Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3647/2024 04.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-3647/2024 (Açar sözlər: mənəvi ziyanın əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)3475/2024 nömrəli, 25 iyun 2024-cü il tarixli qətnaməsindən Cavabdeh İB (Vəkili Nümayəndə) tərəfindən verilmiş kassasiya şikayətin ə 04 noyabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. 08 dekabr 2018-ci il tarixdə qaz sızmasının qarşısının alınmaması nəticəsində baş vermiş partlayışda İddiaçı oğlu X16 və iddiaçının baldızının iki övladı X5 və X12 ağır yanıq xəsarətləri alaraq, vəfat etmişlər.
2. Hadisə ilə bağlı cinayət işi başlanmış, Masallı Rayon Məhkəməsinin 1(050)55/2019 nömrəli, 03 oktyabr 2019-cu il tarixli qanuni qüvvəsini almış hökmünə əsasən, Cavabdeh İB-nin əməkdaşı X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 02 (iki) il müddətə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər vəz ifə tutma hüququndan məhrum edilməklə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmçinin həmin hökmlə Cavabdeh İB-nin əməkdaşı X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməklə, Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 02 (iki) il müddətə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər vəzifətutma hüququndan məhrum edilməklə 05 (beş) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.
3. Qeyd olunan hökmlə müəyyən edilmişdir ki, məhkum edilmiş şəxs X2 Regional Qaz İstismarı İdarəsinin Masallı Xidmət Sahəsinin Təmir-Bərpa xidmətində mühəndis vəzifəsində, X1 Regional Qaz İstismarı İdarəsinin Masallı Xidmət Sahəsinin Təmir Bərpa Xidmətini n nəzarətçi-çilingər vəzifəsində işləyərkən Masallı rayonu Sığıncaq kənd sakini X10 məxsus olan fərdi yaşayış evinin həyat qapısının qarşısından keçən yeraltı qaz kəmərində qaz sızma olması barədə məlumat almasına baxmayaraq, vəzifəli şəxs kimi işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifələrini yerinə yetirməyərək həmin qaz sızmasının qarşısını almaması səbəbindən 08 dekabr 2018-ci il tarixdə baş vermiş partlayış nəticəsində ehtiyatsızlıqdan 3 nəfərin ölümünə səbəb olan səhlənkarlıq etmişdir.
4. İddiaçı əri X17 bir uşağının və bacısının iki uşağının ölümü ilə əlaqədar mənəvi ziyan tələbi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4368/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən 50.000 manat mənəvi təzminat almışdır.
5. İddiaç ı baldızı Günel Müseyibova (Kərimova) öz 2 övladının ölümü ilə əlaqədar mənəvi ziyan tələbi ilə ayrıca olaraq məhkəməyə müraciət etmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-10726/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən ona 80.000 manat mənəvi təzminat verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat.
6. İddiaçı (bundan sonra iddiaçı) nümayəndəsi və vəkili Vəkil1 Cavabdehnə (bundan sonra cavabdeh, yaxud Cavabdeh İB) iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən vurulmuş mənəvi ziyanın əvəzi olaraq 80.000 manat pulun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən onunla əsaslandırılmışdır ki, h adisənin baş verdiyi ərazidə qaz sızması iddiaçının baldızı Günelin evinin qarşısındakı darvazanın yanında açıq-aydın göründüyü üçün bu barədə mərhum Əli 27 noyabr 2018-ci il və 05 dekabr 2018-ci il tarixlərində, iddiaçının həyat yoldaşı Rauf isə 08 dekabr 2018-ci il tarixdə 104 qaynar xəttə zəng vurmuş, vəziyyəti izah etmişdilər. Lakin heç bir nəticəsi olmamış, 05 dekabr 2018-ci il tarixdə sonradan adını bildiyi Məhəmməd Nuruyev adlı şəxs gələrək təmirin mümkün olmadığını bildirmiş və getmişdir. Cavabdehin əməkdaşlarının səhlənkarlığı iddiaçının oğlunun və yaxın münasibətdə olduğu, oğlu ilə birlikdə böyütdüyü baldızının uşaqlarının ölümünə səbəb olmaqla, iddiaçının bir ana kimi ağır mənəvi sarsıntı keçirməsinə səbəb olmuşdur.
8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra birinci i nstansiya məhkəməsi) e-2(011)-667/2024 nömrəli, 13 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakim Əminə Abbasova) iddianın qismən, cavabdehdən mənəvi zərərə görə 30.000 manat məbləğində, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 165 manat məbləğində pul vəsaitinin alınaraq iddiaçıya ödənilməsi hissəsində təmin edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
9. Birinci instansiya məhkəməsi iddia ərizəsində göstərilən halların qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən olunduğunu və bu məhkəmə üçün məcburi olduğunu nəzərə alaraq mövqeyini belə əsaslandırmışdır ki, iddiaçının cavabdehin işçilərinin təqsiri üzündən yaxınlarının ölməsi ilə bağlı mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və o, bu hadisə nəticəsində və ondan sonrakı proseslər zamanı stresləri, əzab və əziyyə tləri ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə haqlıdır. Lakin mənəvi zərərin həcmi 80.000 manat məbləğində deyil, iddiaçının keçiridiyi stres, narahatlıq, məyusluq, sarsıntı və sair kimi halları nəzərə alınaraq 30.000 manat məbləğində müəyyən edilməlidir.
10. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1, 1096.2, 1097 və 1099-cu maddələrinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü m addəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4, 119.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
11. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, - “Birlik tərəfindən iddiaçıya iddiaçının övladının ölməsi ilə bağlı ödənilməli olan mənəvi zərərin məbləğin müəyyən edilməsi” hissəsində dəyişdirilməsini, ödənilməli olan məbləğin 10.000 manat müəyyən edilməsini, iddia tələbinin “iddiaçının baldızının övladının ölümü ilə mənəvi zərərin ödənilməsi” hissədə təmin olunmamasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti işin yuxarıda qeyd edilən faktiki hallarına istinadən onunla əsaslandırılmışdır ki, qətnamə qanu ni və əsaslı deyil, mənəvi zərər məbləği ağlabatan və ədalətli olmamışdır. Belə ki, birinci instansiya məhkəməsi öz mövqeyini kifayət qədər əsaslandıra bilməmiş, işin konkret və diqqətəlayiq hallarını nəzərə almamışdır. Hadisənin Birliyin işçilərinin ehtiyatsızlığı ucbatından baş verdiyini nəzərə alınmamış, qəsdən törədilmiş cinayətdən fərqləndirilməmişdir. Həmçnin məhkəmə tərəfindən iddiaçının əri Rauf Kərimovun və baldızı Günel Müseyibovanın (Kərimova) artıq eyni hadisə ilə bağlı cavabdeh Birliyə qarşı mənəvi zərər tələbinə dair ayrıca iddiaları olduğunu və baş vermiş həmin hadisə nəticəsində kifayət qədər yüksək məbləğdə mənəvi təzminat aldıqlarını nəzərə almamışdır. Bundan əlavə, iddiaçının baldızının ölən uşaqları ilə mənəvi bağlılığı və baldızının uşaqlarının ölməsi nəticəsində mənəv i sarsıntı və iztirab keçirməsi iddiaçı tərəfindən əsaslandırılmamışdır. Mülki işdən də müəyyən olunur ki, iddiaçı baldızı və baldızı uşaqları ilə birlikdə yaşamamışdır. Odur ki, hazırkı iş üzrə iddianın kifayət qədər yüksək məbləğdə təmin edilməsi artıq cavabdeh Birliyin mənafeyi, əmlak və iqtisadi vəziyyəti baxımından ədalətli mövqe deyildir, cavabdeh Birliyin üzərinə də əsassız olaraq həddindən artıq öhdəliyin qoyulması ilə nəticələnmişdir. İddiaçı tərəfin bir övladının ölümü ilə əlaqədar mənəvi zərərə görə ümumilikdə 10.000 manat məbləğində pul vəsaitinin tutulması hər iki tərəf üçün sosial, psixoloji və iqtisadi qiymətləndirmə baxımından daha ağlabatan və ədalətli olacaqdır.
