Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3636/2024 20.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ödənilmiş alimentin borcunun silinməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “aliment borcunun silinməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2705/2024 nömrəli, 11 iyun 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş in halları
1. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)209/2023 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “nikahın pozulması” tələbinə dair iddiası təmin edilmiş, İddiaçı və Cavabdeh arasında Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsində xx.xx.2009-cu il tarixdə 1147 saylı akt qeydi ilə bağlanmış nikah pozulması, yetkinlik yaşına çatmayan xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X7 anası Cavabdeh yanında qalması, xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı hər ay qazancının və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutularaq Cavabdeh xeyrinə ödənilməsi, alimentin tutulma müddətinin xx.xx.2023-cü il tarixdən hesablanması, alimentin tutulması nın dərhal icra edilməsi qət edilmişdir.
2. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2023-cü il tarixli, 11758 nömrəli məktubunda göstərilmişdir ki, “X15” PHŞ-nin xx.xx.2023-cü il tarixli 297 nömrəli arayışına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)209/2023 nömrəli icra sənədinin icrası ilə bağlı borclu İddiaçı kart hesabına köçürülən pulun 1/3 hissəsi 1913,54 manat təşkil edir. Borclu İddiaçı hal-hazırda tələbkar Cavabdeh 13.394,78 manat ödənilməmiş aliment borcu qalmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, həmin məhkəmənin 2(004)-209/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsi üzr ə ondan tutularaq hazırkı iş üzrə cavabdehə ödənilməli olan aliment ödənişləri üzrə ona hesablanmış 13.394,78 manat məbləğində borcun həmin məbləğin onun tərəfindən cavabdehə ödənilməsi əsası ilə silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)-209/2023 nömrəli qətnaməsi ilə alimentin tutulma müddəti xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Sumqayıt şəhəri üzrə icra şöbəsi tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli icra vərəqəsi icraata qəbul edilmiş və icraata başlanmışdır. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda İddiaçı 13.394,78 manat aliment borcu olduğu göstərilmişdir. İddiaçı nikahın pozu lması tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. İddiaçı nikahın pozulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edənə kimi və bundan sonra uşaqlarının bütün maddi təminatını ödəmişdir. Məhkəməyə müraciət etdikdən sonra da 2022-ci ilin oktyabr ayından hər ay uşaqların saxlanması üçün Cavabdeh 3.000 manat aliment ödəmişdir. Milliön aparatında ödənişin təyinatı olaraq “aliment” qrafası olmadığı üçün ödənişi maddi yardım düyməsini seçərək göndərmişdir. Bu səbəbdən nikah pozularkən alimentin tutulması iddia ərizəsinin verildiyi xx.xx.2022-ci il tarixdən deyil, aliment tutulmasına dair Cavabdeh xx.xx.2023-cü il tarixli ərizəsinə əsasən xx.xx.2023-cü il tarixdən hesablanmışdır. İddiaçı qətnamə çıxandan sonra da, uşaqlarına aliment ödəməyə davam et miş və hər ay 3.000 manat olmaqla uşaqlarının saxlanması üçün Cavabdeh göndərmişdir. İddiaçı uşaqların saxlanması üçün göndərdiyi pulu Milliön aparatında ödənişin təyinatı olaraq “aliment” qrafası olmadığı üçün ödənişi maddi yardım düyməsini seçərək göndərmişdir. İddiaçı 2023-cü ilin may ayında icra məmuru Sumqayıt şəhəri üzrə İcra İdarəsinə dəvət etmiş və alimenti ödəmədiyini bildirmişdir. Bu zaman İddiaçı etdiyi ödənişləri təsdiq edən qəbzləri icra məmuruna təqdim etmişdir. Lakin icra məmuru tələbkarın həmin ödənişlərin aliment ödənişi olmadığını bildirdiyini əsas gətirərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli icra vərəqəsi üzrə yaranmış aliment borcunun ödənilməsini tələb etmiş və tutmanı borclunun əmək haqqına yönəltmişdir. Hesablama zamanı alimentin məblə ğinin aylıq 2.000 manat olduğu müəyyən edilmiş və bundan sonra İddiaçı 2023-cü ilin may ayından başlayaraq hər ay aylıq qazancının 1/3 hissəsini təşkil edən 2.000 manat alimenti Cavabdeh ödəməyə başlamışdır. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2023cü il tarixli 11758 nömrəli məktubunda İddiaçı 13.394,78 manat aliment borcu yarandığı qeyd edilmişdir. İddiaçı hər ay 3.000 manat pul ödəməsini Lalə Babayeva özü də etiraf edir, lakin bu məbləğin aliment olmadığını, obyektin icarəsindən ona ödəniləcək vəsait olduğunu bildirir. Lakin İddiaçı aliment ödənilməsinə dair icra sənədindən başqa ödəyəcəyi vəsait yoxdur. İddiaçı qeyri-yaşayış sahəsinin icarəyə verilməsindən əldə etdiyi vəsaitin yarısı qismində Cavabdeh 3.000 manat ödəniş etməmişdir, onların arasında belə bir razılaşma olmamışdır. Hesab edir ki, İddiaçı əsassız hesablanmış 13.394,78 manat aliment borcu silinməlidir. Çünki, İddiaçı icra vərəqəsi üzrə 13.394,78 manat aliment borcu yoxdur.
5. Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, xx.xx.2022-ci ildən 2023-cü ilin may ayına kimi İddiaçı hər ay uşaqlarının saxlanması üçün maddi yardım kimi obyektin icarəsindən aldığı puldan 3.000 manat pul ödəmişdir. Cavabdeh bu məbləğləri aldığı pulu etiraf edir, lakin bu məbləğ maddi yardım kimi Cavabdeh ilə İddiaçı birgə nikah dövründə aldıqları Bakı şəhəri, Xətai rayonu, Rəşid Bağırov küçəsi, 12 ünvanda yerləşən 133,5 kv.metrdən ibarət qeyri-yaşayış sahəsinin icarəsindən əldə olunan vəsaitdən Cavabdeh çatan məbləğdir. Bu vəsait aliment kimi sayıla bilməz. Çün ki, həmin məbləğlər ödənilən zaman tərəflərin nikahı məhkəmə qaydasında pozulmamışdır və aliment tutulması barədə qətnamə mövcud deyildi. İddiaçı Cavabdeh hesabına köçürdüyü vəsaitlər ailə biznesinin gəliri olaraq Cavabdeh payına aiddir. Alimentlə bağlı məhkəmənin qətnaməsi xx.xx.2023-cü il tarixdə cıxarılmışdır. "xxxx" ASC vasitəsilə 03 oktyabr 2022-ci il tarixdən başlayaraq hər ay Cavabdeh hesabına maddi yardım təyinatı ilə köçürülən 3.000 manat obyektin icarə haqqından pul vəsaitinin xx.xx.2023-cü il tarixdən məhkəmənin verdiyi icra sənədi üzrə borclu İddiaçı tələbkar Cavabdeh xeyrinə tutulmalı olan alimentə heç bir aidiyyəti yoxdur. Çünki, Cavabdeh boşanmaq və ailəsini dağıtmaq istəməmişdir. Bu səbəbdən nikahın pozulmasına dair işə baxılarkən xx.xx.2023-cü il tarixdə aliment tutulmasın a dair ərizə vermişdir. Bundan sonra qətnamə çıxarılarkən aliment tutulmuşdur. İddiaçı alimenti ödəmədiyinə görə 2023-cü ilin aprel ayında icra məmuruna şikayət etmişlər. Bundan sonra 2023-cü ilin may ayından başlayaraq İddiaçı hər ay 2.000 manat olmaqla aliment ödəməyə başlamışdır. İddiaçı obyekti icarəyə verərək əldə etdiyi gəlirdən Cavabdeh ödəniş etmirdi. Bu səbəbdən Cavabdeh atası Fuad Babayev və dayısı X9 Bakı şəhəri Rəşid Bağırov küçəsində yerləşən qeyri-yaşayış sahəsinə getmiş, obyekti icarəyə götürən İlham adlı şəxslə görüşmüşlər. İlham icarə haqqını İddiaçı ödədiyini bildirmişdir. Bundan sonra razılaşmaya əsasən İddiaçı aldığı icarə haqqından hər ay 3.000 manat vəsaiti Cavabdeh göndərmişdir. Tərəflər arasında bu barədə rəsmi sənəd yoxdur, lakin şifahi razılaşmaya əsasən ödəniş ed ilmişdir. Aylıq icarə haqqının dəqiq məbləğini bilmirlər, lakin xx.xx.2023-cü il tarixli icarə müqaviləsində icarə haqqının 2.000 manat olduğu göstərilmişdir. Bir daha qeyd edir ki, ödənilən vəsaitin alimentə aidiyyatı yoxdur. Odur ki, iddianın rədd edilməsini xahiş etmişdir.
