Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3654/2023 25.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin qaytarılması, buraxılmış prosessual müddətin bərpası barədə ərizə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), X1 və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2856/2023 nömrəli, 31 iyul 2023-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati bin asında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları
1. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdehnə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 80.000 manat məbləğində mənəvi ziyana görə kompensasiyanın və 330.5 manat dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsini xahiş etmişdir.
2. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2e-2(011)- 6639/2022 nömrəli, 24 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim A.Həsənova) iddia qismən təmin edilmiş, iddiaçıya dəymiş mənəvi ziyanın əvəzi olaraq cavabdehdən 55.000 manat məbləğində pul vəsaitinin və ödənilmiş 228 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin e dilməmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir.
3. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-2856/2023 nömrəli, 8 may 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – M.Rüstəmli (sədrlik edən və məruzəçi), A.İsgəndərov və V.Sadıqov) apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmiş, iddia qismən təmin edilərək, dəymiş mənəvi ziyanın əvəzi olaraq cavabdehdən 25.000 manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun 100 manatının tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
4. Cavabdehin həmin qətnamədən 23 iyun 2023-ci il tarixdə verdiyi kassasiya şikayəti apelyasiya instansiya məhkəməsinin 24 iyun 2023-cü il tarixli qərardadı ilə geri qaytarılmış, cav abdehin vəkilinə kassasiya şikayətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) “Əlavə 3”-də nəzərdə tutulan formada tərtib etməklə və qanunvericiliklə müəyyən edilmiş məbləğdə ödənilmiş dövlət rüsumunu təsdiq edən sənəd əlavə etməklə yenidən müraciət etmə hüququ izah olunmuşdur.
5. Bundan sonra, cavabdehin vəkili 25 may 2023-cü il tarixdə qətnamədən kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə və kassasiya şikayəti vermişdir.
6. Ərizə onunla əsaslandırılmışdır ki, apelyasiya instansiya məhkəməsinin 24 iyun 2023-cü il tarixli qərardadından elektron məhkəmə sistemində şəxsi kabinetə əlavə olunmadığı üçün xəbəri olmamışdır. Qətnamədən kassasiya şikayətinin verilmə müddəti xx.xx.2023-cü il tarixdə bitmişdir. Elektron şəx si kabinetə isə xx.xx.2023-cü il tarixdə Məhkəməyə müraciət etdikdən sonra əlavə edilmişdir. Həmçinin, mülki iş üzrə kassasiya şikayətinin verilməsi üçün ödənilməli olan dövlət rüsumunun kəsir fərqi cavabdeh tərəfindən ödənilməklə aradan qaldırılmışdır. Buna görə də apelyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin buraxılmasının səbəbi üzrlü hesab edilərək, buraxılmış müddətin bərpa edilməsini və mülki işin kassasiya şikayəti ilə birgə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsini xahiş etmişdir.
7. Apellyasiya instansiyası məhkəməsinin 31 iyul 2023-cü il tarixli qərardadı ilə prosessual müddətin bərpası barədə ərizə təmin olunmamış, kassasiya şikayəti geri qaytarılmışdır.
8. Məhkəmə kollegiyası gəldiyi nəticə ilə bağlı qeyd etmiş dir ki, apellyasiya məhkəməsinin qətnaməsi xx.xx.2023-cü il tarixdə, həmin qətnamədən cavabdeh vəkili tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması barədə apellyasiya instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı isə xx.xx.2023-cü il tarixdə cavabdehin elektron kabinetinə yerləşdirilmişdir. Lakin cavabdehin yenidən tərtib edərək verdiyi kassasiya şikayəti elektron kabinet vasitəsilə xx.xx.2023-cü il tarixində daxil olmuş, bununla da qanunvericiliklə nəzərdə tutulmuş 2 aylıq prosessual müddət ötürülmüşdür. Halbuki, xx.xx.2023-cü il tarixdən sonra cavabdehin nöqsanları aradan qaldırmaqla yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət etməsi üçün təqribən 20 gün müddəti olmuşdur.
9. Bundan başqa, vəkil peşəkar hüquqşünas olduğundan kassasiya şikayəti verilə rkən qanunvericiliyin imperativ tələblərini nəzərə almalı, nöqsanlara yol verildiyi təqdirdə isə həmin nöqsanları qısa müddət ərzində aradan qaldırmalıdır.
10. Kollegiya öz mövqeyini, MPM-in 133.1, 133.3, 405.0.1 və 408.5-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
11. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini, buraxılmış prosessual müddətin bərpası barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
12. Şikayət MPM-in 10-1.3, 10-1.9, 134.1.5, 135.6 və 135.7-ci maddələrinə və “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamənin 1.5, 2.1.5, 9.2.15, 9.2.18-ci bəndlərinə istinad etməklə əsaslandırmış və qeyd edilmişdir ki, apellya siya məhkəməsi tərəfindən qəbul edilmiş qərardad vəkil kimi elektron kabinetə əlavə edilmədiyi üçün ona təqdim edilmiş sayıla bilməz. Bundan başqa, məhkəmə, informasiya sistemində qeydiyyatdan keçməmiş və şəxsi mobil telefon nömrəsini təqdim etməmiş iş üzrə işdə iştirak edən şəxsləri, məhkəmə sənədləri barədə məlumatların elektron sistem tərəfindən mövcud dövlət məlumat mənbələrindən əldə edilən bütün aktiv mobil telefon nömrələrinə SMS-lə çatdırılmasını təmin etməlidir. Lakin, apellyasiya instansiya məhkəməsi Əsasnamədə öz əksini tapmış vəzifələrini tam şəkildə icra etmədiyindən nümayəndə və vəkil kimi kassasiya şikayətinin geri qaytarılması barədə qərardaddan xəbərsiz olmuşdur. Apellyasiya instansiya məhkəməsi Əsasnamə ilə ona həvalə edilmiş imkanlardan istifadə etməmiş, qəbul edilmiş qə rardad barədə vəkilin məlumatlandırılmasını həyata keçirməmişdir. Hətta, bu barədə qəbul olunmuş qərardadı kağız daşıyıcıda belə vəkilə göndərməyə zərurət görməmişdir. Mülki iş materiallarında kassasiya şikayətinin qaytarılması barədə qərardadın vəkilə kağız daşıyıcıda göndərilməsi və ya çatdırılmasını sübut edən hər hansı sübut mövcud deyildir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə
14. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
15. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış m üddəti bərpa edir.
16. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır.
17. Maddə 135.5. Bu Məcəllənin 135.2, 135.3, 135.6 və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
18. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasi təsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
19. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
20. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
21. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
22. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418. 4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli Qərarı 23....qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə ink ar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Kassasiya baxışının hədləri
24. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
25. Baxılan iş üzrə apelly asiya instansiyası məhkəməsinin aktı cavabdehin şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırda mübahisələndirilən qərardad qəbul edilən zaman MPM-in tələblərinə riayət edilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas deyildir.
27. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi düzgün olaraq mübahisəli hüquq münasibətinə MPM-in 408.1.4-cü maddəsini tətbiq etmişdir. Həmin normanın tələbinə görə kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə şikayət geri qaytarılır.
28. Kasasiya şikayətinin dəlilləri ümumiyyətlə cavabdeh tərəfindən prosessual m üddətin ötürülmədiyi ilə bağlıdır. Halbuki baxılan iş üzrə cavabdeh müddətin bərpası barədə ərizə verməklə, qanunla müəyyən edilmiş prosessual müddəti ötürdüyünü etiraf etmiş və onun bərpa olunmasını xahiş etmişdir. Mülki prosessual qanunvericiliyə əsasən isə buraxılmış prosessual müddətin bərpası yalnız bununla bağlı üzrlü səbəblərin mövcud olduğunu təsdiq edən sübutlar təqdim olunduqda mümkündür.
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası ərizəni qanuni və əsaslı olaraq təmin etməmiş, qərardadın ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntularına yol verməmişdir.
30. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
31. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2856/2023 nömrəli, 31 iyul 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.