Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3670/2022 20.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: yaşayış sahəsindən istifadə hüququnun əsasları, yaşayış sahəsinə köçürülmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı evə köçürülmə və maneənin aradan qaldırılması tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(008)-6098/2021 nömrəli iş üzrə 28 sentyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 19 sentyabr 2022-ci il tarixd ə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Sabunçu Rayon Məhkəməsinin 03 avqust 2018-ci il tarixli qətnaməsinə əsasən (İsgəndərova) İddiaçı ilə X10 arasında 29 may 2013-cü il tarixdə bağlanılmış nikahın pozulması qət edilmişdir. 2. ünvan 1 ünvanında yerləşən yaşayış evində elektrik enerjisinin sərfiyyatına görə edilmiş ödəniş qəbzindən görünür ki, abonent kodu **********2008A, abonentin adı isə tərəflərin anası X2 adınadır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, 04 sentyabr 2009-cu il təvəllüdlü oğlu Ramal İsgəndərovla birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 1 qəsəbəsi, Neftçilər küçəsi 1 ünvanında yerləşən 8A sa ylı evə köçürülməsi və cavabdeh tərəfindən maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvandakı ev İddiaçı atası X6 məxsus olmuş, onun sağlığında tikilmişdir. Həmin evin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı yoxdur. Atası xx.xx.2015-ci ildə vəfat etmişdir. Bundan sonra xx.xx.2020-ci ildə anası X4 vəfat etdikdən sonra bacısı Cavabdeh atasına məxsus olan evi sahib çıxmağa çalışmışdır. Yaşayış evinin çıxarışı olmadığı üçün vərəsəlik qaydasında mirasın qəbulu üçün müraciət edilməsi mümkün olmamışdır. Nəzərə alınmalıdır ki, İddiaçı həmin evdə qeydiyyatsız yaşamışdır. Bu fakt həmin ərazidə yaşayan şəxslərin (qonşuların) notariat qaydasında təsdiq edilmiş ərizələri və onların iştirakı ilə tər tib edilmiş aktla təsdiq edilir. Lakin hazırda Cavabdeh İddiaçı həmin evdə yaşamağa imkan vermir və müxtəlif maneələr yaradır. Hər dəfə münaqişə vəziyyəti yaradaraq, yaşayış evinin qapısını bağlayır, polisə şikayət edəcəyi ilə hədələyir. Həmçinin nəzərə alınmalıdır ki, İddiaçı hələ nikaha daxil olmamışdan əvvəldə qeyd olunan mənzildə yaşamışdır. Lakin son bir neçə ay ərzində cavabdeh ona mənzilə daxil olmağa və orada yaşamağa imkan vermir. Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin 03 avqust 2018-ci il tarixli qətnaməsi ilə Nailə X1 ilə olan nikahı pozulmuş və xx.xx.2009-cu il təvəllüdlü oğlu Ramil İsgəndərov onun himayəsinə verilmişdir. İddiaçı özünü və uşağını başqa yaşayış sahəsi ilə təmin etməkyə maddi imkanı yoxdur, başqa yerdə yaşamağa yeri yoxdur. Cavabdehin özbaşına hərəkətləri İddiaç ı və oğlunu atasına məxsus olmuş, qeydiyyatsız olaraq faktiki yaşadığı mənzildən istifadə etmək hüquqlarını kobud pozur.
5. İş materiallarında olan 17 iyul 2021-ci il tarixdə X3, X17 və X12 tərəfindən verilmiş və həqiqiliyi Bakı şəhəri 39 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş ərizələrdən görünür ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 1 qəsəbəsi, Neftçilər küçəsi 1 ünvanında yerləşən 8A saylı evdə qeydiyyatsız yaşayır.
6. İşdə olan xx.xx.2021-ci il tarixdə X5, X8 və X9 tərəfindən verilmiş və həqiqiliyi Bakı şəhəri 17 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş ərizə ilə onlar İddiaçı ünvan 3 ünvanında yaşadığını təsdiq etmişlər.
7. İşə əlavə edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, iddiaçının mübahisəli evdə yaşaması yuxarıda göstərilən şəxlər tərəfindən təsdiq edilmiş və bu fakt aktlaşdırılmışdır.
8. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6098/2021 saylı, 28 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Z.A.Hacıyev) iddia təmin edilmişdir.
9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin ev faktiki olaraq mövcuddur və işdə iştirak edən digər şəxslər tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. İddiaçı istisna olmaqla cavabdeh mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Bunun əksi yanaşma, yəni iddiaçının evə köçürülməsindən həmin evin özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi qanun qarşısında hamının bərabərliyi prinsipinin pozulmasına, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Belə olan təqdirdə, iddiaçının da mübahisəli evdə yaşamasını təmin etmək məqsədi ilə bu evə yetkinlik yaşına çatmayan uşağı ilə birlikdə köçürülməlidir.
10. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusyiasının 43-cü, Azərbaycan Respublikası Konstitusiyasının 25, 43-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1 və 180.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
11. Cavabdeh apellyasiya şikayət i verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(008)-6098/2021 nömrəli iş üzrə 28 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.C.Kazımov (sədrlik edən və məruzəçi), A.Ə.İsgəndərov və İ.Ə.Kərimli) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməsi və iddianın rədd olunması qət edilmişdir.
13. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi cavabdeh tərəfindən istifadə olunur. Bunu tərəflərin heç biri mübahisələndirm ir, mübahisələndirilən hal həmin evə iddiaçının köçürülməsi üçün əsasın və ehtiyacın yaranıb-yaranmaması ilə bağlıdır. Lakin iddiaçı qeyd olunan evin yaşayış sahəsindən istifadə etmək və yaşamaq ehtiyacı yarandığına dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Çünki, qeyd olunan xüsusatları sübut etmək yükü iddiaçının üzərinə düşsə də, bu hallara dair məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Bundan əlavə, iddiaçı cavabdehin doğma bacısı olsa da ailə qanunvericiliyi əsasında onunla birlikdə yaşamaq və ondan özünün saxlanılmasını tələb etmək hüququ olmadığından daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da həmin mübahisəli yaşayış sahəsinə köçmək və ondan istifadə etmək səlahiyyəti də ola bilməz. Çünki, iddiaçının bu istəyi ən azından bacısı olan cavabdehin bilavas itə razılığı ilə şərtləndirilir. Mübahisə predmeti olan evə faktiki sahiblik edən və orada azyaşlı övladı ilə yaşayan cavabdehin isə belə razılığı verməyə məcbur etmək hüquqa uyğun sayıla bilməz. Həmçinin məhkəmə təcrübəsində özbaşına tikilidə yaşamış, həmin tikililərin inşa olunmasında əməyi və zəhməti olan şəxslərin yaşayış sahəsinə ehtiyacı olduğu və başqa yaşayış yeri olmadığına görə bu cür tikililərə hər hansı bir hüquq əldə etmədən köçürülməsi təcrübəsi mövcuddur. Bu hallar ən çox keçmişdə ərarvad münasibətlərində olmuş şəxslərin və onların uşaqlarının başqa yaşayış yerləri olmadıqda və yaşayış sahəsinə ehtiyacları olduqda baş verir. Hazırki iş üzrə iddiaçı cavabdehin doğma bacısı olsa da, yaşayış sahəsinə ehtiyacı yoxdur. Çünki, 2008-ci ildə ailə quraraq daimi yaşamaq üçün başqa ünv ana köçmüş və hal-hazıradək, yəni 14 il ərzində köçmək istədiyi evdə daimi yaşamamışdır. İddiaçının həmin ərazidə başqa yaşayış yeri mövcuddur və keçmiş əri ilə nikahları pozulsa da, ər-arvad münasibətləri davam edir və bir evdə yaşayırlar. Ona görə də iddiaçı bu davranışı ilə köçmək istədiyi evdən yaşamaq üçün marağının və ehtiyacının olmadığını biruzə vermiş olur. Bu cür vəziyyətdə yaşayış sahəsinə hansısa formada ehtiyacı yaranmadığı üçün də cavabdehin yaşadığı evə köçürülməsi üçün zərurət də olmamışdır.
14. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 11.1 və 11.2-ci və Mülki Prosessual Məcəlləsinin 13.4, 384.0. və 384.0.2-ci, "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 13.1-13.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona et irazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
15. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
16. İddiaçı Azərbaycan Respublikası Konstitusiyasının 43.1-ci, Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinə istinad edərək, məhkəmə tərəfindən maddi hüquq normalarının tələblərinin pozulduğunu qeyd etmiş, nikaha daxil olmamışdan əvvəl də qeyd olunan mənzildə yaşamış, istifadə hüququ olmuşdur. Nikah pozulandan sonra yaşamağa yeri Məhkəmə onun keçmiş ərinin evində yaşaması qənaətinə gələrkən sübutlara deyil, mülahizəsinə əsaslanmışdır. Cavabdeh ona və digər bacıları Təranə Əliyeva və Aynurə Həsənovaya qarşı eyni qanunsuz hərəkər edərək onlanın da ata e vinə gəlməsinə imkan vermir. Apellyasiya instansiya məhkəməsi bu halları da nəzərə almayaraq adı göstərilən bacılarının məhkəmə prosesinə cəlb edilməsini, onların və keçmiş ərinin şahid kimi dindirilməsini təmin etməmişdir. Yaşayış evinin qanunsuz tikili olması iddiaçının orada yaşaması hüququnu istisna etmir. Məhkəmə həmin evin kimin mülkiyyətində olmasını müəyyən etmək üçün aidiyyəti orqanlara sorğu da verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
1. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətində n irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
2. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq normaları Azərbaycan Respublikası Mülki Məcəlləsi
18. Maddə 157.8 Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, həmin Məcəllədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
19. Maddə 228.1 Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şə rtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.
20. Maddə 228.2 Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir.
21. Maddə 228.5 Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaş ayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu
22. Bənd 8.0 Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:
23. Bənd 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;
24. Bənd 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşı nmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.
25. Avropa İnsan Hüquqları Məhkəməsi “X14rşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yana şı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
26. Maddə 9.1 Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
27. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 88 Məhkəmə sübutlara obyektiv, q ərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 217.2 Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
31. Maddə 217.4 Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqim olunmuş sübutlarla əsaslandırır.
32. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində Maddə baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
33. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməs i tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
34. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiya məhkəməsinin mövqeyi 35.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməs inin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. 36.Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri iddianın və apelyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. 37.Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. 38.Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasi ya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(008)-6098/2021 nömrəli iş üzrə 28 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.