6. Cavabdeh nümayəndəsi (anası) Nümayəndə2 məhkəmə iclasında iddianı qəbul etməyərək, Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 izahatı ilə razı olduğunu bildirmiş və əlavə olaraq qeyd etdi ki, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən qeyriyaşayış sahəsinin (obyektin) aylıq icarə haqqından Cavabdeh hesabına xx.xx.2022-ci il tarixdə 3000 manat, xx.xx.2022-ci il tarixdə 3000 manat, 2022-ci ilin dekabr ayında üç dəfəyə cəmi 3000 manat, 2022-ci ilin dekabr ayında 2023-cü ilin yanvar ayı hesabına hissə-hissə olmaqla 3000 manat, 2023-cü ilin fevral ayında üç dəfəyə 3000 manat, 2023cü ilin mart ayında hissə-hissə olmaqla 3000 manat, 2023-cü ilin aprel ayında hissə-hissə olmaqla 3000 manat, 2023-cü ilin may ayında iki dəfəyə 2000 manat, 2023-cü ilin iyun ayında 2000 manat pul ödəmişdir. Ödənilən vəsaitləri Cavabdeh övladlarının ehtiyaclarına xərcləmişdir. Cavabdeh ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsini və ünvan 2 ünvanında yerləşən, rəsmiyyətdə 32 kv.metrdən ibarət 2 ədəd avtomobilyuma boksunu mübahisələndirib bölgüsünü tələb etdikdə, İddiaçı ona qarşı qərəzli münasibət sərgiləyərək, obyektin icarə haqqından Cavabdeh pul ödəməyi dayandırmışdır. Qarşısında şərt qoymuşdur ki, əmlak bölgüsü tələbində obyektin bölgüsündən əl çəkib 3000 manat icarə haqqına sahib durmasın, yoxsa icarə haqqı olaraq Cavabdeh 3000 manat ödəməyəcəkdir. Cavabdeh şərti qəbul etməmiş və obyektlərdən payının müəyyən edilməsində davam etmişdir. Həmçinin qətnamə ilə müəyyən edilmiş aliment məbləğini ödəməsini də icra məmurundan 2023-cü ilin aprel-may aylarından etibarən həm şifahi, həm də rəsmi müraciətlərlə israrla tələb etməyə başlamışdır. Bundan sonra İddiaçı Cavabdeh hesabına 3000 manat, guya aliment ödənişləri etdiyi barədə dəlillər uyduraraq, 13.394,78 manat ödənilməmiş aliment borcunun silinməsi barədə məhkəmədə iddia qaldırmışdır. xx.xx.2022-ci il tarixdən etibarən hər ay İddiaçı obyektin icarə haqqından Cavabdeh payına 3000 manat ödəyərkən, hələ tərəflərin nikahı məhkəmə qaydasında pozulmamışdır və aliment tutulması barədə qətnamə mövcud deyildi. Uşaqlara aliment ödənilməsi ilə bağlı müqavilə, öhdəli k və ya qətnamə olmadığı halda, əksinə məhkəməyə müraciət edərək, adında olan əmlakları bölgü siyahısından çıxarmaqla məhkəmədən gizlədib, Cavabdeh əmlaklar, həmçinin mediatordan uydurma, saxta barışıq sazişi əldə edərək, məhkəməyə təqdim edib, Cavabdeh külli miqdarda 200.000 manat pul tələb edən, əmlak payını artırmaq niyyətində olan bir şəxsin - İddiaçı könüllü olaraq həmin Cavabdeh hər ay 3000 manatı aliment ödəməsi ağlabatan deyildir. Nikahı pozduran - ailəni dağıdan, uşaqlarına aliment ödəməli olan şəxs X10 direktoru, həm də 5 saylı Şəhər Kliniki Xəstəxanasının baş həkimi İddiaçıdur. İddiaçı direktor olduğu X15 X18 icra məmuruna verdiyi xx.xx.2023-cü il tarixli arayışına əsasən İddiaçı kart hesabına köçürülən pulun 1/3 hissəsi 1913,54 manat təşkil edir. Yəni, vəkillə təmin edilmiş İdd iaçı əgər aliment ödəmək niyyəti olsaydı, aylıq əmək haqqına uyğun hər ay 2000 manat deyil, 1913 manat ödəyərdi. İddiaçı aliment üzrə borcları icra məmuru tərəfindən düzgün müəyyən edilməmişdir. Hesab edir ki, iddia əsassızdır. Odur ki, iddianın rədd edilməsini xahiş etmişdir.
7. X2 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, Cavabdeh onun bacısının qızıdır. İddiaçı isə Cavabdeh keçmiş əridir. Onun tərəflərlə münasibəti normaldır, hər hansı bir ədavəti yoxdur. ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi Cavabdeh atasının və İddiaçı vəsaiti hesabına alınıb. Həmin obyektin icarəsindən əldə olunan vəsaitdən Fazil Leylaya pul ödəməli idi. O, icarə haqqının ödənilib-ödənilməməsini müəyyən etmək üçün təxminən 2023-cü ilin iyun ayında obyektə getmiş və orada Ramin adlı şəxslə görüşmüşdür. Söhbət zamanı Ramin ona bildirmişdir ki, obyektin icarə haqqını Fazilə ödəyir. Ramin bildirdi ki, Leylanın atası da obyektə gəlmiş və icarə haqqının ödənilməsi ilə maraqlanmışdır. O, Raminə bildirmişdir ki, ər-arvad arasında narazılıq var, ödənişləri barədə qəbzlərini saxlasın. Ramin bildirmişdir ki, ödənişləri rəsmi qaydada həyata keçirir. Ailədə olan danışıqlardan məlumatı vardır ki, Fazil aldığı icarə haqqından hər ay 3.000 manatını Leylaya ödəyirdi. Obyektin icarəyə verilməsində iştirak etməmişdir və icarə haqqının nə qədər olmasından məlumatı yoxdur. Leyla ilə Fazilin obyektin icarə haqqından əldə olunan vəsaitin bölünməsinə dair hansı qaydada razılaşma əldə etmələrindən məlumatı yoxdur.
