Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3659/2023 11.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: kassasiya şikayəti vermə hüququ, prosessual müddətin bərpası) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Hüseynov Abiddin Qabil oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2406/2023 nömrəli, 20 iyul 2023-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 11 sentyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı i craat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən mənəvi ziyana görə 60000 manatın, dövlət rüsumuna görə 270 manatın alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Xətai Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdehndən mənəvi ziyanın əvəzi qismində 40000 (qırx min) manatın, dövlət rüsumunun əvəzi qismində 181 manatın alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət olunmuşdur. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
3. Qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin isə təmin olunm aması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin 30 mart 2023-cü il tarixli qətnaməsi ilə şikayət təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
5. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən Cavabdeh İB-nin verdiyi kassasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 08 iyun 2023-cü il tarixli qərardadı ilə müəyyənləşdirilmiş məbləğdə dövlət rüsumunun ödənilmədiyi əsas göstərilərək geri qaytarılmışdır. 6. 19 iyun 2023-cü il tarixdə Cavabdeh tərəfindən həmin qərardaddan verilmiş kassasiya şikayəti elektron sistemə yüklənmiş, şikayətdə, dövlət rüsumunun kəsir hissəsi olan 44,50 manatın ödənildiyi bildirilməklə, qərardadın ləğv olunması və qətnamədən verilmiş kassasiya şikayətinin kassasiya instansiyası m əhkəməsinə göndərilməsi xahiş olunmuşdur.
7. Bakı Apellyasiya Məhkəməsinin 20 iyun 2023-cü il tarixli qərardadı ilə həmin şikayət, qanunla müəyyənləşdirilmiş forma və məzmuna uyğun olmadığından geri qaytarılmışdır. 8. 25 iyun 2023-cü il tarixdə Cavabdeh İB-nin apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən növbəti dəfə verdiyi kassasiya şikayəti və şikayət üzrə ötürülmüş prosessual müddətin bərpasına dair ərizəsi məhkəməyə daxil olmuşdur.
9. Ərizə onunla əsaslandırmışdır ki, kassasiya şikayətinin geri qaytarılmasına əsas olan hal, yəni rüsumun az ödənilməsi halı aradan qaldırılmış, dövlət rüsumunun kəsiri ödənilmişdir. Buna görə də müddətin ötürülməsinin səbəbi üzrlü sayılmalı, kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinə göndərilməlidir.
10. Bakı Apellyasiya Məhkəməsinin Mül ki kollegiyasının 2(103)-2406/2023 nömrəli, 27 iyul 2023-cü il tarixli qərardadı ilə (hakimlər E.M.Həsənov (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və S.X.Bəhrəmzadə) cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə ərizə təmin edilməmiş və kassasiya şikayəti geri qaytarılmışdır.
11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarına istinadən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi xx.xx.2023-cü il tarixdə Cavabdeh İB-nin elektron kabinetinə yerləşdirilməsi, kassasiya şikayəti ilk dəfə xx.xx.2023-cü il tarixdə, yəni kassasiya şikayəti vermə müddətinin sonuncu günü elektron sistemə yüklənməsi müəyyən olunmuşdur. Peşəkar hüquqşünaslarla təmsil olunan bir qurumun ötürdüyü prosessual müddətin bərpası üç ün elə ciddi səbəblər olmalıdır ki, onların əsaslı hesab olunması hüquqi müəyyənlik prinsipinə xələl gətirməsin. Bu zaman həm də nəzərə alınmalıdır ki, qanunvericilikdə prosessual müddətin bərpa edilməsi üçün üzürlü hesab edilən hallar, o cümlədən şəxsin xəstəliyi, xəstə ailə üzvlərinə qulluq, müddətli xidməti ezamiyyət və s. hüquqi şəxslər üçün deyil, fiziki şəxslər üçün müəyyən edilmişdir. Həmçinin qeyd olunmalıdır ki, Cavabdeh İB kassasiya şikayəti vermə müddətinin sonuncu günü şikayət verməklə, həmin şikayətin hər hansı səbəblə geri qaytarıla biləcəyi ehtimalını nəzərə almamış, müddətin ötürülməsinə faktiki olaraq özü şərait yaratmışdır.
12. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3, 10-1.5, 128.1, 130.1, 133.1, 135.1, 135.2, 135.6, 405. 0.1 və 408.1.4cü maddələrinə istinadən əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
13. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2406/2023 nömrəli, 20 iyul 2023-cü il tarixli qərardadının ləğv edilməsi və həmin məhkəmənin 2(103)-2406/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilərək mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə cavabdeh tərəfindən kassasiya şikayətinin qanunvericiliklə müəyyən olunmuş müddətdə verilməsini və şikayətə apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu məbləğində (90,50 manat) dövlət rüsumu əlavə edildiyini nəzərə almamışdır. Lakin cavabdehə aydın olmayan səbəblərdən apellyasiya məhkəməsi 90,50 manat rüsumun düzgün ödənilməsi qənaətinə gələrək şikayəti icraatına qəbul edərək mahiyyəti üzrə baxmış və qətnamə qəbul edilmişdir. Qeyd olunanlar nəzərə alınaraq kassasiya şikayəti verilən zaman 90,50 manat məbləğində dövlət rüsumu ödənilərək kassasiya şikayəti verilmişdir. Lakin məhkəmə nədənsə kassasiya şikayəti verilən zaman ödənilən rüsumun az ödənilməsi qənaətinə gələrək, kassasiya şikayətinin geri qaytarılması barədə qərardad qəbul etmişdir. Cavabdeh tərəfindən rüsum kəsiri ödənilərək müddətin bərpası tələbi ilə məhkəməyə müraciət olunsa da, məhkəmə qeyd olunan halı üzrlü hal kimi qəbul etməmiş və müddətin bərpa edilməməsi barədə qərardad qəbul etmişdir. Halbuki qeyd edildiyi kimi müddət ötürülməmiş, kassasiya şikayəti qanunla müəyyən olunmuş müddətdə verilmişdir. Lakin məhkəmə qeyd olunanları nəzərə almamış, əsassız olaraq müddətin bərpa edilməməsi barədə qərardad qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
16. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.
17. Maddə 10-1.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz.
18. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir.
19. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
20. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
21. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsin də sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər.
22. Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər.
23. Mad də 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
24. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
25. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər.
26. Maddə 408.1.4. Kassasiya şikayəti kassasiy a şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Kassasiya baxışının hədləri
27. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
28. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəm əsinin qərardadı cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarına görə qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilmə sinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.
31. Baxılan işdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi xx.xx.2023-cü il tarixdə Cavabdeh İB-nin elektron kabinetinə yerləşdirilmiş, kassasiya şikayəti ilk dəfə xx.xx.2023cü il tarixdə, yəni kassasiya şikayəti vermə müddətinin sonuncu günü elektron sistemə yüklənmişdir. Ca vabdeh İB kassasiya şikayəti vermə müddətinin sonuncu günü şikayət verməklə, həmin şikayətin hər hansı səbəblə geri qaytarıla biləcəyi ehtimalını nəzərə almamış, müddətin ötürülməsinə faktiki olaraq özü şərait yaratmışdır.
32. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, peşəkar hüquqşünaslarla təmsil olunan bir qurumun ötürdüyü prosessual müddətin bərpası üçün elə ciddi səbəblər olmalıdır ki, onların əsaslı hesab olunması hüquqi müəyyənlik prinsipinə xələl gətirməsin. Bu zaman həm də nəzərə alınmalıdır ki, qanunvericilikdə prosessual müddətin bərpa edilməsi üçün üzürlü hesab edilən hallar, o cümlədən şəxsin xəstəliyi, xəstə ailə üzvlərinə qulluq, müddətli xidməti ezamiyyət və s. hüquqi şəxslər üçün deyil, fiziki şəxslər üçün müəyyən edilmişdir.
33. Qeyd olunanlara əs asən, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
34. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2406/2023 nömrəli iş üzrə 20 iyul 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.