Məhkəmə qərarları › İş №2(102)-3651/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3651/2020

08.09.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3651/2020 08.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: sığortalanmış əmanət üzrə kompensasiyanın ödənilməsi tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçının vəkili xxx oğlunun, Cavabdehin vəkili xxxunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103) 13512/2019 nömrəli qətnaməsindən İddiaçı və vəkili xxx oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi və Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 15757,50 ABŞ dolları məbləğində əmanət üzrə kompensasiya məbləğinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)4355/2019 nömrəli qətnaməsi ilə (hakim S.R.Mustafayeva) iddia təmin edilmiş, 15757,50 ABŞ dolları məbləğində pulun ödəniş anında Azərbayc an Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə cavabdeh Azərbaycan Əmanətlərin Sığortalanması Fondundan alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-13512/2019 nömrəli qətnaməsi ilə (hakimlər A.Q.Hüseynov - sədrlik edən və məruzəçi, A.N.İmanov və V.N.Sadıqov) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)-4355/2019 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı 15757,50 ABŞ dolları məbləğində əmanət üzrə kompensasiyanın ödənilməsi barədə iddiasının təmin olunma ması qət edilmişdir. İddiaçı və vəkili xxx oğlu kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-13512/2019 nömrəli qətnaməsinin ləğv edilməsini və işi yenidən baxılması üçün apelyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, ONA ETİRAZ, TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi qətnaməni maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul etmişdir. Tərəflər arasında bağlanmış əmanət müqaviləsinin müddəti uzadılarkən, sığortalı əmanətin sığortasız əmanətə keçirilməsi barədə iddiaçıya məlumat verilməmişdir. Məhkəmə iclasında iddiaçının vəkili xxx oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin e dilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin vəkili xxxu kassasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini və apelyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelya siya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. İş üzrə məhkəmələr tərəfindən müəyyən olunmuş hallar ondan ibarətdir ki, İddiaçı və “xxxx” ASC arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli Bank əmanəti (“Göy Əmanət”) müqaviləsinə əsasən əmanətçi 15000 ABŞ dolları pulu illik 9 faiz dərəcəsi ilə 12 ay müddətinə depozitə qoymuşdur. Müqaviləyə əsasən Bank tərəfindən əmanətçidən qəbul edilmiş əmanətlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanmışdır. Həmçinin müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Maliyyə X1 Direkto rlar Şurasının xx xxxxxx 2017-ci il tarixli qərarı ilə “xxxx” Açıq Səhmdar Cəmiyyətinə bank fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş 1992-ci il 23 fevral tarixli lisenziya ləğv edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərarı ilə isə “xxxx” ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu Banka ləğvedici təyin edilmişdir. Bununla da, sığorta hadisəsi baş vermişdir. İddiaçının ləğv prosesində olan “xxxx” ASC-də olan 15757,50 ABŞ dolları məbləğində kreditor tələbi xx xxxxxx 2018-ci il tarixdə qeydə alınmış və bununla bağlı iddiaçıya 0242 №-li qəbz verilmişdir. İddia tələbini rədd edən apelyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı ilə “xxxx” ASC arasında xx xxxxxx 2016-cı ildə Bank əmanəti (“Göy Əmanət”) müqaviləsi b ağlanmış, əmanətçi əmanət məbləğini Banka illik 9% ödənilməsi şərti ilə yerləşdirmiş, depozit yerləşdirilərkən tərəflərin razılaşdıqları illik faiz dərəcəsi “Əmanətlərin sığortalanması haqqında” Qanunun 8.1.20-ci maddəsində müəyyən edilmiş həddən yuxarı olmadığı üçün həmin əmanət qorunan əmanət olmuşdur. Eyni zamanda “Əmanətlərin tam sığortalanması haqqında” Qanunun qüvvəyə minməsi ilə “Əmanətlərin sığortalanması haqqında” Qanun qüvvədən düşmədiyi üçün, yeni qanuna əsasən tam sığortalanmamış əmanətlər cəlb edildiyi gün əvvəlki qanuna əsasən qismən sığortalı (30000 manat həddinədək) əmanət statusunu itirməmişdir. Lakin xx xxxxxx 2017ci il tarixdə tərəflər arasında bağlanmış əmanət müqaviləsinin müddəti bitmişdir. Müqavilənin 5.2-ci maddəsinə müvafiq olaraq həmin müqavilənin 1.4-cü bəndi ilə müəyyən olunan müddətin bitdiyi sonuncu gün əmanət Əmanətçi tərəfindən geri götürülmədikdə, bu müqavilə eyni şərtlərlə həmin tarixdən, lakin həmin günə Bankda qüvvədə olan faiz dərəcəsi tətbiq olunmaqla uzadılmış hesab edilir. Əmanət müqaviləsi bitdikdən sonra iddiaçının əmanəti geri götürmədiyi işin mübahisəsiz halıdır. Bu baxımdan tərəflər arasında bağlanmış müqaviləyə əsasən həmin əqd eyni şərtlərlə uzadılmış hesab edilir. Həmçinin iş materiallarında həmin günə bankda qüvvədə olan faiz dərəcəsinin fərqli olduğu barədə heç bir məlumat (sübut) olmadığı üçün müqavilənin istinad olunan şərtinə əsasən əmanətin faiz bəndi də eyni şərtlərlə (9 %) uzadılmışdır. xx xxxxxx 2017-ci il tarixdə isə istinad olunan faiz X2 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddindən (xarici valyuta lar üçün 3 %) çox olduğundan iddiaçının əmanəti artıq qorunan əmanətlərə aid edilə bilməz. Həmçinin iddiaçı “Əmanətlərin tam sığortalanması haqqında” Qanunun 4.