8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli, 2(004)252/2024 nömrəli qət naməsi ilə iddia tələbi təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)-209/2023 nömrəli qətnaməsi üzrə İddiaçı xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay qazancının və (və ya) başqa gəlirlərinin 1/3 hissəsi miqdarında tutularaq Cavabdeh ödənilməli olan aliment üzrə yaranmış (Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2023-cü il tarixli 11758 nömrəli məktubunda göstərilmiş) 13.394,78 manat aliment borcunun İddiaçı tərəfindən Cavabdeh ödənildiyindən silinməsi qət edilmişdir. (X19)
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər İcra İdarəsinin icraatında olan icra vərəqəsi üzrə borclu olan hazırkı iş üzrə iddiaçıdan həmin icra vərəqəsi üzrə tələbkar olan cavabdehin xeyrinə aliment tutulmasına dair yalnız bir icra sənədi, yəni Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-209/2023 nömrəli icra sənədi vardır və həmin icra sənədi üzrə borclunun (hazırkı iş üzrə iddiaçının) xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi iki uşağın saxlanması üçün tələbkara (hazırkı iş üzrə cavabdehə) ödəməli olduğu alimentin cəmi məbləği (1.913,54 manat x 5 ay=) 9.567,70 manat təşkil edir və borclu həmin dövr üçün 13.000 manat vəsait ödəməklə, borclu kimi üzərinə düşən öhdəliyini artıqlaması ilə yerinə yetirmişdir. Bu səbəbdən icra məmurunun borclunun həmin icra sənədi üzrə (Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2023-cü il tarixli 11758 nömrəli məktubunda göstərilmiş) 13.394,78 manat aliment borcu olmasına dair gəldiyi nəticə əsassız və qanunsuz olmuşdur. Ödənilmiş vəsaitin bankın terminalında maddi yardım kimi göstərilməsi, həmin vəsaitin aliment deyil, icarə haqqı kimi qəbul edilməsi yolverilməzdir. Çünki, icarə haqqından əldə edilən gəlirin bölünməsinə dair tərəflərin arasında hər hansı bir razılaşma, müqavilə, məhkəmə aktı mövcud deyildir. Borclu, icra sənədi üzrə öhdəliyini tam olaraq yerinə yetirmiş və müəyyən edilmiş alimenti tələbkara ödəmişdir. Ödənişin təyinatı qəbzlərdə aliment deyil, maddi yardım kimi yazılması, borclunun alimenti ödəmədiyi qənaətinə gəlməyə əsas vermir. Borclu tərəfindən ödənilmiş vəsaitlərin uşaqların maddi ehtiyaclarına xərclənməsini tələbkarın nümayəndəsi (anası) məhkəmə iclasında verdiyi izahatında təsdiq etmişdir. Alimentin (maddi yardımın) ödənilməsində məqsəd uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlan masından ibarətdir.
10. Məhkəmə qeyd etmişdir ki, İddiaçı övladlarının saxlanması üçün məhkəmə qətnaməsi əsasında ondan tutulmalı olan aliment hər ay Cavabdeh ödəmişdir. İşin bu halı bank qəbzləri ilə öz təsdiqini tapır. Həmçinin həmin qəbzlərdən görünür ki, hətta qətnamə əsasında borcludan tutulmalı olan aliment miqdarından artıq aliment ödənilmişdir.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 106.5, 107-ci; “İcra haqqında” Qanununun 26-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir
13. Apellyasiya şikayəti iddiaya qarşı olan etirazın əsasları ilə eynilik təşkil etmiş əlavə olaraq göstəril mişdir ki, işə baxmış rayon məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir.
14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2705/2024 nömrəli, 11 iyun 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilmiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli qətnaməsi ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilmişdir. (X1 (sədrlik edən və məruzəçi), X5 və X8 ibarət tərkibdə)
15. İddianın əsasını və iddia ərizəsində iddia tələbinə cavab verməli olan şəxs kimi icra məmurunun deyil, məhz xeyrinə aliment tutulmalı olan şəxsin qoyulmasını, son nəticədə iddiaçının yuxarıda qeyd edilən aliment borcunun ödənilməsindən azad ol maq istəməsi niyyətini nəzərə alan məhkəmə kollegiyası qeyd etmişdir ki, məhkəmə baxışının predmeti olan iddia tələbi mahiyyət etibarı ilə “aliment üzrə borcları ödəməkdən azad edilmə barədə” tələbdir ki, bu tələblər üzrə tətbiq edilməli olan norma Ailə Məcəlləsinin 107-ci maddəsidir. Lakin apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, işə baxmış Rayon Məhkəməsi qeyd edilənləri nəzərə almamışdır.
16. Məhkəmə daha sonra qeyd etmişdir ki, tərəflərin istinad etdikləri ödəniş qəbzlərində ödənişin təyinatı kimi “aliment” deyil, “maddi yardım” qeyd edilmişdir. İddiaçının qeyri-yaşayış sahəsinin icarəsindən gəlir əldə etdiyi işin mübahisəsiz halıdır və iddiaçının aylıq əmək haqqından başqa əlavə gəlirlərinin də olduğunu təsdiq edir.
17. Məhkəmə tələbkarın (cavabdehin) nümayəndəsinin (an asının) Rayon Məhkəməsinə verdiyi izahatını nəzərə alaraq hesab etmişdir ki, Rayon Məhkəməsinin həmin izahata yanaşması səhv olmuşdur. Çünki tələbkarın (cavabdehin) nümayəndəsi (anası) bildirmişdir ki, iddiaçı tərəfindən cavabdehə ödədiyi pul vəsaitləri uşaqların maddi ehtiyaclarına xərclənsə də, aliment deyil, cavabdehin atası ilə iddiaçının əldə etdikləri obyektin icarəyə verilməsindən əldə olunmuş gəlirdən iddiaçının payına düşən pul məbləğidir.
18. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı mübahisədə iddiaçının həyata keçirdiyi ödənişlərin sırf aliment ödənişləri olduğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı bu tələbinin əsaslı olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz. Digər tərəfdən iddiaçının aliment miqdarından artıq ödənişlər etməsi halı da həmin ödənişlərin sırf aliment ödənişləri olmadığı fikrini qüvvətləndirir.
19. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 106.5, 107.1, 107.2-ci maddələrinə; Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. İddiaçı (vəkil Nümayəndə1) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 iyun 2024-cü il tarixli, 2(103)-2705/2024 saylı qətnaməsinin ləğv edilməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
21. Kassasiya şikayəti iddia ə rizəsinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya məhkəməsi hazırki mübahisədə İddiaçı həyata keçirdiyi ödənişlərin sırf aliment ödənişləri olmasını sübut etmək vəzifəsinin onun üzərinə düşdüyünü qeyd etmişdir. İddiaçı tərəfindən Cavabdeh uşaqlarının saxlanması üçün ediləcək ödənişdən başqa hər hansı edilməli ödəniş yoxdur. Belə olan halda İddiaçı tərəfindən cavabdehə ödənilmiş ödənişlər sadəcə aliment ödənişidir və həmin ödənişlər barədə qəbzlər sübut qismində məhkəməyə təqdim edilmişdir. Göstərilənlərə baxmayaraq Bakı Apellyasiya Məhkəməsi məhkəməyə təqdim edilən sübutlara əsaslanaraq qətnamə çıxarmamış, cavabdehin irəli sürdüyü mülahizələr nəticəsində yekun qərara gəlmişdir.
22. Kassasiya şikayətində Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 10 6.5; Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi
24. Maddə 106.2. Borclar alimentin məhkəmənin qətnaməsi və ya aliment ödənilməsi barədə saziş ilə müəyyən edilən miqdara uyğun olaraq icra məmuru tərəfindən müəyyən edilir.
25. Maddə 106.5. İcra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər.
26. Maddə 107.2. Məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu
27. Maddə 29.1. İcra mərhələsində tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Həmin Qanununun tələblərinə əsasən, icra sənədini n icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iş üzrə icraata xitam verilir.
31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır;
32. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
33. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırmas ı kimi qiymətləndirilməməlidir.
34. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi maddi hüquq normasını düzgün tətbiq etməmiş, prosessual hüquq normalarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir.
36. Belə ki, apelyasiya məhkəməsi hesab etmişdir ki, məhkəmə baxışının predmeti olan iddia tələbi mahiyyət etibarı ilə “aliment üzrə borcları ödəməkdən azad edilmə barədə” tələbdir ki, bu tələblər üzrə tətbiq edilməli olan norma Ailə Məcəlləsinin 107-ci maddəsidir.
37. Halbuki iş materiallarında olan Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2023cü il tarixli, 11758 nömrəli məktubunda göstərilmişdir ki, “X15” PHŞ-nin xx.xx.2023-cü il tarixli 297 nömrəli arayışına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)-209/2023 nömrəli icra sənədinin icrası ilə bağlı borclu İddiaçı kart hesabına köçürülən pulun 1/3 hissəsi 1913,54 manat təşkil edir. Borclu İddiaçı hal-hazırda tələbkar Cavabdeh 13.394,78 manat ödənilməmiş aliment borcu qalmışdır.
38. İddiaçı bildirir ki, o, nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Nikahın pozulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edənə kimi və bundan sonra uşaqlarının bütün maddi təminatını ödəmişdir. Məhkəməyə müraciət etdikdən so nra da hər ay uşaqların saxlanması üçün Cavabdeh 3.000 manat aliment ödəmişdir. “Milliön” aparatında ödənişin təyinatı olaraq “aliment” qrafası olmadığı üçün ödənişi maddi yardım düyməsini seçərək göndərmişdir. Qətnamə çıxandan sonra da, uşaqlarına aliment ödəməyə davam etmiş və hər ay 3.000 manat olmaqla uşaqlarının saxlanması üçün Cavabdeh göndərmişdir.
39. Göründüyü kimi, alimentin hesablanma tarixi məhz qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə təsbit olunmuşdur və iddiaçının tələbi məhz həmin tarixdən etibarən icra məmuru tərəfindən hesablanan borcun silinməsi ilə bağlıdır. İddia ərizəsindən də görünür ki, aliment borcunun silinməsi tələbinin əsasında onun üzrlü səbəblərdən icra edilməməsi ilə bağlı dəlillər dayanmır. Buna görə də, apellyasiya məhkəməsinin Ailə Məcəlləsinin 107-c i naddəsinə istinadı əsassızdır. Hazırki iddianın qanuni əsasə Ailə Məcəlləsinin 106-cı maddəsidir.
40. Ailə Məcəlləsinin 106.2-ci maddəsinə əsasən borclar alimentin məhkəmənin qətnaməsi və ya aliment ödənilməsi barədə saziş ilə müəyyən edilən miqdara uyğun olaraq icra məmuru tərəfindən müəyyən edilir.
41. Həmin Məcəllənin 106.5-ci maddəsinə əsasən icra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər.
42. Ailə qanunvericiliyinin tələblərindən də göründüyü kimi icra məmuru tərəfindən müəyyənləşdirilmiş borcun miqdarı ilə razı olmayan tərəf bu halı məhz icra qaydasında mübahisələndirə bilər. Hazırki iş üzrə də iddiaçı aliment borcunun hesablanmasını əh atə edən dövrdə övladları üçün kifayət qədər xərc çəkdiyini bildirərək həmin dövrləri əhatə edən borcun silinməsi ilə bağlı məhz icra sənədinin icrasının həvalə olunduğu icra məmuruna müraciət etməli, sübutlarını məhz ona təqdim etməli və qeyd edilən mübahisə məhz icra qaydasında öz həllini tapmalıdır. Əgər iddiaçı icra məmuru tərəfindən yenə də aliment üzrə həmin dövrü əhatə edən borcun müəyyən edilməsi ilə razılaşmazsa, bu zaman qanunvericiliklə müəyyən edilmiş qaydada icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət ərizəsi ilə müraciət etmək hüququ vardır.
43. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsində irəli sürülən tələb məhkəmənin qanuni qüvvəyə minmiş yekun qərarının icrası mərhələsində həll olunmalı məsələdir. Apellyasiya instansiyası məhk əməsi isə sadalanan qanunvericilik aktlarının normalarını, iddia tələbinin əsaslarını, mübahisənin mahiyyətini nəzərə almadan işə mülki məhkəmə icraatı qaydasında baxaraq, qətnamə qəbul etmişdir.
44. Qanunda bu qaydada şikayət vermək imkanının nəzərdə tutulması mübahisəli məsələyə iddia icraatı qaydasında baxılmasını istisna edir.
45. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir.
46. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməklə, hazırkı iş üzrə apelyasiya instansiyası məhkəməsnin qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir.
47. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini r əhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 iyun 2024-cü il tarixli 2(103)2705/2024 saylı qətnaməsi ləğv edilərək, iş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.