13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103) -3475/2024 nömrəli, 25 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Fuad Talışınski və Azad İmanov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə qismən, yəni iddiaçının baldızının uşaqlarına görə mənəvi ziyan tutulması və tutulmalı olan vəsaitin miqdarının müəyyən edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iddianın qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilmiş, X4 ölümü ilə əlaqədar vurulmuş mənəvi zərərin əvəzi olaraq 29.000 manat, baldızının övladları X12 və X3 ölümü ilə əlaqədar vurulmuş mənəvi zərərin əvəzi olaraq 1.000 manat, ümumilikdə 30.000 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə cavabdehdən tutulması qət edilmiş, qətnamə a pellyasiya baxışının predmeti olan qalan hissədə dəyişdirilmədən saxlanılmış, eyni zamanda birinci instansiya məhkəməsinin qətnaməsinin “X4 ölümü ilə əlaqədar iddiaçıya mənəvi zərərin dəyməsinin müəyyən edilməsi, iddianın məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 165 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə” hissəsinin hazırkı apellyasiya baxışının predmeti olmadığının müəyyən edilməsi qərara alınmışdır.
14. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, qətnamənin mübahisə edilməyən və artıq qanuni qüvvəyə minmiş hissəsi ilə müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə iddiaçının baldızına məxsus olan fərdi yaşayış evində qaz sızması səbəbindən partlayış hadisəsi baş vermiş, iddiaçının övladı v ə baldızının iki övladı həmin partlayış nəticəsində aldıqları xəsarətlər nəticəsində ölmüşlər.
15. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, hazırkı iddia yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzinin ödənilməsi ilə bağlıdır və baş vermiş hadisə zamanı iddiaçıya zərərin dəyməsi halının mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması artıq qanuni qüvvəsini almış məhkəmə hökmü ilə müəyyən edilmişdir.
16. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçının digər qohumu (baldızının övladları) ilə bağlı vurulmuş mənəvi zərərin tutulmalı olmaması hissəsində cavabdeh Birliyin apellyasiya şikayətini əsassızdır. Bel ə ki, iddiaçının övladının baldızının övladları ilə sonuncunun evində olan zaman hadisənin baş verməsi onu deməyə əsas verir ki, hər iki ailə arasında, o cümlədən onların övladları arasında qarşılıqlı etibar və bağlılıq olmuşdur. Bu etimadın göstəricisi təkcə qohumluq münasibətləri və ya eyni məntəqədə yaşamalarında deyil, o cümlədən iddiaçının öz övladını baldızının ailəsinə etibar etməsində ifadə olunur. Bağlılığın qırılmasının şəxsin həyatına, onun fiziki və mənəvi sferasına təsiri də bağlılığın nə dərəcədə güclü olmasından asılıdır. İnsan həyatında baş vermiş itkinin səbəbinin xüsusən hansısa şəxs(lər)in cinayətkar təqsiri olması halında bu öz ifadəsini daha qabarıq şəkildə tapmış olur. Odur ki, iddiaçının öz övladını itirməsi nəticəsində mənəvi ziyan çəkdiyi kimi, baldızının övladları na münasibətdə də ziyanın ona öz təsirini göstərməsi istisna olunmur. Lakin əlbəttə ki, həmin təsirlər öz övladı ilə müqayisədə eyni təsirə malik ola bilmədiyi kimi, bu fərqlilik vurulmuş ziyanın miqdarında da özünü göstərməlidir.
17. Lakin işə baxmış birinci instansiya məhkəməsi vurulmuş mənəvi ziyanın miqdarını müəyyən edərkən iddiaçının övladına və baldızının övladlarına görə tutulmalı olan vəsaitin miqdarını ayrı-ayrılıqda müəyyən etməmiş, ümumi yanaşmadan çıxış etmişdir. Bu isə hüquqi müəyyənlik prinsipinin tələblərinə uyğun deyil. Övladını itirmiş ana üçün kompensasiyanın miqdarının 10.000 manat müəyyən edilməsi işin müəyyən edilmiş halları baxımından ədalətli balans hesab edilə bilməz. Eyni zamanda 30.000 manat həddindən yuxarı da müəyyən edilə bilmədiyindən və iddiaçının baldızının iki övladına görə də, mənəvi ziyan müəyyən edilməli olduğundan, cavabdeh Birlikdən iddiaçının baldızı öz iki uşağının ölümü ilə əlaqədar 80.000 manat, iddiaçının əri bir uşağının və bacısının iki uşağının ölümü ilə əlaqədar 50.000 manat mənəvi təzminat tutulması barədə məhkəmə qətnamələrinin mövcudluğunu nəzərə alan Məhkəmə, cavabdeh Birlikdən tutulmalı olan mənəvi zərərin miqdarının iddiaçının uşağına görə 29.000 manat, iddiaçının baldızının iki övladına görə isə 1.000 manat müəyyən edilməsini ədalətli və işin hallarına, həmçinin apellyasiya baxışının hədlərinə uyğun hesab etmişdir.
18. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan respublikası Mülki Məcəlləsinin 21, 1096.1, 1096.2, 1097 və 1099-cu maddələrinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmə lər tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 82.4, 119.1 və 385-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
19. Qətnamədən cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qismən, – “iddiaçının X4 ölümü ilə əlaqədar vurulmuş mənəvi zərərin əvəzi olaraq müəyyən edilmiş 29. 000 manat” hissəsində dəyişdirilməsini, ödənilməli olan məbləğin 10.000 manat müəyyən edilməsini, iddia tələbinin “iddiaçının baldızının övladının ölümü ilə mənəvi zərərin ödənilməsi” hissədə iddianın təmin olunmasını xahiş etmişdir.
20. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırmaqla qeyd olunmuşdur ki, apellyasiya məhkəməsi müvafiq iş üzrə qətnamə qəbul edən zamanı zərərvuran Cavabdeh İB işçilərinin təqsirinin ehtiyatsızlıqdan baş verdiyini nəzərə almamış, təqsirin qəsd və ehtiyatsızlıq növləri arasında fərqi düzgün müəyyən edə bilməmiş və bu səbəbdən iddiaçıya ödəniləcək mənəvi zərər məbləğini ağlabatan və ədalətli müəyyən etməmişdir.
21. İddiaçı tərəfin öz uşağının və baldızı uşaqlarının ölümü Cavabdeh İB-nin işçilərinin səhlənkarlığı nəticəsində baş vermişdir. Apellyasiya məhkəmə kollegiyası zərər vuran Cavabdeh İB-nin işçilərinin təqsirinin ehtiyatsızlıqdan baş verməsi kimi işin diqqətəlayiq halını nəzərə almamışdır. Ehtiyatsızlıqdan baş vermiş cinayət hadisəsi zamanı vurulan zərərin məbləği, qəsdən törədilmiş cinayət hadisələri zamanı vurulan zərər məbləğindən düzgün fərqləndirilməlidir. Apellyasiya məhkəmə kollegiyası öz mövqeyində bu halı nəzərə almamış və əsaslandırılmamış qətnamə qəbul etmiş, nəticə etibarı ilə iddiaçıya ödəniləcək mənəvi zərər məbləğini ağlabatan və ədalətli müəyyən etməmişdir.
22. İddiaçının baldızı Günel Müseyibova (Kərimova) öz 2 uşağının ölümü ilə əlaqədar mənəvi ziyan tələbi ilə ayrıca olaraq məhkəməyə müraciət etmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10726/2021 nömrəli, xx.xx.2021-ci il tarixli q ətnaməsinə əsasən 80.000 manat mənəvi təzminat almışdır.
23. İddiaçının əri X17 1 uşağının və bacısının 2 uşağının ölümü ilə əlaqədar mənəvi ziyan tələbi ilə ayrıca məhkəməyə müraciət etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4368/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən 50.000 manat mənəvi təzminat almışdır.
24. Nəzərə alınsa ki, iddiaçının əri və baldızı eyni hadisə ilə əlaqədar mənəvi zərərə görə Cavabdeh İB-dən ayrıca olaraq 50.000 və 80.000 manat məbləğində təzminat almışdırlar, belə olan halda isə hazırki iş üzrə apellyasiya məhkəmə kollegiyası tərəfindən iddiaçının iddia tələbinin 29.000 manat məbləğində təmin edilməsi Cavabdeh İB-nın mənafeyi, əmlak və iqtisadi vəziyyəti baxımından ədalətli mövqe deyildir. Cavabdeh İB-nın üzərinə də təkrarən əsassız olaraq həddindən artıq öhdəliyin qoyulması ilə nəticələnmişdir.
25. İddiaçı baldızı Günel Müseyibovanın (Kərimova) uşaqlarının ölmələri ilə bağlı mənəvi ziyana görə kompensasiya tələbini iddia ərizəsində kifayət qədər əsaslandıra bilməmişdir. İddiaçı tərəfin baldızının ölən uşaqları ilə mənəvi bağlılığı və baldızının uşaqlarının ölməsi nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsi iddiaçı tərəfindən əsaslandırılmamışdır. Mülki işdən də müəyyən olunur ki, iddiaçı baldızı və baldızı uşaqları ilə birlikdə yaşamamışdır.
26. Apellyasiya məhkəmə kollegiyası bu halı nəzərə almamış və baldızı uşaqlarının ölmələri ilə bağlı mənəvi ziyana görə də iddia tələbini 1.000 manat həcmində təmin etməklə iddia tələbini əsassız olaraq qismən təmin etmişdir. Bu hissədə iddia tələbi ümumiyyətlə təmin edilməməlid ir.
27. İddiaçı tərəfin ərinin və baldızının ayrıca olaraq mənəvi zərərə görə Cavabdeh İB-dən 50.000 və 80.000 manat məbləğində təzminat almış olması və hazırki iş üzrə də iddiaçı tərəfin eyni əsaslı tələbinə münasibətdə Cavabdeh İB-nın üzərinə təkrar qaydada həddindən artıq yüksək məbləğdə pul vəsaitinin ödənilməsi öhdəliyinin qoyulması iqtisadi qiymətləndirmə baxımından dövlət müəssisəsi olan cavabdeh “Azəriqaz“ İB-nın mənafeyi üçün ədalətli məbləğ deyildir.
28. Hesab edirlər ki, iddiaçı tərəfin bir övladının ölümü ilə əlaqədar mənəvi zərərə görə ümumilikdə 10.000 (on min) manat məbləğində pul vəsaitinin Cavabdeh İB-dən alınaraq iddiaçı tərəfə verilməsi hər iki tərəf üçün sosial, psixoloji və iqtisadi qiymətləndirmə baxımından daha ağlabatan və ədalətli məbləğdir. Tətbiq edilən hüquq: Az ərbaycan Respublikasının Mülki Məcəlləsi.
29. Maddə 14.2.6. Başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir.
30. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın
31. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 32.Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla mü dafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
33. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
34. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
35. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
36. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarının.
37. Bənd
2. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X9 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır… Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin Qərarın 8-ci bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının f iziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.
38. Bənd
10. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyələri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüf uzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarı. 39.
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsi şəxsin hüquqazidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir.
2. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınları, o cümlədən ailə üzvləri keçirdikləri mənəvi sarsıntı və iztirabın dərəcəsinə, zərərçəkmiş şəxsə yaxınlıq dərəcəsinə və s. amillərə müvafiq olaraq birgə və ya ayrı-ay rılıqda təzminat almaq hüququna malikdirlər.
3. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu Qərarın təsviriəsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir.
4. Məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqazidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Maddə 76.1. Tərəflərin tələb və etirazları nı əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
42. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
44. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti his səsində məcburidir.
45. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
46. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
47. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
49. Maddə 416.1. Kass asiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
50. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
51. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Kassasiya baxışının hədləri:
52. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq norma larının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
53. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən iddianın təmin edilməsi hissəsində qismən mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə qismən yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
54. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları əsas etibarı ilə düzgün tətbiq edilsə də, məhkəmə işin faktiki halları ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə yekun nəticəyə gələrkən iddiaçının xeyrinə tutulmalı pulun məbləğinin müəyyən edilməsi hissəsində yanlışlığa yol vermişdir.
55. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.
56. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, həmin hissədə iddianın qismən təmin edilməsi, iddiaçının baldızı Günel Müseyibovanın (Kərimova) uşaqlarının ölmələri ilə bağlı mənəvi ziyana görə cavabdehdən 1.000 manat məbləğində kompensasiyanın tutulması barədə apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə bağlı cavabdehin kassa siya şikayətinə münasibətdə hesab edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası apellyasiya məhkəməsinin hazırkı qərarın 14-16-cı paraqraflarında əksini tapmış həmin əsaslandırması ilə razılaşır.
57. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi həmin nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, işin faktiki halları apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün kassasiya şikayətində qeyd olunan dəlilləri təkrar araşdırmağa lüzum yoxdur.
58. Məhkəmə kollegiyası göstərilənlərə əsasən hesab edir ki, cavabdehin kassasiya şikayətində qeyd olunan, həmin hissə ilə bağlı sadalanan formal dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv olunması və iddianın iddiaçının baldızının uşaqlarının ölmələri ilə bağlı mənəvi ziyan tələb etməsi hissəsində rədd edilməsi üçün əsas ola bilməz. Bu səbəbdən iddia tələbinin qeyd olunan hissədə rədd olunması hissəsində cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin sadalanan dəlilləri əsassızdır.
59. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi, birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək, iddianı qismən təmin edərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarını qismən düzgün tətbiq etsə də, eyni hadisə ilə əlaqədar iddiaçının əri Rauf Kərimovun bir uşağının və bacısının iki uşağının ölümü il ə əlaqədar mənəvi ziyan tələbi ilə ayrıca məhkəməyə müraciət etməsini və qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən 50.000 manat mənəvi təzminat almasını, habelə iddiaçının baldızı Günel Müseyibovanın (Kərimova) öz iki uşağının ölümü ilə əlaqədar mənəvi ziyan tələbi ilə ayrıca olaraq məhkəməyə müraciət etməsini və qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən 80.000 manat mənəvi təzminat almasını nəzərə almamış, iddiaçıya bir uşağının ölümü ilə əlaqədar ödənilməli mənəvi ziyanın məbləğini 29.000 manat müəyyən etmək barədə nəticəyə gələrkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, həmin hissədə düzgün qətnamə qəbul etməmişdir.
60. Bu səbəbdən də məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mübahisə ilə bağlı gəldiyi nəticə ilə qismən razılaşmır.
61. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçıya bir uşağının ölümü ilə əlaqədar ödənilməli mənəvi ziyanın məbləğinin 29.000 manat müəyyən edilməsi mütənasiblik və ədalətlilik meyarlarına uyğun deyildir. Odur ki, cavabdehin əməkdaşlarının hüquqazidd əməli nəticəsində iddiaçının bir övladının və onun baldızının iki övladının öldükləri 08 dekabr 2018-ci il tarixdən altı ilə yaxın müddətin keçməsi, iddiaçının əri və baldızının eyni hadisə ilə əlaqədar mənəvi zərərə görə cavabdehdən ayrıca olaraq 50.000 və 80.000 manat məbləğində təzminat almaları nəzərə alınaraq, iddiaçıya bir uşağının ölümü ilə əlaqədar ödənilməli mənəvi ziyanın məbləği 9.000 manat həddində müəyyən edilməli, cavabdehin kassasiya şikayəti qalan hissədə təmin edilməməlidir.
62. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilməli, X4 ölümü ilə əlaqədar vurulmuş mənəvi zərərin əvəzi olaraq 9.000 manat, baldızının övladları X12 və X3 ölümü ilə əlaqədar vurulmuş mənəvi zərərin əvəzi olaraq 1.000 manat, ümumilikdə 10.000 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq, iddiaçıya verilməli, apellyasiya instansiya məhkəməsinin qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
63. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3475/2024 nömrəli, 25 iyun 2024-cü il tarixli qətnaməsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı pulun məbləği hissəsində dəyişdirilsin. X4 ölümü ilə əlaqədar vurulmuş mənəvi zərərin əvəzi olaraq 9.000 (doqquz min) manat, baldızının övladları X12 və X3 ölümü ilə əlaqədar vurulmuş mənəvi zərərin əvəzi olaraq 1.000 (bir min) manat, ümumilikdə 10.000 (on min) manat məbləğində pul vəsaiti Cavabdehndən alınaraq, İddiaçı verilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.