Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3633/2021 09.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: bağışlama müqaviləsinin ləğv edilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-135/2021 nömrəli iş üzrə 11 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh hüquqi varisi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 09 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında ba xaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: N saylı fərdi yaşayış evi İddiaçı mülkiyyətində olmuş və 13 sentyabr 2015-ci il tarixdə notariatda təsdiq olunmuş müqaviləyə əsasən ev onun tərəfindən qızı Cavabdeh bağışlanmışdır. Cavabdeh həmin əmlak üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2020-ci ilin may ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək özünə məxsus evi ömrünün sonuna kimi ona baxacağı şərti ilə qızı Cavabdeh bağışlamasını, lakin qızının bir müddətdən sonra onu tənha qoyaraq getməsini əsas göstərməklə aralarında bağlanmış 13 sentyabr 2015-ci il tarixli bağışlama müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 2(033)-565/2020 saylı, 06 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakim: E.H.Məmmədov) İddiaçı iddiası əsassız hesab edilərək təmin olunmamışdır. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qızı Cavabdeh bağışlama müqaviləsindən sonra onu 84 yaşında baxımsız qoyub getməklə ona ömrünün sonuna kimi baxacağı barədə vədinə əməl etməməsini, əsl niyyətinin evi ələ keçirməkdən ibarət olmasını, məhkəmənin isə işin həmin hallarına düzgün qiymət vermədən iddianı rədd etməsini əsas göstərməklə qətnamənin ləğv edilib iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-135/2021 saylı, 11 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – M.A.Əsədli (sədrlik edən və məruzəçi), Ə.T.Məcidov və A.A.Mah mudov) apellyasiya şikayəti təmin edilərək Zaqatala Rayon Məhkəməsinin 06 avqust 2020-ci il tarixli, 2(033)-565/2020 saylı qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin olunmaqla tərəflər arasında bağlanmış 13 sentyabr 2015-ci il tarixli bağışlama müqaviləsinin ləğv edilməsinə dair yeni qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə Cavabdeh hüquqi varisi kassasiya şikayəti verərək iddiaçı ilə bağışlama müqaviləsinin hər hansı bir şərtdən asılı edilməməsini, lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutlara düzgün qiymət verilmədən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini əsas göstərməklə qətnamənin ləğv edilməsi və iddianın rədd olunmasına dair qərar qəbu l edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı kassasiya şikayətinə qarşı yazılı etirazla məhkəməyə müraciət edərək kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 fevral 2021-ci il tarixli, 2(107)-135/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə iddiaçının iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Az ərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 666.1 Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Maddə 673.1 Hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə, hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda və o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbi q olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən, kollegiya hesa b edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsi iddianı təmin edib bağışlama müqaviləsini ləğv edərkən iddiaçının özünə məxsus evi qızı Cavabdeh bağışlayarkən sonuncunun anasına ömrünün sonuna kimi baxıb xərclərini qarşılamaq barədə üzərinə öhdəlik götürməsini, lakin öhdəliyin şərtinə əməl etməməsini əsas göstərmişdir. Kollegiya hesab edir ki, qətnamə birtərəfli qiymətləndirilmiş sübutlar əsasında çıxarılmaqla tərəflə rin qarşılıqlı münasibətinə və qanunun tələblərinə uyğun əsaslandırılmadığından qanuni və əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə görə bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 668.1.1 və 668.1.2-ci maddəsinə əsasən daşınmaz əmlakların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariatda təsdiq edildikdə müqavilə etibarlı sayılır. Mülki Məcəllənin 670.1-ci maddəsinə əsasən bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. İş materiallarından görünür ki, bağışlama müqaviləsi tərəflərin bilavasitə iştirakı ilə bağlanmaqla hər hansı öhdəliyin icrasından asılı edilməmiş, Mülki Məcəllənin 666-674-cü maddələrinin məzmunu tərəflərə izah edilmişdir. Cavabdehin anasına ömrünün sonuna kimi baxması barədə şərt müqavilədə nəzərdə tutulmamaqla həmin şərtin mövcud olması barədə məhkəmə kollegiyasının nəticəsi yalnız hədiyyə verənin göstərdiklərinə əsaslanmışdır. Müqavilənin məzmunu və hədiyyə alanın izahatı isə həmin şərtin mövcudluğunun təkzib edir. Əgər “hədiyyə verən” hədiyyə alandan ömrünün sonuna kimi özünün saxlanılmasını təmin etmək məqsədini güdürdüsə, belə halda o, ömürlük renta müqaviləsi ni bağlaya bilərdi. Lakin işdən görünür ki, iddiaçı “hədiyyə alan” qarşısında heç bir şərt qoymadan onunla bağışlama müqaviləsi bağlamışdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Apellyasiya instansiyası məhkəməsi iddianı təmin edərkən işin yuxarıda göstərilən hallarını nəzərə almamış, işdə olan bütün sübutların tam və hərtərəfli qiymətləndirilməsini təmin etməmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikas ı Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 №-li qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. İşdən görünür ki, Cavabdeh nümayəndəsi apellyasiya instansiyası məhkəməsinin 12 noyabr 2020-ci il tarixdə keçirilmiş iclasında iştirak etsə də, sonrakı məhkəmə proseslərində onun iştirak etməməsinin səbəbləri müəyyən olunmamış və belə vəziyyətdə iddianın təmin edilməsi barədə qətnamə qəbul edilmişdir. Nəticədə Cavabdeh 17 yanvar 2021-ci il tarixdə vəfat e tdiyi halda, apellyasiya instansiyası məhkəməsi tərəfindən 11 fevral 2021-ci il tarixdə qətnamə qəbul edilmiş mərhumun prosessual hüquq varisi məhkəmə prosesində iştirak etmək imkanından məhrum edilmişdir. Göstərilənlərlə əlaqədar kollegiya hesab edir ki, işə maddi və prosessual hüquq normaları pozulmaqla baxılmışdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edil sin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-135/2021 nömrəli iş üzrə 11 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3633/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-3633/2021
09.06.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver