçün aparır.

29. Məzuniyyət pulu tələbinə münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Əmək Məcəlləsinə əsasən işçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ əmək müqaviləsinin bağlandığı andan etibarən altı ay işlədikdən sonra əmələ gəlir (maddə 131.1).

30. İşdən görünür ki, iddiaçı cəmi 2 ay 6 gün cavabdeh MMC-də işləmiş, əmək məzuniyyətindən istifadə etmək hüququ yaranmamışdır.

31. Əmək Məcəlləsinin 131.1-ci maddəsinin tələbinə əsasən işçinin altı ay işlədikdən sonra əmək məzuniyyətindən istifadə etmək hüququ yaranır. Hazırkı vəziyyətdə iddiaçının yaranmayan məzuniyyət hüququna görə məzuniyyət pulu tələbinin hüquqi əsası yoxdur. Ona görə də iddia tələbi həmin hissədə rədd olunmalıdır.

32. Məhkəmə gəldiyi nəticəni Əmək Məcəllənin 131.1, 172.1, 172.4, 172.5-ci, MPMin 77.1-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

33. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2615/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv olu nması və iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

34. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin bu razılaşmadıqları mövqelərindən olan Günelin işdən qanunsuz çıxarıldığını mübahisələndirməməsinə münasibət bildirərək qeyd edirlər ki, iş materiallarında Günelin sadəcə xx.xx.2022-ci il tarixli bir müraciəti mövcud olmuş və qətnamədə istinad olunmasa da belə hesab etmək olar ki, məhkəmə bu qənaətinə bu müraciətə əsasən gəlmişdir. Həmin müraciətin məzmunundan da göründüyü kimi, Günel işəgötürən barəsində xeyli sayda pozuntulardan bəhs edir və bu pozuntular arasında onu qanunsuz şəkildə azad olunması da yer alır. Günel həmin müraciətdə işəgötürənin onu qanunsuz azad etdiyini, onun adından işdən çıxma ərizəsi yazdığını, ona bunların cinayət old uğunu bildirdiyini və s. bu kimi hallarla bağlı şikayət etmişdir. Göründüyü kimi, Günel tərəfindən işdən qanunsuz azad olunduğu mübahisələndirilmişdir. Bundan başqa, iş materiallarına cavabdeh tərəfindən əlavə edilmiş 04 aprel 2023-cü il tarixli qərardan görünür ki, Günelin aidiyyəti orqana məhkəmənin istinad etdiyi müraciətdən əvvəl xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müraciətləri də vardır. Həmin müraciətlər hamısı araşdırılmadan və eyni zamanda araşdırdığı yeganə müraciətdə belə Günel tərəfindən işdən qanunsuza zad olunması barədə şikayət olduğu halda məhkəmənin gəldiyi nəticə qanunsuz olmuşdur. 04 aprel 2023-cü il tarixli həmin Qərarda həmçinin göstərilir ki, Aysel Məmmədova barəsində Güneli qanunsuz olaraq işdən azad etməsi ilə bağlı protok ol tərtib edilmiş və törətdiyi hüquqpozmanı aradan qaldırması üçün ona 25 gün müddət verilmiş və bu barədə müvafiq məktub göndərilmişdir. Günelin xahişi, istəyi olduğu üçün işə baxan orqan onun işə bərpa olunmasını (etdiyi nöqsanı aradan qaldırmasını) işəgötürəndən tələb etmişdir. Əks halda, yəni Günel işə bərpa olunmağını istəmədiyi halda, işə baxan orqan işəgötürəndən bunu istəyə bilməzdi. Aysel Məmmədova da bunu qəbuledərək xx.xx.2022-ci il tarixli əmri ləğv etmiş (xx.xx.2022-ci il tarixli əmrlə), xx.xx.2022-ci il tarixli əmrlə Güneli əvvəlki vəzifəsinə bərpa etmiş, lakin öz xahişinə əsasən xx.xx.2022-ci il tarixli əmrlə işdən azad etmişdir. Həmin qərarda Günel işinə bərpa olunduğu üçün işəgötürənə artıq öhdəlik kimi son haqqhesabın deyil, məcburi iş buraxma müddəti üçün əmək haqqı öhdə liyi olduğundan onun barəsində verilmiş 25 noyabr 2022-ci il tarixli qərar ləğv olunmuşdur. Doğrudur, Qanunvericilikdə “məcburi işburaxma müddəti” anlayışının izahı verilməsə də, normal hüquq məntiqi ilə hesab etmək mümkündür ki, bu müddət hesablandığı zaman işçinin məhz qanunsuz işdən çıxarıldığı iş yerində faktiki işləmədiyi müddət nəzərə alınmalı, 300cü maddənin tələbindəki “məcburi işləmədiyi günlər üçün əmək haqqı ödənilməklə” ifadəsi işçinin özündən asılı olmayan səbəblərdən həmin iş yerindəki işindən məhrum olduğu dövrə aid göstəriş olaraq nəzərdən keçirilməlidir. Başqa sözlə, işdən qanunsuz çıxarıldığı məhkəmənin (həm apellyasiya, həm 1-ci instansiya) mövqeyi ilə müəyyən olunan işçinin, hüquqlarının bərpası istiqamətində müvafiq qurumda araşdırmanın davam etdiyi dövrdə digər iş yer ində işə düzəlməsi, əslində qanunsuz işdən çıxarılmasının məcburi nəticəsi kimi qiymətləndirilməli və bu, daha sonra işinə bərpa olunduğu zaman ona ödəniləcək “məcburi işləmədiyi günlər üçün əmək haqqı”nın azaldılmasına əsas verməməlidir. Hesab edirlər ki, bu mübahisəli mövqeyi ilə kollegiya qeyd olunan maddi hüquq normasının tələbini pozmuşdur

35. Apellyasiya məhkəməsi “iddiaçı cavabdeh tərəfindən verilmiş işdən çıxma barədə əmrləri mübahisələndirməmişdir” kimi ifadə etdiyi qənaətinə hansı sübuta əsasən və necə gəldiyini əsaslandırmamışdır. Əvvəlki bölmədə qeyd etdikləri və iş materiallarından göründüyü kimi, Günelin coxsaylı müraciətlərindən yalnız biri iş materiallarında mövcuddur və orada da qanunsuz işdən azad olunduğu mübahisələndirilmişdir.

36. Məhkəmə iddia tələbini qismən təmin et mək qənaətini aşağıdakı şəkildə ifadə etmişdir: “Kollegiyanın qənaətinə görə iddiaçı cavabdehdən 2022-ci ilin oktyabr ayına qədər deyil, yalnız xx.xx.2022-ci il tarixədək olan dövr üçün ödənilməyən əmək haqqını tələb etməkdə haqlıdır.Belə ki, iddiaçı cavabdeh MMC ilə əmək müqaviləsinə xitam verildikdən sonra işsiz qalmamış, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü ilədək, yəni təxminən 1 il 4 ay “X5” MMC-də əmək fəaliyyətini davam etdirmiş, eyni məbləğdə də əmək haqqı almışdır.” Məhkəmə bu mübahisəli qənaətinə, həm də yeganə əsasını təşkil edən bu qənaətə hansı normaya əsasən gəldiyini əsaslandırmamışdır. Nəticə olaraq işə baxan kollegiya hazırkı prossesual hüquq normalarının tələblərini də maddi hüquq normalarının tələbləri kimi pozaraq, qanunsuz və əsassız qətnamə çıxarılmasına səbəb olmu şdur.

37. Hazırkı işdə Günelin təqsiri olmadan, qanunsuz və məcburi şəkildə işdən azad edildiyi və daha sonra Müfəttişliyin araşdırmasından sonra işəgötürən tərəfindən bu pozuntunun qəbul edilib, işinə bərpa olunması mübahisəsizdir. Belə olan halda, məcburi şəkildə işdən uzaqlaşdırıldığı tarixdən bərpa olunduğu tarixədək olan dövr qanunvericiliyin ona tanıdığı məcburi iş buraxma dövrüdür. Eyni zamanda qanunvericilik tərəfindən ona verilmiş təminatlardan biridir. Kollegiya Konstitusiya Məhkəməsi Plenumunun hazırkı mövqeyinə əhəmiyyət vermədən, eyni zamanda kifayət qədər sübuta əsaslanmadan onu bu imkandan məhrum etmişdir.

38. Mübahisəli qətnamədən göründüyü kimi, işə baxan apellyasiya məhkəməsi Günelin qanunsuz işdən azad olunmasını və işə bərpa olunmağını mübahisələndirməməsini əsas götü rərək qətnamə çıxarmış və buna hansı sübuta əsasən gəldiyini əsaslandırmamışdır. Hesab edirlər ki, məhkəmə baxdığı mülki işdə daha zəif tərəf olan (işçi) Güneli məcburi iş buraxma müddəti üçün əmək haqqı ala bilmək hüququndan məhrum edərkən, bunun əsaslandırmasına daha ciddi yanaşmalı idi.

39. Kassasiya şikayəti Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 294-cü maddəsinin 1 və 4-cü hissələrinə, 300-cü maddəsinin 1-ci hissəsinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 88, 372.1, 372.2-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiyasının 35 və 73-cü maddələri baxımından Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respubl ikası Konstitusiya Məhkəməsi Plenumunun15 aprel 2024-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

40. Cavabdehin nümayəndəsi kassasiya şikayətinə etiraz verərək Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-2615/2024 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətininin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

41. Maddə 131.1. İşçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ əmək müqaviləsinin bağlandığı andan etibarən altı ay işlədikdən sonra əmələ gəlir.

42. Maddə 172.1. Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir.

43. Maddə 172.4. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir.

44. Maddə 172.5. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin v ə etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

47. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

48. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

49. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

50. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

51. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

52. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

53. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

54. Maddə 418.3. Prosessual hü quq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

55. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

56. Hazırkı kassasiy a şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin edilməyən hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

57. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

58. Məhkəmə kollegiyası kassasiya şikayətinin Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinin tələbinin pozulmas ı ( iddiaçıya məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməməsi ilə) barədə dəlili ilə əlaqədar qeyd edir ki, həmin maddə məhkəmələr tərəfindən baxılan işə bərpa tələblərinə dair işlərdə tətbiq edilir.Hazırki işdə isə iddiaçının işə bərpa tələbi mövcud deyil. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinin 1-ci cümləsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məc buri iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır.

59. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən, yoxlanılan hissədə işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilən hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

60. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissə üzrə ape llyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

61. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

62. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki koll egiyasının 12 iyun 2024-cü il tarixli 2(103)2615/2024 nömrəli qətnaməsi iddianın apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar