Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3674/2021 22.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı оğlunun cаvаbdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, İddiаçı İddiaçı оğlunun cаvаbdehlər Cavabdeh1 və Cavabdeh2 qаrşı “Cavabdeh1 mülkiyyətində olan 0,15 ha torpaq sahəsinin yaxşılaşdırılmasına çəkdiyi xərclərin əvəzində 8000 manat pulun, həmin torpağa görə cavabehlərin ondan aldığı 240 manat pulun, cavabdehlərin hərəkətləri nəticəsində əldən çıxmış fayda qismində ona dəymiş 22260 manatlıq maddi ziyan və 10000 manat mənəvi ziyan əvəzinin, cəmi 40500 manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq ona ödənilməsi tələbinə dair” Şəki Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-27/2021 nömrəli, 03 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 2002-ci ildə iddiаçı İddiaçı оğlu Cavabdeh1 və Cavabdeh2 0.15 sot torpaq sahəsi satın almış, ona 1.200.000 (köhnə Azərbaycan manatı) manat ödəmiş və bu barədə aralarında akt tərtib edilmişdi. Tərəflər arasında rəsmi alqı-satqı olmamışdır. Torpaq sahəsini özəlləşdirdikdən sonra cavabdeh torpağı ona satmamış, bu səbəbdən iddiaçı məhkəməyə müraciət edərək, aralarındakı müqavilənin etibarlı müqavilə hesab edilməsi tələbini irəli sürmüş və müvafiq məhkəmə qərarları ilə iddia rədd edilmişdir. Həmin vaxtdan torpaq sahəsi iddiaçının istifadəsidə olmuşdur. Torpaq sahəsinə hüquqlar əldə edə bilmədiyi üçün iddiaçı hazırkı tələbi irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiаçı İddiaçı оğlu cаvаbdehlər Cavabdeh1nа və Cavabdeh2 qаrşı iddiа ərizəsi ilə Bаlаkən Rаyоn Məhkəməsinə mürаciət edərək Balakən rayonu Mahamalar kəndində yerləşən JN seriyalı 1963 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı"na əsasən Cavabdeh1 mülkiyyətində olan 0,15 ha sahəsinin yaxşılaşdırılmasına çəkdiyi 8000 manat pulun, o cümlədən cavabehlərin ondan aldığı 240 manat pulun, cavabdehlərin hərəkətləri nəticəs ində əldən çıxmış fayda qismində ona dəymiş 22260 manat ziyanın və 10000 manat mənəvi ziyanın, cəmi 40500 manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq ona ödənilməsi bаrədə qətnаmə çıxаrılmаsını xаhiş etmişdir.
3. İddia tələbi onunla əsalandırılmışdır ki, 2002-ci ilin noyabr ayında Cavabdeh1 sonuncunun mülkiyyətində olan Balakən rayonu Mahamalar kəndində yerləşən 0,15 ha torpaq sahəsini 1.200.000 (bir milyon iki yüz min) manat pul müqabilində almışdır. Yuxarıda qeyd olunan 1.200.000 (bir milyon iki yüz min) manat pul Cavabdeh1 ödənildikdən sonra cavabdeh 14 noyabr 2002-ci il tarixdə Balakən rayonu Qasbinə bələdiyyəsinə ərizə ilə müraciət edərək mülkiyyətində olan 0,15 ha torpaq sahəsinin ona bağışlandığını bildirmiş və həmin torpaq sahəsinin iddiaçının adına sənədləşdirilməsini bələdiyyədən xahiş etmişdir. Cavabdeh1 tərəfindən 1.200.000 (bir milyon iki yüz min) mar pul verilməsini əvvəllər aralarında yaranmış məhkəmə proseslərində şahid qismində iştirak etmiş, hazırki iş üzrə Cavabdeh2 etiraf etmişdir. Bundan sonra Balakən rayonu, Qasbinə bələdiyyəsin sədrinin, o cümlədən, onun, cavabdehin iştirakı ilə akt tərtib olunmuş və mübahisə predmeti olan torpaq sahəsi cavabdeh tərəfindən ona təhvil verilmişdir. Balakən rayonu Qasbinə bələdiyyəsinin 30 dekabr 2002-ci il tarixli iclasında Cavabdeh1 Balakən rayonu Qasbinə bələdiyyəsinə ünvanladığı 14 noyabr 2002-ci il tarixli ərizəsi müzakirəyə çıxarılmış və Cavabdeh1 mülkiyyətində Balakən rayonu Mahamalar kəndində yerləşən 0,15 ha torpaq sahəsinin İddiaçı adına keçirilməsi qərara alınmışdır. Cavabdeh1 ilə alqısatqı müqavi ləsinin həmin dövrdə notarial qaydada bağlana bilinməməsinin səbəbi isə Cavabdeh1 şəxsiyyətini təsdiq edən sənədlərinin qaydada olmaması olmuşdur. Belə ki, cavabdeh şəxsiyyətini təsdiq edən sənədi əldə etdikdən sonra həmin torpağı notarial qaydada ona satacağını bildirmişdir. 2011-ci ilin əvvəllərində Cavabdeh1 ilə Balakən rayonu ərazisində rastlaşmış və cavabdehdən torpaq sahəsini sənədləşdirmək məqsədi ilə onunla birgə notariat kontoruna getməsini xahiş etmişdir. Cavabdeh isə buna razılıq verərək ilk əvvəl həmin torpaq sahəsinə dair 08 fevral 2011-ci il tarixdə Azərbaycan Repsublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsindən "Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırıl mamasına dair dövlət reyestrindən arayış əldə etmiş və həmin arayışı ona təqdim edərək vaxtı olan kimi xəbər edəcəyini və notariat kontoruna geləcəyini bildirmişdir. Lakin, cavabdeh torpaq sahəsinin satqısına dair əqdin rəsmiləşdirilməsindən qərəzli olaraq yayınaraq notariat kontoruna gəlməmiş və onunla əlaqə saxlamaq mümkün olmamışdır. Nəticədə, "Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış"ın etibarlıqlıq müddəti (30 gün) bitmişdir. 2011-ci ilin avqust ayında Cavabdeh1 Balakən rayonu ərazisində yenidən rastlaşmış və həmin ilin əvvəllərində nəyə görə onu aldadaraq notariat kontoruna gəlməməsini cavabdehdən soruşmuşdur. Cavabdeh isə özlüyündə müxtəlif bəhanələr gətirərək, güya ki, üzürlü səbə bdən notariat kontoruna gələ bilmədiyini bildirmişdir. Sonda isə cavabdeh yenidən "Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülülyünə) dair dövlət reyestrindən arayış" almaq məqsədi ilə onunla birgə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə getmiş və 04 avqust 2011-ci il tarixdə həmin arayışı əldə etmişdir. Bundan sonra cavabdeh alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi məqsədi ilə Balakən rayon Dövlət Notariat Kontoruna getmiş və kontorun işçiləri ilə özgəninkiləşdirmə üçün əlavə nə sənədlərin lazım olmaları ilə maraqlanmışlar. Lakin cavabdeh növbəti dəfə də onu aldadaraq oradan ayrılmış və onunla əlaqə saxlamaq mümkün olmamışdır. 2002-ci ildən 2012-ci ilədək h əmin torpaq sahəsinin vergisi tərəfindən ödənilmişdir. Həmin torpaq sahəsinə tərəfindən qulluq olunaraq oradakı kollar, daş və çınqıllar təmzilənilmiş, torpaq sahəsinin münbitliyinin artırılması məqsədi ilə gübrə tökülmüş, bağ salınmış, su çəkilmiş, hasara alınmış, darvaza və talvar quraşdırılmışdır. Bu günki gün Cavabdeh1 X1 qeyd olunan torpaq sahəsindən çıxarılması ilə bağlı məhkəmədə iddia qaldırmış və onun iddiası əsaslı hesab olunaraq təmin olunmuşdur. Bunun üçün əsas isə Cavabdeh1 ilə aralarında tərtib olunmuş aktdakı imzanın sonuncuya məxsus olmaması ilə bağlı ekspert tərəfindən rəy verilməsi olmuşdur. Lakin həmin aktdakı imza Cavabdeh1 məxsus olmasa belə oğlu - iş üzrə Cavabdeh2 etirafı və keçən 15 il ərzində Cavabdeh1 torpaq sahəsindən istifadə etməyinə görə heç bir söz deməməsi, onunla birgə 2 dəfə dövlət notariat kontoruna getməsi, əldə etdiyi "Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülülyünə) dair dövlət reyestrindən arayışın əsillərinin onda olması, 1.200.000 (bir milyon iki yüz min) manat pulun cavabdehlər tərəfindən götürülməsini tam sübut edir. X1 qeyd olunan torpaq sahəsindən çıxarılması qərara alınmışdırsa, onda cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ondan aldığı 240 (iki yüz qırx) manat (keçmiş - 1.200.000 (bir milyon iki yüz min) manat pulu, əldən çıxmış faydanı, ona vurduqları mənəvi zərəri və torpaq sahəsinin abadlaşdırılması (yaxşılaşdırılması) üçün çəkdiyi xərcləri geri ödəməlidir. Belə ki, cavabdehlərin hərəkətləri nəticəsində o, 22260 (iyirmi iki min iki yüz altmış) manat faydasından (gəlir indən) məhrum olmuşdur. O, həmin dövrdə cavabdehlərdən yox, başqa şəxsdən həmin ərazidə 0,15 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini almış olsa idi hazırda həmin torpaq sahəsini 22500 (iyirmi iki min beş yüz) manata (15 sot. x 1500 manat) sata bilərdi. Bununla yanaşı, torpaq sahəsindəki kolların, daş və çınqılların təmzilənməsi, torpaq sahəsinin münbitliyinin artırılması məqsədi ilə gübrə tökülməsi, bağ salınması, su çəkilməsi, hasara alınması, darvaza və talvar quraşdırılması üçün çəkdiyi xərclərin, cəmi 8000 (səkkiz) miı manat təşkil etmişdir. Cavabdehlərin hərəkətləri nəticəsində ona mənəvi ziyanda dəymişdir. Hesab edir ki cavabdehlərin ona vurmuş olduğu mənəvi ziyanın dəyəri 10.000 (on min) manatdır. Bunа görə də göstərilən tələblə məhkəməyə mürаciət etmək məcburiyyətində qаlmışd ır.
4. Bаlаkən Rаyоn Məhkəməsinin 13 dekabr 2018-ci il tаrixli, 2(019)-1548/2018 saylı qətnaməsi ilə (hakim E.Məmmədov) iddiаçı İddiaçı оğlunun cаvаbdehlər Cavabdeh1nа və Cavabdeh2 qаrşı Balakən rayonu Mahamalar kəndində yerləşən JN seriyalı 1963 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı"na əsasən Cavabdeh1 mülkiyyətində olan 0,15 ha sahəsinin yaxşılaşdırılmasına çəkdiyi 8000 manat pulun, o cümlədən cavabehlərin ondan aldığı 240 manat pulun, cavabdehlərin hərəkətləri nəticəsində əldən çıxmış fayda qismində ona dəymiş 22260 manat ziyanın və on min manat mənəvi ziyanın, cəmi 40500 manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq ona ödənilməsi tələbinə dair iddiasının əsаssız оlduğundаn təmin edilməməsi, iddiaçının iddiaya görə ödədiyi dövlət rüsumunun özünə aid edilməsi qət edilmişdir.
5. Məhkəmə iddia tələbini rədd edərkən Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Mülki Məcəlləsinin 146.1, 146.2, 152.1, 157.2, 1096.1, 1096.2; Torpaq Məcəlləsinin 66, 67, 68-ci maddələrinə uyğun əsaslandırmışdır.
6. İddiaçı оğlu tərəfindən qətnamədən apellyasiya şikayəti verilmişdir. Apelyasiya instansiyası məhkəməsindəki İ icraat
7. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.Hüseynov-sədrlik edən və məruzəçi, A.Mahmudov və V.Məlikov, iş № 2(107)-1048/19)аpellyаsiyа şikayəti qismən təmin edilərək, Balakən Rayon Məhkəməsinin 13 dekabr 2018-ci il tarixli, 2(019)-1548/18 saylı qətnaməsi Balakən rayonu Mahamalar kəndində yerləşən JN seriyalı 1963 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı"na əsasən Cav abdeh1 mülkiyyətində olan 0,15 ha sahəsinin yaxşılaşdırılmasına çəkdiyi 8000 (səkkiz min) manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq iddiаçı İddiaçı оğluna ödənilməsinin təmin edilməməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul olunmaqla iddia tələbi həmin hissədə qismən təmin edilmiş, Balakən rayonu Mahamalar kəndində yerləşən JN seriyalı 1963 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı"na əsasən Cavabdeh1 mülkiyyətində olan 0,15 ha sahəsinin yaxşılaşdırılmasına çəkilmiş 491 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq iddiаçı İddiaçı оğluna ödənilməsi qət edilmiş, iddia tələbi torpaq sahəsinin yaxşılaşdırılmasına çəkilən xərclərə dair qalan hissədə təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
8. Apel yasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 60; Mülki Məcəlləsinin 146.1, 146.2, 152.1, 157.2, 1091.1, 1092.1; Torpaq Məcəlləsinin 66, 67, 68-ci maddələrinə uyğun əsaslandırmışdır.
9. İddiaçı оğlu tərəfindən qətnamədən kassasiya şikayəti verilmişdir. Kasasiya instansiyası məhkəməsindəki İ icraat
10. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 01 oktyabr 2019-cu il tarixli, 2(102)-6565/19 nömrəli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 31 may 2019-cuil tarixli, 2(107)1048/19 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılmışdır.
11. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəlləsinin 21.1, 21.2, 1091.1, 1092.1-ci maddələrinə uyğun əsaslandırmışdır. Apelyasiya instansiyası məhkəməsindəki İİ icraat
12. Şəki Apelyasiya Məhkəməsi MK-nın 03 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər (sərlik edən və məruzəçi) M.Hüseynov, R.Rəfiyev və G.Abbasov) İddiaçı оğlu tərəfindən verilmiş аpellyаsiyа şikayəti qismən təmin edilmiş; Balakən Rayon Məhkəməsinin 13 dekabr 2018-ci il tarixli, 2(019)-1548/2018 nömrəli qətnaməsi ləğv edilmiş və mülki iş üzrə yeni qətnamə qəbul edilmiş; İddiа qismən təmin edilmiş; İddiаçı İddiaçı оğlu tərəfindən mübahisəli torpaq sahəsinin yaxşılaşdırılmasına çəkilmiş xərclərin əvəzində 491 (dörd yüz doxsan bir) manat, həmin torpağa görə verilmiş 240 (iki yüz qırx) manat, əldən çıxmış fayda qismində ona dəymiş maddi ziyanın əvəzində 1503 (bir min beş yüz üç) manat olmaqla cəmi 2234 (iki min iki yüz otuz dörd) manat pul vəsaiti cаvаbdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq iddiаçı İddiaçı оğluna verilməsi və apellyasiya icraatı zamanı təyin edilmiş məhkəmə ekspertizaları üzrə ekspert tədqiqatlarının dəyərini təşkil edən cəmi 170 (bir yüz yetmiş) manat pul vəsaitinin 100 (bir yüz) manatı iddiаçı İddiaçı оğlundan, 70 (yetmiş) manatı cаvаbdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
13. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.5-ci, 1091.1, 1092.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məh kəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
14. Cavabdeh2 kasasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
15. Kassasiya şikayəti onunla əsaslandırılmışır ki, məhkəmə işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Məhkəmə onun digər cavabdehlə heç bir əlaqəsinin olmadığını, ümumiyyətlə onun bu mübahisyə aiddiyatının olmadığını nəzərə almamışdır. Digər cavabdeh onun barəsində ləyaqətsiz vərəsə elan edilməsi barədə iddia qaldırmışdır. Bundan əlavə, ekspert rəyində qiymətləndirmə zamanı həm ağac saylarında, həmdə qiymətləndirmədə texniki səhvə yol verilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlill əri
16. Etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Tərəflər cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
18. Maddə. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
19. Maddə. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
20. Maddə. 337.1 Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.
21. Maddə. 337.5 Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
22. Maddə. 1091.1 Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
23. Maddə. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
24. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.
25. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikasının Mülki Prose ssual Məcəlləsi:
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
30. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlay ır. Kassasiya baxışının hədləri
31. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir apellyasiya instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır.
33. Mübahisənin mahiyyəti ondan ibarətdir ki, iddiaçı 2002-ci ildə cavabdehlərdən 0.15 ha torpaq sahəsini satın almış, razılaşdırılmış dəyərini ödəmiş, lakin alqı-satqını rəsmiləşdirməmilər. Uzun illər iddiaçı torpağa qulluq göstərmiş, yaxşılaşdırma işləri aparmışdır. Sonra torpaq sahəsini adına özəlləşdirən Cavabdeh1 torpağı iddiaçıya satmaqdan imtina etmişdir. Ona görə iddiaçı verdiyi pulu və cəkdiyi xərci və əldən çıxmış fayda tələb edir.
34. Apelyasiya Məhkəməsi iddiaçının torpağa görə verdiyi pulu və yaxşılaşdırmaya çəkdiyi xərci tutmuşdur. Bu zaman etibarsız əqdlərin hüququ nəticələrinə dair maddi hüquq normaları, əsassız varlanmadan irəli gələn maddi hüquq normaları tətbiq edilmişdir.
35. Məhkəmə kollegiyası maddi hüquq normalarının tətbiqi ilə razılaşır. Tərəflər arasında torpağa dair etibarlı olmayan əqd bağlanmış və pul alınmışdır. Həmin vəsaiti əldə etməklə cavabde h əsasız varlanmışdır. Eyni zamanda, iddiaçı torpağı cavabdehə təhvil verməklə ona çəkdiyi yaxşılaşdırma işləri də cavabdehə qalmışdır. Bu hal da cavabdehin əsassız varlanması deməkdir.
36. Torpaq sahəsinə görə cavabdehin aldığı məbləğ 240 (iki yüz qırx) manat təşkil edir.
37. Bundan başqa, Balakən rayon Kənd Təsərrüfatı İdarəsinin 26 aprel 2019cu il tarixli, 58 nömrəli rəyindən çıxış edərək məhkəmə kollegiyası iddiaçının mübahisəli torpaq sahəsinin yaxşılaşdırılmasına çəkdiyi xərclərin həcmini 491 (dörd yüz doxsan bir) manat məbləğində qəbul edir.
38. İddiaçının cavabdehlərin hərəkətləri nəticəsində əldən çıxmış fayda qismində ona dəymiş 22260 manatlıq maddi ziyan əvəzinin ödənilməsi ilə bağlı tələbi də həmçinin qismən, yəni ekspertiza rəylərinə əsasən müəyyən olunmuş 1503 (bir min beş yü z üç) manat məbləğində təmin edilmişdir.
39. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 27 fevral 2020-ci il tarixli, 2550 nömrəli “bitki mənşəli maddələrin tədqiqi üzrə məhkəmə-bioloji ekspertizası”nın rəyində qeyd olunur ki: - Mübahisəli 0.15 ha torpaq sahəsində aqrotexniki qulluq edilməmiş vəziyyətdə 7 (yeddi) ədəd fındıq topası (kolu), 5 (beş) ədəd sortu yaxşılaşdırılmış gavalı ağacı, 2 (iki) ədəd sortu yaxşılaşdırılmış alça ağacı, 2 (iki) ədəd sortu yaxşılaşdırılmış cır ərik ağacı, 5 (beş) ədəd sortu yaxşılaşdırılmış yerli gilənar ağacı vardır. Ağacların yaşı vegetativ orqanların inkişaf göstəricilərinə görə təxminən 4-5 yaşlarının olmasına uyğundur; - Sahədə torpağın mexaniki tərkibi qumsal, rənginin qara (humuslu) olması sahəyə peyin, adi torpaq qat ıldığını göstərir. Eyni zamanda, sahə daşlardan təmizlənmiş, daş seçilərək kənara atılmışdır. Sahənin bir neçə il əvvəl münbitləşdirildiyi görünür. Torpağın yaxşılaşdırılması üçün normada hər hektara 2030 ton peyin verilir. Müayinə olunan sahənin 0,15 ha olmasına baxmayaraq sahə çay yatağı olduğu üçün hesablama 1 ha normaya uyğun aparılmışdır; - Sahədə mövcud olan 1 (bir) ədəd tut ağacı, 2 (iki) ədəd akasiya ağacı payalardan özü-özünə bitmişdir; Məhsuldarlıq ağacların yaşına görə belə hesablandı: - yaşı təxminən 4 il olan 7 (yeddi) ədəd fındıq ağacı (kolu), hər ağacdan 1 kq olmaqla cəmi 7 kq məhsul; - yaşı təxminən 5 il olan 2 (iki) ədəd ərik ağacı, hər ağacdan 30 kq olmaqla cəmi 60 kq məhsul; - yaşı təxminən 5 il olan 5 (beş) ədəd gavalı ağacı, hər ağacdan 20 kq olmaqla cəmi 100 kq məhsul; - yaşı təxminən 5 il olan 2 (iki) ədəd alça ağacı, hər ağacdan 25 kq olmaqla cəmi 50 kq məhsul; - yaşı təxminən 5 il olan gilənar ağacının 5 (beş) ədədinin hər ağacdan 20 kq olmaqla cəmi 100 kq məhsul verməsi müəyyən olunmuşdur.
40. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 16 noyabr 2020-ci il tarixli, 2550 nömrəli “məhkəmə-əmtəəşünaslıq ekspertizası”nın rəyində qeyd olunur ki: - Nəzəri hesablama yolu ilə, Balakən rayonu Mahamalar kəndində yerləşən JN-1963 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən Cavabdeh1 mülkiyyətində olan 0,15 ha torpaq sahəsində mövcud olan meyvə və digər ağacların orta bazar qiyməti ilə dəyəri və 1 il ərzində əldə edilməsi etiamal olunan məhsulun dəyəri təxminən 1503,00 (min beş yüz üç) manat müəyyən edilir. O cümlədən: - 20 ədəd meyvə ağacının dəyəri - 1064,00 manat; - 9 ədəd çəkil və akasiya ağacının dəyəri - 154 manat; - Əldə edilməsi ehtimal olunan məhsulun dəyəri - 285, 00 manat.
41. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, mübahisə ilə bağlı Apelyasiya Məhkəməsinin qərarı əsaslıdır. Həmin məhkəmə mübahisəyə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir.
42. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cаvаbdeh Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-27/2021 nömrəli, 03 fevral 2021-ci il tarixli qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.