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada həmin Qanunun 3-cü maddəsinin tələblərinə uyğun olaraq müqaviləyə müvafiq dəyişikliklər edilməklə əmanətinin tam sığortalanması barədə müraciət etdiyinə dair heç bir sübut təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticələri işin faktiki hallarına uyğun olmadığı və maddi hüquq norması düzgün tətbiq edilmədiyi üçün əsaslı və qanuni sayıla bilməz. Belə ki, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1.2-ci maddəsinə əsasən qorunan əmanət - sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalan ması Fondu tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir. Həmin Qanunun 2.1.2.6-cı maddəsinə əsasən cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunan əmanətlərə aid edilmir. Qanunun 2.1.3-cü maddəsinə əsasən sığortalanmış əmanət – qorunan əmanətçinin qorunan əmanətinin Fond tərəfindən kompensasiya ödənilən hissəsidir. “Əmanətlərin sığortalanması haqqında” Qanunun 2.1.11-ci maddəsinə əsasən kompensasiya – sığorta hadisəsi baş verdikdə, qorunan əmanətçilərə ödənilən pul vəsaitidir. Həmin Qanunun 8.1.20-ci maddəsinə əsasən X3 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir. Göstərilən Qa nunun 26.1-ci maddəsinə əsasən Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 (otuz) min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir. Konstitusiya Məhkəməsi Plenumunun “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 27.3-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair x xxxx 2017-ci il tarixli qərarında qeyd olunmuşdur ki,... sığorta hadisəsi baş verdikdə Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə kompensasiyanın ödənilməsi heç də bank əmanətinin qaytarılması və ya Fondun bankın öhdəliyini öz üzərinə götürməsi anlamını verməməl idir. Fond tərəfindən kompensasiya əmanətçinin pul vəsaitini itirməsi riskinin qarşısını almaq məqsədi ilə yarana biləcək məhdudiyyətlərin əvəzi kimi ödənilir. Beləliklə, Fondun əsas məqsədi qoyulan əmanətlərin mülkiyyət kimi geri qaytarılması deyil, əmanətçilərin banklarda olan əmanətlərini sığortalamaqla onlara dəyə biləcək maddi və mənəvi ziyanı ən qısa müddətdə qanunvericiliklə müəyyən edilmiş qaydada kompensasiya etməklə ölkənin maliyyə və bank sisteminin inkişafına dəstək olmaqdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əmanəti “xxxx” ASC-də yerləşdiyi dövrdə X2 qərarına əsasən həmin əmanətin sığortalanmış əmanət olması işin mübahisəsiz halıdır. Lakin müqavilənin müddəti bitdikdən sonra xx xxxxxx 2017-ci il tarixdə müddətin eyni şərtlərlə uzadıldığı üçün əmanətin qorunan status undan çıxmasına dair apelyasiya instansiyası məhkəməsinin qənaəti ilə məhkəmə kollegiyası razılaşmır. Belə ki, Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının xx xxxxxxxx 2016-cı il tarixli növbədənkənar iclasında qəbul olunmuş qərarla banklardakı əmanətlərin illik faiz dərəcəsi xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə 15 faiz olmaqla 3 (üç) il müddətində tam sığortalanması müəyyən edilmişdir. “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən (mübahisəli hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan redaksiyada) bu Qanun qüvvəyə mindiyi gündən etibarən faizləri “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.20-ci maddəsinə müvafiq olaraq Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tə rəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan Fondun iştirakçı bankları tərəfindən 3 (üç) il müddətində tam sığortalanır. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 47 və 48ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 944.1-ci maddəsinə uyğun olaraq, bank əmanəti müqaviləsi əmanətçinin əmanəti banka verdiyi andan bağlanmış sayılır və ilkin (əsas) müqavilə kimi qəbul olunmalıdır. Əm anət müqaviləsinin miqrasiya olunduğu tarix əmanət müqaviləsinin bağlanma vaxtı hesab edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının əmanətinin “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nöqtəyi nəzərdən sığortalanmış əmanət olmaması qənaəti əsaslı olsa da, həmin əmanətin Bankda yerləşdiyi tarixdə qüvvədə olmuş “Əmanətlərin sığortalanması haqqında” Qanunun hazırki mübahisəyə tədbiqinin mümkünlüyü və həmin Qanuna əsasən əmanətin sığortalanmış olması məsələlərinə hüquqi qiymət verilməmişdir. Odur ki, iş üzrə yekun qərarın qəbul edilməsi üçün işin faktiki halları ilə bağlı qanunvericiliyin tələb etdiyi yuxarıda qeyd edilən halların araşdırılması zərurəti olduğundan, kassasiya şikayəti təmin ed ilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı və vəkili xxx oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)-13512/2019 nömrəli qətnaməsi ləğv edilsin və iş yeni dən baxılması üçün həmin apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: imza var Hakimlər: imzalar var

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar